Məhkəmə qərarları › İş №2-1(118)-4831/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4831/2023

19.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4831/2023 19.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi ilə, İddiaçı qızının və vəkili Vəkil iştirakı ilə, İddiaçı qızının cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı onun Abşeron rayon Polis İdarəsinin inzibati binasının yerləşdiyi ünvana qeydiyyata alınması vəzifəsinin Abşeron rayon Polis İdarəsinə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı qızı cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayon Polis İdarəsinin inzibati binasının yerləşdiyi ünvana qeydiyyata alınması vəzifəsinin Abşeron rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı qızı xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Doğumu xx.xx.1997-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən 1121 nömrəli aktla qeydə alınmış və buna müvatıq olaraq doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. Anası İsazadə (nikahdan əvvəlki soyadı: Abbəkirova) Əminə Ramiz qızı xx.xx.1977-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuş və Azərbaycan Respublikasının vətəndaşıdır. Anası əvvəllər Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin inzibati binasının ünvanı üzrə yaşayış yeri üzrə qeydiyyatda olmuş, lakin həmin ünvandan qeydiyyatdan çıxarılmışdır. Hazırda anasının yaşayış yeri üzrə qeydiyyata alınması üçün ünvanının olmaması səbəbindən onun yaşayış yeri üzrə qeydiyyata alınması mümkün olmur.X2 xx.xx.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş və Azərbaycan Respublikasının vətəndaşıdır. X1 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş və Azərbaycan Respublikasının vətəndaşıdır. O, əvvəllər Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin inzibati binasının ünvanı üzrə yaşayış yeri üzrə qeydiyyatda olmuş, lakin qardaşım həmin ünvandan qeydiyyatdan çıxarılmışdır. Hazırda qardaşının yaşayış yeri üzrə qeydiyyata alınması üçün ünvan olmaması səbəbindən onun yaşayış yeri üzrə qeydiyyata alınması mümkün olmur.Valideynləri xx.xx.1994-cü il tarixdə Bakı şəhərində nikaha daxil olmuşlar, o, 2003-cü ildə Bakı şəhəri 74 nömrəli tam orta məktəbin 1-ci sinfinə getmiş və 4-cü sinifə qədər həmin məktəbdə təhsil almışdır. xx.xx.2008-ci il tarixdə Suraxanı rayonunda yerləşən Kəlbəcər rayon 12 nömrəli tam orta məktəbin 5-ci sinifinə qəbul edilmiş və 8-ci sinifə kimi həmin məktəbdə təhsil almışdır. Təhsildən yayındığı üçün xx.xx.2012-ci il tarixdə məktəbdən xaric olunmuşdur. Doğum haqqında şəhadətnaməsi itdiyindən heç vaxt şəxsiyyət vəsiqəsi ilə təmin olunmamışdır. Onun doğumu Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən qeydiyyata alındığı üçün xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsinə müraciət edərək doğum haqqında təkrar şəhadətnamə ilə təmin olunmasını xahiş etmişdir. Lakin şəxsiyyətini təsdiq edən sənədinin olmaması səbəbindən Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi onun müraciətini təmin etməkdən imtina etmişdir. Bundan sonra o, müvafiq iddia ilə Bakı İnzibati Məgkəməsinə müraciət etmişdir və məhkəmənin 2-1(112)- 8522/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilmişdir. Həmin qərar əsasında o, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən A2-T seriyalı, 231044 nömrəli doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilmişdir. Bundan sonra o, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, ******* savlı qərarı ilə onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır.Artıq 26 yaşım var, lakin yaşayış yeri üzrə qeydiyyata alınmağım üçün ünvan olmadığından şəxsiyyət vəsiqəsi ilə təmin oluna bilmir. Şəxsiyyətini təsdiq edən heç bir sənədi olmadığından Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüşdür. Hazırda o, ünvan 6 ünvanında yaşayır və BMT QAK-m himayə sənədi əsasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən həmin ünvanda olduğum yer üzrə qeydiyyata alınmışdır. Lakin həmin yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və ya order) olmadığı üçün həmin ünvana yaşayış yeri üzrə qeydiyyata alınması mümkün deyil. Yaşayış yeri üzrə qeydiyyata alınmağı üçün ünvan olmaması səbəbindən "ASAN xidmət" mərkəzi tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin olunması mümkün deyil.Bu səbəbdən də o, xx.xx.2023-cü il tarixdə Abşeron rayon Polis İdarəsinə müraciət edərək onun 1 saylı Sumqayıt regional "ASAN Xidmət" Mərkəzi tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin olunmağı məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 “S" saylı sərəncamına əsasən Abşeron rayon Polis İdarəsinin inzibati binasının ünvanı üzrə yaşayış yeri üzrə qeydiyyata alınmasının təmin edilməsini və həmin sənədin 1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzinə göndərilməsini xahiş etmişdir.Həmin ərizə xx.xx.2023-cü il tarixdə Abşeron rayon Polis İdarəsinin “Qarayev” sovadlı əməkdaşı tərəfindən qəbul edilmişdir. Lakin həmin müraciətindən 51 gün keçməsinə baxmayaraq cavabdeh Abşeron rayon Polis İdarəsinin hərəkətsizliyi səbəbindən iddiaçı yaşayış yeri üzrə qeydiyyata alınmamışdır. İddiaçı və vəkili idia tələbini müdafiaə etdilər və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın stasunu müəyyənləşdirilməsi idarəsinin arayışından görünür ki, BMTnin Qaçıqnlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı himayəsində olan, vətəndaşlığı olmayan şəxs, İddiaçı qızı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2023-xx.xx.2024-cü il tarixlərdə ünvan 7 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. İşdə olan "Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” ******* nömrəli xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respöblikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3,11-ci bəndini və 4.1.4.1-ci yarımbəndini rəhbər tutaraq, Dövlət Miqrasiya Xidməti tərəfindən 13 iyul 1997-ci il təvəllüdlü İddiaçı qızının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Göründüyü kimi, iddiaçı hazırkı tarixədək heç vaxt Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almamış, hər hansı bır ünvan üzrə qeydiyyata düşməmişdir. 28 mart 2023-cü il tarixdə onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmış, lakin qeydiyyat ünvanı olmadığından şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi mümkünsüz olmuşdur. İşdən görünür ki, iddiaçının adına respublika üzrə qeydiyyatdan keçmiş daşınmaz əmlak olmadığından, yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş sənədləri təqdim edə bilməmişdir. Bu səbəbdən o, hazırda Abşeron rayon Polis İdarəsinin inzibati binasına – Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6 ünvanına qeydiyyata alınması tələbini irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 1-cs bəndində qeyd edilir ki, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun 3-cü maddəsinə görə yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir. 1) Azərbaycan Respublikası vətəndaşı barədə-yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi... “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında'’ Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və "Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş "Şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunması barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2003-cü il 31 yanvar tarixli qərarı ilə qərara alınmışdır ki: Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun, o cümlədən də onun 5-ci maddəsinin mətni, habelə «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq eciimiş «Şəxsiyyət vəsiqəsinin təsviri»ndə vətəndaş haqqında məlumatların sırasında "yaşayış yeri” bölməsinin mövcudluğu yaşayış yeri olmayan vətəndaşa Şəxsiyyət vəsiqəsinin verilməməsinə əsas ola bilməz. Bu Qərarın 2-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyyə olunsun ki, yaşayış yeri olmayan vətəndaşları xüsusi yerlər üzrə qeydiyyatdan keçirilməsini və onlara Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin veritməsini təxirəsalınmadan təşkil etsin. X3 Məhkəməsi qeyd etmişdir ki, "Qanunun göstərilmiş maddəsində işlənilən «Vətəndaşın yaşadığı yerə gəldikdə isə bunun müəyyən edilməsi üçün ilk növbədə onun faktiki yaşayış yeri, o cümlədən yaşayış yeri və olduğu yer nəzərə alına bilər. Belə ki, Mülki Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adatən yaşadığı yer onun yaşayış yeri sayılır. ..Qanunun müddəalarından göründüyü kimi qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinin ikinci hissəsinə müvafiq olaraq yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi {sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinin ikinci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola - bilər. Daimi və ya müvəqqəti yaşayış yeri haqqında qeydiyyat orqanlarının məlumatlandırması vətəndaşın həm hüququ, həm də vəzifəsidir. Qeydiyyat orqanları isə Qanunla müvəkkil olunurlar ki, vətəndaşın iradəsinə uyğun olaraq daimi və ya müvəqqəti yaşadığı yerin azad seçilməsi aktını təsdiq etsinlər. Buna görə, vətəndaşların yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması vətəndaşların özünə yaşayış yerini azad seçmək hüququnu pozmamalıdır. Digər tərəfdən, özünə yaşayış yerini azad seçmək hüququ mütləq xarakter daşımır və bəzi hallarda isə məhdudlaşdırıla bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun, o cümlədən də onun 5-ci maddəsinin mətni, habelə «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsvirində vətəndaş haqqında məlumatların sırasında "yaşayış yeri" bölməsinin mövcudluğu yaşayış yeri olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməməsinə əsas vermir. Beləliklə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunda göstərilmiş qeydiyyatın məhdudlaşdırılması hallarından başqa bütün digər hallarda qeydiyyat orqanları vətəndaşın iradəsinə uyğun olaraq onun yaşayış yerinin azad seçilməsi aktını təsdiq etməlidirlər. Yaşayış yeri olmayan vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməməsi onların vətəndaşlıq hüququnun və ondan irəli gələn digər konstitusiya hüquqlarının, o cümlədən cəmiyyətin və dövlətin siyasi həyatında iştirak etmək (Konstitusiyanın 54-cü maddəsi), dövlətin idarə olunmasında iştirak etmək (Konstitusiyanın 55-ci maddəsi), seçki (Konstitusiyanın 56-cı maddəsi), təhsil (Konstitusiyanın 42-ci maddəsi), dövlət orqanlarına müraciət etmək (Konstitusiyanın 57-ci maddəsi) və s. hüquqlarının pozulmasına səbəb ola bilər. Yaşayış yeri olmayan vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilməsi həmçinin bərabərlik hüququnu poza bilər. Belə ki, Konstitusiyanın 25-ci maddəsinin lll hissəsinə əsasən dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, si-yasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətinə görə məhdudlaşdırmaq qadağandır. Yaşayış yeri olmayan vətəndaşlara Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməməsi Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinin müddəalarının pozulması kimi qəbul oluna bilər. Bu müddəalara əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarım və azadlıqlarım gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bununla belə, Konstitusiya Məhkəməsi hesab edir ki, Azərbaycan Respublikasında yaşayan bütün şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrininin icra edilməsi barədə Qanunun tələbi mütləq yerinə yetirilməlidir. Yaşayış yeri olmayan vətəndaşların qeydiyyatım isə Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları təşkil etməlidirlər." Həmin Qərarın 3-cü bəndinin icrasını təşkil etmək məşədilə Azərbəycən Respublikası Nazirlər Kabineti xx.xx.2003-cü il tarixli 55s saylı sərəncamı ilə yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini qəbul etmişdir. Beləliklə, isitinad olunanlardan müəyyən olunur ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsinin məhdudlaşdırılmasının qarşısını almaq məqsədilə şəxsin yaşayış yeri olmasa da, ona şəxsiyyət vəsiqəsinin verilməsi təsbit olunmuş, bu zaman yaşayış yeri olmayan şəxsin şəxsiyyət vəsiqəsində yaşayış yerinin şərti olaraq şəxsiyyət vəsiqəsi verən müvafiq orqanın ünvanı kimi qeyd edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, nə qədər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixdə 55s saylı sərəncamı qüvvədədir və iddiaçının qeydiyyata alınmaq üçün başqa yaşayış yeri yoxdur, cavabdehin onu inzibati binaya qeydiyyata almaqdan imtinası qanunsuz olmuşdur. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı qızının Abşeron rayon Polis İdarəsinin inzibati binasının ünvanına qeydiyyata alınması öhdəliyi cavabdeh Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti,70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar