Məhkəmə qərarları › İş №2-1(118)-494/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-494/2020

27.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-494/2020 27.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili və nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X5rşı “Abşeron Ceyranbatan XDS İK-nın xx xxxx 1991-ci il tarixli qərarı ilə iddiaçının sahibliyinəistifadəsinə ayrılmış hazırda ev tikdiyi məskunlaşdığı 10 sot torpaq sahəsinin plan sxeminin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Abşeron Ceyranbatan XDS İK-nın xx xxxx 1991-ci il tarixli qərarı ilə iddiaçının sahibliyinə-istifadəsinə ayrılmış hazırda ev tikdiyi məskunlaşdığı 10 sot torpaq sahəsinin plan sxeminin hazırlanıb verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin xx.xx.2019-cu il tarixli, **********86 saylı məktubu ilə iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki,iddiaçı 40 ilə yaxındır ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsinin sakinidir, hazırda ev tikib yaşadığı torpaq sahəsi Abşeron rayonu Ceyranbatan XDS İK-nın xx.xx.1991- ci il tarixli Qərarı ilə verilmişdir. “Torpaq islahatı haqqında” AR Prezidentinin Fərmanları ilə (1997) bu həyət torpağı əvəzsiz bağışlanmış sahə hesab olunur. Abşeron rayon Dövlət arxivindən torpaq ayırma haqqında qərarı alsa da torpaq sahəsinin sxemi verilməmişdir. Həmin sahənin yerləşmə sxeminin verilməsi ilə bağlı cavabdeh AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron ərazi idairəsinə, Abşeron rayon İcra Hakimiyyətinə, Ceyranbatan qəsəbə İcra Nümayəndəliyinə və Ceyranbatan Bələdiyyəsinə ünvanladığı ərizələri müsbət həllini tapmamışdır. Odur ki, hüquqlarının məhkəmə qaydasında müdafiəsinə zərurət yaranmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı və onun vəkili və nümayəndəsi X6 iştirak etmiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Abşeron rayon Ceyranbatan XDS İKnin xx.xx.1991-ci il tarixli qərarı ilə ayrılmış 0.10 ha torpaq sahəsinə dair plan sxemin hazırlanması ilə bağlı xx xxxxxx 2019-cu il tarixdə 4 saylı X9 İddiaçı müraciəti daxil olmuşdur. Bununla əlaqədar olaraq ərizəçiyə bildirilmişdir ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən 0.10 ha torpaq sahəsinin plan sxeminin hazırlanması Əmlak əsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X8 səlahiyyətləri xaricindədir. Sözügedən məsələ ilə bağlı vətəndaşa Ceyranbatan Bələdiyyəsinə müraciət etməyi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının Torpaq məcəlləsinin 65.2-ci maddəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) taradə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanının icrası “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 2015-ci il 4 iyun tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X1 görə, İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra “Komitə”) sədrinin qərar, əmr, sərəncam və göstərişlərini, Komitənin Kollegiyasının qərarlarını, Xidmət rəisinin əmr və göstərişlərini, Komitə və Xidmət üzrə təlimatları, normativ- metodiki sənədləri və bu Əsasnaməni rəhbər tutur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş edirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəməiş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. X4 XDS İK-nın xx xxxx 1991-ci il tarixli qərarı ilə iddiaçının sahibliyinə-istifadəsinə ayrılmış hazırda ev tikdiyi məskunlaşdığı 10 sot torpaq sahəsinin plan sxeminin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Lakin cavabdeh inzibati orqanın belə bir vəzifəsi vəya öhdəliyi qanunvericiliklə müəyyən olunmamışdır. İnzibati orqan etirazında qeyd edir ki, iddiaçının müraciəti ilə əlaqədar olaraq ərizəçiyə bildirilmişdir ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən 0.10 ha torpaq sahəsinin plan sxeminin hazırlanması Əmlak əsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X8 səlahiyyətləri xaricindədir. Sözügedən məsələ ilə bağlı vətəndaşa Ceyranbatan Bələdiyyəsinə müraciət etməyi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının Torpaq məcəlləsinin 65.2-ci maddəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) taradə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanının icrası “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Məhkəmə qeyd edir ki, iddiaçıya torpaq sahəsi ayrılan zaman torpaq sahəsinin plan sxeminin hazırlanmalı müvafiq arxiv sənədləri olmalı idi. Cavabdeh inzibati orqan təqdim edilmiş sənədlər əsasında mülkiyyət hüququnu qeydə alan orqandır. Məhkəmə hesab edir ki, inzibati orqan əsaslı olaraq imtina etmiş, müvafiq sərəncamlarla vətəndaşların istifadəsində olan, lakin torpaq sahəsinin plan-sxemi, koordinatları müəyyən olmayan torpaq sahələrinin faktiki koordinatlarının müəyyən edilməsi üçün inzibati orqanların praktikasında istifadə edilən formada müvafiq bələdiyəyə müraciət etməsi tövsiyyə edilmişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati orqanın imtinası əsaslı olmuşdur, iddia əsassızdır və rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar