Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-49/2025 26.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “ “Seymur” İKB-yə verilmiş texniki pasportun və onun əsasında hazırlanmış xx.xx.2005-ci il tarixli 86A reyestr nömrəli qeydiyyat vəsiqəsinin etibarsız hesab olunaraq ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “ “Seymur” İKB-yə verilmiş texniki pasportun və onun əsasında hazırlanmış xx.xx.2005-ci il tarixli 86A reyestr nömrəli qeydiyyat vəsiqəsinin etibarsız hesab olunaraq ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1998-ci ildə rayonlararası aqrar islahatları aparılan zaman Xaçmaz rayonunun Xudat şəhərində “Rəsul” birgə kəndli təsərrüfatının balansında olan anbar-univermaq binası Nəsimi adına sovxozun AİK-nın xx.xx.1998-ci il tarixli 1 saylı protokoluna və AİK sədri tərəfindən təsdiq edilmiş eskizə əsasən Xudat sakimi Həmid Məmmədova satılmışdır. Ona yalnız anbar verilmişdir, hər hansı həcmdə torpaq sahəsi və ya əlavə qeyri-yaşayış binası göstərilməmişdir. xx.xx.2004-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən H.Məmmədov həmin binanı ”Seymur” İKB-yə satmışdır,müqavilədə mənası bilinməyən 999 kv m göstərilmişdir, lakin həmin rəqəmin nəyi bildirməsi məlum deyildir. Həmin rəqəm texniki pasportla adi qələmlə yazılmış və hər hansı möhür və ya imza ilə təsdiqlənməmişdir. Seymur İKB anbarı alandan sonra həmin anbarın ətrafında guya torpaq sahəsinin olmasına dair texpasport hazırlanmış və orada sahənin həcmi kimi 999 rəqəmi yazılmış, 2005-ci ildə də saxta tex.pasprot və qeydiyyat vəsiqəsi hazırlanmışdır. İddiaçı həmin texniki pasportun və qeydiyyat vəsiqəsinin etibarsız hesab olunaraq ləğv olunnmasını cavabdehdən xahiş etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən iddiaçının vəkili Vəkil eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan ərizə təqdim edərək bildirmişdir ki, Xaçmaz rayonu, Xudat şəhərində yerləşən qeyri-yaşayış binası və torpaq sahəsinə dair "Seymur" İKB-nirı mülkiyyət hüququnu təsdiq edən Texniki İnventarlaşdırma Bürosu tərəfindən hazırlanan qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixində ərizə ilə müraciət etmişdir.Müraciətə xx.xx.2022-ci il tarixli **********04 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, “Müraciətinizə cavab olaraq bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanunun 2.4 maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı Hə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Xaçmaz rayonu, Xudat şəhərində yerləşən "Seymur" İKB-nin adına hazırlanmış qeydiyyat vəsiqəsinin ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən “Bu qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası barədə lazimi qaydada iddiaçı, cavabdeh və üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər.Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır....subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Xaçmaz rayon 2 saylı Dövlət notariat konturunun xx.xx.2004-cü il tarixli, 4ə-19 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən “Seymur” İKB-nın adına 86A qeydiyyat nömrəli, xx.xx.2005-ci il tarixli Qeydiyyat vəsiqəsi rəsmiləşdirilmişdir. İddiaçı onun hüquqlarına toxunmasını ehtimal etdiyi “Seymur” İKB-yə verilmiş texniki pasportun və onun əsasında hazırlanmış xx.xx.2005-ci il tarixli 86A reyestr nömrəli qeydiyyat vəsiqəsinin etibarsız hesab olunmasını məhkəmədən xahiş edir. Lakin, iddiaçının həmin əmlaka bağlılığını göstərən sübutu məhkəməyə təqdim etməyib.Məhkəmə hesab edir ki, iddiaçı “Seymur” İKB-yə verilmiş texniki pasportun və onun əsasında hazırlanmış xx.xx.2005-ci il tarixli 86A reyestr nömrəli qeydiyyat vəsiqəsinin etibarsız hesab olunaraq ləğv edilməsi tələbini qaldırmaqda subyektiv hüququ yoxdur.Ona görə də iddia tələbi mümkün sayılmamalıdır. Həmçinin, Sumqayıt Apellyasiya Məghkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)405/2022 saylı qətnaməsi ilə iddiaçı “Seymur” X1 cavabdeh İddiaçı qarşı sözügedən 999 kv.m torpaq sahəsinin 387.3 kv m hissəsindən çıxarılması və həmin torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş hasar və tikililərin onun hesabına sökülərək ərazinin boşaldılması, cavabdeh İddiaçı adına verilmiş 12 dekabr 2015-ci il tarixli RX seriyalı ******* sayı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair iddiası təmin edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Ona görə də müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “ “Seymur” İKB-yə verilmiş texniki pasportun və onun əsasında hazırlanmış xx.xx.2005-ci il tarixli 86A reyestr nömrəli qeydiyyat vəsiqəsinin etibarsız hesab olunaraq ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. X3
Məhkəmə qərarları › İş №2-1(118)-49/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-49/2025
26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver