Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-490/2021 17.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “Sumqayıt şəhər 2-ci mikrorayon 21/27 saylı evin sahəsi 29.22 kvadrat metrdən ibarət olan 2 otaqlı 49 saylı mənzilin xidməti rejimdən çıxarılaraq adi rejimə keçirilməsi barədə sərəncam verilməsi vəzifəsinin Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “Sumqayıt şəhər 2-ci mikrorayon 21/27 saylı evin sahəsi 29.22 kvadrat metrdən ibarət olan 2 otaqlı 49 saylı mənzilin xidməti rejimdən çıxarılması və onun mülkiyyətinə verilməsi vəzifəsinin Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddiasını dəqiqləşdirərək Sumqayıt şəhər 2-ci mikrorayon 21/27 saylı evin sahəsi 29.22 kvadrat metrdən ibarət olan 2 otaqlı 49 saylı mənzilin xidməti rejimdən çıxarılaraq adi rejimə keçirilməsi barədə sərəncam verilməsi vəzifəsinin Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 09 iyun 1983-cü ildən 29 fevral 2020-ci ilə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində xidmət etmişdir. Həmin xidmətin müddəti 36 il 08 ay 20 günü təqvim hesabı ilə, 43 il 2 ay 18 günü isə imtiyazlı xidmət təşkil edir. Xidmətinin 5 il 02 ay 29 gününü, yəni 01 oktyabr 1992-ci ildən 29 dekabr 1997-ci ilə kimi Sumqayıt şəhər Polis İdarəsində işləmişdir. Sumqayıt şəhər Polis İdarəsində sahə müvəkkili işləyərkən Sumqayıt şəhər icra hakimiyyətində mənzil növbəsində dayanmış və Sumqayıt şəhər icra hakimiyyəti başçısının 28 mart 1995ci il tarixli 182 saylı əmrinə əsasən ona Sumqayıt şəhəri 2-ci mikrorayon, 21/27 saylı evin 49 saylı iki otaqlı mənzili verilmiş və ailə üzvləri ilə birlikdə indiyə kimi həmin mənzildə yaşayır. (Mənzil xidməti rejimdədir) Qarabağ uğrunda gedən döyüşlərdə erməni işğalçılarına qarşı döyüşmüşdür. Müharibə veteranıdır. 25 aprel 1995-ci ildə həmin mənzilə daimi pasport qeydiyyatına düşmüşdür. Beləliklə 25 ildən çoxdur ki, həmin mənzildə yaşayır, onu idarə edir və bütün kommunal xərclərini də ödəyir. Mövcud qanunvericiliyə əsasən mənzilin xidməti rejimdən çıxarılması və mülkiyyətinə verilməsi barədə Sumqayıt şəhər icra hakimiyyətinə müraciət etmişdir. Sumqayıt şəhər İcra hakimiyyəti başçısı aparatının Mənzil Təsərrüfat və mənzillərin uçotu şöbənin müdiri Sədaqət Əsədova ona 20 oktyabr 2020-ci il tarixli V-3/2-068 saylı məktubu cavab vermiş və ərizəsindən imtina edildiyini bildirmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçı həmin mənzildə 10 ildən az yaşayaraq iş yerini Bakı şəhəri, Yasamal rayonu, Polis İdarəsinin 27-ci Polis bölməsinə dəyişmiş və qanunvericiliyə uyğun olaraq iş yeri üzrə xidməti mənzillə təmin olunmuş şəxslər xidməti yaşayış sahəsi verən müəssisə, idarə və təşkilatda azı 10 il işləməklə yanaşı həmin mənzildə yaşamalıdır. Hesab edir ki, imtina tam əsassız və qanunsuzdur. Belə ki, əvvəla iddiaçı polis orqanlarında işləməklə əmrə tabedir və işdən çıxmamışdır, X3 əmri ilə iş yeri dəyişdirilmişdir. O, Bakı şəhərində xidmətdə olarkən yeni xidməti mənzil almamış və Sumqayıtda olan mənzilində yaşamış və indi də həmin mənzildə yaşayır. Qanunverici xidməti mənzilin xidməti rejimdən çıxarılmasının və onun mülkiyyətinə verilməsinin iki əsas halını şərtləndirir. Onlardan birincisi 10 il işləməsi, ikincisi isə həmin mənzildə yaşamağıdır. Göründüyü kimi iddiaçı 43 ildən artıq Daxili İşlər Nazirliyinin əməkdaşı olmuş və 25 ildən də çoxdur ki, həmin mənzildə yaşayır. Ona görə Azərbaycan Respublikası İPM-nin 33-cü maddəsinə əsasən inzibati akt qəbul etmək vəzifəsi cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, iddiaçi İddiaçı ona aid Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 21/27, mənzil 49-un xidməti rejimdən çıxarılması ilə əlaqədar 20.10.2020-ci il tarixdə şəhər İcra Hakimiyyətinə ərizə (daxil olma nömrəsi V-3/2-068) ilə müraciət etmiş və ona aşağıda göstərilənlərə əsasən imtina cavabı verilmişdir. Müəyyən edilmişdir ki, iddiaçi İddiaçı 01.101992-ci il tarixdən Sumqayıt şəhər Polis idarəsinin 3-cü Polis Bölməsində sahə müvəkkili kimi xidmət etmiş, 1993-cü ildən mənzil növbəsinə dayanmışdır. SŞİH Başçısın 28 mart 1995-ci il tarixli 182 saylı əmri ilə yaşayış sahəsi 29,22 kvadrat metr olan 2 otaqlı Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 21/27, mənzil 49 onun 2 nəfərdən (özü və arvadı X2) ibarət ailə tərkibinə xidməti reiimdə təqdim edilmişdir. Sonradan 29.12.1997-ci il tarixdə iddiaçı iş yerini Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə dəyişmiş və hazırki vaxta kimi həmin idarədə xidmət edir. İddiaçının hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş mənzil qanunvericiliyinin tələblərinə görə iş yeri üzrə mənzillə təmin olunmuş şəxslər xidməti yaşayış sahəsi verən müəssisə, idarə və təşkilatda azı 10 il işləməklə yanaşı həmin mənzildə yaşamalıdır. Göründüyü kimi, İddiaçı 01.10.1992-ci il tarixdən 29.12.1997-ci il tarixdə kimi Sumqayıt şəhər Polis idarəsində xidmət etmiş, qanunvericilikdə nəzərdə tutulan 10 il iş müddəti tamam olmamış mənzil vermiş idarədən işdən çıxmışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclası cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsaslı deyil və təmin edilməməlidir. Belə ki, iddiaçı Sumqayıt şəhər 2-ci mikrorayon 21/27 saylı evin sahəsi 29.22 kvadrat metrdən ibarət olan 2 otaqlı 49 saylı mənzilin xidməti rejimdən çıxarılaraq adi rejimə keçirilməsi barədə sərəncam verilməsini istəyir. Cavabdeh inzibati orqan isə qeyd edir ki, iddiaçi İddiaçı 01.101992-ci il tarixdən Sumqayıt şəhər Polis idarəsinin 3-cü Polis Bölməsində sahə müvəkkili kimi xidmət etmiş, 1993-cü ildən mənzil növbəsinə dayanmışdır. SŞİH Başçısın 28 mart 1995-ci il tarixli 182 saylı əmri ilə yaşayış sahəsi 29,22 kvadrat metr olan 2 otaqlı Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 21/27, mənzil 49 onun 2 nəfərdən (özü və arvadı X2) ibarət ailə tərkibinə xidməti reiimdə təqdim edilmişdir. Sonradan 29.12.1997-ci il tarixdə iddiaçı iş yerini Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə dəyişmiş və hazırki vaxta kimi həmin idarədə xidmət edir. İddiaçının hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş mənzil qanunvericiliyinin tələblərinə görə iş yeri üzrə mənzillə təmin olunmuş şəxslər xidməti yaşayış sahəsi verən müəssisə, idarə və təşkilatda azı 10 il işləməklə yanaşı həmin mənzildə yaşamalıdır. Göründüyü kimi, İddiaçı 01.10.1992-ci il tarixdən 29.12.1997-ci il tarixdə kimi Sumqayıt şəhər Polis idarəsində xidmət etmiş, qanunvericilikdə nəzərdə tutulan 10 il iş müddəti tamam olmamış mənzil vermiş idarədən işdən çıxmışdır. Məhkəmə araşdırması əsasında müəyyən edilmişdir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 28 mart 1995-ci il tarixli, 182 saylı əmrinə əsasən yaşayış sahəsi 29.22 kv.m olan 2 otaqlı 2-ci mikrorayon, ev 21/27 mənzil 49 xidməti rejimdə İddiaçı 2 nəfərdən ibarət ailə tərkibinə təqdim edilmişdir. İddiaçı Sumqayıt şəhər Polis İdarəsində 01.10.1992-ci il tarixdən 29.12.1997-ci il tarixədək xidmət etmişdir. Daha sonra isə iş yerini Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə dəyişmişdir. Qeyd edilən hüquq münasibətlərinin olduğu dövrdə qüvvədə olan Mənzil Məcəlləsinə əsasən: Maddə 100. Xidməti yaşayış sahəsi Xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. Maddə 104. Xidməti yaşayış sahəsindən çıxarma Müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar. Maddə 105. Digər mənzil sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmasına yol verilməyən vətəndaşlar Aşağıdakılar digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər: müharibə əlilləri və hərbi qulluqçular sırasından olub SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində yaxud cəbhədə olmaqla əlaqədar xəstəliyə tutulma nəticəsində əlil olmuş digər şəxslər; döyüşən ordunun tərkibində olmuş Böyük Vətən müharibəsi iştirakçıları; SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş və ya xəbərsiz itkin düşmüş hərbi qulluqçuların və partizanların ailələri; hərbi qulluqçuların ailələri; SSRİ Daxili İşlər Nazirliyi orqanlarının sıravi və rəis heyətindən olan, xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində əlil olmuş şəxslər; xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər; vəzifəsi ilə əlaqədar yaşayış sahəsi almış, vəzifədən azad edilmiş, lakin həmin sahəni verən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsməmiş şəxslər; müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi ilə əlaqədar yaxud işçilərin sayının və ya ştatının ixtisar edilməsi nəticəsində işdən çıxmış şəxslər; qocalığa görə pensiyaçılar; fərdi pensiyaçılar; xidməti yaşayış sahəsi verilmiş və ölmüş işçinin ailə üzvləri; İ və İİ qrup əmək əlilləri, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər hərbi qulluqçular və onlara bərabər tutulan şəxslər sırasından İ və İİ qrup əlillər; yalqız şəxslər və onlarla birlikdə yaşayan həddi-büluğa çatmamış uşaqlar. Göründüyü kimi iddiaçının 1997-ci ildə iş yerini dəyişdiyi zaman həmin vaxt qüvvədə olan qanunvericilyə əsasən digər yaşayış sahəsi verilmədən order vermiş təşkilat tərəfindən xidməti yaşayış sahəsindən çıxarılma imkanı olsada, bu hal baş verməmiş, həmin mənzil iddiaçının istifadəsində qalmışdır. Hal hazırdada mübahisə predmeti mənzilin iddiaçının istifadəsində olması tərəflər arasında mübahisə olunmur. İddiaçı hazırda Sumqayıt şəhər 2-ci mikrorayon 21/27 saylı evin sahəsi 29.22 kvadrat metrdən ibarət olan 2 otaqlı 49 saylı mənzilin xidməti rejimdən çıxarılaraq adi rejimə keçirilməsi barədə sərəncam verilməsi vəzifəsinin Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini istəyir. Lakin hazırda qüvvədə olan qanunvericilyə əsasən cavabdehin belə bir səlahiyyətinin olması müəyyən olunmur. Cavabdeh inzibati orqanın istinad etdiyi hazırda qüvvədən düşmüş hüquq norması iddiaçıya münasibətdə məhdudlaşdırıcı norma kimi tətbiq edilə bilərdi. Lakin qeyd edilən normalar qüvvədə olduğu zaman iddiaçı mənzil sahəsindən çıxarılmamış, hazırda isə həmin normalar qüvvədən düşmüşdür. Bu halda isə cavabdeh inzibati orqanın istinad edilən normalara əsasən iddiaçını həmin mənzildən çıxrma səlahiyyəti qalmamışdır. Eyni zamanda hazırda qüvvədə olan qanunvericilyə əsasən cavabdeh inzibati orqanın orderlə bağlı qərar vermək səlahiyyəti mövcud deyil. Məhkəmə araşdırması zamanı mübahisə predmeti olan mənzilə cavabdeh tərəfindən hər hansı bir iddia olunması müəyyən olunmadı. İddaçının əldə etmək istədiyi nəticə isə mənzilin özəlləşdirilməsinə nail olmaqdan ibarətdir. İddiaçının 1997-ci ildə iş yerini dəyişdirdiyi zaman məzili iddiaçının istifadəsinə vermiş orqan tərəfindən boşaldılması imkanı olsada, bu hal verməmişdir. Bu halda isə iddiaçının mənzil üzərində hüquqları xüssusi hal almış, yuxarıda qeyd olunduğu kimi cavabdeh inzibati orqanın iddiaçını həmin mənzildən çıxrma səlahiyyəti qalmamışdır, eyni zamanda hazırda qüvvədə olan qanunvericilyə əsasən cavabdeh inzibati orqanın ordərlə bağlı qərar vermək səlahiyyəti mövcud deyil. Bu halda məhkəmə hesab edir ki, qeyd edilənlər hazırkı iddianın əsalı olmadığını göstərir və iddiaçı düzgün olmayan hüquq müdafiə vasitəsi seçmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-490/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-490/2021
17.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver