Məhkəmə qərarları › İş №2-1(118)-4871/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4871/2025

26.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4871/2025 26.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: doğum haqqında akt qeydinə düzəlişin edilməsi) GİRİŞ HİSSƏ X14-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt Regional Cavabdehnə qarşı “doğum haqqında akt qeydinə düzəlişin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 26 sentyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cəbrayıl rayon Hovuzlu icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1961-ci il tarixli, 58 saylı doğum haqqında akt qeydində düzəliş edilərək, doğum tarixinin 10 iyun 1961-ci il, soyadının Zamanova, adının Şəhla, ata adının Bəylər, ana bəndində anasının soyadının Zamanova, adının Hənifə, ata adının isə Əskərxan qızı kimi yazılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı regional Cavabdeh üzərinə qovulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 10 iyun 1961-ci ildə anadan olmuşdur. Cəbrayıl rayon Hovuzlu icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1961-ci il tarixli, 58 saylı doğum haqqında akt qeydində soyadı Zamanov, adı Şahlar, ata adım Bəylər oğlu, ana bəndində anasının soyadı Zamanova, anasının ata adı Hənifə kimi yazılmışdır. Bildirir ki, doğum tarixi 10 iyun 1961-ci il, soyadı (X10 ilə nikaha daxil olduqdan sonra həyat yoldaşının soyadını, yəni Məmmədova) Zamanova, adı Şəhla, ata adı Bəylər, ana adı Hənifə, atasının adı Əskərxan, soyadı isə Zamanovadır. İddiaçıya məxsus doğum haqqında təkrar şəhadətnamənin istənilməsi barədə xx.xx.2025-ci ildə cavabdeh Ədliyyə Nazirliyi 1 saylı regional Cavabdehnə müraciət etmişdir. Cavabdeh Ədliyyə Nazirliyi 1 saylı regional Cavabdeh xx.xx.2025-ci il tarixli məktubunda Cəbrayıl rayon Hovuzlu icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1961-ci il tarixli, 58 saylı doğum haqqında akt qeydində iddiaçının deyil, xx.xx.1961-ci il təvəllüdlü X4, ana bəndində məlumat “Zamanova Hənifə”, ata məlumatlarının isə tək ananın ərizəsinə əsasən, göstərildiyini qeyd etmişdir. Həmin səhvin düzəldilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, Cəbrayıl rayon Hovuzlu icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1961-ci il tarixli, 58 saylı doğum haqqında akt qeydində düzəliş edilərək, doğum tarixinin 10 iyun 1961ci il, soyadının Zamanova, adının Şəhla, ata adının Bəylər, ana bəndində anasının soyadının Zamanova, adının Hənifə, ata adının isə Əskərxan qızı kimi yazılması öhdəliyinin cavabdeh Ədliyyə Nazirliyi 1 saylı regional Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməlidir.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional Cavabdeh tərəfindən verilmiş 3-16-5/8-858-15/25 nömrəli, xx.xx.2025-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “Doğum haqqında təkrar şəhadətnamənin istənilməsi barədə xx.xx.2025-ci it tarixli müraciətinizə baxılmışdır. Bildiririk ki, doğum haqqında şəhadətnamənin istənilməsi ilə bağlı ərizədə məlumatlarınızı “X8”, ata məlumatlarını “Zamanov Bəylər”, ana məlumatlarını “X5” qeyd etmisiniz. Cəbrayıl rayon Hovuzlu icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1961-ci il tarixli 58 saylı doğum haqqında akt qeydində xx.xx.1964-cü il təvəllüdlü “İddiaçı”nın deyil “xx.xx.1961-ci il təvəllüdlü X9”nun, ana bəndində məlumat “X5” deyil “Zamanova Hənifə”, ata məlumatlar isə tək ananın ərizəsinə əsasən göstərilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Həmin məcəllənin 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 161.3. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Odur ki, göstərilənlərə əsasən doğum haqqında akt qeydinə düzəliş edilməsi üçün Sizin məhkəməyə müraciət etmək hüququnuz vardır.”.

4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir.

6. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə uyğun olaraq, şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

7. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

ƏSASLANDİRMA HİSSƏSİ

II. İddianın növü və mümkünlüyü

8. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə Nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.

9. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13cü maddəsinə görə, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

10. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə, inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

11. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

IV. Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 159.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır; 159.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

13. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir; 2-ci bəndinə əsasən, aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. 3-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; - vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; - qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü maddəsinə əsasən, şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi, və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın müraciətindən ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. 5-ci bəndə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Ölənlər barəsində vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr qanunvericiliyə uyğun olaraq varislərin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndələri tərəfindən verilir. 6-cı bəndinə əsasən, qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. 8-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

14. Beləliklə, istinad olunan normalardan görünür ki, akt qeydində səhv məlumatlar olduqda şəxs ona dəyişiklik edilməsini tələb edə bilər.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” - 1.7. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlər barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur.

IV. Məhkəmənin mövqeyi

16. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

17. İş materiallarında olan sənədlərə əsasən, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı Cəbrayıl rayon Hovuzlu icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1961-ci il tarixli, 58 saylı doğum haqqında akt qeydində düzəliş edilərək, doğum tarixinin 10 iyun 1961-ci il, soyadının Zamanova, adının Şəhla, ata adının Bəylər, ana bəndində anasının soyadının Zamanova, adının Hənifə, ata adının isə Əskərxan qızı kimi yazılmasını xahiş edir.

18. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi, iddiaçıya məxsus AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, doğum tarixi “xx.xx.1964”, soyadı “Məmmədova”, adı “Şəhla”, atasının adı “Bəylər” qeyd edilmişdir.

19. AZE seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X1 “Zamanova”, adı “Hənifə”, atasının adı “Əsgərxan” qeyd edilmişdir.

20. İV-Ж 305425 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X10 ilə İddiaçı rəsmi nikaha daxil olmuşdur iddiaçının mərhum həyat yoldaşı X3 anası X13 məxsus şəxsiyyət vəsiqəsində soyadı qrafasında şəxsin soyadı “Nəcəfova” deyil, məhz “İsaqova” olaraq, doğum tarixi qrafasında “xx.xx.1942” kimi qeyd olunmuşdur.

21. Cəbrayıl rayon Hovuzlu icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1961-ci il tarixli, 58 saylı doğum akt qeydində “İddiaçı”nın deyil “xx.xx.1961 -ci il təvəllüdlü X9”nun, ana bəndində məlumat “X5” deyil “Zamanova Hənifə”, ata məlumatlar isə tək ananın ərizəsinə əsasən göstərilmişdir ki, məhkəmə bunu iddiaçının digər sənədlərinə əsasən düzgün olmayan hesab edir.

22. Qanunveriliyin yuxarıda qeyd olunan tələbindən də göründüyü kimi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır.

23. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Cəbrayıl rayon Hovuzlu icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1961-ci il tarixli, 58 doğum haqqında akt qeydində soyadının “Zamanova”, adının “Şəhla”, ata adının “Bəylər”, ana bəndində anasının soyadının “Zamanova”, adının “Hənifə” kimi yazılmasına dair qeyd aparılmaqla düzəliş edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “ASAN Xidmət" X6 üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

24. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

Qərara aldı:

İddia qismən təmin edilsin. İddiaçı Cəbrayıl rayon Hovuzlu icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1961ci il tarixli, 58 doğum haqqında akt qeydində soyadının “Zamanova”, adının “Şəhla”, ata adının “Bəylər”, ana bəndində anasının soyadının “Zamanova”, adının “Hənifə” kimi yazılmasına dair qeyd aparılmaqla düzəliş edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “ASAN Xidmət" X6 üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X14-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar