Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-483/2025 30.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonu dövlət notariat kontorunda reyestr nömrəsi 4-Ə-473 olan 12 mart 2001-ci il tarixli alqı-satqı müqaviləsi; reyestr nömrəsi 4-Ə-1117 olan 18 mart 2006-cı il tarixli alqı-satqı müqaviləsi; reyestr nömrəsi 4-Ə- 4201 olan 12 noyabr 2005-ci il tarixli alqı-satqı müqaviləsi; reyestr nömrəsi 4-Ə-1354 olan 12 may 2005-ci il tarixli alqı-satqı müqaviləsi; reyestr nömrəsi 4-Ə-1020 olan 15 mart 2005-ci il tarixli alqı-satqı müqaviləsi; reyestr nömrəsi 4-Ə-1040 olan 15 mart 2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında iddiaçıya satılmış torpaq sahəsinin mövcud vəziyyətə uyğun olaraq 3.76 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonu dövlət notariat kontorunda reyestr nömrəsi 4-Ə-473 olan 12 mart 2001-ci il tarixli alqı-satqı müqaviləsi, reyestr nömrəsi 4-Ə-1117 olan 18 mart 2006-ci il tarixli alqı-satqı müqaviləsi, reyestr nömrəsi 4-Ə- 4201 olan 12 noyabr 2005-ci il tarixli alqı-satqı müqaviləsi, reyestr nömrəsi 4-Ə-1354 olan 12 may 2005-ci il tarixli alqı-satqı müqaviləsi və reyestr nömrəsi 4-Ə-1020 olan 15 mart 2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında iddiaçıya satılmış 5,18 ha torpaq sahəsinə dair hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Quba rayonu dövlət notariat kontorunda reyestr nömrəsi 4-Ə-473 olan 12 mart 2001-ci il tarixli alqı-satqı müqaviləsi; reyestr nömrəsi 4-Ə-1117 olan 18 mart 2006-cı il tarixli alqı-satqı müqaviləsi; reyestr nömrəsi 4-Ə-4201 olan 12 noyabr 2005-ci il tarixli alqısatqı müqaviləsi; reyestr nömrəsi 4-Ə-1354 olan 12 may 2005-ci il tarixli alqı-satqı müqaviləsi; reyestr nömrəsi 4-Ə-1020 olan 15 mart 2005-ci il tarixli alqı-satqı müqaviləsi; reyestr nömrəsi 4-Ə-1040 olan 15 mart 2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında iddiaçıya satılmış torpaq sahəsinin mövcud vəziyyətə uyğun olaraq 3.76 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Quba rayonu, İİ Nügədi kəndində yerıəşən 5,18 ha torpaq sahəsini 5 (beş) ədəd alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Torpaq sahələrini notariat kontorunda rəsmi qaydada rəsmiləşdirərək, razılaşdırılmış məbləği satıcılara ödəməklə almışdır. Sözügedən torpaq sahələrinin alqı-satqısı qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. İddiaçıya satılmış torpaq sahələri üzərində hüquqlarını qeydiyyata almaq üçün müvafiq sənədləri cavabdeh İdarəyə təqdim etsə də, ərizəsinə bu günə kimi də cavab verilməmişdir. Cavabdeh idarəyə 22 avqust 2023-cü il tarixdə müraciət etsə də, bu günə kimi ərizəsinə cavab verilməmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz və əsassızdır. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətindədir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: İş üzrə təyin edilmiş məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil2 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən iddiaya qarşı yazılı münasibət bildirilməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmiş, məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə: JN 1409, KOD 30320018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”; Quba rayon DNK-nun reyestr nömrəsi 4-Ə-473 olan 12 mart 2001-ci il tarixli alqı-satqı müqaviləsi; reyestr nömrəsi 4-Ə-1117 olan 18 mart 2006-cı il tarixli alqı-satqı müqaviləsi; reyestr nömrəsi 4-Ə-4201 olan 12 noyabr 2005-ci il tarixli alqısatqı müqaviləsi; reyestr nömrəsi 4-Ə-1354 olan 12 may 2005-ci il tarixli alqı-satqı müqaviləsi; reyestr nömrəsi 4-Ə-1020 olan 15 mart 2005-ci il tarixli alqı-satqı müqaviləsi; reyestr nömrəsi 4-Ə-1040 olan 15 mart 2005-ci il tarixli alqı-satqı müqaviləsi; JN 0250, KOD30320018 saylı; JN 1406, KOD30320018 saylı; JN 1408, KOD30320018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Akt”ları və digər sənədlər daxildirlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. İnzibati iş materiallarında olan 22 avqust 2023-cü il tarixli poçt göndərişindən görünür ki, iddiaçı tərəfindən cavabdeh DƏDRX-in 5 saylı Ərazi İdarəsinə həmin tarixdə müraciət edilmiş, lakin cavabdeh tərəfindən iddiaçıya qanunla müəyyən edilmiş 35 (otuz beş) gün müddətində cavab verilməmiş və iddiaçı 05 oktyabr 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İPM-nin 39.1-ci maddəsin əsasən inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. Göründüyü kimi, iddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətindən 35 gün keçməsinə baxmayaraq cavab verilmədiyindən, məhkəməyə müraciət etmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Quba rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla bərabər, əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, mübahisə predmeti olan Quba rayonu, İİ Nügədi kəndində yerləşən 5.18 ha torpaq sahəsi ayrı-ayrılıqda JN 1409, KOD30320018 saylı; JN 0250, KOD30320018 saylı; JN 1406, KOD30320018 saylı; JN 1408, KOD30320018 saylı; JN 1410, KOD30320018 saylı; JN 1407, KOD30320018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Akt” larına əsasən X4, X9, X1, X6, X5, X2 və ailə üzvlərinin mülkiyyətlərinə ayrılmışdır. Həmin torpaq sahələri alqı-satqı müqavilələri əsasında iddiaçıya satılmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən müraciəti təmin edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız və formal olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.1, 1.2 və 1.3-cü bəndlərinə əsasən yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri və şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına daxildir. Məhkəmə inzibati işin araşdırılması zamanı Quba rayon DNK-nun reyest nömrəsi 4- Ə-473 olan 12 mart 2001-ci il tarixli; reyestr nömrəsi 4-Ə-1117 olan 18 mart 2006-cı il tarixli; reyestr nömrəsi 4-Ə-4201 olan 12 noyabr 2005-ci il tarixli; reyestr nömrəsi 4-Ə-1354 olan 12 may 2005-ci il tarixli; reyestr nömrəsi 4-Ə-1020 olan 15 mart 2005-ci il tarixli; reyestr nömrəsi 4-Ə-1040 olan 15 mart 2005-ci il tarixli alqı-satqı müqavilələrinin təqdim edilməsi üçün aidiyyatı üzrə dövlət orqanlarına sorğular ünvanlasa da, alqı-satqı müqavilələri məhkəməyə təqdim edilməmiş, 4Ə-1040 və 4Ə-1020 reyestr nömrəli müqavilələrin başqa şəxslərin adına rəsmiləşdirildiyi qeyd edilmişdir. Lakin məhkəmə icraatı zamanı yuxarıda sadalanan alqı-satqı müqavilələrinin əslləri iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi araşdırma zamanı torpaq sahəsinə dair hər hansı mübahisə halı müəyyən edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə inzbati işin hallarının hərtəfərli araşdırılmasını təmin etmək məqsədilə cavabdeh orqana sorğu ünvanlamışdır. Cavabdeh orqan tərəfindən məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş 14 avqust 2024-cü il tarixli məktuba əlavə edilmiş mütəxəssis rəyində aşağıdakılar qeyd edilmişdir: “JN-0250, KOD 30320018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında torpaq sahəsi 1.45 ha qeyd edilsə də, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) 1.05 ha olaraq göstərilmişdir. Baza məlumatlarında olan DBF siyahısında 250 nömrə X12 və ailə üzvlərinin adında qeyd edilmişdir. Bildiririk ki, sözügedən torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən X17 torpaq sahəsi olub uqodiyası əkin kimi göstərilmişdir. Kənd təsərrüfatına yaralı torpaq sahəsidir. Həmin torpaq sahəsi faktiki olaraq iddiaçı tərəfindən istifadə olunur. JN-1406, KOD 30320018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında torpaq sahəsi 1.16 ha qeyd edilsə də, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) 0.84 ha olaraq göstərilmişdir. Baza məlumatlarında olan DBF siyahısında 1406 nömrə X7 və ailə üzvlərinin adında qeyd edilmişdir. Bildiririk ki, sözügedən torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən X17 torpaq sahəsi olub uqodiyası əkin kimi göstərilmişdir. Kənd təsərrüfatına yaralı torpaq sahəsidir. Həmin torpaq sahəsi faktiki olaraq iddiaçı tərəfindən istifadə olunur. JN-1407, KOD 30320018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında torpaq sahəsi 1.10 ha qeyd edilsə də, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) 0.80 ha olaraq göstərilmişdir. Baza məlumatlarında olan DBF siyahısında 1407 nömrə X8 və ailə üzvlərinin adında qeyd edilmişdir. Bildiririk ki, sözügedən torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən X17 torpaq sahəsi olub uqodiyası əkin kimi göstərilmişdir. Kənd təsərrüfatına yaralı torpaq sahəsidir. Həmin torpaq sahəsi faktiki olaraq iddiaçı tərəfindən istifadə olunur. JN-1408, KOD 30320018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında torpaq sahəsi 1.06 ha qeyd edilsə də, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) 0.77 ha olaraq göstərilmişdir. Baza məlumatlarında olan DBF siyahısında 1408 nömrə X10 və ailə üzvlərinin adında qeyd edilmişdir. Bildiririk ki, sözügedən torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sisteminə TEKUİS) əsasən X17 torpaq sahəsi olub uqodiyası əkin kimi göstərilmişdir. Kənd təsərrüfatına yaralı torpaq sahəsidir. Həmin torpaq sahəsi faktiki olaraq iddiaçı tərəfindən istifadə olunur. JN-1409, KOD 30320018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında torpaq sahəsi 0.22 ha qeyd edilsə də, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) 0.16 ha olaraq göstərilmişdir. Baza məlumatlarında olan DBF siyahısında 1409 nömrə X4 adında qeyd edilmişdir. Bildiririk ki, sözügedən torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən X17 torpaq sahəsi olub uqodiyası əkin kimi göstərilmişdir. Kənd təsərrüfatına yaralı torpaq sahəsidir. Həmin torpaq sahəsi faktiki olaraq iddiaçı tərəfindən istifadə olunur. JN-1410, KOD 30320018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında 1410 pianşeti üzrə torpaq sahəsi 0.19 ha qeyd edilsə də, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) 0.14 ha olaraq göstərilmişdir. Baza məlumatlarında olan DBF siyahısında 1410 nömrə X3 adında qeyd edilmişdir. Bildirirlər ki, sözügedən torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən X17 torpaq sahəsi olub uqodiyası əkin kimi göstərilmişdir. Kənd təsərrüfatına yaralı torpaq sahəsidir. Həmin torpaq sahəsi faktiki olaraq iddiaçı tərəfindən istifadə olunur”. Cavabdehin göstərdiyi hərəkətsizlik qanunvericilikdə nəzərdə tutulmuş bir sıra prinsiplərin, həmçinin qanunçuluq prinsipinin pozulmasına əsas olmuşdur. Qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada - sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»). Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İ hissəsində məhkəmə fəaliyyətinin ədalət mühakiməsi adlandırılması bu fəaliyyətin ədalət anlayışına uyğun həyata keçirilməsini tələb edir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsində, eləcə də “Məhkəmələr və hakimlər haqqında” Qanunun 8 və 99-cu maddələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərindən biri kimi işlərə ədalətlə baxılması təsbit olunmuş, ədalətli olmaq həm də hakimin vəzifəsi kimi müəyyən edilmişdir. Hüququn bütün sahələrində əsas başlanğıc prinsiplərdən biri kimi çıxış edən ədalətlilik hüquq tətbiqedicilər, o cümlədən hakim qarşısında ədalət, insaf və mənəviyyat tələblərini nəzərə almaq öhdəliyi də qoyur. Beləliklə, mübahisənin həlli və bu zaman tətbiq edilməli olan qanunvericilik normaları həm də ədalət mühakiməsinin təməlini təşkil edən ədalətlilik meyarı əsasında dəyərləndirilməlidir. İnzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1- 24.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, reyestr nömrəsi 4-Ə-473 olan 12 mart 2001-ci il tarixli alqı-satqı müqaviləsi; reyestr nömrəsi 4-Ə- 1117 olan 18 mart 2006-cı il tarixli alqı-satqı müqaviləsi; reyestr nömrəsi 4-Ə-4201 olan 12 noyabr 2005-ci il tarixli alqı-satqı müqaviləsi; reyestr nömrəsi 4-Ə-1354 olan 12 may 2005ci il tarixli alqı-satqı müqaviləsi; reyestr nömrəsi 4-Ə-1020 olan 15 mart 2005-ci il tarixli alqı-satqı müqaviləsi; reyestr nömrəsi 4-Ə-1040 olan 15 mart 2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında iddiaçıya satılmış torpaq sahəsinin mövcud vəziyyətə uyğun olaraq 3.76 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Reyestr nömrəsi 4-Ə-473 olan 12 mart 2001-ci il tarixli alqı-satqı müqaviləsi; reyestr nömrəsi 4-Ə-1117 olan 18 mart 2006-cı il tarixli alqı-satqı müqaviləsi; reyestr nömrəsi 4-Ə- 4201 olan 12 noyabr 2005-ci il tarixli alqı-satqı müqaviləsi; reyestr nömrəsi 4-Ə-1354 olan 12 may 2005-ci il tarixli alqı-satqı müqaviləsi; reyestr nömrəsi 4-Ə-1020 olan 15 mart 2005-ci il tarixli alqı-satqı müqaviləsi; reyestr nömrəsi 4-Ə-1040 olan 15 mart 2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında iddiaçıya satılmış torpaq sahəsinin mövcud vəziyyətə uyğun olaraq 3.76 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva