Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-490/2023 23.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi ilə, İddiaçı alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və cavabdehin etdiyi qanunsuz hərəkətlərinin təmin edilməsi üçün ölkədən getməsinə məhdudiyyətin qoyulmasına dair ərizəsinin mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ : İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və cavabdehin etdiyi qanunsuz hərəkətlərinin təmin edilməsi üçün ölkədən getməsinə məhdudiyyətin qoyulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının qardaşı oğlu X2 iddiaçının anasına məxsus Qusar rayonu Qayakənd kəndində yerləşən evi və torpaq sahəsini baş etibarnamə ilə satmış, əldə edilən pul vəsaitini isə mənimsəmişdir. O, dəfələrlə Q.Manafova müraciət edərək pul vəsaitinin heri qaytarılmasını tələb etsə də, o bundan imtina etmişdir. Hazırda iddiaçı həmin alqı-satqı müqaviləsinin və çıxarışın məhkəmə qaydasında ləğv olunmasını tələb edir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərilərək iddia ərizəsinin həmin Məcəllənin 46-cı maddəsinin tələblərinə uyğunlaşdırmaq, yəni cavabdehi düzgün müəyyən etmək və subyektiv hüququnu təsdiq edən sənədləri təqdim etmək təklif etməmişdir. Lakin iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim etməmişdir. Bundan başqa məhkəmə iddiaçını hüquqi yardımın göstərilməsi ilə bağlı məhkəmə iclasına dəvət etmişdir. Lakin həmin məktublar və bildirişlər iddiaçı tərəfindən alınmasına baxmayaraq cavablandırılmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsi və əlavə edilmiş sənədlərdən ümumiyyətlə tələbin kimə qarşı yönəldiyi göstərilməmiş, cavabdeh qismində Xaçmaz rayon Daşınmaz Əmlak İdarəsi göstərilərək ünvan kimi “ünvan 3 marağının nədən ibarət olmasının müəyyən edilməsi mümkün deyildir. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsaslar mövcud deyildir, yəni iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması halının baş verdiyi görünmür. Həmçinin qeyd olunmalıdır ki, əgər iddiaçı həqiqətən alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsini tələb edirsə, bu mübahisə inzibati məhkəmə icraatı qaydasında baxılan mübahisələrə aid deyildir, daşınmaz əmlakın yerləşdiyi yer üzrə ümumi (rayon) məhkəməyə verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarında qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və cavabdehin etdiyi qanunsuz hərəkətlərinin təmin edilməsi üçün ölkədən getməsinə məhdudiyyətin qoyulmasına dair ərizəsi mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-490/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-490/2023
23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver