Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-484/2021 28.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X4 oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 və X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “3 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı barədə vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi barədə 31.05.2020-ci il tarixli, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********993600 nömrəli qərarının ləğv olunmasına” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC 10 noyabr 2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia qaldıraraq 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib olunmuş 20.11.2019-cu il tarixli, **********192647 nömrəli səyyar vergi yoxlama aktının qanunsuz hesab edilməsi və ləğv olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 16 iyun 2020-ci il tarixdə iddiaçının nümayəndəsi X2 imzası ilə məhkəməyə iddia ərizəsinə əlavə daxil olmuş, “3 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı barədə vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi barədə 24.12.2019cu il tarixli, **********195223 nömrəli və 31 may 2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********993600 nömrəli qərarlarının ləğv olunması” barədə qərar qəbul olunması məhkəmədən xahiş edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-443/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “3 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı barədə vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi barədə 24.12.2019-cu il tarixli, **********195223 nömrəli və 31 may 2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********993600 nömrəli qərarlarının ləğv olunması”na dair tələbi 31 may 2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********993600 nömrəli qərarlarının ləğv olunması hissəsində ayrıca icraata ayrılması qərara alınmışdır. Cavabdeh inzibati orqanın nümayəndələri idiaçının nümayəndəsi X2 elektron bildirişləri tez-tez dəyişdirərək, çox sayda müxtəlif firmaları qanunsuz olaraq təmsil etdiyini, onun İddiaçı MMC-də daimi iş yeri olmadığını, həmin şəxsin iddiaçını təmsil etmək və iddia qaldırmaq səlahiyyətinin olmadığını bildirmişlər. Bununla bağlı müvafiq sorğular edildiyi, məhkəmə iclaslarında iddiaçının qanuni təmsilçisinin şəxsən iştirakı vəya səlahiyyətli nümayəndəsinin iştirakı iddiaçıdan tələb edilmiş, əks halda iddianın mümkünlüyü məsələsinə baxılacağı barədə xəbardarlıq edilmişdir. İddiaçının nümayəndəsi müvafiq xəbərdarlıqlardan sonra məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. İddiaçı MMC 10 noyabr 2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia qaldıraraq 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib olunmuş 20.11.2019-cu il tarixli, **********192647 nömrəli səyyar vergi yoxlama aktının qanunsuz hesab edilməsi və ləğv olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 31 may 2020-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********993600 nömrəli qərarlarının ləğv olunmasını isə məhkəmədən X5 xahiş etmişdir. İddia ərizəsinə əlavə X5 tərəfindən imzalanmış, lakin X2 daimi iş yerinin İddiaçı MMC olduğu müəyyən edilməmişdir. İnzibati Prosessual Məcəllənin 26.2-ci maddəsinə əsasən Dövlətin, bələdiyyələrin və ya hüquqi şəxslərin adından prosessual hərəkətləri onların qanunlarla, digər hüquqi aktlarla və ya dövlət (bələdiyyə) orqanlarının və ya hüquqi şəxsin nizamnaməsi (əsasnaməsi) ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər tərəfindən xüsusi səlahiyyət verilmiş, əsas iş yeri həmin dövlət və bələdiyyə orqanları və ya hüquqi şəxslər olan işçiləri həyata keçirirlər. Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. İş materiallarına əlavə edilmiş etibarnamədə X2 iddiaçını təmsil etmə səlahiyyəti qeyd edilsədə, X2 əsas iş yerinin İddiaçı MMC olduğu müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “3 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı barədə vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi barədə 31.05.2020-ci il tarixli, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********993600 nömrəli qərarının ləğv olunmasına” dair iddiası mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-484/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-484/2021
28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver