Məhkəmə qərarları › İş №2-1(118)-493/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-493/2022

11.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-493/2022 11.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdehin üzərinə Quba rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli 2(027)-2743/2018 saylı qərardadını icra edərək, Quba rayonu Susay Bələdiyyəsinin 16 noyabr 2005-ci il tarixli 11 saylı qərarı ilə X2 adına verilmiş 0,57 ha torpaq sahəsi və orada Quba rayon İcra Hakimiyyəti başçısının 06 iyul 2012-ci il tarixli 152 nömrəli sərəncamı əsasında inşa edilmiş Balıqçılıq təsərrüfatından ibarət əmlak kompleksinin üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdehin üzərinə Quba rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli 2(027)-2743/2018 saylı qərardadını icra edərək, Quba rayonu Susay bələdiyyəsinin 16 noyabr 2005-ci il tarixli 11 saylı qərarı ilə X2 adına verilmiş 0,57 ha torpaq sahəsi və orada Quba rayon İcra Hakimiyyəti başçısının 06 iyul 2012-ci il tarixli 152 nömrəli sərəncamı ilə inşa edilmiş Balıqçılıq təsərrüfatından ibarət əmlak kompleksinin üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən 2018-ci ildə Quba rayon məhkəməsində, həmin rayonun Susay kənd sakini X3 qarşı "İddiaçı 520000 (beş yüz iyirmi min) manat həcmində maliyyə vəsaiti hesabına, Quba rayonun Susay Bələdiyyəsinin 16 noyabr 2005-ci il tarixli 11 saylı qərarı ilə X2 adına alınmış 0,57 ha (Torpağa mülkiyyət hüquqquna dair Dövlət Aktı № JN-316 Kod 303230018, 18 may 2006-cı il) torpaq sahəsi və həmin sahədə Quba rayon İcra Hakimiyyəti Başçısının 06 iyul 2012-ci il tarixli 152 №-li sərəncamı əsasında inşa edilmiş Balıqçılıq təsərrüfatının X6 tərəfindən İddiaçı qaytarılması və həmin əmlak kompleksi üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının qeydə alınmasına dair qətnamə çıxarılması” tələbi ilə iddia qaldırılmışdır. Məhkəmə baxışı zamanı cavabdeh iddia tələbini qismən qəbul etmiş, sonra da məhkəmənin mübahisənin barışıq yolu ilə həll etməsi təklifini qəbul edən tərəflər arasında 06 dekabr 2018-ci il tarixdə barışıq sazişi imzalanmış və məhkəməyə ərizə təqdim edərək, həmin barışıq sazişinin təsdiq edilməsini, bunun əsasında da iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Quba rayon məhkəməsinin 07 dekabr 2018-ci il tarixli 2(027)-2743/2018 №-li qərardadı ilə də İddiaçı cavabdeh X3 qarşı əsassız varlanma hesabına əldə edilmiş əmlakın qaytarılması tələbinə dair həmin iddiasına baxılarkən mülki iş üzrə tərəflər arasında 06 dekabr 2018-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilmiş və bununla əlaqədar işin icraatına xitam verilmişdir. Qanuni qüvvədə olan məhkəmə qərardadı ilə təsdiq edilmiş həmin barışıq sazişindən də görünür ki, cavabdeh X6 iddiaçının "İddiaçı 520000 (beş yüz iyirmi min) manat həcmində maliyyə vəsaiti hesabına, Quba rayonun Susay Bələdiyyəsinin 16 noyabr 2005-ci il tarixli 11 saylı qərarı ilə X2 adına alınmış 0,57 ha (Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı № JN-316 Kod 303230018, 18 may 2006-cı il) torpaq sahəsi və həmin sahədə Quba rayon İcra Hakimiyyəti Başçısının 06 iyul 2012-ci il tarixli 152 №-li sərəncamı əsasında inşa edilmiş Balıqçılıq təsərrüfatının X6 tərəfindən İddiaçı qaytarılması" tələbinə dair iddiasını tam şəkildə qəbul edir, bu şərtlə ki, həmin obyektin sahibkarlıqla məşğul olan fiziki şəxs - Quba rayonun Susay kənd sakini X4 icarəyə verilməsinə görə Vergi orqanlarına hesabat verib müvafiq vergiləri ödədiyi üçün 3 il müddətinə toplanmış 3600 manat icarə haqqı, eləcə də qeyd olunan torpaq sahəsinin alınması üçün özünün xərclədiyi 1400 manat - cəmi: 5000 manat pul İddiaçı tərəfindən ona ödənilsin. Gələcəkdə də bu barədə İddiaçı qarşı heç bir tələbi olmayacaqdır və özündə olan həmin torpaq sahəsinin alınması, tikintiyə icazə verilməsinə dair bütün sənədləri, eskiz layihələrini İddiaçı təhvil verəcəkdir. İddiaçı da öhdəsinə götürür ki, mübahisə predmeti olan obyektin sahibkarlıqla məşğul olan fiziki şəxs - Quba rayonun Susay kənd sakini X4 icarəyə verilməsinə görə 3 il müddətinə toplanmış 3600 manat icarə haqqı, eləcə də qeyd olunan torpaq sahəsinin alınması üçün X2 xərclədiyi 1400 manat cəmi: 5000 manat pulu ona tam şəkildə ödəyəcəkdir. Bu barışıq Sazişi Quba rayon məhkəməsinin Qərardadı ilə təsdiq olunduqdan sonra X6, Quba rayonun Susay Bələdiyyəsinin 16 noyabr 2005-ci il tarixli 1 saylı qərarı ilə onun adına alınmış 0,57 ha (Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı № JN-316 Kod 303230018, 18 may 2006-cı il) torpaq sahəsi və həmin sahədə Quba rayon İcra Hakimiyyəti Başçısının 06 iyul 2012-ci il tarixli 152 №-li sərəncamı əsasında inşa edilmiş Balıqçılıq təsərrüfatından ibarət əmlak kompleksinin İddiaçı mülkiyyətinə keçməsinə, eləcə də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində həmin torpaq sahəsi və əmlak kompleksinin üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının qeydə alınmasına etiraz etmir. Cavabdeh X2 arvadı (Nikahın bağlanması haqqında Şəhadətnamə İİİ- ЖГ № 416376, 26 sentyabr 1984-cü il) X7 06 dekabr 2018-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəsindən də görünür ki, o, həyat yoldaşı X6 tərəfindən Quba rayonun Susay Bələdiyyəsinin 16 noyabr 2005-ci il tarixli İİ saylı qərarı ilə onun adına alınmış 0,57 ha (Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı № JN-316 Kod 303230018, 18 may 2006-cı il) torpaq sahəsi və orada Quba rayon İcra Hakimiyyəti Başçısının 06 iyul 2012-ci il tarixli 152 №-li sərəncamı əsasında inşa edilmiş Balıqçılıq təsərrüfatından ibarət əmlak kompleksinin İddiaçı mülkiyyətinə keçirilməsi, eləcə də həmin torpaq sahəsi və əmlak kompleksi üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının qeydə alınmasına və Daşınmaz Əmlakın dövlət reyestrindən Çıxarış verilməsinə etiraz etmir. 07 dekabr 2018-ci il tarixdə Quba rayon Məhkəməsində baxılan "İddiaçı 520000 (beş yüz iyirmi min) manat həcmində maliyyə vəsaiti hesabına, Quba rayonun Susay Bələdiyyəsinin 16 noyabr 2005-ci il tarixli 11 saylı qərarı ilə X2 adına alınmış 0,57 ha (Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı № JN-316 Kod 303230018, 18 may 2006-cı il) torpaq sahəsi və həmin sahədə Quba rayon İcra Hakimiyyəti Başçısının 06 iyul 2012-ci il tarixli 152 №-li sərəncamı əsasında inşa edilmiş Balıqçılıq təsərrüfatının X6 tərəfindən İddiaçı qaytarılması" tələbinə dair 2(027)- 2743/2018 №-li mülki iş üzrə İddiaçı və cavabdeh X6 aralarında bağlanmış 06 dekabr 2018-ci il tarixli Barışıq Sazişi üzrə öhdəliklərin icra olunması üçün müqavilə bağlanıb imzaları ilə təsdiq olunaraq: X6 tərəfindən Quba rayonun Susay Bələdiyyəsinin 16 noyabr 2005-ci il tarixli 11 saylı qərarı ilə onun adına alınmış 0,57 ha (Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı № JN- 316 Kod 303230018, 18 may 2006-cı il) torpaq sahəsi və həmin sahədə Quba rayon İcra Hakimiyyəti Başçısının 06 iyul 2012-ci il tarixli 152 №-li sərəncamı əsasında inşa edilmiş Balıqçılıq təsərrüfatının sahibkarlıqla məşğul olan fiziki şəxs - Quba rayonun Susay kənd sakini X4 icarəyə verilməsinə görə 3 il müddətinə toplanmış 3600 manat icarə haqqı, eləcə də qeyd olunan torpaq sahəsinin alınması üçün X2 xərclədiyi 1400 manat - cəmi: 5000 manat pul İddiaçı tərəfindən nağd formada X3 ödənilmiş və X6 da özündə olan həmin torpaq sahəsinin alınması, tikintiyə icazə verilməsinə dair bütün sənədləri, eskiz layihələrini İddiaçı təhvil vərərək Quba rayonun Susay Bələdiyyəsinin 16 noyabr 2005-ci il tarixli 11 saylı qərarı ilə onun adına alınmış 0,57 ha (Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı № JN-316 Kod 303230018, 18 may 2006-cı il) torpaq sahəsi və orada Quba rayon İcra Hakimiyyəti Başçısının 06 iyul 2012-ci il tarixli 152 №-li sərəncamı əsasında inşa edilmiş Balıqçılıq təsərrüfatından ibarət əmlak kompleksinin İddiaçı mülkiyyətinə keçirilməsi, eləcə də onların üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsinə etiraz etmədiyini bildirmişdir. Sonra da Quba rayon məhkəməsinin 07 dekabr 2018-ci il tarixli 2(027)- 2743/2018 №-li qərardadı qanuni qüvvəyə minmiş və icra olunması üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilmiş, lakin İdarə qanuni qüvvədə olan məhkəmə aktını icra etmək əvəzinə həmin qərardadın ləğv olunması tələbi ilə birinci instansiya məhkəməsinə şikayət vermişdir. Quba rayon məhkəməsinin 25.11.2020-ci il tarixli 2(027)- 2743/2020 №-li qərardadı ilə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin şikayəti təmin edilməmiş və şikayət baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 09.02.2021-ci il tarixli 2(105)-798/2021 №-li qərardadı ilə DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinin şikayəti qeyri-mümkün hesab olunaraq, iş həmin şikayətin mümkünlüyü məsələsinin yenidən müzakirə edilməsi üçün Quba rayon məhkəməsinə qaytarılmış və məhkəmənin 23.04.2021-ci il tarixli 2(105)- 798/2021 №-li qərardadı ilə şikayət təmin edilməmişdir. DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsi, Quba rayon məhkəməsinin həmin qərardadından da Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verərək Quba rayon məhkəməsinin 23.04.2021-ci il tarixli və 07.12.2018-ci il tarixli 2(İO5)-798/2O2l №-li qərardadlarının ləğv olunmasını xahiş etmiş, lakin apellyasiya məhkəməsinin 14.06.2021-ci il tarixli 2(105)-2125/2021 №-li qərardadı ilə şikayət təmin edilməmiş və Quba rayon məhkəməsinin 07 dekabr 2018-ci il tarixli və 23 aprel 2021-ci il tarixli 2(105)-798/2021 №-li qərardadları dəyişdirilmədən qüvvədə saxlanmış, sonra da icra olunması üçün yenidən DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilməsinə baxmayaraq icra edilməmişdir. Halbuki Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Ona görə də Quba rayon məhkəməsinin 07 dekabr 2018-ci il tarixli 2(027)-2743/20l8 №-li qərardadının icra olunaraq, Quba rayonu Susay Bələdiyyəsinin 16 noyabr 2005-ci il tarixli 11 saylı qərarı ilə X6 adına verilmiş 0,57 ha (Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı № JN- 316 Kod 303230018, 18 may 2006-cı il) torpaq sahəsi və orada Quba rayon İcra Hakimiyyəti Başçısının 06 iyul 2012-ci il tarixli 152 №-li sərəncamı əsasında inşa edilmiş Balıqçılıq təsərrüfatından ibarət əmlak kompleksinin üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq onun adına Daşınmaz əmlakın dövlət reyestrindən müvafiq Çıxarış verilməsi üçün İddiaçı etibrnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili kimi tərəfindən 08.09.2021-ci il tarixdə cavabdeh DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edilmişdir. Cavabdehin DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinin həmin müraciətə cavab olaraq göndərdiyi 28.09.2021-ci il tarixli **********80 №-li məktubunda göstərilir ki, “...“Daşınmaz Əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Həmin Qanunun 21.1-ci madəsinə əsasən məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Yuxarıda qeyd olunanlara əsasən nəzərinizə çatdırırıq ki, Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada və sənədlərlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət ediləcəyi təqdirdə daşınmaz əmlaka dövlət reyestrindən çıxarışın verilməsi məsələsinə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxılacaqdır...” Bundan sonra da İddiaçı tərəfindən 15.10.2021-ci il tarixdə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət olunaraq zəruri sənədlər təqdim olunmuşdur. Cavabdehin DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinin həmin müraciətə cavab olaraq göndərdiyi 28.09.2021-ci il tarixli **********80 №-li məktubunda da qeyd olunur ki, “...Müraciətinizlə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizənizdə qeyd olunan JN- 316 KOD ********* saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş Dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməmiş, eyni zamanda Ərazi İdarəsinin elektron məlumat bazasında da öz əksini tapmamışdır. Təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş qeyri-yaşayış binasına dair "Daşınmaz Əmlakın dövlət reyestri haqqında’’ Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmamışdır. Göründüyü kimi, cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi qanuni qüvvədə olan məhkəmə aktını icra etməkdən, bununla da İddiaçı mülkiyyət hüquqlarını dövlət qeydiyyaına almaqdan imtina edir və bunun üçün də heç bir rəsmi hüquq normasına əsaslanmır, əksinə bununla bağlı qüvvədə olan hüquq normalarının tələblərini də qəsdən təhrif edir. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respubliikası Qanunun 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Qanunun 21.1-ci maddəsinə görə də məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. Cavabdehin imtina məktubunda göstərilən "...JN- 316 KOD ********* saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş Dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməməsi, eyni zamanda Ərazi İdarəsinin elektron məlumat bazasında da öz əksini tapmaması..." fikrinə gəldikdə, bu hal qeyd olunan torpaq sahəsinin ayrılması və üzərində də balıqçılıq təsərrüfatının mövcudluğu faktını inkar edə bilməz. X3 Quba rayonun Susay kəndi ərazisindən sahibkarlıq məqsədi üçün 0,57 hektar torpaq sahəsinin satılması barədə Quba rayonu Susay Bələdiyyəsinin 16 noyabr 2005-cİ il tarixli 11 saylı qərarı və həmin torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş 18 may 2006-cı il tarixli JN : 316 KOD 30323018 №-li “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı, hazırda qanuni qüvvədə olan hüquqmüəyyənedici sənədlərdir. Həmin sənədlərin dövlət qeydiyyatına alınması, eləcə də İdarənin elektron məlumat bazasında qeyd olunmasının təmin edilməsi də vətəndaşın yox, bilavasitə cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xidməti vəzifəsidir. Cavabdehin imtina məktubunda göstərilən fikrinə gəldikdə isə istinad olunan 8.0.10-cu maddədə Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 12 əsas sadalanır ki, bunlar da bir-birilə qarışdırıla bilməz və hər biri özlüyündə hüquqların dövlət qeydiyyatı üçün ayrılıqda sərbəst əsaslardır. Bundan başqa dövlət qeydiyyatına alınması tələb olunan obyekt heç də həmin maddələrdə göstərildiyi kimi “çoxmənzilli bina, qeyri-yaşayış binası və hündürlüyü 12 metrdən çox olan yaşayış evi", eləcə də “tikintisinə icazə tələb olunan tikinti obyekti" deyildir. Qanuni qüvvədə olan məhkəmə aktından və iş materiallarından da göründüyü kimi, dövlət qeydiyyatına alınması tələb olunan obyekt Balıqçılıq təsərrüfatıdır ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmur. Hazırkı halda hüquqların dövlət qeydiyyatından imtinası üçün cavabdehin əsaslandığı hallar hüquqların dövlət qeydiyyatından imtina edilə bilməsi hallarına aid deyildir. Ona görə də cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə Quba rayon məhkəməsinin 07 dekabr 2018-ci il tarixli 2(027)-2743/2018 №-li qərardadını icra edərək, Quba rayonu Susay Bələdiyyəsinin 16 noyabr 2005-ci il tarixli İİ saylı qərarı ilə X2 adına verilmiş 0,57 ha (Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı № JN- 316 Kod 303230018, 1 8 may 2006-cı il) torpaq sahəsi və orada Quba rayon İcra Hakimiyyəti Başçısının 06 iyul 2012-ci il tarixli 152 №-li sərəncamı əsasında inşa edilmiş Balıqçılıq təsərrüfatından ibarət əmlak kompleksinin üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq onun adına Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyi qoyulmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X5 iddia ərizəsinə uyğun izahatlar verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh orqaın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Quba rayon İcra Hakimiyyəti başçısının 152 saylı, 06 iyul 2012-ci il tarixli sərəncamı ilə C.Abbasova mülkiyyətində olan və rayonun Susay kəndi ərazsində yerləşən 0,57 ha torpaq sahəsində balıqçılıq təsərrüfatının yaradılması məqsədilə su hovuzlarının və həmin ərazinin 100 kv.m hissəsində qeyri-yaşayış binasının tikintisinin aparılmasına razılıq verilməsinin məqsədəmüvafiq hesab edilməsi qərara alınmışdır. - JN-316 saylı, KOD 30323018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktından görünür ki, Quba rayonu Susay bələdiyyəsinin 16 noyabr 2005-ci il tarixli 11 saylı qərarı ilə satılmış 0,57 ha torpaq sahəsi üzərində X2 adı qeydiyyata alınmışdır. - İddiaçı cavabdeh X3 qarşı əsassız varlanma hesabına əldə edilmiş əmlakın qaytarılması tələbinə dair iddiası üzrə Quba rayon Məhkəməsinin 2(027)-2743/2018 saylı, 07 dekabr 2018-ci il tarixli qərardadı ilə mülki iş üzrə tərəflər arasında 06 dekabr 2018-ci ildə bağlanmış barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. - Həmin qərardaddan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayət üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-798/2021 09.02.2021-ci il tarixli qərardadı ilə şikayətin qeyri-mümkün hesab edilməsi qərara alınmışdır və şikayətin mümkünlüyü məsələsi yenidən müzakirə edilməsi üçün Quba rayon Məhkəməsinə qaytarılmışdır. - Quba rayon Məhkəməsinin 2(07)-2743/2018 saylı, 23.04.2021-ci il tarixli qərardadı ilə Quba rayon Məhkəməsinin 07 dekabr 2018-ci il tarixli, 2(027)-2743/2018 saylı qərardadından Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan verilmiş şikayət üzrə Quba rayon Məhkəməsinin sözügedən qərardadı dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 27.10.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. İş materialları ilə müəyyən olunur ki, JN-316 saylı, KOD 30323018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən Quba rayonu Susay bələdiyyəsinin 16 noyabr 2005-ci il tarixli 11 saylı qərarı ilə satılmış 0,57 ha torpaq sahəsi üzərində X2 mülkiyyətində olmuşdur. Quba rayon Məhkəməsinin 06 dekabr 2018-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh X3 qarşı əsassız varlanma hesabına əldə edilmiş əmlakın qaytarılması tələbinə dair iddiası üzrə Quba rayon Məhkəməsinin 2(027)-2743/2018 saylı, 07 dekabr 2018-ci il tarixli qərardadı ilə mülki iş üzrə tərəflər arasında 06 dekabr 2018-ci ildə bağlanmış barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardadda barışıq sazişinin şərtləri ondan ibarət olmuşdur ki, cavabdeh X6 iddiaçının “İddiaçı 520000 manat həcmində maliyyə vəsaiti hesabına Quba rayonunun, Susay bələdiyyəsinin 16 noyabr 2005-ci il tarixli 11 saylı qərarı ilə X2 adına alınmış 0,57 ha torpaq sahəsi və həmin sahədə inşa edilmiş balıqçılıq təsərrüfatının X6 tərəfindən İddiaçı qaytarılması” tələbinə dair iddiasını tam şəkildə qəbul edir, bu şərtlə ki, həmin obyektin sahibkarlıqla məşğul olan fiziki şəxs Quba rayonunun Susay kənd sakini X4 icarəyə verilməsinə görə vergi orqanlarına hesabat verib müvafiq vergiləri ödədiyi üçün 3 il müddətinə toplanmış 3.600 manat icarə haqqı, eləcə də qeyd olunan torpaq sahəsinin alınması üçün özünün ona xərclədiyi 1.400 manat, cəmi 5.000 manat pul İddiaçı tərəfindən ona ödənilsin. Hazırda onların arasındakı barışıq sazişi məhkəmənin yuxarıda adı qeyd olunan qərardadı ilə təsdiq olunmuş və həmin qərardad qanuni qüvvəsini almışdır. İddiaçı həmin torpaq sahəsi və üzərindəki tikiliyə dair hüququnun daşınmaz əmakın dövlət reyestrində qeydə alınmasını istəyir. Lakin cavabdeh inzibati orqan: 1)JN-0316KOD 30323018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş Dövlət aktlaarının verilməsi kitabında qeydiyyatdan keçmədiyi eyni zamanda Ərazi İdarəsinin elektron məlumat bazasında öz əksini tapmadığı; 2)hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlərin tam təqdim edilmədiyi, 3)müvafiq ica hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı və istismara qəbul aktının təqdim edilmədiyi əsasları ilə iddiaçının hüququnun daşınmaz əmakın dövlət reyestrində qeydə alınmasından imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin dəlilləri əsassızdır və iddiaçının müraciətinin təmin olunmasından imtinanın əsasını təşkil edə bilməz. Belə ki, məhkəmə cavabdehin JN-0316KOD 30323018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının elektron məlumat bazasında öz əksini tapmamasına dair dəlilinə münasibətdə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə qeyd edir ki, sözügedən dövlət aktı ilə qeydiyyata alınmış torpaq sahəsi üzərində mülkiyyət hüququ qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən tanınmış bir hüquqdur. Məhkəmə tərəfindən təsdiq edilmiş barışıq sazişi ilə qeyd edilən dövlət aktı əsasında başqa şəxsə məxsus əmlak həmin əmlakın mülkiyyətçisi tərəfindən iddiaçıya verilmişdir. İddiaçı hal-hazırda sözügedən torpaq üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını deyil, yeni nümunəli çıxarış verilməsi niyyətindədir və yuxarıda qeyd edilən hüquq normalarına görə torpağa mülkiyyət hüququna dair dövlət aktı torpaq sahəsinə hüququn qeydə alınması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, daşınmaz əmlakın reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi qanunverici daşınmaz əmlakın reyestrinin həqiqiliyi və tamlığı prezumpsiyasını qəbul etmişdir. Sözügedən şəhadətnamə isə heç kim tərəfindən mübahisələndirilməmişdir. Beləliklə məhkəmə qeyd edir ki, sözügedən torpaq sahəsi üzərində hüququn dövlət qeydiyyatına alınmasını tələb etmək iddiaçının konstitusion hüququdur. Həmin dövlət aktının elektron bazada qeydiyyata alınmaması iddiaçının məsuliyyətinə səbəb ola bilməz. Bundan başqa məhkəmə iddiaçının müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı və istismara qəbul aktının təqdim edilməməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmur. Həmin Məcəllənin 79.2-ci maddəsinə əsasən bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Qeyd olunan normaların tələblərindən göründüyü kimi qanunvericilikdə tikintisinə icazə tələb olunan və tikintisi məlumatlandırma icraatı qaydasında həyata keçirilən tikintilərin dairəsi müəyyən edilmişdir. Qanunvericilikdə balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmadığı və bu halda məlumatlandırma icraatının həyata keçirilməli olması təsbit edilmişdir. Belə olan halda cavabdeh orqanın sözügedən əmlak üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tikintiyə icazə sənədinin tələb edilməsi qanunsuzdur. Beləliklə cavabdehin öz imtinasında göstərdiyi dəlillər iddiaçının hüququnun qeydiyyata alınmasından imtinanın əsasını təşkil edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Quba rayonu Susay bələdiyyəsinin 16 noyabr 2005-ci il tarixli 11 saylı qərarı ilə X2 adına verilmiş 0,57 ha torpaq sahəsi və orada Quba rayon İcra Hakimiyyəti başçısının 06 iyul 2012-ci il tarixli 152 nömrəli sərəncamı ilə inşa edilmiş Balıqçılıq təsərrüfatından ibarət əmlak kompleksinin üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Quba rayonu Susay bələdiyyəsinin 16 noyabr 2005-ci il tarixli 11 saylı qərarı ilə X2 adına verilmiş 0,57 ha torpaq sahəsi və orada Quba rayon İcra Hakimiyyəti başçısının 06 iyul 2012-ci il tarixli 152 nömrəli sərəncamı ilə inşa edilmiş Balıqçılıq təsərrüfatından ibarət əmlak kompleksinin üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar