Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4886/2025 14.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə (X3 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: vahid aylıq müavinətin bərpa olunması) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdehnə (X3 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “vahid aylıq müavinətin bərpa olunması” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları
1. İddiaçı Cavabdehnə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona və ailə üzvlərinə məcburi köçkün vəsiqəsinin verilməsi, çörək pulu ilə təmin olunmaqları öhdəliyinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6362/2024 nömrəli qərardadı ilə X3 iş üzrə inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
3. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdehnə qarşı vahid aylıq müavinətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1978-ci il təvəllüdlü Silahlı Qüvvələr Veteranı ehtiyatda olan polkovnik-leytenant Məmmədov X18 rayonunda anadan olmuş və doğulduğu rayonda qeydiyyatdadır. Ailəsi 1993-cü il tarixdə erməni işğalçılarının təcavüzü nəticəsində Zəngilan rayonundan məcburi köçkün düşərək ünvan 1 ünvanında məskunlaşmışdır. O dəfələrlə Cavabdehnə müraciət etsə də, onun problemi bu günə qədər həll olunmayıb. Onun ailəsi 5 nəfərdən ibarətdir. İddiaçı, həyat yoldaşı, 2 qızı, 1 oğlu. O və ailəsi Qaçqın və Məcbiri Köçkün düşən bir gündən Bakı şəhərində kirayədə qalır. Bu da onları bir ailə olaraq çox çətinliyə salır və o da çalışır ki, ailəsinin hər bir ehtiyacını ödəsin, onların bütün çətinliklərini aradan qaldırsın. Lakin buna onun maddi imkanı çatmır, onun artıq gəliri yoxdur, bir ailə başçısı kimi maddi-mənəvi əziyyət çəkir. Ona, həyat yoldaşına və böyük övladına Qaçqın və Məcburi Köçkün vəsiqəsi verilmişdir, lakin iki övladı yəni, qızı X8 və oğlu X13 bu günə qədər qaçqın və məcburi köçkün vəsiqəsi verilməmişdir. Hətta ona 1993-cü il tarixdən qaçqın və məcburi köçkün kimi bu günə qədər çörək pulu da verilməyib. Dəfələrlə aidiyyəti orqanlara müraciət etməyinə baxmayaraq heç bir işinə bu günə qədər baxılmayıb. O, həyat yoldaşı X15 və qızı X16 qaçqın və məcburi köçkün vəsiqəsi alsa da, statusu bu günə qədər almamışlar. İki övladı X17 və X19 bu günə qədər nə qaçqın və məcburi köçkün vəsiqəsi və statusu almayıblar. Lakin dəfələrlə Cavabdehnə müraciət etsə də, Cavabdeh normativ və konstitusyon hüquq pozuntusuna yol verərək heç bir tədbir görməmişdir, əsassız qanuna zidd cavablandırılmışdır. Həmin cavab qaçqın və məcburi köçkünlər haqqında qanunda eləcədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qanunu ilə tənzimlənməmişdir. Hesab edir ki, Cavabdeh cavab məktubunda göstərilənlər əsassızdır. Normativ hüquq pozuntusudur, qaçqın və məcburi köçkünlər haqqında qanunlara ziddir. Cavabdeh başçının müavini Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırması şöbəsinm müdiri Xanım Rüstəmovanın imzaladığı 5-83/2-38/2024 saylı 25 yanvar 2024-cü il tarixli cavab məktubuna nəzər yetirərkən həmin cavab məktubu şablon üzərə qanuna ziddir. Cavab məktubunda 3-cü abzasda qeyd etmişdir ki, həyat yoldaşının adında hansısa daşınmaz əmlakın olmasını səbəb göstərərək məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti əvəzinə vahid aylıq müavinətin ödənilməsini əsassız hesab edərək ərizəni cavablandırmışdır. Bu halda heç bir sübut və araşdırma aparılmamışdır və belə bir qanun mövcud deyil. Bildirir ki, onun və ailə üzvlərinin adında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli arayışda daşınmaz əmlakın olmaması göstərilmişdir və həmin məktubu ərizəsinə əlavə edərək sübut kimi Cavabdehnə göndərmişdir. Cavabdeh qanuni sübutlara yox, süründürməçilik və bürokratiyaya üstünlük vermişdir. Qeyd edir ki, onun və ailəsinin məcburi köçkün kimi maddi və mənəvi imkanlarının, sosial rifahının aşağı səviyyəyə düşməsinə səbəb olan amillərdən biri Cavabdeh bilərəkdən buraxdığı qanun pozuntusudur. Bu günə qədər qaçqın və məcburi köçkün halda qanuna müvafiq status və vəsiqəsinə malik olsa da məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti əvəzinə vahid aylıq müavinəti bu gönə qədər mənimsənilmiş və ailəsinə ödənilməmişdir.
5. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 27, 60, 62, iddia tələbinin prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 232, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 4, 8, 33, 45 və 46-cı maddələrinə istinad olunmuşdur.
6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-805/2025 nömrəli qərardadına əsasən inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.
7. Üçüncü şəxs iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, İddiaçı sözügedən iddia tələbi tam əsassız və qanunsuz olduğundan, heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı ərizə Cavabdehnə özünüzə və ailə üzvlərinə vahid aylıq müavinətin ödənilməsi və övladlarına məcburi köçkün vəsiqəsinin verilməsi ilə bağlı müraciət etmişdir. Cavabdeh 5-83/2- 38/2024 saylı, 25 yanvar 2024-cü il tarixli məktubla İddiaçıina cavab verək bildirmişdir ki, verilən vahid aylıq müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edildmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal ve digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası"nın 2.12-ci bəndinə əsasən dayandırılmışdır. X1 adına ünvan 3 ünvanında özəlləşdirilmiş mənzil olduğuna görə, ona və övladlarına verilən vahid aylıq müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənlməsi Qaydası"nın 2.1-ci bəndinə əsasən xx.xx.2018-ci il tarixdən dayandırılmışdır. Eyni zamanda övladlarının məcburi köçkün vəsiqəsi ilə təmin olunması üçün Azərbaycan Respublikası Qaçqınların ve Məcburi Köçkünlərin üzrə Dövlət Komitəsinə müraciət etməlidir. Məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müaviı ödənilməsi Qaydasfna əsasən həyata keçirilir. Bununla yanaşı bildiririk ki, Cavabdeh tərəfindən iddiaçıya vahid aylıq müavinətin verilməsinin dayandırılması tam əsaslı və qanunvericiliyin tələbinə uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı ailələri, Azərbaycanın Milli Qəhrəmanı ailələri, şəhid ailələri, Qarabağ müharibəsi ilə əlaqədar orqanizminin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) vahid aylıq müavinət şamil olunmur. Aparılmış araşdırma zamanı, məlum olmuşdur ki, İddiaçı həyat yoldaşı X15 xx.xx.2019-cü il tarixdə ünvan 4 ünvanında daşınmaz əmlak əldə etmişdir. Qeyd edilənlər nəzərə alınaraq İddiaçı iddia tələbi məhkəmə tərəfindən təmin edilməməlidir.
8. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim olunmamışdır.
b) Tərəflərin iştirakı və izahatları
9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir.
11. Üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir.
c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
12. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X20 Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X9 adına daşınmaz əmlak aşkar edilməmişdir.
14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X20 Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X6 adına daşınmaz əmlak aşkar edilməmişdir.
15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X20 Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X7 adına daşınmaz əmlak aşkar edilməmişdir.
16. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X20 Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X5 adına daşınmaz əmlak aşkar edilməmişdir.
17. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X20 Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı adına daşınmaz əmlak aşkar edilməmişdir.
18. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda onun müraciətinin icrasından imtina olunmuşdur.
19. xx.xx.2003-cü il tarixli, AZ-İ 019848 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı və X15 xx.xx.2003-cü il tarixdə nikaha daxil olmuşlar.
20. İddiaçının həyat yoldaşı X10 məxsus AA seriyalı 129909 nömrəli məcburi köçkün vəsiqəsinə əsasən o, Zəngilan rayonundan məcburi köçkündür.
21. İddiaçının qızı X11 məxsus AA seriyalı 476946 nömrəli məcburi köçkün vəsiqəsinə əsasən o, Zəngilan rayonundan məcburi köçkündür.
22. İddiaçı məxsus AA seriyalı 042451 nömrəli məcburi köçkün vəsiqəsinə əsasən o, Zəngilan rayonundan məcburi köçkündür.
23. X3nin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı və X2 rayonundan məcburi köçkündür. Məcburi köçkün statusları ləğv edilməyib.
24. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X20 Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il məktubuna əlavə edilmiş xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən mənzil iddiaçının həyat yoldaşı X5 xüsusi mülkiyyətində olmuşdur. xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən mənzil hazırda X3 mülkiyyətindədir.
25. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X20 Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, X5 mülkiyyətində olmuş ünvan 5 ünvanında yerləşən mənzil xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir.
26. Cavabdeh başçısının Hacallı kənd inzibati ərazi üzrə nümayəndəliyinin 37 nömrəli arayışında qeyd edilmişdir ki, Xurama kənd sakini, İddiaçı Azərbaycan Respubliksı Nazirlər Kabinetinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydasının 2.12 bəndinə əsasən dayandırılmışdır. Onun X1 və övladları X16, X17, X9 aylıq müavinətlərinin dayandırılmasına səbəb Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin rayon İcra hakimiyyətinə göndərilmiş, adına özəlləşdirilmiş mənzil siyahısında X10 aid ünvan 6 ünvanda ev qeydə alındığı üçün “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” nm təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qayda 2.1-ci bəndinə əsasən özü və 3 övladlarının vahid aylıq müavinəti 2018-ci il iyul tarixindən dayandırılmışdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
a) İddianın növü və mümkünlüyü
27. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən də, mümkün hesab edilir.
28. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair - öhdəliyin icrası haqqında iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
29. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdikdən sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. b) Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikası Konstitusiyasının: 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. 25-ci maddəsinin İV hissəsinə əsasən heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 60-cı maddəsinin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
31. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasının: 1-ci bəndinə əsasən aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla); 1.2. hər iki valideyni “məcburi köçkün” statusuna malik olan uşaqlara; 1.3. “məcburi köçkün” statusuna malik olan valideynlərindən birini və ya hər ikisini itirmiş, həmin valideynlər arasında nikah pozulduğu halda onlardan birinin himayəsində olan, yaxud həmin valideynlərin himayəsindən məhrum olmuş uşaqlara (belə uşaqların adından yalnız himayəsində olduqları valideyn, onların qəyyumları və ya himayəçiləri çıxış edirlər); 1.4. məcburi köçkünlüyü yaradan hallardan əvvəl ərazisi işğal olunmuş rayon sakininə (məcburi köçkünə) ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), uşaqları olmuş, lakin işğal zamanı əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan, sonradan ərazisi işğal olunmuş rayonda ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara. 2-ci bəndinə əsasən aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.1. məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı ailələri, Azərbaycanın Milli Qəhrəmanı ailələri, şəhid ailələri, Qarabağ müharibəsi ilə əlaqədar orqanizminin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla)
33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
c) Məhkəmənin mövqeyi
35. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir.
36. Belə ki, İddiaçı və onun ailə üzvləri məcburi köçkün statusuna malikdirlər. Onlara məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinət təyin edilmiş və həmin müavinət 2018-ci ilin iyul ayından dayandırılmışdır. İddiaçı vahid aylıq müavinətin bərpa olunması üçün cavabdeh inzibati orqana müraciət etsə də, onun müraciətinin icrasından cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə imtina edilmişdir. Vahid aylıq müavinətin dayandırılmasına əsas kimi iddiaçının həyat yoldaşının mülkiyyətində daşınmaz əmlakın olması göstərilmişdir.
37. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 5 ünvanında yerləşən mənzil iddiaçının həyat yoldaşı X5 xüsusi mülkiyyətində olmuş, daha sonra xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X20 Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin arayışlarından görünür ki, iddiaçı və onun ailə üzvlərinin adına daşınmaz əmlak aşkar edilməmişdir.
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.1-ci bəndində qeyd edilmişdir ki, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı ailələri, Azərbaycanın Milli Qəhrəmanı ailələri, şəhid ailələri, Qarabağ müharibəsi ilə əlaqədar orqanizminin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) aylıq müavinət şamil edilmir.
39. İş materiallarından göründüyü kimi iddiaçının həyat yoldaşı məcburi köçkün düşdükdən sonra mülki-hüquqi əqdə (bağışlama müqaviləsi) əsasən yaşayış sahəsi əldə etmiş və sonradan həmin yaşayış sahəsini xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir.
40. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı ailələri, Azərbaycanın Milli Qəhrəmanı ailələri, şəhid ailələri, Qarabağ müharibəsi ilə əlaqədar orqanizminin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər sırasına daxil deyildir.
41. Göründüyü kimi, iddiaçının hüquqlarının pozulması istiqamətində cavabdehin hərəkətləri olmamış və cavabdehin imtinası qanunvericiliyin tələbləri çərçivəsində olmuşdur.
42. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə (X3 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “vahid aylıq müavinətin bərpa olunması” tələbinə dair iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
43. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddiaçı Cavabdehnə (X3 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “vahid aylıq müavinətin bərpa olunması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Qəşəm Məmmədli