Məhkəmə qərarları › İş №2-1(118)-491/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-491/2021

17.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-491/2021 17.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçı1 nümayəndəsi Vəkil (ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, Cavabdehin nümayəndəsi X5 (Sumqayıt şəhər Mənzil-Kommunal X2 17 saylı Mənzil Kommunal Sahəsinin rəisi işləyən, ünvan 2 ünvanında yaşayan) iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Sumqayıt şəhər Mənzil- Kommunal X2 17 saylı Mənzil Kommunal Sahəsinə qarşı Sumqayıt şəhəri,11-ci mikrorayon, 1 A saylı binada yerləşən 6, 28, 33 və 37 saylı mənzillərə dair “mənzilə hüququ olan şəxlər və mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışının” (2 №li forma) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Sumqayıt şəhər Mənzil- Kommunal X2 17 saylı Mənzil Kommunal Sahəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə Sumqayıt şəhəri,11-ci mikrorayon, 1A saylı binada yerləşən 6,28,33 və 37 saylı mənzillərə dair “mənzilə hüququ olan şəxlər və mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışının” (2 №-li forma) verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçılar Sumqayıt şəhəri, 11-ci mikrorayon 1 A saylı binada yerləşən 6, 28, 33 və 37 saylı mənzillər işlədikləri müəssisələrin müdiriyyətinin və həmkarlar təşkilatının birgə qərarlarına əsasən onlara ayrılmış və dövlət tərəfindən mənzil ayrılması səbəbindən mənzil növbəsindən çıxarılmışlar. Həmin mənzillərə dair Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən onlara order verilmişdir. Lakin mənzillərdə məcburi köçkün ailələri məskunlaşdığına görə həmin mənzillərə köçə bilməmişlər. Onlara ayrılmış mənzilləri özəlləşdirmək, mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq üçün qanunvericiliklə müəyyən olunmuş sənədləri toplamışlar, lakin mənzillərə dair Forma-2 arayışının verilməsinə dair 11-ci mikrorayona xidmət göstərən 17 saylı Mənzil Kommunal Sahəsinə etdikləri müraciətlər təmin olunmamışdır. Bununla bağlı dəfələrlə Mənzil-Kommunal X3 ərizə və şikayətlərlə müraciət etməklərinə baxmayaraq xahişləri yerinə yetirilməmişdir. Cavabdehə müraciətlərinə cavab olaraq bildirilmişdir ki, forma-2 arayışının verilməsi yalnız bina Mənzil- Kommunal X2 balansına qəbul edildikdən sonra mümkündür. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edərək, qanunvericiliklə cavabdehin üzərinə qoyulmuş öhdəliyin icrası barədə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Onlar eyni tələblə eyni cavabdehə və 3-cü şəxsə qarşı iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etmişlər. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-525/2019 saylı qətnaməsi ilə iddia ərizələri təmin olunmuşdur. Həmin qətnamə cavabdeh 17 saylı Mənzil Kommunal Sahəsi tərəfindən icra olunmuş və onlara xx.xx.2019cu il tarixində Sumqayıt şəhəri, 11-ci mikrorayon, 1A saylı binada yerləşən 6, 28, 33 və 37 saylı mənzillərə dair "mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış” (2 №-li forma) təqdim olunmuşdur. Lakin sonradan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-525/2019 saylı qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraata xitam verilmiş və iddiaçılara aidiyyəti üzrə inzibati-iqtisadi məhkəməyə müraciət etmələri izah edilmişdir. Hal-hazırda cavabdeh tərəfindən onlara verilmiş 2 № forma arayışın qüvvədə olma müddəti bitmişdir, cavabdeh isə məhkəmə qərarının ləğv olunduğunu əsas tutaraq yeni 2 № forma arayışın verilməsindən imtina edir. İddiaçılara məxsus olan mənzillərin yerləşdiyi bina artıq 30 ilə yaxındır ki, istismar olunur, binada yerləşən bütün mənzillərdə sakinlər yaşayırlar. Bina bütün növ kommunal şəraitlə, işıq, qaz, suyla təchiz olunmuşdur. Binanın balansa guya qəbul edilməməsi vətəndaşların deyil, aidiyyəti dövlət orqanlarının öz vəzifələrini lazımınca yerinə yetirməməsi ilə bağlıdır. Bu halda isə inzibati orqanın üzərinə düşən öhdəliyini yerinə yetirməməsinin nəticələri vətəndaşın üzərinə qoyula bilməz. Digər tərəfdən isə binanın balansa qəbul edilməməsi həmin binada yerləşən və qanuni şəkildə vətəndaşlara ayrılan mənzillərə dair Forma-2 arayışının verilməməsinə əsas ola bilməz. Binanın istismara qəbul edilməsi həmin binada yerləşən mənzillərin özəlləşdirilməsi üçün tələb olunur ki, bu məsələdə səlahiyyətli orqan isə daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqanlardır. Mübahisəli binanın guya balansa qəbul edilməməsi bildirilsə də, həmin bina qeyd olunduğu kimi hər cür kommunal xidmətlə təchiz olunmuşdur, binanın dam örtüyü Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən yaxın müddətdə təmir olunmuşdur, həmin binaya pasport qeydiyyatına alınmış vətəndaşlar vardır və binada artıq özəlləşmiş mənzillər də mövcuddur. Cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır. Məhkəmə iclasındaiştirak edən İddiaçı1 nümayəndəsi X8 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun uzahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Sumqayıt şəhər Mənzil-Kommunal X2 17 saylı Mənzil Kommunal Sahəsinin rəisi X6 iddia tələbini qəbul etmədi və izah etdi ki, 11-ci mikrorayon ərazisində yerləşən sözügedən binada 1993-cü il tarixdən məcburi köçkünlər məskunlaşmışlar. Həmin bina MKTİB-in balansına qəbul edilmədiyi üçün iddiaçıların tələb etdiyi arayışı vermək mümkün deyildir, F-2 arayışının verilməsi yalnız bina MKTİB-in balansına qəbul edildikdən sonra mümkündür. İş materiallarında olan : - Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mənzillərin qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2001-ci il tarixli 10/40 saylı orderdən görünür ki, 11-ci mikrorayon, 1 A saylı evdə yerləşən 33 saylı mənzil İddiaçı1 və onun 4 ailə üzvünə verilmişdir. - Sumqayıt şəhər X7 İcraiyyə komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 06 avqust 1996-cı il tarixli 226 saylı orderdən görünür ki, 11-ci mikrorayon, 1 A saylı evdə yerləşən 28 saylı mənzil İddiaçı4 və onun 3 ailə üzvünə verilmişdir. - Sumqayıt şəhər X7 İcraiyyə komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 29 sentyabr 1993-cü il tarixli 1042 saylı orderdən görünür ki, 11-ci mikrorayon, 1 A saylı evdə yerləşən 37 saylı mənzill İddiaçı3 və onun 2 ailə üzvünə verilmişdir. -Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2008-ci il tarixli 12/129 saylı orderdən görünür ki, 11-ci mikrorayon, 1 A saylı evdə yerləşən 6 saylı mənzil İddiaçı2 və onun 4 ailə üzvünə verilmişdir. -Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 17 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 423 saylı arayışdan görünür ki, 11-ci mikrorayon, ev 1A mənzil 33 saylı mənzilin sahibi İddiaçı1dur, lakin 1993-cü ildən bu mənzildə Cəbrayıl rayonu Çullu kənd məcburi köçkünləri məskunlaşmışdır. -Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 17 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 418 saylı arayışdan görünür ki, 11-ci mikrorayon, ev 1A mənzil 37 saylı mənzilin sahibi İddiaçı3dur, lakin 1993-cü ildən bu mənzildə Qubadlı rayonu məcburi köçkünləri məskunlaşmışdır. -Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 17 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 419 saylı arayışdan görünür ki, 11-ci mikrorayon, ev 1A mənzil 28 saylı mənzilin sahibi İddiaçı4dur, lakin 1993-cü ildən bu mənzildə Qubadlı rayonu Dəmirçilər kənd məcburi köçkünləri məskunlaşmışdır. - Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 17 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 420 saylı arayışdan görünür ki, 11-ci mikrorayon, ev 1A mənzil 6 saylı mənzilin sahibi İddiaçı2dur, lakin 1993-cü ildən bu mənzildə Qubadlı rayonu Çibikli kənd məcburi köçkünləri məskunlaşmışdır. İddiaçıların müraciətlərinə cavab olaraq Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 17 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş imtina məktublarından görünür ki, 11-ci mikrorayon ərazisində yerləşən 1993-cü il tarixdən məcburi köçkünlərin məskunlaşıb yaşadıqları yaşayış binası MKTİB-in balansına qəbul edilmədiyi üçün iddiaçıların tələb etdiyi arayışı vermək mümkün deyildir. - Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-525/2019 saylı qətnaməsidən görünür ki, İddiaçı1 və qeyrilərinin cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 17 saylı Mənzil Kommunal Sahəsinə və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1rşı cavabdehin üzərinə 2 nömrəli forma arayışının verilməsi vəzifəsinin qoyulması barədə iddiaları təmin olunmuşdur. - Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-2798/2019 qərardadından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-525/2019 saylı qətnaməsi ləğv edilmiş və mülki iş üzrə icraata xitam verilərək iddiaçılara müvafiq iddia ilə inzibati-iqtisadi məhkəmələrə müraciət etmək hüququ izah edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə işdə iştirak edən şəxslərin izahatlafrını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əvvəla məhkəmə qeyd edir ki, Mənzil Kommunal Sahələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda qeyd edilməsə də, hazırki mübahisə üzrə cavabdeh ona həvalə edilən funksiyalar onu müəyyən münasibətlərdə inzibati orqan adlandırmağa əsas verir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsində də qanunverici inzibati orqana yalnız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələri deyil, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsləri də aid etmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycan»a qarşı iş üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarında iddiaçının mənzilə dair yaşayış orderinin mövcud olması, vətəndaşın mənzilin qanuni sahibi olması faktını və bu fakta əsasən onun gələcəkdə «sosial kirayə müqaviləsi» bağlamağa, daha sonra isə qanunvericiliyə uyğun olaraq onu xüsusi mülkiyyətinə keçirməyə dair hüquqi gözləntilərini mənzilin iddiaçının «mülkiyyət»i hesab edilməsi üçün kifayət qədər əsaslar kimi qiymətləndirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki işdə də aidiyyəti dövlət orqanı tərəfindən mənzil ayrılarkən iddiaçıların hüquqi gözləntisi mübahisəli mənzili xüsusi mülkiyyətinə keçirmək olmuşdur. Hazırda iddiaçıların ona ayrılmış mənzillər üzərində mülkiyyət hüquqununu əldə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edilməli sənədlərdən biri verilməsi tələb olunan 2 saylı forma üzrə arayışdır. Lakin cavabdeh mənzillərin MKTB-nin balansına qəbul edilməməsi əsası ilə iddiaçılara imtina cavabı vermişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən verilmiş imtina cavabı əsassız olmaqla iddiaçıların hüquqlarını və qanunla qorunan mənafelərini məhdudlaşdırır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Sumqayıt şəhəri ,11-ci mikrorayon, 1A saylı binada yerləşən 6, 28, 33 və 37 saylı mənzillərə dair “mənzilə hüququ olan şəxlər və mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışının” (2 №-li forma) verilməsi öhdəliyi cavabeh Sumqayıt şəhər MKTB-nın 17 saylı Mənzil Kommunal Sahəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Sumqayıt şəhəri, 11-ci mikrorayon, 1A saylı binada yerləşən 6, 28, 33 və 37 saylı mənzillərə dair “mənzilə hüququ olan şəxlər və mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışının” (2 №-li forma) verilməsi öhdəliyi cavabeh Sumqayıt şəhər MKTB-nın 17 saylı Mənzil Kommunal Sahəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar