Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-492/2020 19.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X6 iştrakları ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdehin xx.xx.2018-ci il tarixli qərarın ləğv edilməsi və icra qeydinin icra olunmasına dair qərar qəbul edilməsi tələbinə” dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı bildirdi ki, xx.xx.2017-ci il tarixli Abşeron rayon Xırdalan ş. 1-X8 icra qeydinin icra edilməməsi və cavabdehin üzərinə götürdüyü öhdəçiliyi icra etməməsi Cavabdeh tərəfindən icra etməyin mümkünsüz sayaraq qərarla notariat kontorunun icra qeydini geri qaytarmışdır.Belə ki, həmin qərarın surəti bu gün ona poçt vasitəsilə təqdim olunmuşdur. İddiaçı dəfələrlə yazılı surətdə Cavabdehnə və Ədliyyə nazirliyinə müraciət etsə də ona yalnız bu gün rəsmi şəkildə Qərarın surəti təqdim olunmuşdur. Abşeron rayon Xirdalan şəhər 1-X8 icra qeydi icra edilməməsi cavabdehin bağlanmış borc müqaviləsinə birbaşa əməl etməməsidir. Bağlanmış borc müqaviləsi cavabdehin tərəfindən borcunun ödənilməsi, icra məmuru tərəfindən , icra edilməməsi nəticəsində ona maddi və mənəvi ziyanın dəyməsi davam edir. Bu günə kimi Notariat kontorunun icra qeydi, icra olunması mümkünsüz sayıldıqdan , o haqsızlıqlarla üzləşir.Cavabdeh xx.xx.2018-ci il tarixli qərarında belə göstərilir ki, Notariat kontoru tərəfindən verilmiş icra qeydinə “İcra Haqqında” qanunu 23.1.1 maddəsinə əsaslanaraq borclunun qanun çərçivəsində tənbeh etmək olmur. Yəni onun barəsində cinayət işi açılması qeyri mümkündür. Belə ki,İcra məmuru “İcra Haqqında” qanunu 23.1.1 maddəsinə istinad edərək icra qeydini geri qaytarmışdır.Bildirdi ki, icra qeydi məhkəmə tərəfindən verilmiş icra vərəqəsi ilə eyni qüvvədə olan sənəddir. İddiaçı Abşeron rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir ki, yeni qətnamə çıxarılsın. Abşeron rayon Məhkəməsinin qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. O, apelliyasiya şikayəti vermiş, şikayət təmin olunmamışdır. Ona məhkəmə zalında bildirilmiş ki, icra qeydi verilmişsə bunun əsasında icra məmuru öz tədbirlərini görməlidir.Cavabdeh xx.xx.2018-ci il tarixli qərarında göstərilir ki, Notariat kontoru tərəfindən verilmiş icra qeydinə əsalanaraq borclunun qanun çərçivəsində tənbeh etmək olmur. Yəni onun barəsində cinayət işi açılması qeyri mümkündür. Belə ki, İcra məmuru "İcra Haqqında” qanunu 23.1.1 maddəsinə istinad edərək icra qeydini geri qaytarmaqla onun Konistitutsiya ilə qorunan hüquqlarımı pozmuş və ona maddi zərər vurmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçının nümayəndəsi eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh təşkilat iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, 1 X8 7E-14374 saylı, xx.xx.2017-ci il tarixli icra qeydinə əsasən X3 4510 manat pul vəsaitinin tutularaq iddiaçıya, yəni İddiaçı ödənilməsi qeyd olunmuşdur. İcra sənədi xx.xx.2017-ci il tarixdə Abşeron rayon icra şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə də icraata başlama haqqında qərar qəbul edilərək tərəflərə və aidiyyatı notarusa göndərilmişdir. Borclu fiziki şəxsin və birgə nikahda olduğu həyat yoldaşı X4 əmlak vəziyyətini yoxlamaq məqsədi ilə aidiyyatı qurumlara sorğular edilmiş, lakin tələbin yönəldilə biləcəyi borcluya və ya həyat yoldaşına məxsus heç bir əmlakı aşkar olunmamışdır. xx.xx.2017-ci il tarixdə borclu fiziki şəxs Cavabdehnə gəlmiş, izahatı alınmışdır. Həmçinin iddiaçının etibarnamə üzrə nümayəndəsi X5 ilə aralarında olan danışıqlara əsasən və hər ay borcundan 200 manat olmaqla ödəyəcəyinə hər iki tərəfin yazılı razılığı olmuşdur. Lakin razılaşmaya əsasən qeyd olunan tarixdə borc ödənmədiyi üçün xx.xx.2018-ci il tarixdə borclu fiziki şəxs yəni X7 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən protokol tərtib olunaraq Abşeron rayon məhkəməsinə verilmişdir və Abşeron rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə borclu 7 (yeddi) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Bundan sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən borclu barəsində cinayət işinin başlanılması üçün təqdimat verilə bilmədiyindən icra sənədi xx.xx.2018-ci il tarixdə “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən icra sənədini verən notariusa geri qaytarılmışdır. AR CM-nin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə- iki min manatdan dörd minmanatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılmasıvə ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Normanının məzmunundan aydın olur ki, şəxsin cinayət məsuliyyətinə cəlb olunması üçün əsas notariusun icra qeydi deyil, yalnız qanuni qüvvəyə minmiş məhkəmə aktınınqərəzli olaraq icra etməməsidir. Qeyd edilənləri nəzərə alaraq İddiaçı iddiasının mümkün sayılmaması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş etmişdir. 3-cü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmişlər və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanmaqla işə cavabdehin və 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh xx.xx.2018-ci il tarixli qərarın surəti, 1 X8 7E-14374 saylı, xx.xx.2017-ci il tarixli icra qeydinin surəti, xx.xx.2017-ci il tarixli aktın surəti, cavabdehin xx.xx.2020-ci il tarixli, xx/xx-1647-4N saylı etiraz ərizəsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Həmin Qanunun 23.1.3-cü maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinin tələblərinə əsasən geri qaytarıldığından həmin Qanununun 23.2-ci maddəsinin tələblərinə əsasən bu haqda müvafiq akt tərtib etməli, həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunmalı və bu barədə tələbkara məlumat verilməli idi. Lakin məhkəmə sorğusuna əsasən təqdim olunmuş icra işinin materiallarından görünür ki, cavabdeh tərəfindən bu barədə akt tərtib edilməmişdir. Bununla da cavabdeh yuxarıda qeyd olunan Qanunun tələblərini pozmuşdur. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclunun əmlak vəziyyətinin müəyyən edilməsi edilməsi istiqamətində onun yaşadığı mənzilə baxış keçirilmiş və tutma yönəldilə biləcək əmlak aşkar edilməmişdir. Keçirilmiş baxışın nəticəsi olaraq xx.xx.2017-ci il tarixli akt tərtib edilmiş və həmin aktdan müəyyən edilmişdir ki, tələbkarın mənzilə baxış keçirilməsi zamanı iştrakı təmin edilməmişdir. Halbu ki, xx.xx.2017-ci il tarixli aktın nəticəsi olaraq icra sənədinin məhkəməyə qaytarılması barədə xx.xx.2018-ci il tarixli qərar qəbul edilmişdir. Hesab olunur ki, borclunun əmlakının müəyyən edilməsi istiqamətində görülmüş tədbirlər, o cümlədən borclunun əmlakına baxış keçirilməsi zamanı tələbkarın iştrakı təmin edilməli idi. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Əfəndiyeva Azərbaycana qarşı», “Tarıverdiyev Azərbaycana qarşı”, “Cəfərov Azərbaycana qarşı” və s. qərarları məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və həmin qərarlarında Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli “İcra sənədinin məhkəməyə qaytarılması haqqında” qərar “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması nəticəsində qəbul edildiyindən ləğv olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanladığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasinin Qanununun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İş materiallarından görünür ki, mübahisələndirilən qərar cavabdeh tərəfindən iddiaçıya xx xxxxxx 2019-cu tarixdə təqdim edilmiş, iddiaçı isə xx xxxxxx 2019-cu il tarixdə mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia müddəti keçirilməmişdir. Belə ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Göründüyü kimi, mübahisələndirilən qərar iddiaçı tərəfindən xx xxxxxx 2019-cu il tarixdə rəsmi qaydada aldığından mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etməklə iddia müddətini də keçirməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, borclunun işləyib işləməsi, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olub olması barədə müvafiq təşkilatlara yenidən sorğular göndərilməli, icra təbdirlərinin nəticəsi olaraq borclunun yaşayış yerinə baxış keçirilərkən tələbkarın baxışda iştrakı təmin edilməlidir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən xx xxxxxx 2018-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhər 1 X8 7E-14374 saylı, xx.xx.2017-ci il tarixli icra qeydi üzrə qəbul edilmiş “İcra sənədinin məhkəməyə qaytarılması haqqında”qərarı ləğv edilməli, yenidən icra hərəkətləri həyata keçirilərkən yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırılmalıdır. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdehtərəfindən xx xxxxxx 2018-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhər 1 X8 7E-14374 saylı, xx.xx.2017-ci il tarixli icra qeydi üzrə qəbul edilmiş “İcra sənədinin məhkəməyə qaytarılması haqqında”qərarı ləğv edilsin və icra qeydi üzrə yenidən icra tədbirləri davam etdirilsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-492/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-492/2020
19.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver