Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4930/2023 30.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrlər üzrə müavinətin təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında hazırlıq icraatı üzrə məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrlər üzrə müavinətin təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərarın çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-ci ildən vərəm xəstəsidir. X2 xəstəxanada xx.xx.2007-ci ildən hazıradək “ağ ciyərlərin fibroz-kavernoz vərəmi ilnfiltrasiya mərhələsində” diaqnozu ilə qeydiyyatdadır. Hazırda 2-ci qrup əlildir. Orqanizminin funksiyalarının pozulması 75 % təşkil edir. xx.xx.2023-cü il tarixdən əlillik təyin edilmiş və müvafiq sosial müavinət təyin edilmişdir. xx.xx.2021-ci ildə ona məlum olmuşdur ki, təyin edilmiş sosail müavinət əlilliyin müddəti səbəbindən dayandırılmışdır. Daha sonra təkrar müayinədən sonra əlilliyi xx.xx.2023-cü il tarixdən bərpa edilmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dövr üçün olan sosial müavinət isə hazıradək ödənilməmişdir. Bunula bağlı cavabdehə müraciət etmişdir, lakin cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədi və izah etdi ki, sosial müavinətin tələb edildiyi xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün iddiaçının əlilliyi qüvvədə olmadığından iddia əsassız hesab edilməlidir. Belə ki,qanunverciliyin tələblərinə görə əlilliyin bitdiyi tarixdən təkrar müayinə edildiyi tarixədək 6 aydan çox müddət keçdiyi üçün onun tələbini təmin etmək mümkün olmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, ... Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya sağlamlıq imkanlarının məhdudluğuna görə xx.xx.2012-ci il tarixdən sosial müavinət təyin edilmiş, sağlamlıq imkanlarının məhddluğunun müddətinin bitməsi ilə əlaqədar ödənişin verilməsi xx.xx.2021ci il tarixdə dayandırılmış, növbəti dəfə təkrar qiymətləndirilərək, xx.xx.2023-cü il tarixdə əlillik təyin edilərək, ödənişin verilməsi həmin tarixdən bərpa edilmişdir. Göründüyü kimi, iddiaçıya sağlamlıq imkanlarının məhdudluğu müddəti xx.xx.2021-ci il tarixdə bitsə də, əlilliyi bir daha xx.xx.2023-cü il tarixdə bərpa edilmişdir. İddiaçı tərəfindən isə həmin hallar mübahisələndirilməmişdir. İndiki halda isə iddiaçının sağlamlıq imkanlarının məhdudluğu müddətinin bitdiyi vaxtdan onun bərpa edildiyi vaxtadək 6 aydan çox bir müddət keçmişdir. Bu halda isə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbi onun qanuni əsası qismində çıxış edən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 3.3-1-ci maddəsinin dispozitiv şərtləri ilə uzlaşmır. Məhkəmə hesab edir ki, belə şərtlərdə iddiaçı hüquqi nəticənin əldə edilməsi üçün müavinətin ödənilməsindən əvvəl Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyinə müraciət edərək həmin dövr üçün əlilliyin bərpa edilməsini tələb etməli, imtina edildiyi təqdirdə həmin orqana qarşı nüvafiq iddia qaldırmalıdır. İndiki halda isə iddiaçının əlilliyinin təkrar qiymətləndirilərək, əlilliyinin müəyyən edilməsi məhz 6 aydan çox müddət keçdikdən sonra baş vermiş, habelə ona qədər olan müddətdə isə əlliyin təyin edilməsi ilə bağlı müvafiq tibbi göndəriş rəsmişləşdirilərək, təqdim edilməmiş, əlllik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müraciət olunmamış, bunun nəticəsində isə müvafiq qiymətləndirilmə aparılmamışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 N-li qərarının 2.3-cü bəndindən görünür ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMnin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bununla bağlı məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrlər üzrə müavinətin təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia tələbi mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrlər üzrə müavinətin təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-4930/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4930/2023
30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver