Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-488/2025 04.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X24 Təşəkkül oğlunun sədrliyi, X13 oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, (qərarın elanında iştirak etməmişdir) İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair Sumqayıt şəhər X14 İK-nin xx.xx.1990-cı il tarixli 15.517.3. saylı qərarının 31-ci bəndinin qismən - “vətəndaş X4 istifadəsindədir” hissəsində etibarsız hesab edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib Corat qəsəbəsi, ev 26 ünvanda yerləşən fərdi yaşayış evinə dair Sumqayıt şəhər X14 İK-nin xx.xx.1990-cı il tarixli 15.517.3. saylı qərarının 31-ci bəndinin qismən- “vətəndaş X4 istifadəsindədir” hissəsində ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi,ev 26 ünvanda yerləşən yaşayış evi X5na məxsus olmuşdur.Həmin ev nənəsinin ata evi olmuşdur. Həmin evdə nənəsi, babası və valideynləri onlarla birlikdə yaşamışlar. Sonra isə onlar da həmin evdə yaşayırlar.X1 həmin evi vəsiyyətnamə üzrə İddiaçı2 vəsiyyət etmişdir. Qəmər Hüseynbala qızı 1989-cu ildə vəfat etmişdir.Nənəsindən sonra valdienynləri və onlar həmin miras əmlakı qəbul edərək həmin evdə yaşamağa davam edirlər. Valideynləri sağ olduğu üçün İddiaçı2 nənəsinin ona vermiş olduğu vəsiyyətnaməni icra etdirməyə ar elədim və həmin vəsiyyətnamə icrasız qalmışdır. X3 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir.X2 xx.xx.2010-cu il tarixdə Təbriz şəhərində vəfat etmişdir.Hazırda onlar nənəbabasının və valideynlərinin ölümündən sonra miras əmlakı qəbul etmiş və istifadə edirlər. Bunu qonşular və icra nümayəndəliyinin arayışı təsdiq edir.Nənəsindən qalmış miras əmlaka dair vərəsəlik sənədlərini rəsmiləşdirmək istəyəndə icra nümayəndəliyindən bildirmişlər ki, nənəsinə məxsus ev onların ailəsinə tam yad olan başqa bir şəxsincavabdeh X4 adına qeydə almmışdır. Bunun səbəbini öyrənmək üçün şəhər arxivinə rəsmi sorğu ilə müraciət etmiş və ordan aldığı arxiv arayışından məlum olmuş ki, Sumqayıt şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli 15.517.3. saylı qərarının 31-ci bəndi ilə nənəsinə məxsus evin şəxsi mülk kimi qeydə alınması qərara alınmış və istifadəçi kimi onların ailəyə heç bir aidiyyatı olmayan, vərəsələr sırasına daxil olmayan X10 göstərilmişdir.Onlar bununla razılaşmayaraq həmin qəran qismən- «vətəndaş X4 istifadəsindədir» hissəsində etibarsız hesab edilməsinə və sonuncunun adına verilmiş çıxarışın etibarsız hesab edilməsi iddia ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişlər. Sumqayıt Şəhər Məhkəməsində cavabdehlər X10 və Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı qaldırdığı iddia üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2018-ci il tarixli qətnaməsinə əsasən Sumqayıt Şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 15.517.3. saylı qərarının 31-ci bəndinin «vətəndaş X4 istifadəsindədir» hissəsi etibarsız hesab edilmiş və X4 adına Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 26 ünvana dair DTİ və MHQİ tərəfindən verilmiş 237 nömrəli, 27 sentyabr 1990-cı il tarixli qeydiyyat vəsiqəsi ləğv edilmişdir.Həmin iş məhkəmədə baxılarkən Q.Qasımovun həyat yoldaşı X17 məhkəməyə ərizə vermiş və Sumqayıt Şəhər Məhkəməsinin 27 oktyabr 2015- ci il tarixli, 2(060)-9363/2015 saylı qiyabi qətnaməsinə əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 26 saylı evin miras əmlak kimi X17 tərəfindən qəbul edilməsi və vərəsəliyin rəsmiləşdirilməsi üçün tələb olunan mirasın qəbulu müddəti bərpa edilmişdir. Onun ərizəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 04 may 2016-cı il tarixli qərardadı ilə həmin qiyabi qətnamə ləğv edilmiş və iş üzrə icraat təzələnərək iş mahiyyəti üzrə məhkəmə baxışına təyin edilmişdir.Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2016-cı il tarixli qərardadına əsasən hüquqa dair mübahisə olduğu üçün ərizəçi T.Qasımovanın ərizəsi baxılmamış saxlanılmışdır.Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarxili qətnaməsi icra edilərkən məlum olmuşdur ki, T.Qasımova və uşaqları vərəsəliyi qəbul etmə müddətinin bərpa edilməsi barəsində olan ləğv edilmiş qiyabi qətnaməyə əsasən notariat kontorunda vərəsəlik haqqında şəhadətnamə və həmin şəhadətnamələr əsasında mübahisəli evə dair çıxarış almışlar. İddiaçılar həmin sənədlərin etibarsız hesab edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, bundan sonra həmin iş üzrə cavabdehlərdən T.Qasımovanın qızı S.Qasımova 2021 ildə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və bununla əlaqədar olaraq həmin apellyasiya şikayəti baxılana qədər onların iddiası üzrə mülki işin icraatı dayandırılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və işin icraatına xitam verilmiş və onlara bu iddia ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. Bundan sonra onların vərəsəlik sənədlərinin etibarsız hesab edilməsinə dair mülki iş ü icraat təzələnmiş və Sumqayıt Şəhər Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(060)-134/21 saylı qətnaməsi ilə (hakim A.İ.İsmayılov) İddiaçı1 cavabdeh X17, X11 və X12 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamlər əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia təmin edilib, Sumqayıt şəhər 1 saylı Notariat Kontorunda təsdiq olunmuş 2V-201 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 2V-1-202 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli arvadın ümumi əmlakdakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, həmin şəhadətnamələr əsasında X7 4/6 hissə, X6 1/6 hissə və X8 1/6 hissə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və 14150155 qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir.Həmin qətnamədən cavabdehlərin apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, kassasiya şikayətləri Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanmışdır. Bundan sonra onlar “qərarın qismən etibarsız hesab edilməsi” iddiası ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddiamız mümkünsüz hesab edilmiş və qərardadda izah edilmiş ki, hazrkı mübahisədə qərarın etibarsızlığı yox, ləğvi tələb edilə bilərdi. Ona görə də onlar həmin qərardadd sonra İcra hakimiyyətinə müraciət edərək nənəsinə məxsus evə dair başqa şəxsin adına qəbul etdikləri qərarı həmin hissədə ləğv etsinlər. İcra Hakimiyyəti özünün xx.xx.2023-cii il tari məktubu ilə cavabında bildirmiş ki, bunun üçün hüquqi əsaslar yoxdur və bu mübahisə ilə əlaqədar məhkəməyə müraciət edə bilərlər.Ona görə də hazırda bu iddia ilə inzibati məhkəməyə müraciət edir.Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə mübahisə edilən qərarın qanunsuz olması tam təsdiqini tapmış və apellyasiya instansiyası qətnaməni maddi əsaslara görə deyil, yalnız məhkəmə aidiyyəti məsələsinə riayət edilmədiyinə görə ləğv etmiş icraata xitam verərək onlara inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.Ona görə də nənəsindən qalmış miras evə dair qanunsuz vərəsəlik şəhadətnaməsi çıxarışı ləğv etdirdikdən sonra artıq inzibati məhkəməyə nənəsinin adına olan evə dair qanunsuz olaraq Q.Qasımovun adına verilmiş qərarın ləğv edilməsi barədə iddia ilə müraciət edirlər.Həmin ev nənəsin məxsus olmuş, nənəmiz-babası, sonra isə valideynləri, sonra da onlar həmin evdə yaşamışlar. Nənəsi sağlığında evi nəvəsi İddiaçı2 vəsiyyət etmiş, nənəsi öləndən sonra valideynləri, valideynləri öləndən sonra isə onlar həmin evə sahiblik etməklə mirası faktiki qəbul etmişlər. Bu evin nənəsinə məxsus olmasını notariatda təsdiq edilmiş vəsiyyətnamə, eləcə də həmin evə dair vergi, sığorta ödənişləri etməsi təsdiq edir. X10 isə nənəsinin və onların ailəsinə hər hansı bir aidiyyatı yoxdur. Sadəcə olaraq 90-cı illərdə Corat qəsəbəsində evlərin pasportlaşması aparılarkən Q.Qasımovun Corat qəsəbə üzrə nümayəndə olmasından istifadə edərək həmin evi oğlu Q.Qasımovun adına qeydə aldırmış, amma bundan onların xəbəri olmamış, bu günə qədər də onlar həmin evdə istifadə etmiş, nə Q.Qasımov sağlığında, nə də onun ölümündən sonra ailə üzvləri bu evə dair hər hansı bir hüquqlarını irəli sürməmişlər və onların bu sənədləşmədən heç bir xəbərləri olmamışdır. Yalnız onlar məhkəməyə verəndən sonra Q.Qasımovun ailəsi bu evə dair rəsmi sənədlərdə hüquqları olduqlarını bilib mübahisə qaldırmışlar. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili Vəkil eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir. Cavabdeh inzibati orqan ərizə təqdim edərək iş yükünün çoxluğunu nəzərə alıb, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxılmasını xahiş etmişdir. Məhkəmə iclası barədə lazimi qaydada digər iddiaçı, cavabdeh və digər üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-488/2025-ci il tarixli qərardadına əsasən iddia tələbi iddiaçıların sübyektiv hüququnun olmaması sələbilə mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçılar apaellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(105)-282/2025 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-488/2025-ci il tarixli qərardadı ləğv edilərək, təkrar baxılması üçün məhkəməyə geri göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin mövqeyinə görə iddiaçıların iddia tələbini qaldırmağa sübyektiv hüququn olması, eyni zamanda iddiaçıların hüquqi marağı nəzərə alınaraq onlara hüquqi yardım edilməli və iddianın inzibati aktın etibarsızlığı yönündə dəyərləndirilmələr aparılmalıdır. Məhkəmə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(105)- 282/2025 nömrəli qərardadındakı mövqeyi nəzərə alaraq, iddia tələbinə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2023-cü il tarixli, 5-6/N-118-032/2023 nömrəli imtina məktubu, DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubun surəti, Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş 35/2 nömrəli, xx.xx.2015-ci il tarixli arxiv çıxarışı, Sumqayıt şəhər 1 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubun surəti, qətnamələrin surəti və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddia müəyyən etmə və ya tanınma haqqında iddiadır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmadığına görə, iddia mümkün iddiadır. İddianın mahiyyətinə gəlincə isə məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. İşin hallarından görünür ki, iddiaçılar Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 26 saylı fərdi yaşayış evi barəsində mübahisə predmeti olan XDS qərarı onların hüquqlarının pozulmasına əsas olduğundan, Sumqayıt şəhər X14 İK-nin xx.xx.1990-cı il tarixli 15.517.3. saylı qərarının 31-ci bəndinin qismən - “vətəndaş X4 istifadəsindədir” hissəsində etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsi niyyətindədir. Məhkəmə işin faktiki hallarını araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 2212/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunur ki, hazırda iddiaçıların iddia etdiyi-Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 26 saylı evin üzərində X4 mülkiyyət hüququ qeydiyyata alınmış və 237 nömrəli, xx.xx.1990-cı il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Qasımov Qasım xx.xx.2007-ci ildə vəfat etmişdir. Onun vərəsələri mirasdan payların müəyyən edilməsi üçün Sumqayıt şəhər 1 saylı notariat ofisinə müraciət etmiş və 2v-201-202 saylı vərəsəlik işi açımışdır. xx.xx.2015-ci il tarixli ərarvadın ümumi əmlakdakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə ilə Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 26 saylı evdən birgə nikah müddətində əldə etdikləri ümumi birgə əmlak kimi xx.xx.2007-ci ildə vəfat etmiş X4 və sağ qalmış arvadının payları bərabər (1/2 hissə) müəyyən olunmuşdur. Eyni zamanda evin ½ hissəsindən bərabər pay almaları barədə onun vərəsələrinə xx.xx.2015ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamələr əsasında X7 4/6 hissə, X6 1/6 hissə və X8 1/6 hissə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, xx.xx.2015ci il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2(060)-134/2021 saylı qətnaməsi ilə İddiaçı1 cavabdehlər X17, X11 və X12 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia təmin edilib, Sumqayıt şəhər 1 saylı Notariat Kontorunda təsdiq olunmuş 2V-201 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 2V-1-202 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli ər-arvadın ümumi əmlakdakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, həmin şəhadətnamələr əsasında cavabdehlərin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021ci il tarixli, 2(105)-3488/2021 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin həmin qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2212/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə isə Sumqayıt Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar hazırda müvafiq fərdi yaşayış evi haqqında cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.1990-cı il tarixli 15.517.3. nömrəli qərarın qismən ləğvini tələb edirlər. Həmin ev üzərində mülkiyyət hüququ qeydiyyata alınmış X4 vərəsələrinin adına qeydə alınmış ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli dövlət reyestrindən çıxarış iddiaçıların iddiası əsasında ləğv edilmişdir. Göründüyü ki, mübahisəli mənzilə dair üçüncü şəxslərə məxsus əsassız qeyd olduğundan iddiaçılar özünün mülkiyyət hüquqlarını həyata keçirə bilmirlər. Bu səbəbdən müvafiq qeyd etibarsız hesab edilərək, iddiaçıların qanunla qorunan hüquqları bərpa edilməlidir “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 65-ci maddəsinə görə Aşağıdakı inzibati aktlar etibarsız sayılır: -65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; -65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; -65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; -65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; -65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; -65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.Həmin Məcəllənin 67.6.2-ci maddəsinə əsasən səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda maraqlı şəxs etimadın qorunması hüququna istinad edə bilməz. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 26 ünvanda yerləşən fərdi yaşayış evinə dair Sumqayıt şəhər X14 İK-nin xx.xx.1990-cı il tarixli 15.517.3. saylı qərarının 31-ci bəndinin qismən - “vətəndaş X4 istifadəsindədir” hissəsində etibarsız hesab edilməsi vəzifəsi cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X26
Məhkəmə qərarları › İş №2-1(118)-488/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-488/2025
04.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver