Məhkəmə qərarları › İş №2-1(118)-485/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-485/2022

28.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-485/2022 28.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X7 Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X9 (Şabran şəhəri, D.Əliyeva küçəsi ev 174-də yaşayan) Cavabdehin nümayəndəsi X8 (Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Tikilməkdə olan Meliorasiya və X5 Müdiriyyətinin hüquqşünas işləyən, Bakı şəhəri, Salyan yolu, 5 A ünvanda yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC Tikilməkdə olan Meliorasiya və X1rşı torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 25.000 manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh "xxxx" ASC Tikilməkdə olan Meliorasiya və X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinə dair qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 25.000 manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dəvəçi (indiki Şabran) rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 314 saylı sərəncamına və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə əsasən Şabran rayonu Liman kəndində yerləşən 70,0 ha torpaq sahəsi xx.xx.2005-ci il tarixdən 99 il müddətinə iddiaçıya istifadəyə verilmişdir. İddiaçı istifadə hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmış və ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016cı il qeydiyyat tarixli **********1 qeydiyyat nömrəli, **********27 reyestr nömrəli çıxarış verilmişdir. İddiaçının istifadəsində olan 70,0 ha torpaq sahəsinin 2,50326 ha hissəsi ASY- 3-6 açıq su yığıcı kanalının tikintisi altına düşdüyü üçün 2017-ci ildən dövlət ehtiyacları üçün iddiaçıdan geri alınmışdır. Lakin əvəzində hər hansı kompensasiya ödənilməmişdir. O, bununla əlaqədar aidiyyəti üzrə müraciət etmişdir. Cavabdeh qurumun ona ünvanladığı xx.xx.2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “Şabran rayonu ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” obyektinin tikintisi altına düşən torpaq sahələrinin dövlət ehtiyacı üçün geri alınması, bunun müqabilində mülkiyyətçilərə kompensasiya hesablanarkən, İddiaçı icarəsində olan 70 hektar torpaq sahəsindən 2,50326 hektarının ASY-3-6 açıq su yığıcı kanalının tikintisi altına düşdüyü müəyyən olunmuş və həmin torpağın dövlətə məxsus olduğu və üzərində tikili, çoxillik əkmələrin olmaması səbəbindən kompensasiya hesablanmamışdır”. İddiaçı cavabdeh qurumun cavab məktubunda göstərdiyi qaydada kompensasiyanın ödənilməsindən imtina etməsi əsassız hesab edərək iddianın təmin edilməsi barədə qərarın şıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, İddiaçı icarəsində olan dövlətə məxsus Şabran rayonu Liman kəndində yerləşən 70 hektar torpaq sahəsindən 2,50326 hektarının "Şabran rayonu ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi" obyektinin ASY-3-6 açıq su yığıcı kanalının tikintisi altına düşdüyü səbəbindən həmin torpağa görə kompensasiya ödənilməsini tələb edir. Şabran rayonu ərazisindən tələb olunan torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması məqsədi ilə “X6 üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq torpaqayırma layihəsi əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin "xxxx" MMC tərəfindən kadastr planlarından çıxarışlar hazırlanmış və torpaq mülkiyyətçilərinə dəyən ziyan Müstəqil Qiymətləndirici "xxxx" MMC tərəfindən qiymətləndirilmişdir. Hesabatlar maliyyələşdirici dövlət orqanı tərəfindən yoxlanmışdır. "Şabran rayonu ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi" obyektinin tikintisi altına düşən torpaq sahələrinin dövlət ehtiyacı üçün geri alınması, bunun müqabilində mülkiyyətçilərə kompensasiya hesablanarkən, İddiaçı icarəsində olan 70 hektar torpaq sahəsindən 2,50326 hektarının ASY-3-6 açıq su yığıcı kanalının tikintisi altına düşdüyü müəyyən olunmuş və həmin torpağın dövlətə məxsus olduğu və üzərində tikili, çoxillik əkmələrin olmaması səbəbindən kompensasiya hesablanmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etmədi və etirazda göstərilənləri müdafiə edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan : - RX № ******* seriyalı reyestrdən çıxarışdan görünür ki, Şabran rayonu Liman kəndində yerləşən 70 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüququ qeydə alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən tərtib edilmiş kadastr planından çıxarışdan görünür ki, həmin sənəd İddiaçı istifadəsində olan torpaq sahəsinə dair tərtib edilmişdir. - Şabran rayonu ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi" obyektinin ASY-3-6 açıq su yığıcı kanalının tikintisi altına düşən torpaqların geri alınması və müqabilində hesablanmış kompensasiya məbləğinin verilməsi cədvəlindən görünür ki, İddiaçı kompensasiya almamışdır. -Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC Tikilməkdə olan Meliorasiya və X5 Müdiriyyətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, göstərilən torpaq sahəsi İddiaçı Şabran rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə icarəyə verilmişdir. Bu səbəbdən və hənçinin ayrılan torpaq sahəsində əkiii və tikili olmadığına görə ona sifarişçi təşkilat tərəfindən həmin ərazidə tikintinin aparılması barədə xəbərdarlıq edilməmişdir. İddiaçı icarəsində olan tikinti altına düşən torpaq sahəsi dövlətə məxsus olduğundan və həmin sahədə heç bir tikili və əkili olmadığından X6 üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun 5.2 bəndinə əsasən ona dəyən zərərə görə kompensasiya hesablanmamışdır. -Məhkəmənin sorğusuna əsasən Dövlət Notariat Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.2007-ci il tarixdən fəaliyyətə başlamış “Elektron notariat” informasiya sistemində Şabran rayonu, Liman kəndinə yaxın ərazidə yerləşən torpaq sahələrinə dair 2017-ci və 2021-ci illərdə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi barədə məlumat aşkar edilməmişdir. - -Məhkəmənin sorğusuna əsasən Şabran rayon Notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Şabran rayonu, Liman kəndi ərazisi üzrə son 3 il ərzində hər hansı alqı-satqı müqaviləsinin bağlanmasına elektron notariat” avtomatlaşdırılmış informasiya sistemində rast gəlinmədi. -Məhkəmənin sorğusuna əsasən Şabran rayon Notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Şabran rayonu, Lİman kəndi ərazisi üzrə son 3 il ərzində hər hansı alqı-satqı müqaviləsinin bağlanmasına “elektron notariat” avtomatlaşdırılmış informasiya sistemində rast gəlinmədi. Sorğuda qeyd olunan Şabran rayonu, Liman kəndinə yaxın ərazilər üzrə aparılmış 5 ədəd alqı-satqı müqaviləsinin surəti məhkəməyə təqdim edilir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Mülki Məcəllənin 203.3-cü maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi, qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi, sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi, təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması, rekvizisiya, müsadirə. Həmin Məcəllənin 203.5-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikasıü Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir. Mülki Məcəllənin 210-cu maddəsinə əsasən mülkiyyət hüququna xitam verən Azərbaycan Respublikası qanunu qəbul edildikdə bu qanunun qəbulu nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi, o cümlədən əməlakın dəyəri dövlət tərəfindən ödənilir. Zərərin əvəzinin ödənilməsinə dair mübahisələri məhkəmə həll edir. «X6 üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 3.1 və 3.1.1-ci maddəsinə əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması həmin Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyaclarına daxildir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilir. Həmin qərarla alan orqan müəyyən edilir və torpağın alınması barədə qərarın qəbul edilməsinə hazırlıq başlanılır. Göstərilən Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Alan orqan alınmanın təsirinə məruz qalan şəxslərə və torpağın alınması nəticəsində zərər çəkəcək digər şəxslər və təşkilatlara kompensasiya ödəmək öhdəliyini daşıyır. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Müvafiq icra hakimiyyəti orqanının torpağın alınması haqqında qərarı ilə alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaradılır. Qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə alınan hər bir torpaq və digər əmlakın qiymətləndirilməsi məqsədləri üçün qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə yolu ilə müstəqil qiymətləndirici cəlb edir, müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir («X6 üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 4.1, 7, 54.1, 20.1.6, 54.2, 19.3 və 23-cü maddələri). Həmin Qanunun “Alınmanın təsirinə məruz qalan şəxs” adlanan 7.1-ci maddəsinə görə torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. 7.3. Bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla, həmçinin bu Qanunun 11-ci maddəsinin müddəalarına əməl etmək şərti ilə aşağıdakılar da alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər: 7.3.1. torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və ya icarə hüquqları olan şəxslər; Məhkəmə qeyd edir ki, cavabdeh torpaq sahəsinin dövlətə məxsus olması və üzərində hər hansı əkmələr və s.olmaması səbəbindən kompensasiyanın ödənilməsindən imtina etmişdir. Yuxarıda sadalanan qanunvericilik nörmalarına əsasən məhkəmə qeyd edir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada icarə hüququ qeydə alınmış şəxs də mülkiyyətçi kimi alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. «X6 üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun : 54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. 54.2. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. 55.1-ci maddəsinə əsasən bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1- bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. -55.2-ci maddəsinə əsasən bu Qanunun 55.1-ci maddəsində göstərilən qiymətləndirmə üsullarından hər ikisi tətbiq edilə biləcəyi hallarda ödəniləcək kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün torpağında daha yüksək qiymətini verən üsul tətbiq edilir. -58-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddiaçı icarəsində olan torpaq sahəsinin bir hissəsinin alınmaya məruz qalması əvəzinin ədalətli şəkildə kompensasiya edilməsini tələb etməkdə haqlı olmuşdur. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməlidir. Belə ki, iş üzrə notariat kontorundan müqayisə üçün alınmış son 3 il ərzində bağlanmış alqı-satqı müqavilələrindən görünür ki, Şabran rayonu Liman kəndinə yaxın əraziıər üzrə aparılmış alqı-satqı müqavilələrinə görə 100 kv m torpaq sahəsinin ən yüksək qiyməti 60-80-100 manat təşkil etmişdir. Yuxarıda istinad edilən alqı-satqı müqavilələrinə əsasən, 100 kv m torpağın 3 ən yüksək qiymətinə 60, 80 və 100 manat aid edildiyindən, onların orta göstəricisi (60 + 80 + 100)/3= 80 manat edir. Beləliklə, iddiaçıdan geri alınan 2.50326 ha torpaq sahəsinə görə kompensasiya 20.000 manat məbləğində hesablanaraq ödənilmıəsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı Minhac qızının icarəsində olan Şabran rayonu Liman kəndində yerləşən 2.50326 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar ümumilikdə 20.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh "xxxx" ASC Tikilməkdə olan Meliorasiya və X5 Müdiriyyətinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar