Məhkəmə qərarları › İş №2-1(118)-489/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-489/2024

14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-489/2024 14.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X8 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X6 adına 0.39 ha torpaq sahəsinə görə verilmiş xx.xx.2015-ci il tarixli reyestr nömrəsi **********23 olan qeydiyyat nömrəsi ********** olan çıxarışı və həmin çıxarış əsasında 0.29 ha torpaq sahəsinə görə reyestr nömrəsi **********53 qeydiyyat nömrəsi ********** olan və 0.10 ha torpaq sahəsinə görə verilmiş reyestr nömrəsi **********54 qeydiyyat nömrəsi ********** olan çıxarışların etibarsız hesab edilməsini və bu sənədlərin reyestrdə qeydiyyatlarının silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, X6 adına 0.39 ha torpaq sahəsinə görə verilmiş xx.xx.2015-ci il tarixli reyestr nömrəsi **********23 olan qeydiyyat nömrəsi ********** olan çıxarışı və həmin çıxarış əsasında 0.29 ha torpaq sahəsinə görə reyestr nömrəsi **********53 qeydiyyat nömrəsi ********** olan və 0.10 ha torpaq sahəsinə görə verilmiş reyestr nömrəsi **********54 qeydiyyat nömrəsi ********** olan çıxarışların etibarsız hesab edilməsini və bu sənədlərin reyestrdə qeydiyyatlarının silinməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 29 mart 2023-cü il tarixli, 3-21-3-34/2-3499/2023 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. X10 zəruri cəlbetmə əsası ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, X3 məxsus olmuş İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu Xaçmaz Xudat yolunun sol tərəfində yerləşən (sənəd üzrə ünvan Xaçmaz rayonu Yergüc kəndi) qeyri yaşayış binası və bu ərazidə istifadəsində olan torpaq sahələrinin yerləşdiyi əraziyə digər şəxsin, X7 adına dövlət reyestrindən çıxarış verilmişdir. (Çıxarış xx.xx.2015 tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********23 olan) Sonradan bu çıxarış əsasında qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********53 və qeydiyyat nömrəsi ********** reyestr nömrəsi **********54 olan iki çıxarış verilmişdir. Tərəflərindən qeyd olunan çıxarışların qeydiyyatının ləğv olunması barədə Əmlak Məsəslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi idarəsi idarəsinə müraciət edilimişdir. Lakin Əmlak Məsəslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi idarəsi xx.xx.2023-cü il tarixdə müraciətə cavab verərək bunun məhkəmə qərarı ilə mümkün olacağını bildirmişdir. Yuxarıda qeyd olunan çıxarışlar Xaçmaz rayon məhkəməsinin 2-310 nömrəli xx.xx.2005-ci il tarixli Qətnaməsi ilə etibarsız hesab edilmiş JN-987, kod 30219088 Dövlət aktı əsasında verilmişdir. Xaçmaz rayon məhkəməsinin 2-310 nömrəli xx.xx.2005-ci il tarixli Qətnaməsinə əsasən X6 adına 0.39 ha torpaq sahəsinə mülkiyyət hüququna dair verilən JN-987 kod nömrəsi 30219088 olan dövlət aktı etibarsız hesab edilsin və həmin torpaq sahəsi Köhnə Xaçmaz bələdiyyəsinin ehtiyat fonduna qaytarılsın. Lakin Reyestr Xidmətinin 5 saylı Xaçmaz ərazi idarəsi məhkəmə tərəfindən etibarsız hesab edilmiş dövlət aktı əsasında Azad Quliyevin adına xx.xx.2015-ci il tarixdə reyestr nömrəsi **********23 olan qeydiyyat nömrəsi ********** olan çıxarış və həmin çıxarışa A N 034249 nömrəli texniki pasport verilmişdir. Azad Quliyev öz növbəsində 0.39 ha torpaq sahəsindən 0.10 ha hissəsini xx.xx.2016-cı il tarixdə satmışdır. xx.xx.2017-ci il tarixində isə həmin alqısatqı müqaviləsi ləğv olunmuş və 0.10 ha sahə Azad Quliyevə qaytarılmışdır. X13 adına ik ədəd çıxarış verilmişdir. Bunlar 0.29 ha sahəsi olan reyestr nömrəsi **********53 qeydiyyat nömrəsi ********** olan və 0.10 ha sahəsi olan reyestr nömrəsi **********54 qeydiyyat nömrəsi ********** olan çıxarışlardan ibarətdir. Azad Quliyevin adına verilmiş sənəd X2 adına verilmiş xx.xx.2011-ci il tarixli reyestr nömrəsi **********05-12301 qeydiyyat nömrəsi ********** olan çıxarış və sonradan İddiaçı mülkiyyətinə keçmiş qeydiyyat nömrəsi ********** olan çıxarışın yerləşdiyi əraziyə verilmişdir, (iş materiallarına hər iki sənədin texniki pasportu və dövlət aktının surətləri əlavə olunur. Buradakı xəritədən onların üst-üstə verildiyini görmək mümkündür) Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən torpaq sahələrinə dair X7 adına verilmiş **********53 və **********54 reyestr nömrəli dövlət reyestrindən çıxarışların ləğv edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixində daxil olmuş ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2023-cü il tarixli, **********99 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Məlumat üçün bildiririk ki, həmin çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır. Müraciətinizə cavab olaraq bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanunun 2.4 maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən torpaq sahələrinə dair X7 adına verilmiş **********53 və **********54 reyestr nömrəli dövlət reyestrindən çıxarışların ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür." Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-cİ maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi X11 18 oktyabr 2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş, iddia tələbinə dair etirazda qeyd olunanları müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh orqan tərəfindən hüquqi əsaslar əsasında çıxarış verilmişdir. Vətəndaş müraciət etmişdir. Çıxarış almışdır. Hər iki tərəfin çıxarışı var. 1 ha çıxarış verilmişdir. Həmin torpaq sahəsi ehtiyat fondudur. Digəri istifadə hüququdur. Cavabdeh orqan çıxarışı ləğv edə bilmir. Çıxarış vətəndaşın ərizəsi və məhkəmə qərarı əsasında ləğv edilə bilər. Üçüncü şəxs X10 18 oktyabr 2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş, izahatında bildirmişdir ki, 1995-ci ildə su meliorasiya idarəsi olmuşdur. Sonra həmin idarənin rəhbəri olmuşdur. İddiaçı 1999-cu ildə DTXK-nin Xaçmaz rayon şöbəsinin rəhbəri olmuşdur. Birdə görmüşdür ki, idarənin ərazisini ölçürlər. Ulduzxan adlı şəxsə satılmışdır. Bir-iki ildən sonra ona yaxınlaşmışdır ki, torpağı satır. Pul istəmişdir. İddiaçı ona 10000 manat vermişdir. Alqı-satqı olmuşdur. Ona şəhadətnamə verilmişdir. 2002-ci ildə ona məlumat verilmişdir ki, ərazini boşaltsın. Daş karxanası tikmək istəyirdi. Məhkəmə mübahisələri başlamışdır. Cinayət işi qaldırılmışdır. 6 ay iş verilmişdir. 10 il mübahisə etmişdir. Mümkün olmamışdır. Çıxıb RF-na getmişdir. Qayıdandan sonra torpağın yerinin müəyyən edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Yerini göstərib çıxarış vermişdirlər. Hazırda həmin torpaqlar üzərində həbs qoyulmuşdur. Əvvəl 39 sot olmuşdur, borcu olduğu üçün 10 sotunu satmışdır. İddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsində torpağın boşaldılması tələbinə dair işə baxılır. Torpaqlar yan yanadır. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia iddia mümkün iddia olmaqla bərabər həm də əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, onun tələbi təmin edilməmişdir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. Belə ki, MA seriyalı, ******* saylı, reyestr nömrəsi **********5-12301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2011-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Xaçmaz rayonu, Yergüc kəndi, Xaçmaz-Xudat yolunun sol tərəfində yerləşən Əmlak Komleksi kimi müəssisə üzərinə mülkiyyət hüququ X2 adına qeydə alınmışdır. Bundan sonra həmin çıxarışa əsasən 583.4 kv.m qeyri-yaşayış sahəsi 05 dekabr 2020-ci il tarixli bağışlama müqaviləsi ilə hüququ X4 tərəfindən iddiaçıya bağışlanmışdır. Reyestr nömrəsi **********05-12301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Xaçmaz rayon, Yergüç kəndində yerləşən əmlak kompleksi iddiaçının xüsusi mülkiyyətindədir. Digər tərəfdən JN 0987, KOD 30219088 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Xaçmaz rayonu, İ saylı Dövlət Notariat Kontorunun xx.xx.2002-ci il tarixli, 4Ə/İ-155 saylı Qərarı ilə X9 Xaçmaz rayon, Köhnə Xaçmaz kəndi ərazisindən 0.39 ha torpaq sahəsi satılmışdır. X15 əsasında X6 adına torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. RX seriyalı, ******* saylı, reyestr nömrəsi **********23, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2015-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Xaçmaz rayon, Köhnə Xaçmaz kəndi ərazisində yerləşən 0.39 ha torpaq sahəsi üzərində X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmçinin reyestr nömrəsi **********53, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və reyestr nömrəsi **********54, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa müvafiq olaraq Xaçmaz rayon, Köhnə Xaçmaz kəndi ərazisində yerləşən 0.29 və 0.10 ha torpaq sahələri X6 xüsusi mülkiyyətindədir. İddiaçı hazırda X6 adına 0.39 ha torpaq sahəsinə görə verilmiş xx.xx.2015-ci il tarixli reyestr nömrəsi **********23 olan qeydiyyat nömrəsi ********** olan çıxarışı və həmin çıxarış əsasında 0.29 ha torpaq sahəsinə görə reyestr nömrəsi **********53 qeydiyyat nömrəsi ********** olan və 0.10 ha torpaq sahəsinə görə verilmiş reyestr nömrəsi **********54 qeydiyyat nömrəsi ********** olan çıxarışların etibarsız hesab edilməsini və bu sənədlərin reyestrdə qeydiyyatlarının silinməsini istəyir. İddiaçı qeyd edir ki, çıxarışlar Xaçmaz rayon məhkəməsinin 2-310 nömrəli xx.xx.2005-ci il tarixli Qətnaməsi ilə etibarsız hesab edilmiş JN-987, kod 30219088 Dövlət aktı əsasında verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, Xaçmaz rayon Məhkəməsinin 06 sentyabr 2005-ci il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Dövlət Topraq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsinə və qeyrilərinə qarşı torpağa dair dövlət aktının etibarsız hesab edilməsi, torpaq sahəsinin əvvəlki cizgilər əsasında bərpa edilməsi, mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması, torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilərək X5 adına Köhnə Xaçmaz bələdiyyəsinin ehtiyat fondu torpağına aid olan ərazidə bütöv şəkildə verilən 0,39 ha pay torpaq sahəsi ayrılmasına dair JN-0254 saylı 30219088 kod nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verildiyi andan etibarsız hesab edilmiş, eləcə də həmin dövlət aktından irəli gələn bütün nəticələr etibarsız hesab olunmuş, X5 adına verilən xx.xx.1999-cu il tarixli, JN-254 saylı, 30219088 kod nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə ona verilmiş iki hissədən ibarə (640,13 kv.m + 3291,98 kv.m), cəmi miqdarı 0,39 ha olan pay torpaq sahəsi üzərində həmin aktda göstərilən koordinatlar, cizgilər daxilində mülkiyyət hüquqları təmin edilmiş, X6 adına 0,39 ha torpaq sahəsinə mülkiyyət hüququna dair verilən JN-987 saylı KOD nömrəsi 30219088 olan dövlət aktı etibarsız hesab edilmiş və həmin torpaq sahəsi Köhnə Xaçmaz bələdiyyəsinin ehtiyat fonduna qaytarılmış və X6 Köhnə Xaçmaz bələdiyyəsinin ehtiyat fonduna aid yol kimi ümumi istifadədə olan torpaq sahəsindən X2 və başqalarının istifadəsinə yaratdığı maneələrə son qoyulması və qətnamənin 1-ci və 2-ci bəndlərinin icrası üçün qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsinin Azərbaycan Respublikası DT və XK-nin Xaçmaz rayon şöbəsinə həvalə edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Üçüncü şəxsin məhkəməyə təqdim etdiyi vəsatətlərində qeyd edir ki, 10 ilə yaxın olaraq çıxarışla mülkiyyətində olan 0.39-ha torpaq sahəsini zəbt edərək orada Daş karxanası açılmışdır. Bununla bağlı Xaçmaz şəhər, məhkəməsinə (özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi, özbaşına tikilinin sökülməsi tələbinə dair) iddia ərizəsi ilə müraciət etmişdir. Lakin iddiası Xaçmaz rayon, məhkəməsi tərəfindən təmin olunmaması barədə qətnamədən Sumqayıt Apellyasiya məhkəməsinə şikayət etmişdir. İş hal-hazırda Sumqayıt Apellyasiya məhkəməsinin icraatındadır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Xaçmaz rayon Məhkəməsinin 06 sentyabr 2005-ci il tarixli, 2-310/2005 saylı qətnaməsi 21 iyun 2007-ci il tarixdə qanuni qüvvəsini almışdır. (Xaçmaz rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1-2567/2023 saylı məktubu) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2018-ci il tarixli “R.Süleymanov və F.Adıgözəlovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2017-ci il tarixli qərarının AR-ının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarına əsasən Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi onun bütün keyfiyyətlərini özündə əks etdirməsini ehtiva edir. Bunlara aşağıdakılar aiddir: qətilik, müstəsnalıq, preyudisiallıq, icraedilənlik və məcburilik. Preyudisiallığın xüsusiyyəti ondan ibarətdir ki, əvvəl baxılmış iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş hallar məhkəmə və digər proses iştirakçıları üçün məcburidir. Hazırki iş üzrə məhkəmə hesab edir ki, Xaçmaz rayon Məhkəməsinin 06 sentyabr 2005-ci il tarixli, 2-310/2005 saylı qətnaməsi preyudisial əhəmiyyət daşıyır. Beləliklə, Xaçmaz rayon Məhkəməsinin 06 sentyabr 2005-ci il tarixli, 2-310/2005 saylı qətnaməsi ilə JN-987 saylı KOD nömrəsi 30219088 olan dövlət aktı etibarsız hesab edildiyinə görə həmin Akt əsasında verilmiş çıxarışlar da etibarsız hesab edilməlidir. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh inzibati orqan məhkəmə tərəfindən etibarsız hesab edilmiş dövlət aktı əsasında X6 adına xx.xx.2015-ci il tarixdə reyestr nömrəsi **********23 olan qeydiyyat nömrəsi ********** olan çıxarış və həmin çıxarışa A N 034249 nömrəli texniki pasport verilmişdir. Azad Quliyev öz növbəsində 0.39 ha torpaq sahəsindən 0.10 ha hissəsini xx.xx.2016-cı il tarixdə satmışdır. xx.xx.2017-ci il tarixində isə həmin alqı-satqı müqaviləsi ləğv olunmuş və 0.10 ha sahə Azad Quliyevə qaytarılmışdır. Göründüyi kimi mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı hüquqlar ancaq X9 məxsus olmuş, digər şəxslərin hüquqlarına toxunmamışdır. Həmçinin məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2783/2023 saylı Qərardadı ilə İş üzrə mütəxəssis rəyi alınmış, mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur : -İddiaçının faktiki istifadəsində olan 1.0540 ha torpaq sahəsinin koordinatları baza məlumatlarına əsasən 0.29 ha və 0.10 ha torpaq sahələrinə dair X6 adına verilmiş çıxarışlarda müəyyən edilmiş koordinatlarla ilə üst-üstə düşürmü? Düşürsə hansı hissələrdə üst-üstə düşür? (müvafiq xəritə və ortofoto görüntülər məhkəməyə təqdim edilsin.) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-34/2-302/2024 saylı məktubu ilə iş üzrə mütəxəssis rəyi məhkəməyə təqdim edilmiş, rəydə qeyd edilmişdir ki, İddiaçının faktiki istifadəsində olan 1.0540 ha torpaq sahəsinin koordinatları baza məlumatlarına əsasən 0.29 ha və 0.10 ha torpaq sahələrinə dair X7 adına verilmiş çıxarışlarda müəyyən edilmiş koordinatlarla ilə 0.153 ha hissəsi üst- üstə düşür. (müvafiq xəritə və ortofoto görüntülər əlavə olunur.) Göründüyü kimi torpaq sahələrinin üst-üstə tam düşmə halı mütəxəssis rəyi ilə də təsdiqini tapmış, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olduğu öz təsdiqini tapmışdır. X1 torpaq sahəsi ilə bağlı hüquqları qanuni qüvvəyə minmiş Xaçmaz rayon Məhkəməsinin 06 sentyabr 2005-ci il tarixli qətnaməsi ilə ləğv edildiyindən cavabdeh inzibati orqan mübahisələndirilən dövlət qeydiyyatlarını aparmalı deyildi, əgər inzibati orqan məhkəmə qərarından xəbəri olmadan qeydiyyat aprmışdırsa, aparılan bu qeydiyyatlar iddiaçının müraciəti zamanı nəzərə alınmalı və həmin dövlət qeydiyyatları ləğv edilməli idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X6 adına 0.39 ha torpaq sahəsinə görə verilmiş xx.xx.2015-ci il tarixli reyestr nömrəsi **********23 olan qeydiyyat nömrəsi ********** olan çıxarış və həmin çıxarış əsasında 0.29 ha torpaq sahəsinə görə reyestr nömrəsi **********53 qeydiyyat nömrəsi ********** olan və 0.10 ha torpaq sahəsinə görə verilmiş reyestr nömrəsi **********54 qeydiyyat nömrəsi ********** olan çıxarışlar etibarsız hesab edilsin və bu sənədlərin dövlət reyestrində qeydiyyatlarının silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar