Məhkəmə qərarları › İş №2-1(118)-489/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-489/2023

24.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-489/2023 24.01.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı (ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və izah etdi ki, o, xx.xx.N0N0-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon şöbəsinə getmişdir. xx.xx.N0N0-ci il tarixdə N saylı hərbi hissənin tərkibində Xocavən-Şuşa istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. 06-N noyabr N0N0-ci il tarixdə Şuşa ətrafında olmuşdur , N noyabr N0N0-ci il tarixdən Şuşadan Hadruta göndərilmiş, 16 noyabr N0N0-ci ol tarixədək orada olmuş və xx.xx.N0N4-ci il tarixdə tamamilə təxris olunaraq geri qayıtmışdır. Hərbi biletində isı yanlışlıqla onun 03-N noyabr N0NN-ci il tarixdə N saylı, N noyabr -31 dekabr N0N0-ci il tarixlərdə N saylı hərbi hissənin tərkibində xidmət etməsi barədə qeydlər aparılmışdır. Hazırda cavabdeh onun döyüş əməliyyatlarını aparan N saylı hərbi hissənin tərkibinə xx.xx.N0N0-ci il tarixdə, yəni mühairbə başa çatdıqdan sonra daxil olduğuna görə ona müharibə veteranı adı və vəsiqəsini verməkdən imtina edir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 6N.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 04 mart N0N1-ci il tarixli müvafiq əmrinə əsasən İddiaçı xidmət etdiyi N nömrəli hərbi hissə N sentyabr N - N noyabr N0N0-ci il tarixlərdə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrinin siyahısında olmamışdır. İddiaçı N nömrəli hərbi hissənin tərkibində xidməti müddəti döyüş əməliyyatlarının dayandırılması dövrünə düşmüşdür. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək hesab edirik ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumlar tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərdən çıxarışlar, və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. Lakin, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. İş materiallarında olan iddiaçıya məxsus SX № ******* seriyalı hərbi biletdən görünür ki, İddiaçı xx.xx.N0N0-xx.xx.N0N0-ci il tarixlərdə N saylı hərbi hissənin, xx.xx.N0N0xx.xx.N0N0-ci ci il tarixlərdə N saylı hərbi hissənin tərkibində xidmət etmişdir. Hərbi biletin 14-cü qrafasında aparılan qeydə görə o, N saylı hərbi hissənin tərkibində Füzuli-Şuşa istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Məhkəmənin sorğusuna əsasən əldə edilmiş : - N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli 38 saylı əmrindən görünür ki, ehtiyatdan çağırılmış İddiaçı xx.xx.N0N0-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlarına daxil edilmişdir. - N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli 41 saylı əmrindən görünür ki, ehtiyatdan çağırılmış İddiaçı N nömrəli hərbi hissə komandirinin N noyabr N0N0-ci il tarixli 03N nömrəli əmrinə əsasən, hərbi hissələrin şəxsi heyətə komplektləşdirilməsi məqsədi ilə xx.xx.N0N0-ci il tarixdən N nömrəli hərbi hissəyə göndərilmiş hesab edilmiş, şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. - N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N0-ci il tarixli 318 saylı əmrindən görünür ki, əsgər İddiaçı N nömrəli hərbi hissədən (tamamlama mərkəzindən) gəlmiş hesab olunaraq N-ci tabor 4-cü bölük 3-cü tağım N-ci manqa atıcı-sanitar vəzifəsinə təyin edilmişdir. Əmrin verilməsinə əsas kimi N-ci ordu korpus komandirinin xx.xx.N0N0-ci il tarixli 03N nömrəli sərəncamı göstərilmişdir. - N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N1-ci il tarixli 3 saylı əmrindən görünür ki, əsgər İddiaçı xx.xx.N0N1-ci il tarixdən səfərbərlik üzrə hərbi xidmətdən təxris edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunundan göründüyü kimi «Müharibə veteranı» adının verilməsi üçün şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi əsas sayılır. Həmin Qanunun 3-cü maddəsinin 9-cu abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qanunun 7-ci maddəsinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il NN sentyabr tarixli N16 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bölməsinin 10cu abzaslarına əsasən müharibə veteranı adı aşağıdakı qaydada verilir: -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Maddənin “Qeyd” hissəsinə görə bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının N saylı hərbi hissənin şəxsi heiyətinin tərkibiə daxil olmasına dair əmr N noyabr N0N0-ci il tarixə təsadüf etdiyinə və həmin tarixdə döyüş əməliyyatlarının artıq dayandırıldığına istinad edərək iddiaçıya müharibə veteranı adı və vəsiqəsini vetməkdən imtina etmişdir. İddiaçının hərbi biletində onun 03-N noyabr N0N0-ci il tarixlərdə N saylı hərbi hissənin, N noyabr-31 dekabr N0N0-ci il tarixlərdə isə N saylı hərbi hissənin tərkibində xidmət etməsi qeyd edilmişdir. Eyni zamanda həmin 70N sayl hərbi hissə tərəfindən onun N saylı hərbi hissənin tərkibində Füzuli-Şuşa istiqamətlərində olan döyüş əməliyyatlarında iştirak etməsi qeyd edilmişdir. Məhkəməyə təqdim edilmiş əmrlərdən görünür ki, İddiaçı xx.xx.N0N0-ci il tarixdə N saylı hərbi hissənin tərkibindən getmiş hesab edilmiş (N1N saylı hərbi hissənin xx.xx.N0N0ci il tarixli 035 saylı sərəncamı əsas götürülməklə) , bundan sonra onun barəsində qəbul edilmiş xx.xx.N0N0-ci il tarixli əmrdə eyni ilə N1N saylı hərbi hissənin xx.xx.N0N0-ci il tarixli 035 saylı sərəncamı əsas götürülməklə N saylı hərbi hissədən gəlmiş hesab edilərək N saylı hərbi hissəyə atıcı-sanitar vəzifəsinə təyin edilmişdir. N saylı hərbi hissə iddiaçının hərbi biletində döyüş əməliyyatlarında iştirak etməsini hərbi biletdə apardığı qeydlə təsdiq etmişdir. Maraqlısı odur ki, əgər iddiaçı həqiqətən də N saylı hərbi hissəyə xx.xx.N0N0-ci il tarixdə qəbul edilmişdirsə, Füzuli-Şuşa istiqamətlərində döyüş əməliyyatlarında iştirak etməsi barədə qeyd hansı dövrə təsadüf edir və bu qeyd hansı əsasla aparılmışdır?! Göründüyü kimi iddiaçınnı xidmətində hər hansı fasilə olmamış, o, N saylı hərbi hissədən (tamamlama mərkəzindən) birbaşa N saylı hərbi hissəyə göndərilmişdir. Sadəcə qəbul edilməsi barədə əmr xx.xx.N0NN-ci il tarixdə rəsmiləşdirilmişdir ki, bu hal onun döyüş əməliyyatlarında iştirak etməsini təkzib edə bilməz. Cavabdeh tərəfindən iddiaçının hərbi xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməsi barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Göstərilən Məcəllənin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.N-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən incibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar