Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-492/2025 03.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlilliyin təyin edilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “orqanizmin funksiyalarının pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, orqanizmin funksiyalarının pozulmasına görə əlilliyin təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, İddiaçı, xx.xx.1969-cu ildə Zəngilan rayonunda anadan olmuşdur. 1992-ci ildə Zəngilan Rayon Hərbi Komissarlıq tərəfindən hərbi xidmətə çağrılmışdır. Döyüş zonasında hərbi xidmət keçərkən 1992-ci ilin avqust ayında xəsarət almış və xx.xx.2016-cı ildə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi- həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilməsi nəticəsində “Odlu silah yaralanmasından sonrakı başın arxa ənsə nahiyyəsində iki ədəd, sol orbitanın yuxarı kənarında köndələn istiqamətdə yerləşmiş bir ədəd, burun belinin sol yan səthində bir ədəd, sol əlin 1-ci barmağının dırnaq falanqasının arxa səthində bir ədəd, sağ əlin 2-ci barmağının dırnaq falanqanın uc hissəsində bir ədəd, sol baldırın orta 1/3-nin bayır səthində bir ədəd köhnə çapıq toxumaları” diaqnozu təyin edilmiş və həmin komissiyanın qərarına əsasən Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlillik dərəcəsini qiymətləndirilməsi zamanı “Odlu silah yaralanmasından sonra yaranan postravmatik ensefolopatiya. Generalizə olunmuş epilepsiyanın və epileptik sindromların digər növləri, Generalizə olunmuş tez-tez təkrarlanan tonik-klonik qıcolma tutmaları (ayda7-8 dəfə) Kəskin astenonevrotik sindrom, Koordinator- statik pozğunluqlar,Hipertoniya xəstəliyi İİİ dərəcə, tez-tez böhranlı gedişli, əlavə risk İV dərəcə” diaqnozu qoyulmuş və xx.xx.2017-ci il tarixindən etibarən, Azərbaycan Respublikasının ərazi bötüvlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddəti xx.xx.2022-ci il tarixinədək müəyyən olunmuşdur. 2023-cü il tarixdə keçirilən qiymətləndirmə zamanı cavabdeh inzibati orqan həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh tərəfindən qeyd olunan inzibati hüquq normasının tələblərinə riayət olunmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyası (bundan sonra-Komissiya) xx.xx.2023-cü il tarixdə aşağıda adları göstərilən 22 nəfər vətəndaşların müraciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. Bakı şəhər sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı nəlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndəriş rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında xx.xx.2023-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 231 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Odlu silah yaralanmasından sonrakı başın arxa ənsə nahiyəsində iki ədəd, sol orbitanın yuxarı kənarında köndələn istiqamətdə yerləşmiş bir ədəd, burun belinin sol yan səthində bir ədəd, sol əlin 1-ci barmağının dırnaq falanqasının arxa səthindəbir ədəd, saq əlin 2-ci barmağının dırnaq falanqasının uc hissəsində bir ədəd, sol baldırın orta 1/3-nin bayır səthində bir ədəd köhnə çapıq toxumaları" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilik, yuxusuzluq, başağrıları, qıcolma tutmalarından şikayətlənmişdir. Anamnestik məlumatlarında 7 (yeddi) il yarımdır özünü xəstə hesab etdiyini, ailə üzvlərinə qarşı aqressiv olduğu, yaxınlarına xəsarət yetirdiyi, bu səbəblə psixiatrik xəstəxanalara müraciət etdiyini bildirmiş, qıcolma zamanı ətrafda başverənləri hiss etmədiyini, özünə gəldikdən sonra yuxulu olduğunu, medikamentoz preparatlardan “Estolam”, “Videram”, “Fenozepam” gündə 3 dəfə qəbul etdiyini qeyd etmişdir. Vətəndaş həm də panik ataklardan əziyyət çəkdiyini söyləmiş, ataklar zamanı bəzən arterial təzyiqinin yüksəldiyini, bəzən endiyini qeyd etmişdir. Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, hazırda psixoproduktiv əlamətlər və davranış pozuntusu aşkar edilməmiş, vətəndaşın illərdir əmək müqavilələrinin olduğu müəyyənləşdirilmişdir. X5 xx.xx.2022-xx.xx.2023-cü il tarixli 9706 nömrəli Çıxarışında diaqnoz “Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Posttravmatik ensefalopatiya teztez təkrar olunan tonik klonik epileptik qıcolma tutmaları ilə (ayda 8-9 dəfə). Hipertoniya xəstəliyi İİİ mərhələ. Asteno-nevrotik sindrom" kimi qeyd olunsa da, klinik olaraq öz diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, etirazı müdafiə etdiyini bildirmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli, 231 saylı Qərarında qeyd edilir ki, İddiaçı Bəhman oğlunun müayinəsi zamanı müəyyən edilmiş və xəstəlik haqqında şəhadətnamədə göstərilmiş “Odlu silah yaralanmasından sonrakı başın arxa ənsə nahiyyəsində iki ədəd, sol orbitanın yuxarı kənarında köndələn istiqamətdə yerləşmiş bir ədəd, burun belinin sol yan səthində bir ədəd, sol əlin 1-ci barmağının dırnaq falanqasının arxa səthində bir ədəd, sağ əlin 2-ci barmağının dırnaq falanqasının uc hissəsində bir ədəd, sol baldırın orta 1/3-nin bayır səthində bir ədəd köhnə çapıq toxumaları” diaqnozu “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin a) yarımbəndi. MN MHHK-nən 242 nömrəli xx.xx.2016-ci il tarixli protokolu. İddiaçı xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçı Bəhman oğlunun adına müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Y00087563TXU saylı Forma 088 göndərişində qeyd edilmişdir ki, “Xəstəliyin başlanma tarixi: xx.xx.1992-ci ildəndir, xronikidir. XBT 10 kodu ilə: Əsas xəstəlik: S06.3- Baş beyinin ocaqlı travması. Odlu silah yaralanmasından sonra keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı qalıq əlamətləri (1992). Ağırlaşmalar: T90.5- Kəllədaxili travmaların nəticələri. Posttravmatik ensefalopatiya; G40.5-Xüsusi epileptik sindromlar. Ayda 8-9 dəfə təkrarlanan tonik-klonik epileptik qıcolma tutmaları; Yanaşı xəstəliklər: F48.0-Nevrasteniya. Kəskin ifadəli asteno-nevrotik sindrom. Qiymətləndirmə nəticələrində qeyd edilmişdir... “Müayinə tarixi: xx.xx.2023-cü il. Akt № İVMT1TK0004. Müvəqqəti əmək qabiliyyətinin itirilməsi: Xeyr; Diaqnozun mətni: Baş beyinin ocaqlı travması. Odlu silah yaralanmasından sonra keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı qalıq əlamətləri (1992). Mərkəzə göndərilmənİn/İmtina edilmənin səbəbi: aterosklerozu. LVEF- 56%. Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının xx.xx.2023 tarixli 3-17- 4\3-317519\2023 saylı qərarından görünür ki, vətəndaşın müraciəti əsasında xx.xx.2023cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tar 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-ci il tarixli qərardadı əsasında “MTE və PA Birliyi” Phş-in Təkrari ekspertizalar şöbəsində vətəndaş İddiaçı müayinəsi keçirilmiş və bu haqda xx.xx.2024-ci il tarixli, T 347/2024 saylı rəy tərtib edilmişdir. Ekspert komissiyası nəticəyə gəlmişdir: 1.Səhiyyə Nazirliyinin “MTE və PA Birliyinin” phş müalicə müəssisəsi olmadığından vətəndaş İ.R.Rzayevin konkret olaraq hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, onun adına müvafiq tibb müəssisəsində tərtib edilmiş Forma 088 göndərişində qeyd edilən diaqnozda olan xəstəliklərə düçar olmasını inkar etmək mümkün olmasa da, əyani müayinədə təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, əlillik təyinatına əsas verən nevroloji, psixi defısit müşahidə edilməmişdir. Buna görə də əlilliyin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci İl 30 dekabr tarixli 413 nömrəli “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə’’nin, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na “Əlavə”də müəyyən olunan meyarların hər hansı bir maddəsini aid etməyə əsas vermədi.
2. Vətəndaş İ.R.Rzayevin xx.xx.2024-cü il tarixdə məhkəmə tibbi müayinəsi zamanı başın ənsə nahiyyəsində, sol qaşüstü nahiyədə (orbitanın yuxarı kənarında), burun belinin sol yan səthində, sol əlin l-ci barmağının dırnaq falanqasında, sağ əlin 2-ci barmağının dırnaq falanqasının içəri səthində, sol baldırın orta 1/3-nin bayır səthində köhnə çapıq toxumalar aşkar edildi. Qeyd edilənlər Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissyası tərəfindən verilmiş xəstəlik haqqında şəhadətnamədə göstərilmiş diaqnozdakı xəsarətlərlə eynilik təşkil edir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı əsasında əsasında vətəndaş İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T79/2025 saylı ekspert rəyində Ekspert komissiyası nəticəyə gəlmişdir: 1-3.Vətəndaş İ.R.Rzayevin “Əsas xəstəlik: S06.3-Baş beyinin ocaqlı travması. Odlu silah yaralanmasından sonra keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı qalıq əlamətləri (1992). Ağırlaşmalar: T90.5-Kəllədaxili travmaların nəticələri. Postravmatik ensefalopatiya; G40.5-Xüsusi epileptik sindromlar. Ayda 8-9 dəfə təkrarlanan tonik-klonik epileptik qıcolma tutmaları; Yanaşı xəstəliklər: F48.0- Nevrastenİiya. Kəskin ifadəli asteno-nevrotik sindrom” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə DTSERA-də əyani müayinə zamanı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli şəxsiyyət (isterik tip) pozuntusu, dissosiativ daxilolmalar” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən nevroloji, psixi defısit müşahidə edilməmişdir. Vətəndaş İ.R.Rzayevin 07-xx.xx.2025-cü il tarixlərdə “Baş beyinin üzvi mənşəli şəxsiyyət pozğunluğu, QKBT nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalar, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 6-8 dəfə). XBT-10: F07.0; F07.8; F06.3; G40.0” diaqnozu ilə “Respublika Psixiatriya Xəstəxanası” phş-də stasionar müalicə almışdır.
Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçıya xx.xx.2023-cü il tarixli qərarla əlilliyin verilməsindən imtina edilmiş, iddiaçının müraciəti ilə xx.xx.2023-cü il tarixdə “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qüvvədə saxlanılmış, iddiaçı xx.xx.2023-cü il tarixdə iddia verməklə iddia müddətinə riayət etmişdir. Belə ki, ilkin qərarın iddiaçıya hansı tarixdə təqdim edilməsi barədə cavabdeh sübut təqdim etməmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, İddiaçı xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2023-cü il tarixli müayinəyə əsasən baş beyinin ocaqlı travması, odlu silah yaralanmasından sonra keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı qalıq əlamətləri (1992) diaqnozunun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Vətəndaşın müraciəti əsasında xx.xx.2023-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tar 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulmasına görə əlilliyin təyin edilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, iddiaçının anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, hazırda psixoproduktiv əlamətlər və davranış pozuntusu aşkar edilməmiş, vətəndaşın illərdir əmək müqavilələrinin olduğu müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlı olmuşdur. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: .... 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; ... 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; .... Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə araşdırması zamanı ekspert rəyləri əsasında müəyyən edilmişdir ki, İ.R.Rzayevin “Əsas xəstəlik: S06.3-Baş beyinin ocaqlı travması. Odlu silah yaralanmasından sonra keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı qalıq əlamətləri (1992). Ağırlaşmalar: T90.5-Kəllədaxili travmaların nəticələri. Postravmatik ensefalopatiya; G40.5-Xüsusi epileptik sindromlar. Ayda 8-9 dəfə təkrarlanan tonik-klonik epileptik qıcolma tutmaları; Yanaşı xəstəliklər: F48.0-Nevrasteniya. Kəskin ifadəli asteno-nevrotik sindrom” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə DTSERA-də əyani müayinə zamanı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli şəxsiyyət (isterik tip) pozuntusu, dissosiativ daxilolmalar” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən nevroloji, psixi defısit müşahidə edilməmişdir. Vətəndaş İ.R.Rzayevin 07xx.xx.2025-cü il tarixlərdə “Baş beyinin üzvi mənşəli şəxsiyyət pozğunluğu, QKBT nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, depressiv daxilolmalar, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 6-8 dəfə). XBT-10: F07.0; F07.8; F06.3; G40.0” diaqnozu ilə “Respublika Psixiatriya Xəstəxanası” phş-də stasionar müalicə almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti
Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların Orqanizmin XBT- Orqanizmin Sıra ağırlıq dərəcəsi, mərhələsi, funksiyalarının 10 funksiyalarının №-si orqanizmin funksiyalarının pozulması (kod) pozulması faizi davamlı pozulmasının kliniki müddəti funksional xüsusiyyətləri 6.1. Başın travmalarının nəticələri T90 6.7. Epilepsiya G40 baş beynin zədələnməsi və 7.6.2. disfunksiyası və ya somatik F06 xəstəliklə bağlı digər psixi pozuntular üzvi mənşəli şəxsiyyət F07.0 pozuntusu baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli F07.8 şəxsiyyət və davranış pozuntuları
Qeyd edilən hallar isə iddianın təmin edilməsi üçün əsas təşkil edir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçıya qoyulmuş diaqnozun səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Aynur Axundova