Məhkəmə qərarları › İş №2-1(118)-4884/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4884/2025

30.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4884/2025 30.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X6 Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə qarşı “11 iyul 2024-cü il tarixli 580/4/2024 saylı əmr ilə universitetin Marketinq ixtisası üzrə təhsilini başa vurmuş İddiaçı bakalavr diplomu ilə təmin edilməsi üçün bakalavr diplomu blankının Azərbaycan Dövlət İqtisad Universitetinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə və Azərbaycan Dövlət İqtisad Universitetinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 11 iyul 2024-cü il tarixli 580/4/2024 saylı əmr ilə universitetin Marketinq ixtisası üzrə təhsilini başa vurmuş İddiaçı bakalavr diplomu ilə təmin edilməsi üçün bakalavr diplomu blankının verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili məhkəmə icraatı ərəfəsində ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Respublikası Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə əvəz edilməsini, digər cavabdeh Azərbaycan Dövlət İqtisad Universiteti isə üçüncü şəxs qismində tanınmasını məhkəmədən xahiş etmişdir.Məhkəmə müvafiq ərizəni nəzərə almışdır. Həmçinin, iddia tələbinin dəqiqləşməsinə dair ərizə də təqdim edərək, 11 iyul 2024-cü il tarixli 580/4/2024 saylı əmr ilə universitetin Marketinq ixtisası üzrə təhsilini başa vurmuş İddiaçı bakalavr diplomu ilə təmin edilməsi üçün bakalavr diplomu blankının Azərbaycan Dövlət İqtisad Universitetinə verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2003-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, xx.xx.2020-ci il tarixli 578/4/2020 saylı əmr ilə Azərbaycan Dövlət İqtisad Universitetin Zaqatala filialının bakalavriat səviyyəsinin əyani təhsil üzrə Marketinq ixtisasına ödənişli əsaslarla qəbul edilmiş, xx.xx.2021-ci il tarixli 88/4/2021 saylı əmrlə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes və menecment fakültəsinin Marketinq ixtisası tizrə ödənişli əsaslarla, əyani təhsilin 1 ilinə köçürülmüşdür. Tədris proqramı və planının bütün tələblərini müvəffəqiyyətlə yerinə yetirdiyi üçün 70,8708 ÜOMG ilə, 11 iyul 2024-cü il tarixli 580/4/2024 saylı əmrlə universitetin Marketinq ixtisası üzrə bitirmişdir. 2020/2021-ci tədris ilinin payız və yaz semestrinin imtahan sessiyasının nəticələrinə görə “Həvəsləndirici” təqaüdünə layiq görülmüşdür. xx.xx.2024-cü il tarixli və 1/61 saylı Azərbaycan Dövlət İqtisad Universitetinin arayşınıdan görünür ki, 2003 il təvəllüdlü məzun İddiaçı, həqiqətən 2020/2021 tədris ilində Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes və menecment fakültəsinin əyani şöbəsinə daxil olmuş, 2023/2024- cü tədris ilində həmin fakültənin tam nəzəri və praktiki kursunu bitirmiş və verilmiş xx.xx.2024 il tarixli, 580/4 nömrəli əmrinə əsasən UNEC-in Marketinq ixtisasına yiyələnmiş və bakalavr dərəcəsi almışdır. Lakin, iddiaçı hazırda ali təhsil aldığı Azərbaycan Dövlət İqtisad Universitetinin Marketinq ixtisası üzrə diplom ilə təmin edilməsinə təhsil aldığı univeristet tərəfindən imtina edilməkdədir. Belə ki, Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbərliyi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq blank veridliyi təqdirdə diplom ilə təmin ediləcəyi bildirilsə də rəsmi şəkildə edilmiş müraciətə heç bir mübasibət bildirilməmişdir. Cavabdehlərin hərəkətləri qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən proseslərində iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdil. Cavabdeh inzibati orqan iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə müraciəti daxil olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hazırkı iş üzrə üçüncü şəxs qismində qəbul edilmiş Azərbaycan Dövlət İqtisad Universiteti ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı 2020/2021-ci tədris ilində Azərbaycan Respublikasının Zaqatala şəhərində yerləşən Zaqatala filialına Dövlət imtahan Mərkəzində keçirilən imtahanın nəticələrinə əsasən filialın bakalavriat səviyyəsinin təhsilin İ ilinə ödənişli əsaslarla qəbul olunmuşdur.İddiaçı 2020/2021-ci tədris ilinin İİ semestrində UNEC rektorunun xx.xx.2021- ci il tarixli 88/4/2021 nömrəli əmri ilə köçürülərək təhsilini Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən UNEC-in “Biznes və menecment” fakültəsində davam etdirmişdir. “Marketinq” ixtisası üzrə tədris proqramı və planının bütün tələblərini tam həcmdə yerinə yetirdiyinə görə İddiaçı fakültə Elmi Şurasının xx.xx.2024-cü il tarixli 07 saylı protokoluna əsasən UNEC rektorunun xx.xx.2024-cü il tarixli 580/4/2024 nömrəli əmri ilə Azərbaycan Dövlət iqtisad Universitetini ümumi orta müvəffəqiyyət göstəricisi 70,8708 balla bitirmiş hesab olunmuş və ona bakalavr ali ixtisas dərəcəsi verilmişdir.Məlum olduğu kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən filiallar hüquqi şəxsin struktur bölməsi hesab olunurlar. Bu səbəbdən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2024-cü il tarixli KQ-02 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrinin bakalavriat (əsas(baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırılması (onlara akademik məzuniyyətin verilməsi Qaydaları”n 2-ci bəndinin müddəaları filialdan köçürülən təhsilalanlara şamil olunmur.Belə ki, İddiaçı bir təhsil müəssisəsindən digər təhsil müəssisəsinə deyil, UNEC-in struktur vahidi olan Zaqatala filialından digər struktur vahidinə - “Biznes və menecment” fakültəsinə köçürülmüşdür. Beləliklə, İddiaçı qəbulu, universitetdaxili köçürülməsi, təhsil alması və ali ixtisas dərəcəsinə nail olması qüvvədə olan qanunvericiliyə uyğundur, iddiaçı ödənişli təhsil almışdır, təhsil haqqı borcu mövcud deyil.UNEC, öz növbəsində təhsil xidmətini tam həcmdə təqdim etmişdir. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçıya dövlət nümunəli sənədin verilməsi əsaslıdır və onun Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsində təsbit olunmuş təhsil hüququ təmin olunmalıdır. UNEC tərəfindən ETN yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə rəsmi məktubla müraciət olunmasına baxmayaraq iddiaçıya aid diplom blankı hal-hazıra kimi təqdim olunmamış və həmin müraciətə rəsmi cavab verilməmişdir. İddiaçının adına diplom blankı alınan kimi Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 82 saylı Qərarına uyğun olaraq doldurulacaq, imzalanacaq və möhürlənərək İddiaçı təqdim olunacaq. Məhkəmənin ötən prosesində iştirak edən üçüncü şəxs Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndəsi X1 ərizədə qeyd edilənlərə uyğun izahat vermişdir. Ötən məhkəmə iclasının iştirakçılarına məhkəmə qərarının elanının vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə qərarın elanında iştirak etməmişlər. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçının Elm və Təhsil Nazirliyinə ünvanladığı pretenziya məktublarının surəti, Xəbərnamə, cavabdehin etiraz ərizəsi, Azərbaycan Dövlət İqtisad Universiteti rektorunun 88/4/2021 nömrəli, xx.xx.2021-ci il tarixli əmri, 580/4/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əmri, Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən Agentliyə ünvanlanmış 010-032- 9xx/xx/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktub, Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli məktublar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ təhsil müəssisəsinin müvafiq əmrinin verildiyi vaxtından yaranmış olur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Agentlik hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2023-cü il tarixli, 2242 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin əsasnaməsi təsdiq edilmişdir. Həmin əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi elm, ali və orta ixtisas təhsili sahələrində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, elmi müəssisə və təşkilatların, ali və orta ixtisas təhsili müəssisələrinin (bundan sonra – elm və təhsil müəssisləri) fəaliyyətini tənzimləyən, əlaqələndirən və onların fəaliyyətinə dövlət nəzarətini həyata keçirən, Nazirliyin strukturuna daxil olan qurumdur. Həmin əsasnamənin 3.1.17-ci məndinə əsasən ali və orta ixtisas təhsili müəssisələrində təhsilalanların təhsil müəssisəsinin, ixtisasının, təhsilalma formasının dəyişdirilməsinin və təhsil müəssisəsinə bərpa olunmasının həyata keçirilməsini təmin etmək Agentliyin vəzifələrinə aid edilmişdir. Göründüyü kimi, respublika ərazisində Ali təhsil müəssisələrinə diplom blanklarının verilməsi və dövlət nəzarətinin tənzimlənməsi Agentliyin səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, Agentlik hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı nazirlik və agentliyə müraciət etmiş, inzibati orqan onun müraciətinə müsbət cavab verməmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Qusar rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Cavabdeh təşkilatın etirazında göstərdiyi iddia tələbinin mümkün sayılmamasına dair məhkəmə hazırkı qərarın mümkünlük hissəsində hüquqi qiymət vermişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır.Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 22.3-cü maddəsinə əsasən bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir. Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin qanunun 29-cu maddəsində təhsil sahəsində dövlətin vəzifələri sadalanmışdır. Belə ki, həmin vəzifələrə peşə, оrta iхtisas və ali təhsil müəssisələrinə müvafiq ixtisaslar üzrə şagird və tələbə qəbulunu müəyyənləşdirmək, müəyyən edilmiş qaydada abituriyentlərin biliyinin qiymətləndirilməsini həyata keçirmək, ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını müəyyən etmək, “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”, “Tələbəməzun” və “Şagird-məzun” dövlət elektron məlumat sistemlərini yaratmaq və onlardan istifadəni təmin etmək və s. daxildir. Hal-hazırda respublika ərazisində və xaricdə ali təhsil almış tələbələr ilə bağlı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi)” Qaydaları ilə tənzimlənmə mövcuddur. İş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2020-ci il tarixli 578/4/2020 saylı əmr ilə Azərbaycan Dövlət İqtisad Universitetin Zaqatala filialının bakalavriat səviyyəsinin əyani təhsil üzrə Marketinq ixtisasına qəbul edilmiş, həmin Universitetin xx.xx.2021-ci il tarixli 88/4/2021 saylı əmri ilə Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes və Menecment fakültəsinin Marketinq ixtisası üzrə ödənişli əsaslarla, əyani təhsilin 1 ilinə köçürülmüşdür.İddiaçı tədris proqramı və planının bütün tələblərini müvəffəqiyyətlə yerinə yetirdiyi üçün 11 iyul 2024-cü il tarixli 580/4/2024 saylı əmrlə universitetin Marketinq ixtisasını bitirmişdir. Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyə ünvanlanmış 010-032-9xx/xx/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktub əsasında iddiaçı da daxil olmaqla bir çox tələbənin diplom alınması üçün müvafiq blankların hazırlanıb, Universitetə təhvil verilməsi Agentlikdən xahiş olunmuşdur. Lakin, cavabdeh təşkilat müvafiq nəzarət prosedur qaydasına əməl etməyərək, hal-hazıradək iddiaçıya münasibətdə lazimi sənədləri universitetə təqdim etməmişdir. Halbuki, 2020, 2021, 2020-ci illər üzrə eyni ixtisaslar üzrə Universitetin Zaqatala filialından köçürülmüş bir çox tələbəyə təhsil aldığı ixtisaslar üzrə bakalavr diplomları təqdim olunmuşdur. Belə ki, Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan da görünür ki, X3 Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) xx.xx.2019-cu il tarixli 536/4/2019 nömrəli daxili əmri ilə Zaqatala filialından UNEC-ə “Biznesin idarə edilməsi” ixtisası üzrə köçürülmüşdür. xx.xx.2022-ci il tarixli 445/4/2022 nömrəli əmrlə UNEC-dən “Biznesin idarə edilməsi” ixtisası üzrə məzun olmuş və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən A.R.Niftəliyevin adına C 169138 N-li bakalavr diplomu verilmişdir. Başqa sözlə desək, cavabdeh təşkilat sözügedən illər üzrə bakalavr diplomu blankları və xüsusi razılıqları vermiş ki, həmin tələbələrə Universitet tərəfindən də müvafiq diplomlar təqdim olunmuşdur. Cavabdeh təşkilatın hazırkı iş üzrə müvafiq diplom blankının universitetə təqdim edilməməsindəki hərəkətləri və ya hərəkətsizliyinə dair normativ hüquqi aktlarda göstərilə biləcək hər hansı maneə mövcud deyildir. Nəzərə alınmalıdır ki, iş üzrə üçüncü şəxs qismində qəbul edilmiş Azərbaycan Dövlət İqtisad Universiteti də Agentlik tərəfindən müvafiq prosedur qaydaları öz həllini tapacağı təqdirdə sözügedən tələbələrə müvafiq diplomlar qısa müddət ərizində təqdim ediləcəyini bildirir. Göründüyü kimi, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə uyğun inzibati icraat aparmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. 11 iyul 2024-cü il tarixli 580/4/2024 saylı əmr ilə universitetin Marketinq ixtisası üzrə təhsilini başa vurmuş İddiaçı bakalavr diplomu ilə təmin edilməsi üçün bakalavr diplomu blankının Azərbaycan Dövlət İqtisad Universitetinə verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar