Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-495/2020 25.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, onun nümayəndə və vəkili X8 iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt şəhəri X3rşı “Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, M.Müşfiq küçəsi,ev 5 ünvanında yerləşən və onun xüsusi mülkiyyətində olan 2 saylı mənzilin həyətyanı torpaq sa-əsinin 466 kvadrat metrlik hissəsinin X10 mülkiyyətinə ayrılması barədə X4 xx xxxxxxx 2019-cu il tarixli 11 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi tələbinə” dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: ünvan 2 ünvanında yerləşən 2 saylı mənzil onun xüsusi mülkiyyətimdədir. Həmin mənzil iddiaçının qardaşı X12 tərəfindən tutulduğundan, o iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək qardaşının ailə üzvləri ilə birlikdə onun xüsusi mülkiyyətində olan mənzildən çıxarılmaları və mənzilin açarlarının təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(060)-215/2018 saylı qətnaməsi ilə onun iddia tələbi təmin olunsa da, cavabdehlərin ona qarşı verdikləri qarşılıqlı iddia ərizəsi də qismən təmin olunaraq cavabdehlər tərəfindən mənzilin təmirinə çəkilmiş xərc kimi ondan 7669 manat pul vəsaitinin tutularaq cavabdehlərə ödənilməsi qət olunmuşdur. Həmin məhkəmə qətnaməsindən verdiyi apellyasiya şikayətinə baxan Sumqayıt ApellyasiyaMəhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(105)-2920/2018 saylı qətnaməsi ilə onun apellyasiya şikayəti təmin olunmuş, Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli,2(060)-215/2018 saylı qətnaməsi cavabdehlərin ona qarşı verdikləri qarşılıqlı iddia ərizəsinin qismən təmin olunduğu hissədə ləğv edilərək qarşılıqlı iddia əizəsi tamamilə rədd edilmişdir. Bu qətnamədən də cavabdehlər kassasiya şikayəti vermiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(102)-538/2019 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməyərək Sumqayıt Apellyasiya Məhkəməsinin bu iş üzrə çıxardığı xx xxxx 2018-ci il tarixli, 2(105)-2920/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bildirdi ki, mübahisələndirilən yaşayış sahəsi sənəddə mənzil kimi olsa da, faktiki olaraq isə həyətyanı torpaq sahəsi olan fərdi yaşayış evi kimidir. Belə ki, həmin ərazidə vətəndaşlara verilmiş mənzillər birmərtəbəli olduğundan və hər mənzilin ətrafında boş torpaq sahələri olduğundan, o da daxil olmaqla mənzil sahibləri sonradan həmin torpaq sahələrini hasarlayaraq və darvaza qoyaraq torpaq sahələrini faktiki sahibliklərinə götürmüşlər. Mübahisələndirilən mənzil də tərəfindən hasarlanmış və bir darvazası olan torpaq sahəsinin içərisində yerləşir. Məhkəmə mübahisəsi getdiyi dövrdə X12 X4 işçiləri ilə əlaqəyə girərək onun xüsusi mülkiyyətində olan mənzilin yerləşdiyi hasar daxilində olan torpaq sahəsinin bir hissəsini qanunsuz şəkildə öz adına sənədləşdirmişdir. Bu səbəbdən yuxarıda adı çəkilən məhkəmə qətnaməsi icra edilməmişdir. Belə ki, X12 həyətə yeganə giriş olan darvaza hissəsindən içəridə torpağın bir hissəsini çəpərlədiyindən və darvazadan içəri daxil olmağına imkan vermədiyindən, o mənzilinə giriş edə bilmir. Bununla bağlı onun sorğusuna X4 verdiyi xx xxxxxx 2019-cu il tarixli, 208 cavab məktubundan müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən 2 saylı mənzilin həyətyanı torpaq sahəsinin 466 kvadrat metrlik hissəsi X4 xx xxxxxxx 2019-cu il tarixli 11 saylı qərarı ilə X10 mülkiyyətinə verilərək onunla bələdiyyə arasında torpağın alqı-satqısı müqaviləsi bağlanılmışdır. Halbuki, yuxarıda adı çəkilən məhkəmə işinin icraatı aparılarkən o bələdiyyədə olaraq onunla X12 arasında yaranmış mübahisə barədə məlumat verərək bələdiyyə tərəfindən torpaq sahəsinə dair hər hansı qanunsuz əməllərə yol verilməməsi barədə xəbərdarlıq etmişdir.Təəssüf ki, onun xəbərdarlıq etməyinə baxmayaraq, X4 rəsmiləri onun xüsusi mülkiyyətində olan mənzilin hasar daxilində yerləşən torpaq sahəsini qanunsuz şəkildə başqa şəxsə satmışlar. O bu işlə bağlı X1muş və torpağın onun sahibliyində olduğunu bildirsə də, onun bu müraciəti heç bir nəticə verməmişdir. Bundan sonra artıq o torpağın başqa şəxsərə satıldığına və bələdiyyənin ona torpağı qaytarmayacağına əmin olduğundan, məhkəməyə müraciət etməyi qərara almışdır. Belə ki, X2suzluğa yol verərək ona məxsus torpaq sahəsini başqa şəxsə satmışdır. O, X4 bu hərəkətlərini qanunsuz hesab edir, çünki bununla onun mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur. Cavabdeh torpaq sahəsinə yerində baxış keçirmədən, həmin torpaq sahəsində yerləşən evin kimə məxsus olmasını aydınlaşdırmadan, torpaq sahəsinin hasarın daxilində yerləşməsini və X10 həmin torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədinin olmamasını nəzərə almadan ona məxsus torpaq sahəsini qanunsuz şəkildə başqasının mülkiyyətinə vermişdir. Bu səbəbdən cavabdehin yol verdiyi qanunsuzluqlar birbaşa onun hüquq və qanuni mənafeyinə toxunduğundan, məhkəməyə müraciət etməyə və yol verilmiş qanun pozuntularının aradan qaldırılaraq hüquqlarının bərpasını tələb etməyə məcbur olmuşdur.Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçı və onun vəkili eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etirazında bildirmişdir ki, Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi Xətai küçəsi ev 2 mən.46-da qeydiyyatda olan X12 xx.xx.2018-ci ildə faktiki yaşadığı evin qarşısında (M.Müşfiq küçəsində) yerləşən sənədsiz istifadəsində olan təqribən 475 kv.m. torpaq sahəsini mülkiyyət hüququ qaydasında rəsmiləşdirilməsi ilə bağlı X7 müraciət etmişdir. X9 vətəndaşın müraciətinə aidiyyəti üzrə münasibət bildirməsi üçün Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsinə göndərmişdir.Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsinin 12 saylı, xx.xx.2019-cu il tarixli rəy və mövqe planını nəzərə alaraq, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 16-cı, 23cü və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 maddələrinə əsasən X10 mülkiyyətinə fərdi ev tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması barədə 02 saylı xx xxxxxx 2019-cu il tarixli iclas protokoluna əsasən vətəndaşın müraciəti məqsədəuyğun hesab edilmişdir.ƏMDK-nın müvafiq qurumlar tərəfindən (Sumqayıt ərazi şöbəsi, DƏDRX-nın 2 saylı ərazi idarəsi, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinin Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzinin Bakı LTİ-nin nümayəndələri) əraziyə baxış keçirərkən torpaq sahəsinin situasiya (yerləşmə) planına əsasən faktiki 466 kv.m. torpaq sahəsinin X7 ayrılması nəzərdə tutulmuşdur.Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti, Hüquqların Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrindən çıxarışına əsasən 466 kv.m torpaq səhəsi X7 fərdi ev tikintisi üçün mülkiyyətinə ayrılmışdır."Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən torpağın dəyəri (2940,46 manat) ödənildikdən sonra xx.xx.2019-cu ildə vətəndaş X12 ilə bələdiyyə arasında alqısatqı müqaviləsi bağlanmışdır. Sözü gedən 466 kv.m torpaq sahəsinin vətəndaş X11 fərdi ev tikintisi üçün mülkiyyətinə ayrılmasının ilkin və son mərhələsi mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmışdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən iclasında iştrak edən üçüncü şəxs X12 bildirmişdir ki, ona satılan torpaq sahəsini qanunvericiliyə uyğun olaraq əldə etmişdir. Ona görədə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Cavabdeh və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı mahiyyət baxımından uğurludur. İddia mümkün iddiadır. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPMnin 1.1, 2.1 və 2.2.1-ci maddələri) aid olan mübahisələndirmə haqqında iddia - bələdiyyə qərarının ləğv edilməsinə yönələn tələb mümkündür. İddia, mahiyyət etibarı ilə əsaslıdır. Belə ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 2 saylı mənzil X12 tərəfindən zəbt edildiyinə görə tərəflər arasında məhkəmə çəkişmələri olmuş və sonda məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən X12 qeyd olunan mənzildən çıxarılmışdır. ünvan 2 ünvanında yerləşən 2 saylı mənzilin qarşısında olan həyatyanı torpaq sahəsi daş hasarla hasarlanmış, həyətin girişinə darvaza quraşdırılmışdır. Tərəflər arasında məhkəmər davam edən ərəfədə ünvan 2 ünvanında yerləşən 2 saylı mənzilin 466 kv.m ümumi sahəsi olan həyatyanı torpaq sahəsi X4 xx xxxxxxx 2019-cu il tarixli 11 saylı qərarı əsasında X11 ayrılmışdır. Hal hazırda qeyd olunan fərdi yaşayış evinə giriş çıxış məhdudlaşdırılıb. Belə ki, həmin fərdi yaşayış evinə yegənə giriş çıxış X11 ayrılmış 466 kv.m torpaq sahəsindən mümkündür, lakin X12 torpaq sahəsinin sahibi olmasına əsaslanaraq həyatyanı torpaq sahəsinin qarşısına quraşdırılmış darvazanın kilidini dəyişməklə hazır ki, iş üzrə iddiaçı olan İddiaçı fərdi yaşayış evinə girməsinə maneçilik törədir. İddiaçı hesab edir ki, ona məxsus olan fərdi yaşayış evinin həyatyanı torpaq sahəsinin X9 tərəfindən Famil Hüseynova satılması qanunsuzdur. Belə ki, həmin torpaq sahəsinin alınmasında onun üstünlük hüququ var. X9 isə hesab edir ki, Famil Hüseynova ayrılmış torpaq sahəsi qanunvericiliyin tələblərinə uyğundur və torpaq ayrılması zamanı hər hansı qanun pozuntusuna yol verilməyib. Məhkəmə hazır ki, mübahisə tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin 2-ci bəndinə əsasən, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Həmin Qanunun 48-ci maddəsinin 4-cü bəndinə əsasən, bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. Bələdiyyələr öz mülkiyyətində olan torpaq sahələrinin "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin müddəalarına əsasən nəzərdən keçirərək ona müraciət edən şəxsə ayrılmasının məqsədə uyğunluğunu müəyyən edir. Əgər həmin ərazi üzrə torpaq sahəsinin ayrılması məqsədə uyğun hesab edilərsə, o halda bələdiyyə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən torpağın hərrac və hərrac keçirilmədən ayrılması məsələsini həll edir. Yəni qeyd olunan normaları müqayisə edərkən müəyyən edilir ki, qeyd olunan Qanunun 9.1-ci maddəsi torpaq sahələri ayrılarkən prosedurun ikinci mərhələsinə aiddir. Bundan başqa nəzərə alınmalıdır ki, Hacı Zeynabdin bələdiyyəsi inzibati orqan olmaqla yanaşı “İnzibati İcraat haqqında” Qanunun tələbləri baxımından diskression səlahiyyətlərə malikdir. İnzibati orqana verilən bu səlahiyyətə görə onun torpaq sahəsinin ayrılması məqsədə uyğun olmadığı tədqirdə həmin torpaq sahəsinin ayrılmasından imtina etmək hüququ var. Digər tərəfdən oda nəzərə alınmalıdır ki, istər beynalxalq qanunvericiliyin tələbləri baxımından istərsədə Azərbaycan Respublikası Konstituisyası və digər hissəvi qanunvericilik aktlarına əsasən mülkiyyət hüququ toxunulmazdır və heç kim mülkiyyətindən əsassız yerə məhrum edilə bilməz. Hesab edilir ki, bələdiyyə özünə məxsus olan torpaq sahəsinin ayrılmasında xüsusi hüquqa məxsusdur və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununda göstərilmiş torpaq sahəsinin ayrılmasına zamanı imperativ xarakterli normaları yalnız bələdiyələr tərəfindən "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin müddəaları ilə torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğu müəyyən edildikdən sonra məcburi xarakter daşıyır. İşin araşdırılan hallarından məlum olmuşdur ki, X11 ünvan 2 ünvanında yerləşən 2 saylı mənzilin həyatyanı torpaq sahəsinə İddiaçı iddialı olduğuna görə həmin torpaq sahəsinin hərrac keçirilmədən satılması məqsədə uyğun deyil. Belə ki, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təstiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" ƏSASNAMƏ-nin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqlarının ölçüsü müvafiq inzibati ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla bələdiyyə tərəfindən "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-8.0.6-cı maddələrinə uyğun olaraq müəyyən edilir. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" ƏSASNAMƏ-nin 10-cu bəndinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində müəyyən edilmiş hədlər daxilində ayrılır. Həmin Əsasnamənin 25-1-ci bəndinə əsasən mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi verilmiş vətəndaşa ikinci dəfə həmin məqsədlə torpaq sahəsi yalnız beş ildən sonra satıla bilər. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından məlum olmuşdur ki, bələdiyələr üzərində mubahisə olmayan torpaq sahəsini “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3.-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Göründüyü kimi bələdiyyələrin öz ərazisində beş ildən çox qeydiyyatda olan şəxslərə hərrac keçirilmədən torpaq sahəsini ayırmaq hüququ var. Lakin bir başa qanunda göstərilməsə də qeyd olunan torpaq sahəsi ilə bağlı hər hansı bir mübahisə olduğu tədqirdə həmin torpaq sahəsinin hərrac keçirilmədən satılmasını məhkəmə düzgün hesab etmir. Nəzərə alınmalıdır ki, X9 torpaq sahəsini ayırmamışdan öncə əraziyə baxış keçirərək xx xxx 2019-cu ildə akt tərtib etmiş və həmin aktda torpaq sahəsinin iki tərəfinin mişar daşla tikilməsini müəyyən etmişdir. Bu bir daha ona dəlalət edirdi ki, həmin torpaq sahəsi ilə bağlı iddia tələbi ola bilər. Belə olduğu tədqirdə torpaq sahəsi ayrılmamışdan öncə həmin torpaq sahəsinə iddia olan şəxslərin dairəsi müəyyən olunmalı və torpaq sahəsinin ayrılması zamanı ayrı seçkiliyə yol verməmək məqsədi ilə həmin torpaq sahəsi açıq hərrac vasitəsi ilə satıla bilərdi. Lakin bütün bunlara baxmayaraq, X9 mübahisə predmeti olan torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən Famil Hüseynova satmışdır. Ona görədə məhkəmə hesab edir ki, X4 xx xxxxxxx 2019-cu il tarixli 11 saylı qərarı ləğv olunmalıdır. Belə ki, İnzibati İcraat haqqında Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu səbəbdən də şərh olunanlara əsasən məhkəmə hesab edir ki,X4 xx xxxxxxx 2019-cu il tarixli 11 saylı qərarı qanunsuz olduğundan ləğv olunmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. X10 mülkiyyətinə 466 kv.m torpaq sahəsinin ayrılması barədə X4 xx xxxxxxx 2019-cu il tarixli 11 saylı qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-495/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-495/2020
25.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver