Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-486/2021 08.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X5 Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X4 verilmiş xx xxxxxx 2019-cu il tarixli seriya RX №1429820 saylı çıxarışın ləğv olunmasına” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X5 Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X4 verilmiş xx xxxxxx 2019-cu il tarixli seriya RX №1429820 saylı çıxarışın ləğv olunmasına” dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya Xaçmaz rayonu Aqrar İslahat komissiyasının xx xxxxxx 1997-ci il tarixli 16 saylı qərarı ilə rayonun Şıxlar kəndində 1.72 ha torpaq sahəsinə JH-0077, KOD 30214088 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmiş və bunun əsasında da X5 Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixli seriya RX № ******* saylı çıxarış verilmişdir. Qeyd edilən torpaq sahəsi iddiçıya verildikdən sonra onunla bir kənddə yaşayan X6 iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini zəbt edərək ona məxsus olduğunu və 0.10 ha torpaq sahəsi üçün qeydiyyat tarixi xx.xx.2019- cu il olan Seriya RX № ******* saylı çıxarışı olduğunu bildirmişdir. Belə olan halda iddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X5 Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək 23 ildir mülkiyyətində olan torpaq sahəsinin naturada iddiçıya göstərilməsini xahiş etsə də, cavabdeh idarə həmin sahəyə görə 2019-ci ildə X4 qanunsuz çıxarış verdiyi üçün mülkiyyətində olan yeri iddiaçıya göstərmək istəmir. Cavabdeh idarə ona torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 2016-cı ildə mülkiyyət sənədi olan çıxarış verərkən idarənin mütəxəssisi yerində baxış keçirmiş və faktiki istifadəsinə uyğun da sərhədlər müəyyən olunmuşdur. Lakin çıxarışı verərkən mütəxəssis faktiki istifadə vəziyyətinə uyğun deyil, fərqli koordinatlar verərək bilərəkdən uyğunsuzluq yaratmışdır. Halbuki, həmin torpaq sahəsi Xaçmaz rayonu Aqrar İslahat komissiyasının qərarı ilə 1997-ci ildə iddiaçıya verilərkən yerində göstərilmiş, iddiaçı da həmin müddətdən hal-hazıradək orada bağ salaraq istifadə edir. Ona görə də hesab edir ki, Aqrar İslahat komissiyasının qərarı ilə 1997-ci ildə verilmiş torpağa mülkiyyət hüququna dair dövlət aktına uyğun və 2016-cı ildən çıxarışla mülkiyyətində olan torpaq sahəsindən cavabdeh idarənin bilərəkdən etdiyi uyğunsuzluq nəticəsində X4 2019-ci ildə verilmiş çıxarış ləğv olunmalıdır. İddiaçı bildirir ki, onlara verilmiş çıxarışdakı koordinatların yerində göstərilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X5 Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ünvanladığı ərizələrinə xx.xx.2020-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx xxxx 2016-cı il tarixli 818 saylı fərmanının 2.3-cü bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki vəqanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçiriləcək. Halbuki, həmin fərmanın 2.3.2-ci bəndində isə qeyd edilmişdir ki, torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi göstərilmişdir. İddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx xxx 2014-cü il tarixli qərarı ilə DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi inzibati akt kimi yox, hüquqi akt kimi qiymətləndirilmiş və mübahisənin xarakterinin işə baxacaq məhkəmənin müəyyən olunmasında əsas amil kimi nəzərə alınmalı olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia tələbi ilə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X5 Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X4 verilmiş xx xxxxxx 2019-cu il tarixli seriya RX №1429820 saylı çıxarışın ləğv olunmasını tələb edir. Göründüyü kimi iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara aiddir. (öhdəliyin icrası haqqında iddia) Bu halda isə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməli, inzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəmədə iddia qaldıra bilər. Lakin iş materiallarından görsənir ki, iddiaçı eyni tələblə ilkin olaraq inzibati orqana müraciət etməmiş, iddiaçının müraciəti torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının yerində göstərilməsi ilə bağlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, məhkəmədə qaldırdığı tələb ilə inzibati orqana müracət edə bilər. İnzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 2 ünvanında yerləşən) Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-486/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-486/2021
08.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver