Məhkəmə qərarları › İş №2-1(118)-485/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-485/2023

02.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-485/2023 02.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı X1 və nümauəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz hesab etməklə 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür. O, xx.xx.1979-cu ildən xx.xx.1982-ci ilədək Sumqayıt şəhəri 41 saylı texniki peşə məktəbində təhsil almış, “Qafqazenerjitəmir” idarəsində elektrik çilingəri vəzifəsində işləmiş,hərbi xidmətə getmiş, 1982-1984-cü illərdə hərbi xidmətdə olmuş və hərbi xidmətdən qayıtdıqdan sonra həmin müəssisədə əmək fəaliyyətimi davam etdirmiş,1989-cu ildən isə köçürmə qaydasında “SOCAR”ın X14 Trestində buruğa xidmət elektrik montyoru vəzifəsində işləmişdir. 1995-ci ildən isə Xəzər Qazma Şirkətinə müqavilə əsasında işə qəbul olunmuş və «Dədə Qorqud» və «İstiqlal» üzən qurğularında takelajçı (fəhlə) vəzifəsində işləmişdir. 2008-ci ildən «Azdrilinq» şirkətinə müqavilə əsasında «elektrik montyoru” vəzifəsinə imtahan yolu ilə qəbul olunmuş və həmin şirkət bağlandıqdan sonra «Sokar»ın tərkibində Kompleks qazma Trestinin tərkibinə verilmişdir. Hazırda o, trestin 7 saylı briqadasında “qazmaya xidmət edən elektrik montyoru” peşəsində işləyir. Onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxması üçün hüquq verən əmək stajı 2006cı ilin yanvar ayının 1-dək 17 il, ümumi stajı isə 27 il təşkil edir. O, müvafiq sənədləri toplayaraq cavabdeh orqana təqdim etmiş, lakin cavabdeh tərəfindən imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddia tələbini müdafiə etdilər və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, iddiaçının xx.xx.1997-xx.xx.2006-c illərdə işlədiyi “takelajçı” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabimnetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 və 2 nömrəli Siyahılarında nəzərdə tutulmadığından iddiaçının 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını almaq hüququ yaranmamışdır.bu əsasla cavabdeh tərəfindən iddiaçıya imtina cavabı verilmişdir. İş materiallarında olan : -iddiaçıya aid şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1964-cü il təvəllüdlüdür. -İddiaçıya aid hərbi biletdən görünür ki, o, 1982-1984–cü illərdə hərbi xidmətdə olmuşdur. - iddiaçının adına açılmış ИТ№ ******* seriyalı əmək kitabçasından görünür ki, o, xx.xx.1982-xx.xx.1982-ci il tarixlərdə “Qafqazenerjitəmir” müəssisəsində, xx.xx.1984xx.xx.1986-cı il tarixlərdə Sumqayıt Elektrik sexində, xx.xx.1987- xx.xx.1989-cu il tarixlərdə Bünyadzadə adına sexdə, xx.xx.1989- xx.xx.1995-ci il tarixlərdə “Xəzərqazmaneftqasənaye İB-də, xx.xx.1995- xx.xx.2008-ci il tarixlərdə “X8 LTD” şirkətində işləmişdir. - “X8 LTD” şirkəti tərəfindən verilmiş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, İddiaçı “X10 Ltd” şirkətində Yarım Dalma üzən “İstiqlal” və “Dədə Qorqud kəşfiyyat” qazma qurğularında dənizdə tam iş günü ilə istehsalat proseslərində bilavasitə iştirak edən 18 Avqust 1997 il tarixdən 14 Fevral 2008- ci il tarixədək takelajçı vəzifəsində işləmişdir və vəzifə təlimatına uyğun olaraq gördüyü əsas işlər aşağıdakılardır: qazma şöbə rəhbərliyinin nəzarəti altında kimyəvi maddələrin qarışdırılmasında iştirak etmək və kimyavi çənlərin kimyavi maddələrlə yuyulmamda bilavasitə iştirak etmək, forklift vasitəsi ilə kimyəvi konteynerlər və səbətləri boşaltmaq, göyərtə üçün nəzərdə tutulmuş karqonun təchizat gəmilərindən yüklənməsi (o cümlədən kimyəvi maddələrlə dolu olan konteynerin) və ya boşaldılmaq sahəsində qaldırıcı əməliyyatları həyata keçirmək, kran operatoru və göyərtədə nəzarətçi tərəfindən idarə olunan göyərtə sahəsində qaldırıcı əməliyyatları həyata keçirmək, göyərtədə Nnzarətçi tərəfindən frog qurğusu vasitəsi ilə şəxsi heyətin köçürməsini həyata keçirmək, takelaj, zəncir blokları və digər qaldırıcı vasitələrdən istifadə edərək qaldırıcı əməliyyatları həyata keçirmək, örtmə kolonlarının aşağı endirilməsi, rayzer və digər qazma işlərin aparılmasına köməklik etmək, liderin rəhbərliyi altında yanğın, dağılma, axtarış və xilasetmə kimi fövqəladə hallar zamanı fövqəladə xilasetmə qrupu üzvü öhdəliklərini həyata keçirmək, HLO nəzarəti altında vertolyot komandası üzvü öhdəliklərini yerinə yetirmək, isti işlər zamanı, məhdud ərazidə, su üzərində, gəmi ilə qurğu arasinda müxtəlif maddələrin ötürülməsi və s. fəaliyyətlərdə gözətçi vəzifəsini yerinə yetirmək, kran operatoru tərəfindən təyin edilmiş və ya müəyyən edilmiş bütün öhdəlikləri yerinə yetirmək. - Məhkəmənin sorğusuna əsasən SOCAR X14 Tresti tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli cavab məktubuna əlavə edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X4 həqiqətən 7.06.1989-cu ildən (Əmr №154/k, xx.xx.1989-cu il) “Xəzərqazmaneftqazsənaye” İstehsalat Birliyinin “Xüsusiləşdirilmiş Texniki Vasitələrlə X15 İdarəsində işləmişdir. “Xəzərqazmaneftqazsənaye” İstehsalat Birliyinin 10 mart 1993-cü il 78 saylı əmrinə əsasən xx.xx.1993-cü il tarixindən “Xüsusiləşdirilmiş Texniki Vasitələrlə” X12 İdarəsinin adı dəyişdirilərək Üzən X5 adlandırılmışdır.xx.xx.2003-cü il tarixdən SOCAR-ın 28 saylı və “X7 strukturunun təkmilləşdirilməsi haqqında xx.xx.2003-cü il tarixli 8 saylı əmri ilə X5 İdarəsi Qazma Sexi kimi “Bayıl Limanı” X18 İdarəsinin tərkibinə verilmişdir.SOCAR-ın xx.xx.2007-ci il tarixli, 51 saylı və xx.xx.2007-ci il tarixli, 60 saylı ən ilə “X14” tresti yaradılmışdır və “Bayıl Limanı“ X16 İdarəsi trestin tabeliyinə verilmişdir. SOCAR-ın xx.xx.2012-ci il tarixli 65 saylı əmri ilə “Bayıl Liman” X17 İdarəsinin adı dəyişdirilərək “Xəzər” X15 İda adlandırılmışdır.xx.xx.2012-ci il tarixdən SOCAR-ın 101 saylı və “X14” trest strukturunun təkmilləşdirilməsi haqqında xx.xx.2012-ci il tarixli 82 saylı əmrinə əsasən ”Xəzər” X15 İdarəsi ləğv edilib və onun arxivi “Sahil” Qazma İş İdarəsinə verilmişdir.SOCAR-ın xx.xx.2013-cü il tarixli, SOCAR/13-100Ö701/SM-05-000034 saylı əmrinə əsasən “X14” trestinin “Sahil” Qazma İşləri İdarəsi ləğv edilmiş “Bulla, 8 Mart, Ümid“ İstehsalat-Bölümü kimi fəaliyyət göstərmişdir. “X14” trestinin “Təşkilatı struktur və ştat cədvəlinin tətb haqqında” xx.xx.2021-ci il tarixli, SÖCAR 2<**********0040020А00070 saylı əmriı əsasən “Bulla, 8 Mart, Ümid” İstehsalat bölümü hal-hazırda “Sahil” İstehsalat bölümü kimi fəaliyyət göstərir. Ümumi iş stajı 05 il 06 ay 13 gün, güzəştli iş stajı 05 il 06 ay 13 gün. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında 1100000a-11297kodu ilə qazmaçılar,1100000a-19861 kodu ilə bilavasitə buruqlarda elektrik avadanlığının təmirivə xidməti ilə məşğul olan elektrik montyorları peşəsi 05 il 06 ay 13 gün güzəştli iş stajı təşkil edir. Məhkəmənin sorğusuna əsasən SOCAR X14 Tresti tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısr’nın 10.1. bəndində (Qazma) bütün növ iş yerlərində (quruda və dənizdə) “takelajçı’’ peşəsinin güzəştli pensiya hüququna malik olması nəzərdə tutulmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Cavabdehin mövqeyinə görə iddiaçının işləditi takelaşçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş Siyahılarında nəzərdə tutulmadığından onun güzəştıli şərtlərlə yaşa görə 52 yaşından əmək pensiyası hüququ yaranmamışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafıq surətdə təyin edilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfındən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Göstərilən normaya 1997-ci il 26 iyun tarixli, 358-İQD nömrəli qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılaraq 52 yaş müəyyən edilmişdir. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 52 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 10 il, ümumi iş stajı minimum 20 il olmalı; 3) 10 il xüsusi və 20 il ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr kimi xx.xx.1989-cu ildən xx.xx.1989-cu il tarixədək qazmaçı köməkçisi və xx.xx.1989-cu il tarixdən xx.xx.1995-ci il tarixədək elektrik montyoru peşəsində, bundan başqa xx.xx.1997-ci il tarixdən xx.xx.2008-ci il tarixədək “X9 LTD” şirkətində takelajçı peşəsində işlədiyinə əsaslanır. Bununla bağlı məhkəmə qeyd edir ki, “X9 LTD” şirkəti tərəfindən verilmiş arayışda S.Yusifzadənin işlədii takelajçı peşısinin Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Siyahıda 10-cu bölmədə olmasını qeyd etmiş, halbuki, iddiaçıya 52 ( və ya 57) yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun işlədiyi peşələrin xx.xx.1993-cü il tarixli Qərarla təsdiq edilmiş 1 (və ya 2) N-li Siyahıda nəzərdə tutulması zəruri olmuşdur. Bu da o deməkdir ki, iddiaçıya 52 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməsi şərti iş üzrə ödənilmir. Beləliklə müəyyən olunur ki, iddiaçının 20 ildən yuxarı ümumi iş stajı olsa da, 1 saylı siyahı üzrə xüsusi iş stajı 10 il təşkil etmir ki, bu da 52 yaşdan 1 saylı Siyahı üzrə pensiya hüququnun yaranmasına (10 il xüsusi iş stajı olmadığından) kifayət etmir. Bu səbəbdən cavabdeh haqlı olaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Göstərilən Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə hesab edir ki, məcburetmə haqqında iddia növündə olduğu kimi, öhdəliyin icrası haqqında iddia üzrə də, pensiyanın 52 yaşdan təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı halda iddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmiş, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Bununla bağlı iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona 52 yaşı tamam olan tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar