Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-489/2021 15.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq mehralı qızının katibliyi, İddiaçı, onun nümayəndə və vəkili X9, Cavabdehin nümayəndəsi X16, Üçüncü şəxs X10 nümayəndə və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 2020-ci il tarixli 215 nömrəli sərəncamının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 2020-ci il tarixli 215 nömrəli sərəncamının ləğv edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X17 ilə X4 birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X24 və xx.xx.2017-ci il təvəllüdlü X18 adlı övladları vardır. İddiaçının oğlu X17 hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir və keçmiş gəlini X14 2019-cu ildə vəfat etmişdir. İddiaçı hazırda nəvələri xx.xx.2014-cü il təvəllüdlü X24 və xx.xx.2017-ci il təvəllüdlü X11 qəyyum təyin olunmasını cavabdehdən tələb etmiş, lakin cavabdeh iddiaçının müraciətini təmin etməmişdir. Səbəb kimi Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 2020-ci il tarixli 215 nömrəli sərəncamı ilə valideyn himayəsindən məhrum övladalar-xx.xx.2014-cü il təvəllüdlü X24 və xx.xx.2017-ci il təvəllüdlü X11 digər nənələri X10 himayəsində olmasıdır. İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 2020-ci il tarixli 215 nömrəli sərəncamı əsassız hesab edərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə prosesində iştirak edən İddiaçı, onun nümayəndə və vəkili X21 eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh təşkilat iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı nəvələri xx.xx.2014-cü il təvəllüdlü X24 və xx.xx.2017-ci il təvəllüdlü X18 üzərində X22 qəyyum təyin olunması barədə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 215 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamın ləğv edilməsini tələb etmişdir. İddiaçının nəvələri xx.xx.2014-cü il təvəllüdlü X24 və X1 Leyla Kamandar qızı ilə X5 birgə rəsmi münasibətlərindən doğulmuşlar. Azyaşlıların atası X18 həyat yoldaşı X6 qısqanclıq zəminində öldürdüyünə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib doqquz il altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Müəyyən edilmişdir ki, xx.xx.2014-cü il təvəllüdlü X24 və X7 qəyyumluğa götürülməsi „ ilə bağlı İddiaçı və X10 Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciətləri daxil olmuş, tərəflər arasında qarşılıqlı razılıq olmadığından məhkəmə qaydasında məsələyə baxıldıqdan sonra müraciətlərinə mahiyyəti üzrə baxıla bilməsinin mümkünlüyü hər iki tərəfə cavab məktubu ilə bildirilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-76/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X24 və X7 nənələri X10 himayəsinə verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1704/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, iddiaçı X12 cavabdeh İddiaçı və üçüncü şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Orqanına qarşı “uşaq” tələbinə dair iddiası təmin edilməmiş, İddiaçı cavabdeh X15 və cavabdeh X3 qarşı “uşaq tələbi və uşaqların onun himayəsinə verilməsi” barədə qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Aparılmış araşdırma zamanı valideyn himayəsindən məhrum olmuş, xx.xx.2014-cü il təvəllüdlü X19 hazırda nənəsi X10, X7 isə hazırda nənəsi İddiaçı himayəsində yaşadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 136.2-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.1 -ci, 33.3-cü maddələrinə əsasən iddiaçının nəvələri xx.xx.2014-cü il təvəllüdlü X24 və xx.xx.2017-ci il təvəllüdlü X7 üzərində nənələri, xx.xx.1971 -ci il təvəllüdlü X10 qəyyum təyin olunmasını onların qanuni maraqlarına və mənafelərinə uyğun olduğu hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.1 -ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaiiyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 136.2-ci maddəsinə əsasən qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin edilir. Qeyd olunanları nəzərə alaraq, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 215 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli sərəncamın əsaslı olduğunu hesab edərək, 215 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli sərəncamın ləğv edilməsi tələbininin rədd olunmasını xahiş edirik. Məhkəmə prosesində iştrak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə prosesində iştirak edən üçüncü şəxs X10 nümayəndə və vəkili X8 bildirdi ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 215 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli sərancamı qanuna uyğun qəbul edilmiş və həmin sərəncamın ləğv edilməsi üçün əsas yoxdur. Nəzərə alınmalıdır ki, iş üzrə iş üzrə müvafiq ekspertiza təyin edilmiş və nəticədə uşaqların Sürəya İsmayılovaya verilməsi məqəsədəmüvafiq hesab edilmişdir. Qeyd olunanalara əsasən üçüncü şəxsin vəkili iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsi və ona əlavə olunmuş sənədləri araşdırıb, iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirib hesab edir ki, mübahisə predmeti olan sərəncam inzibati akt olmadığından iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt, inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri kimi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” xx xxxx 2013-cü il tarixli Qərarında inzibati aktın anlayışnın verilməsi ilə yanaşı, habelə göstərilmişdir ki, hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, məzmunu da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Qərarda inzibati aktın anlayışını şərh edərək bildirmişdir ki, inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. İnzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: 1. inzibati orqan tərəfindən qəbul edilməli; 2. ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; 3. ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; 4. hakimiyyət tədbiri olmalıdır. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir. Göründüyü kimi inzibati aktın xarakterik xüsusiyyətləri ondan ibarətdir ki, akt idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olunması üçün qəbul edilməli, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı, ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı, habelə hakimiyyət tədbiri olmalıdır. Hazırda mübahisələndirilən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 2020-ci il tarixli 215 nömrəli sərəncamı inzibati aktın əlamətlərinə malik deyildir. Belə ki, həmin sərəncamla valideyn himayəsindən məhrum xx.xx.2014-cü il təvəllüdlü X24 və xx.xx.2017-ci il təvəllüdlü X7 üzərində digər nənələri X22 qəyyum təyin edilmişdir. Göründüyü kimi, sərəncam özlüyündə ümumi (publik) hüquq sahəsinə aid olan hər hansı məsləni həll etməmiş və hakimiyyət tədbiri deyildir. Mübahisələndirilən sərəncam valideyn himayəsindən məhrum uşaqlar üzərində X10 qəyyum təyin edilməsi ilə bağlıdır ki, valideyn himayəsindən məhrum uşaqlar üzərində qəyyum təyin edilməsi, ləğv edilməsi və ya qəyyumluqla bağlı digər məsələlərin həllinə dair hüquqi tənzimləmə məsələri Azərbaycan Respublikasının Mülki və Ailə Məcəlləri ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki və Ailə Məcəlləri isə ümumi hüququn deyil xüsusi hüququn tənzimləmə dairəsinə aid olan hüquqi məsələləri tənzim edir. Göründüyü ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 2020-ci il tarixli 215 nömrəli sərəncamı inzibati akın əlamətlərini özündə əks etdirmir və bu səbəbdən də inzibati akt hesab edilmir. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 2020-ci il tarixli 215 nömrəli sərəncamı inzibati akt olmadığından inzibati məhkəmə icraatında mübahisələndirilməsi də mümkün deyildir. Bu səbəbdən də iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 2020-ci il tarixli 215 nömrəli sərəncamının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-489/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-489/2021
15.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver