Məhkəmə qərarları › İş №2-1(118)-4899/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4899/2025

19.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4899/2025 19.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt Regional Asan Xidmət X1rşı iş üzrə (Açar sözlər: soyadın dəyişdirilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt Regional Asan Xidmət X1rşı “soyadın dəyişdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 19 noyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. İİİ-ЖГ seriyalı, 260633 nömrəli, 23 sentyabr 1957-ci il tarixli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, xx xxxxxxxx 1957-ci il təvəllüdlü İddiaçı anası X3r (ata barədə məlumat qeyd edilməmişdir).

2. A3 seriyalı, ******* nömrəli, 10 sentyabr 1967-ci il tarixli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, xx xxxxxxxx 1957-ci il təvəllüdlü Səfərov Şakir Bəkir oğlunun atası X14, anası X2r.

3. İİ-ЖГ seriyalı, 365777 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”dən görünür ki, Səfərov Şakir Bəkir oğlu və X9 9 sentyabr 1980-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Səfərov, arvada Səfərova soyadı verilmişdir.

4. AZE seriyalı, 0******* nömrəli İddiaçı məxsus “Vətəndaşın şəxsiyyət vəsiqəsi”.

5. AZE seriyalı, 00980323 X5 məxsus “Vətəndaşın şəxsiyyət vəsiqəsi”.

6. AZE seriyalı, 15893932 X19 oğluna məxsus “Vətəndaşın şəxsiyyət vəsiqəsi”.

7. AA4243596 nömrəli X8 məxsus “Şəxsiyyət vəsiqəsi”.

8. AA3011970 nömrəli X20 oğluna məxsus “Şəxsiyyət vəsiqəsi”.

9. AZ-İ seriyalı, 684543 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X6 28 may 2014-cü il tarixdə ölmüşdür.

10. AZ-İ seriyalı, 868278 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X14 5 aprel 2017-ci il tarixdə ölmüşdür.

11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinin 19 fevral 2025-ci il tarixli, 3-16-5/8-652-150/2025 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, doğum haqqında akt qeydində soyadının “Məmmədov”dan “Səfərov”a düzəliş olunmasına dair müraciətinizə baxılmış, təqdim edilmiş şəxsiyyət vəsiqəsində və Laçın rayonu Cicimli kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 23 sentyabr 1957-ci il tarixli, 34 saylı akt qeydi ilə qeydə alınmış lll-JQ 260633 saylı doğum haqqında şəhadətnamədə xx xxxxxxxx 1957-ci il təvəllüdlü İddiaçı məlumatları göstərilmişdir. Laçın rayonu Cicimli kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 23 sentyabr 1957-ci il tarixli, 34 saylı doğum haqqında akt qeydində isə uşaq haqqında məlumat qrafasında xx xxxxxxxx 1957-ci il təvəllüdlü Məhəmmədov Şakir Bəkir oğlunun doğum haqqında akt qeydi aşkar olunmuşdur, ata haqqında qeydin əsasların “tək ananın ərizəsi” əsasında qeyd olunmuşdur, ana haqqında məlumat qrafasında “X4” qeyd edilmişdir. Bildirilmişdir ki, təqdim edilən Səfərov Şakir Bəkir oğlunun 10 sentyabr 1967-ci il tarixli, 25 saylı akt qeydi ilə Laçın rayonu Cicimli kənd icra nümayəndəliyi tərəfindən qeydə alınmış AZ ******* saylı şəhadətnaməyə dair məlumatlar Laçın rayon qeydiyyat şöbəsinin arxivində və “X7” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmamışdır. Təqdim edilən Ü-JQ N 365777 saylı nikah haqqında şəhadətnaməsində və Laçın rayonu Güləbird kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 9 sentyabr 1980ci il tarixli, 08 saylı nikah haqqında akt qeydində kişi haqqında məlumat qrafasında “Səfərov Şakir Bəkir oğlu”nun məlumatları qeyd olunmuşdur. Təqdim edilən sənədlər arasında ziddiyyət olduğu üçün doğum haqqında məlumatların ona məxsus olduğunu müəyyən etmək mümkün olmamışdır və bununla bağlı doğum haqqında akt qeydinə düzəliş edilməsinə kifayət qədər əsas olmamışdır. Doğum haqqında akt qeydinə düzəliş olunması üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.

12. Sumqayıt bələdiyyəsi 76-cı məhəllə üzrə 3 saylı məhəllə komitəsinin 11 mart 2025ci il tarixli, 785 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır.

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

13. Azərbaycan SSR Daxili İşlər Nazirliyi X7 Şöbəsinin sentyabr 1957-ci il tarixli, 34 nömrəli “Doğum akt qeydi”.

14. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin 6 oktyabr 2025-ci il tarixli, 02/22581/di nömrəli məktubundan görünür ki, xx xxxxxxxx 1957-ci il təvəllüdlü İddiaçı digər ölkələrdən deportasiya olunması barədə Dövlət Miqrasiya Xidmətində məlumat mövcud deyildir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri:

15. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının soyadının “Məmmədov”dan “Səfərov”a düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. İddia tələbi işin hallarına istinad edilərək (§1-12) onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxxx 1957-ci il tarixdə Laçın rayonunda anadan olmuşdur. İddiaçıya 23 sentyabr 1957-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnaməsinin akt qeydində soyadı “Məmmədov” kimi, 10 sentyabr 1967-ci il tarixdə isə verilmiş doğum haqqında şəhadətnaməsinin akt qeydində soyadı “Səfərov” kimi qeyd edilmişdir. 9 sentyabr 1980-ci il tarixdə verilmiş 8 nömrəli nikah haqqında akt qeydində kişi haqqında məlumat qrafasında isə soyadı, “Səfərov” kimi qeyd olunmuşdur. Lakin bildirilir ki, iddiaçının əsl soyadı Səfərovdur, ancaq şəxsiyyət vəsiqəsində və 23 sentyabr 1957-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnaməsinin akt qeydində soyadı “Məmmədov” kimi qeyd edilmişdir. Qeyd edilir ki, iddiaçının ailə üzvləri də “Səfərov” soyadını daşıyır. Lakin aidiyyatı qurumun səhlənkarlığı nəticəsində iddiaçının ata haqqında qeydin əsasları tək ananın ərizəsi əsasında qeyd olunmuşdur, ana haqqında məlumat qrafasında “X4” qeyd edilmişdir. Həmin səhvliyi aradan qaldırmaq üçün iddiaçı cavabdehə müraciət etsə də, imtina cavabı almışdır.

17. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51.2, 53.3, 54.1, 59.1, prosessual hüquqi əsası kimi İPM-in 33.1-ci maddələrinə istinad olunmuşdur.

18. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

19. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir. İddia ərizəsinə qarşı etirazın dəlilləri:

20. Cavabdeh iddia tələbinə dair münasibət bildirərək, imtina məktubunda qeyd edilən hallara (§11) və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161.1-ci maddəsinə istinad etmiş, hazırkı tələb ilə əlaqədar məhkəməyə müraciət edilməsinin tövsiyə etdiyini bildirmişdir.

c) Tərəflərin iştirakı və izahatları:

21. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.

22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır.

24. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

25. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

26. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

27. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

28. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

29. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

30. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

31. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

32. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

33. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən: Maddə 53. Uşağın ad, ata adı və soyad daşımaq hüququ 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. (-) Maddə 54. Uşağın adının və soyadının dəyişdirilməsi 54.1. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. (-) 54.4. 10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər.

34. “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”:

6. Adın, ata adının və soyadın dəyişdirilməsi 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. (-) 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. (-) 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. (-)

35. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 31 iyul 2025-ci il tarixli, 2-1(102)-1414/2025 nömrəli qərarında qeyd edilmişdir ki, “adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi hüququnun məhdudlaşdırılması ilə bağlı aşağıdakı meyarlar müəyyən edilir: - uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir; - İctimai (ümumi) maraqların qorunması məqsədi ilə adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsinə məhdudiyyətlər tətbiq edilə bilər.

45. İctimai maraqlar dedikdə, əhalinin qeydiyyatının dəqiq şəkildə aparılması, şəxsin kimliyinin müəyyən olunması üsullarının və hər hansı bir adın (soyadın) daşıyıcısının müəyyən bir ailə və nəsil ilə əlaqələndirilməsi vasitələrinin qorunması, dövlət dilinin işlənməsinə və qorunmasına dair ümumi maraqların, eləcə də milli adqoyma ənənələrinin qorunmasının təmin olunması və bu kimi digər məqsədlər başa düşülür. Məhkəmələr və inzibati orqanlar ictimai maraqlar naminə məhdudiyyətlər tətbiq edərkən ictimai maraqlar ilə fərdin maraqları arasında ədalətli tarazlığın qorunmasına diqqət yetirməlidir. İctimai maraqlar naminə məhdudiyyətlər o zaman tətbiq oluna bilər ki, konkret mübahisənin halları baxımından ictimai maraqları fərdin maraqlarından üstün tutmaq mümkün olsun.

46. Fərdi maraqlar dedikdə, uşağın və şəxsin mənafeyinin təmin edilməsi, şəxsin öz kimliyini formalaşdırmaq və ifadə etmək hüququ, özünü emosional və mənəvi cəhətdən tanıdığı və qəbul etdiyi şəkildə adlandırmaq hüququ, keçmişi və ailə üzvləri ilə bağlılığın simvolik olaraq ifadəsi və bu kimi digər məqsədlər başa düşülür. Məhkəmələr və inzibati orqanlar fərdin maraqlarının (mənafeyinin) aydınlaşdırılması və qiymətləndirilməsi zamanı şəxsin istinad etdiyi konkret əsaslandırmaları nəzərə almalı, xüsusən də, onun məhrumiyyətlərinin nədən ibarət olmasına və iddia edilən məhrumiyyətlərin təsdiq olunubolunmadığına diqqət yetirməlidir. ... qüvvədə olan qanunvericilik 18 yaşına çatdıqdan sonra Azərbaycan Respublikası vətəndaşlarının öz soyadını dəyişdirməsinə olan hüququnu tanıyır. Bununla belə, yuxarıda geniş şərh olunduğu kimi, bu hüquq da mütləq deyil, müəyyən məhdudiyyətlərə tabedir. Beynəlxalq təcrübədə də soyadların dəyişdirilməsi zamanı fərdin şəxsi, sosial və hüquqi vəziyyətinə təsir edən əsaslı səbəblərin təqdim edilməsi zəruri hesab edilir və bu məsələlərdə şəxsi istəklə ictimai maraqlar arasında balansın qorunması vacibdir.

57. Soyad şəxsin kimliyinin, xüsusilə, onun ailə mənsubiyyəti və nəsil əlaqələrinin müəyyənləşdirilməsinin əsas elementidir. ”

36. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçının soyadı doğum haqqında akt qeydində “Məhəmmədov”, 23 sentyabr 1957-ci il tarixli doğum haqqında şəhadətnamədə və şəxsiyyət vəsiqəsində “Məmmədov”, 10 sentyabr 1967-ci il tarixli doğum haqqında şəhadətnamə və nikahın bağlanması haqqında şəhadətnamədə isə soyadı “Səfərov” olaraq qeyd edilmişdir.

37. Lakin iş materiallarında mövcud olan iddiaçının arvadı, övladları, həmçinin valideynlərinə dair hüquq müəyyənedici sənədlərdən ailə üzvlərinin soyadının “Səfərov” olduğu müəyyən edilir.

38. Qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı iddiaçı barəsində digər ölkələrdən deportasiya olunması barədə Dövlət Miqrasiya Xidmətində, həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində onların götürülməmiş və ödənilməmiş məhkumluğu, cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən şəxs kimi cəlb edilməsinə dair hər hansı məlumat aşkar edilməmişdir.

39. Hazırkı iş üzrə yuxarıda istinad edilən kassasiya instansiyası məhkəməsinin mövqeyini, eyni zamanda iddiaçının ailə üzvlərinin soyadının “Səfərov(a)” olduğunu, bundan əlavə, “Məmmədov” soyadının “Səfərov”a dəyişdirilməsi ilə şəxsi istəklə ictimai maraqlar arasında balansın saxlanılmasına qarşı hər hansı zidd hərəkətin müəyyən edilmədiyini nəzərə alaraq və iddiaçının ailə mənsubiyyətinin və nəsil əlaqələrinin müəyyənləşdirilməsinin təmin edilməsi baxımından məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.

40. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

41. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-) Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)

NƏTİCƏVİ HİSSƏ

42. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. xx xxxxxxxx 1957-ci il təvəllüdlü İddiaçı soyadının dəyişdirilərək “Səfərov” kimi qeydə alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar