Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-486/2025 03.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 X12rşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh2 X12rşı “mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı məhkəməyə müraciət edərək ünvan 3a yerləşən 2 otaqdan ibarət mənzilin mərhum X4 adına dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən Cavabdeh2 publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə iclasında cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, X8 çalışdığı Azərbaycan SSR Meliorasiya və Su təsərrüfatı Nazirliyinin Abşeron rayonu Mexaniki Suvarma İdarəsi tərəfindən verilən 1980-ci il tarixli 79 saylı arayışa əsasən ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evi onun istifadəsinə verilmişdir. Sözügedən yaşayış evinə dair BTİ (indi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən 1989-cu ildə 21 inventar nömrəli texniki pasport verilmişdir. X1 əmlak üzərində sahiblik və istifadə hüququ əldə etmiş, lakin əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün zəruri sənədləri Reyestr xidmətinə təqdim edənədək vəfat etmişdir. Həmin fərdi yaşayış evində, iddiaçı 1983-cü ildən qeydiyyatda olaraq ailəsi ilə birlikdə yaşayır. Atası xx.xx.2013-cü ildə vəfat etdikdən sonra sözügedən fərdi yaşayış evi atasından miras olaraq qalmışdır. Atasının vəfatından sonra Abşeron rayonunda yerləşən 1 saylı Notariusda 8V-97 nömrəli vərəsəlik işi açılmışdır və atasının vərəsəsi olaraq tanınmış və Notariat tərəfindən bu barədə arayış təqdim edilmişdir. 22 may 2023-cü il tarixində X8 məxsus fərdi yaşayış evi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Cavabdeh2 PHŞ-in 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət ünvanlanmışdır. Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-32/1-4-000 nömrəli cavab “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsinə istinad edərək sözügedən ərizənin icrasından imtina edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixində 4 saylı Abşeron ərazi idarəsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın mərhum X8 məxsus olmasına dair arayışın verilməsinin təmin edilməsini xahiş etmişdir. Lakin bugünədək 4 saylı Abşeron Ərazi İdarəsindən müraciətə cavab verilməmişdir. Cavabdeh tərəfindən göstərilən əsaslarla razılaşmadığı üçün pozulmuş hüquqlarının bərpa olunması məqsədilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. ..Azərbaycan SSR Meliorasiya və Su təsərrüfatı Nazirliyinin Abşeron rayonu Mexaniki Suvarma İdarəsi tərəfindən verilən 1980-ci il tarixli 79 saylı arayışa əsasən ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evi mərhum atası X4 şəxsi mülkiyyətinə verilmişdir. 1993-cü ildən etibarən Azərbaycan Respublikasında dövlət (ictimai) mənzil fondunun özəlləşdirilməsi haqqında Qanunun qəbul edilməsi ilə sovet dövründən müxtəlif formada vətəndaşların şəxsi mülkiyyətinə verilmiş mənzillərin əlavə ödəniş tələb etmədən əvəzsiz olaraq özəlləşdirilməsinə başlanılsa da, mərhum atası X4 hüquqi savadı olmamasına görə mənzil bugünə kimi özəlləşdirilməmiş olaraq qalmışdır. Sözügedən mənzil 1980-ci ildən 2013-cü ilədək - 33 (otuz üç) il kimi böyük bir müddət ərzində X4 faktiki olaraq mülkiyyətində olmuş, onu öz mülkiyyəti kimi hər hansı maneə olmadan fasiləsiz olaraq istifadə və idarə etmiş, ömrünün sonunadək həmin mənzildə daimi qeydiyyatda olmuş, həmin mənzildə vəfat etmiş və əmlakı öz vərəsəsinə ötürmüşdür. Bundan sonra 2000-ci ildə yeni qəbul edilən Azərbaycan Respublikasının Mülki Məcəlləsində və 2004-cü ildə qəbul edilən AR Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunda da formalaşmış hüquqi mövqeyə görə AR Mənzil Məcəlləsi qüvvəyə minənədək - yəni xx.xx.2009-cu il tarixinədək dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi həmin mənzil üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilmişdir. Əgər şəxs hüquqları dövlət qeydiyyatına aldırmazdan əvvəl vəfat edərsə, o zaman vəfat etmiş şəxsin vəsiyyət və qanun üzrə vərəsələrinin hüququ var ki, daşınmaz əmlak üzərində hüquqların vəfat etmiş şəxsə məxsus olmasını təsdiqlətsin və bununla bağlı təsdiqedici sənəd əldə etsin. AR Daşınmaz Əmlakın Dövlat Reyestri haqqında Qanunun 22.2-ci maddəsinə görə, Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən ‘‘qeydiyyat orqanTnın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, sovet dövründən qalma mənzillərin özəlləşdirilməsi, həmçinin, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq qeyd olunan mənzilin mərhum atasının adına özəlləşdirilməsini və həmin mənzil üzərində ona məxsus olmuş hüquqların dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ vardır. Cavabdehin xx.xx.2023-cü İİ tarixli 3-21-3-32/1-4-000 nömrəli tarixli imtina məktubunda mənzilə dair sənədlərin tam təqdim edilmədiyi, buna görə də ərizənin icrasının mümkün olmadığı qeyd olunmuşdur. Lakin cavabdeh ərizə üzrə icraat zamanı tələb olunan əlavə sənədlər barədə ərizəçiyə məlumat verməmiş və çatışmazlıqların aradan qaldırılması üçün müddət təyin etməmişdir. Məxsusi olaraq, qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edərkən cavabdeh AR Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 15-ci maddəsində qeyd olunan hüquqi əsaslardan konkret hansına uyğun olaraq imtinan verdiyini göstərməmişdir. Həmçinin Ərazi idarəsinin əməkdaşları yerli baxış zamanı belə hər hansı sənədin olmadığını bildirməmişdirlər. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası formal olaraq tərtib edilmişdir, çünki imtina üçün əsas motiv mənzilə hüquq təsdiqedici sənədin cavabdeh inzibati orqan tərəfindən qəbul edilməməsidir. Həmçinin imtina məktubunda məhkəməyə müraciət hüququ və şikayət müddətləri ilə bağlı heç bir qeyd edilməmişdir. xx.xx.2023-cü iı tarixində edilən müraciətinə dair bugünədək heç bir cavab ala bilməmişdir. 4 saylı ərazi idarəsi ilə dəfələrlə əlaqə saxlamağa çalışsa da cəhdləri uğursuz olmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə etmişdir. Cavabdeh etirazında qeyd edir ki, aparılan araşdırma zamanı Abşeron rayonu, GörədH kəndində yerləşən fərdi yaşayış evinə dair tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici və texniki sənədlərin İdarəyə təqdim edilmədiyi; sözügedən daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün texniki baxışın keçirilməsinə iddiaçı tərəfindən şərait yaradılmadığı;İddiaçı 22 may 2023-cü il və 09 avqust 2023-cü il tarixli müraciətlərinin Abşeron rayonu, Görədil kəndində yerləşən fərdi yaşayış evi üzərində hüquqların mərhum X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ünvanlandığı, lakin iddia ərizəsində ünvan 3a yerləşən, 2 otaqdan ibarət mənzilin mərhum X4 adına qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələbi qoyulduğu aşkarlanmışdır. İddiaçı 22 may 2323-cü il tarixli müraciəti üzrə aparılmış müayinə baxışı zamanı müraciət üzrə əlavə edilmiş 21 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin daxilində rekonstruksiya işlərinin aparıldığı müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X11 iştirak etmiş, etirazı müdafiə etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: AZ İ №575560 ölüm haqqında şəhadətnamə, Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusunun 26 iyul 2023-cü il tarixli 3414 saylı məktubu, fevral 1989-cu il tarixli 21 inventar nömrəli texniki pasportun surəti məhkəməyə təqdim edilmişdir. Abşeron rayon İcra Hakimiyyəti Başçısının Görədil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 17 mart 2025-ci il tarixli 12 saylı məktubunda qeyd edilmişdir ki, ünvan 4 ünvanında yerləşən ev vaxtı ilə X7 İdarəsinin balansında olmuşdur. ünvan 4 ünvanında yerləşən evdə qeydiyyatda olan şəxslər: -1. İddiaçı 2. X9 3. X14 4. X15 5. X5 -ünvan 6 ünvanında yerləşən evdə faktiki olaraq yaşayan şəxslər: 1. İddiaçı 2. X9 3. X10 4. X6 5. X2 rayon , Görədil kəndi, E.Yusifov küçəsi 4 ünvanında yerləşən evin təyinatı fərdi yaşayış məntəqəsinə aid torpaqdır. Məhkəmə sorğusuna cavab olaraq X27 Cəmiyyətinin 25 aprel 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 7 ünvanında yerləşən evdə su və kanalizasiya təchizatından istifadəyə görə müqavilənin mövcudluğu barədə "xxxx" ASC-nin abonent bazasında məlumat yoxdur. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 21 iyul 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, mənzilə dair 4 saylı Abşeron Ərazi İdarəsinin arxiv əsaslarında məlumat aşkar edilməmişdir. 13 iyun 2023-cü il tarixli müayinə aktında qeyd edilmişdir ki, torpaq sahəsi üzərində texniki pasportda göstərilən fərdi yaşayış evi mövcuddur. Fərdi yaşayış evi yararlıdır, daxili ölçüləri uyğundur, İİ və İİİ otaqları sökülərək bütöv otaq olmuşdur. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 07 noyabr 2025-ci il tarixli məktubunda sözügedən ünvana dair heç bir məlumatın aşkar edilmədiyi qeyd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 13 yanvar 2026-cı il tarixli məktubunda yaşayış evinin yerləşdiyi torpaq sahəsinin və ətrafında yerləşən qonşu torpaq sahələrinin ortofoto görüntüsü təqdim edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı ünvan 3a yerləşən 2 otaqdan ibarət mənzilin mərhum X4 adına dövlət qeydiyyatına alınmasını istəyir. Cavabdeh isə qeyd edir ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Görədil kəndində yerləşən fərdi yaşayış evinə dair tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici və texniki sənədlərin İdarəyə təqdim edilmədiyi; sözügedən daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün texniki baxışın keçirilməsinə iddiaçı tərəfindən şərait yaradılmadığı;İddiaçı 22 may 2023-cü il və 09 avqust 2023-cü il tarixli müraciətlərinin Abşeron rayonu, Görədil kəndində yerləşən fərdi yaşayış evi üzərində hüquqların mərhum X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ünvanlandığı, lakin iddia ərizəsində ünvan 3a yerləşən, 2 otaqdan ibarət mənzilin mərhum X4 adına qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələbi qoyulduğu aşkarlanmışdır. Məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlı olmamışdır. Belə ki, iddiaçı hüquqmüəyyənedici sənəd qismində fevral 1989-cu il tarixli 21 inventar nömrəli texniki pasporta əsaslanır. İş materiallarına fevral 1989-cu il tarixli 21 inventar nömrəli texniki pasportun surəti əlavə edilmişdir. Məhkəmə araşdırması zamanı texniki sənədin əslinin iddiaçıda olmadığı müəyyən olunmuşdur. Həmçinin məhkəmə tərəfindən müvafiq sorğular verilmiş və fevral 1989-cu il tarixli 21 inventar nömrəli texniki pasportunun arxiv əsasları Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsində aşkar edilməmişdir. Beləliklə, iddiaçı tərəfindən hüquqmüəyyənedici sənəd qismində təqdim edimiş fevral 1989-cu il tarixli 21 inventar nömrəli texniki pasportu məhkəmə mötəbər sənəd kimi qəbul etmir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Göründüyü kimi, iddiaçı mülkiyyət hüququnun qeydə alınması ilə bağlı qanunvericilikdə göstərilən mötəbər hüquqmüəyyənedici sənədə malik deyil. Belə olan halda cavabdehin bu barədə imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-486/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-486/2025
03.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver