Məhkəmə qərarları › İş №2-1(118)-491/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-491/2025

03.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-491/2025 03.03.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ X5 Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müharibə dövrü ilə əlaqədar əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müharibə dövrü ilə əlaqədar əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1969-cu ildə Zəngilan rayonunda anadan olmuş, 1987-ci il tarixdən 1989-cu il tarixə dək X4 xidmət etmiş, 1993cü ildə Zəngilan rayon Hərbi Komissarlıq tərəfindən hərbi xidmətə çağrılmış, iddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1993-cü il aprel ayında xəsarət almışmıdır. Cavabdeh tərəfindən ona 2001-ci il tarixdən ümumi xəstəlik kimi İl qrup əlillik müəyyən olunmuşdur. Uzunmüddətli stasionar müalicələr müsbət effekt verməmişdir.xx.xx.2017-cı ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilməsi nəticəsində “Odlu qəlpə yaralanmasından sonrakı başın ön orta alm nahiyyəsində bir ədəd,sağ saidin yuxarı 1/3-nin ön səhtdindəbir ədəd .sol əlin tenar nahiyyəsində bir ədəd, sol əlin ovuc səhthində bir ədəd, sol budun yuxarı 1/3-nin arxa səthində iki ədəd köhnə çapıq toxumaları” diaqnozu təyin edilmiş və həmin komissiyanın qərarına əsasən Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi tramva olması müəyyən edilmişdir. Belə ki, Hərbi Həkim Komissiyasının qərarına əsasən, onun aldığı travmanın hərbi travma olduğu və Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı öz təsdiqini tapmışdır. Əlillik dərəcəsinin qiymətləndirilməsi zamanı ona “Kəllədaxili travma Keçirilmiş kəllədaxili travmanm davamlı qalıq əlaməti. Keçirilmiş baş beyin travmasınm davamlı qalıq əlamətləri, tez-tez baş verən qıcolma tutmaları ilə(ayda 7-8 dəfə).Kəskin yaddaş pozğunluğu.” diaqnozu qoyulmuş və xx.xx.2018-ci il tarixindən etibarən, Azərbaycan Respublikasının ərazi bötüvlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddəti xx.xx.2023-cü il tarixinədək müəyyən olunmuşdur.xx.xx.2023-cü il tarixdə keçirilən qiymətləndirmə zamanı cavabdeh inzibati orqan Tibbi Sosial Ekspert Komissiyası tərəfindən diaqnozun əlillik əlaməti təyin etməməsi.Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edərək ona imtina etmişdir.Cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələbləri pozulmuş və buna görə də ona təyin edilmiş əlillik dərəcəsi bərpa edilməlidir.Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaçının iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 209 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Odlu qəlpə yaralanmasından sonrakı başın ön orta alırı nahivvəsində bir ədəd, başın saq ənsə qabarı nahiyyəsində bir ədəd, üst dodaq üzərində sol tərəfdə bir ədəd, qarnın sağ van səthində orta qoltucı xətti üzrə qabırğa qövsü proyeksiyasında bir ədəd, saq saidin yuxarı 1/3-nin ön səthində bir ədəd, sol əlin tenar nahivvəsində bir ədəd, sol əiin ovuc səthində bir ədəd, sol budun yuxarı 1/3-nin arxa səthində iki ədəd köhnə çapıq toxumaları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir.Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yaddaş pozğunluğundan, qıcolmalardan şikayətlənmişdir. Baxış zamanı alında, ənsədə, sol budun yuxarı 1/3-də çapıqlar izlənmiş, hərəki məhdudluq qeyd edilməmişdir. Heç bir medikamentoz preparat qəbul etmədiyini bildirmişdir. Ekspertiza üçün əhəmiyyətli olan, Kəllə beyin travmasmın qalıq əlamətlərini təsdiqləyən kranial müayinə (EEQ, MRT) təqdim edilməmişdir.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-xx.xx.2021-ci il tarixli 116 nömrəli Çıxarışda diaqnoz Postravmatik ensefalopatiya. Tez-tez təkrarlanan qeneralizə olunmuş qıcolma tutmaları. Kəskin asteno-nevrotik sindrom” kimi qeyd olunmuşdur.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sabunçu Tibb Mərkəzinin xx.xx.2023- xx.xx.2023-cü il tarixli 195 nömrəli Çıxarışda diaqnoz “Keçirilmiş odlu silah yaralanmasından sonrakı postravmatik ensefalopativa. Tez-tez təkrarlanan generalizə olunmuş epileptik tutmalarla (6 dəfə). Şöbədə kəskin yaddaş pozğunluğu. Odlu qəlpə yaralanmasından sonrakı vəziyyət. Başın ön orta alın nahivvəsində üst dodaq üzərində və çoxsaylı çapıqlar. Boyun radikulopatiyası, osteoxondrozu. Kökcük ağrıları Hə, Baş beyinin üzvi xəstəliyi fonunda. Şəxsiyyət və davranış pozuntuları” kimi müəyyənləşdiriisə də, klinik olaraq öz təsdiqini tapmamış, hiperdiaqnostikaya yol verilməsinə şübhə yaranmışdır.Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.Qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək iddia tələbinin mümükn sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçının hazırkı tələbi inzibati orqanın üzərinə onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edir. Bu növ iddialarda imperativ norma olan 30 günlük müddət şamil olunur. İş materiallarından görünür ki, iddiaçıya əlilliyin imtina olunması barədə bildiriş ona xx.xx.2023-cü ildə cavabdeh tərəfindən təqdim edilməsinə baxmayaraq, iddiaçı arzuladığı inzibati aktın qəbul edilməsini xx.xx.2023-cü ildə məhkəmədə mübahisələndirmişdir. Göründüyü kimi İddiaçı imperativ xarakter daşıyan qanunun tələbinə riayət etməmiş və məhkəmədə iddia qaldırmaq müddətini üzürlü səbəb olmadan ötürmüşdür. Məhkəmə hesab edir ki, müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia tələbi mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar