Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4952/2025 07.08.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 qızının Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: yetkinlik yaşına çatmayan uşağın soyadının dəyişdirilməsi) GİRİŞ HİSSƏ X11-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı “soyadın dəyişdirilməsi və müvafiq doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 07 avqust 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 12 avqust 2022-ci ildə anadan olmuş X4 və 10 oktyabr 2024-cü ildə anadan olmuş X1 “Pirəliyev”dən “Pəhlivanlı”ya dəyişdirilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X5 və X6 doğum haqqında akt qeydlərində düzəliş edilərək, soyadlarının “Pirəliyev”dən “Pəhlivanlı”ya dəyişdirilməsi və bu barədə yeni doğum haqqında şəhadətnamələrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ailə quraraq evlənmişdir və nikahları xx.xx.2021-ci il tarixdə 1 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində qeydə alınmış, birgə nikahdan bir qızı, bir oğlu anadan olmuşdur. X9 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində anadan olmuş, hər ikisinin razılığı ilə uşağa Nilay adı verilmiş, soyadı isə valideynlərinin soyadına əsasən, Pirəliyeva olaraq qeydə alınmışdır. Bu barədə xx.xx.2022-ci il tarixli “Doğum haqqında şəhadətnamə” verilmişdir. X10 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində anadan olmuş və hər ikisinin razılığı ilə uşağa Ömər adı verilmiş, soyadı isə valideynlərinin soyadı olan Pirəliyev olaraq qeydə alınmışdır. Bu barədə xx.xx.2024-cü il tarixli “Doğum haqqında şəhadətnamə” verilmişdir. Daha sonra, uşaqların soyadını ata babasının adı ilə “Pəhlivanlı” olaraq dəyişdirmək üçün Cavabdehnə, dəyişdirilməyə razılıq verilməsi barədə Abşeron rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmişlər və hər iki orqandan, yəni cavabdeh (2 saylı Sumqayıt Regional “Asan Xidmət” X8) xx.xx.2024-cü il tarixli, 3-16- 5/8-P-15-801/2024 saylı, Abşeron rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası isə xx.xx.2025-ci il tarixli, 5-29/2-P-22-099/2024 saylı imtina məktubu verərək, ərizənin təmin olunmasından imtina etmişdir.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/8-P-15/2025 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, xx.xx.2022-ci ildə anadan olmuş X2 “Pirəliyeva”dan “Pəhlivanlı”ya, xx.xx.2024-cü, ildə anadan olmuş X3 “Pirəliyev”dən "Pəhlivanlı”ya dəyişdirilməsi ilə bağlı ərizəyə baxılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Həmin məcəllənin 54-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Eyni zamanda, qeyd edirik ki, “Ailə Məcəllə”sinin 189-cu maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Yuxarıda göstərilənlərə əsasən, X2 “Pirəliyeva”dan "Pəhlivanlı”ya, X3 “Pirəliyev”dən “Pəhlivanlı”ya dəyişdirilməsi ilə bağlı müraciətinizin qeydiyyat orqanında təmin edilməsi qanunvericiliyə əsasən mümkün deyildir.
5. Məhkəmənın iclasında iştirak edən İddiaçı1 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İİ. İddianın növü və mümkünlüyü
7. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
8. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
9. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
10. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
11. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır.
12. İddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
13. AZ-İİ 452053 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı1, anası İddiaçı2 xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar.
14. AZ-İV 773082 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı1, anası İddiaçı2dır.
15. AZ-V 058472 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı1, anası İddiaçı2dır.
IV. Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.4. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır.
17. Azərbaycan Respublikasının 21 iyul 1992-ci ildən qoşulduğu “Uşaq hüquqları haqqında” Konvensiyanın 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq almaq hüququna, habelə, mümkün olduğu dərəcədə, öz valideyinlərini tapmaq və onlardan qayğı görmək hüququna malikdir.
18. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 53.4. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. 53.5. Atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı bu Məcəllənin 46.3-cü maddəsinə uyğun olaraq, uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir. 54.1. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. 54.4. 10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər. 59.1. Valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”: 2.1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.2-ci maddəsinə müvafiq olaraq, uşağa ad valideynlərin razılığı ilə verilir. 2.2. Valideynlər arasında uşağın adına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. 4.1. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. 4.2. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir. 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir.
İV. Məhkəmənin mövqeyi
20. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
21. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ailə quraraq evlənmişdir və nikahları xx.xx.2021-ci il tarixdə 1 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində qeydə alınmış, birgə nikahdan bir qızı, bir oğlu anadan olmuşdur. X9 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində anadan olmuş, hər ikisinin razılığı ilə uşağa Nilay adı verilmiş, soyadı isə valideynlərinin soyadına əsasən Pirəliyeva olaraq qeydə alınmışdır. Bu barədə xx.xx.2022-ci il tarixli “Doğum haqqında şəhadətnamə” verilmişdir. X10 xx.xx.2024cü il tarixdə Bakı şəhərində anadan olmuş və hər ikisinin razılığı ilə uşağa Ömər adı verilmiş, soyadı isə valideynlərinin soyadı olan Pirəliyev olaraq qeydə alınmışdır. Bu barədə xx.xx.2024-cü il tarixli “Doğum haqqında şəhadətnamə” verilmişdir. Daha sonra uşaqların soyadını ata babasının adı ilə “Pəhlivanlı” olaraq dəyişdirmək üçün Cavabdehnə, dəyişdirilməyə razılıq verilməsi barədə Abşeron rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmişlər və hər iki orqandan, yəni cavabdeh (2 sayh Sumqayıt Regional “Asan Xidmət” X8) xx.xx.2024-cü il tarixli, 3-16-5/8-P-15-801/2024 saylı, Abşeron rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası isə xx.xx.2025-ci il tarixli, 5-29/2-P-22-099/2024 sayh imtina məktubu verərək, ərizənin təmin olunmasından imtina etmişdir.
22. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-P-15/2025 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, xx.xx.2022-ci ildə anadan olmuş X2 “Pirəliyeva”dan “Pəhlivanlı”ya, xx.xx.2024-cü ildə anadan olmuş X3 “Pirəliyev”dən "Pəhlivanlı”ya dəyişdirilməsi ilə bağlı ərizəyə baxılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Həmin məcəllənin 54-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Eyni zamanda, qeyd edir ki, “Ailə Məcəllə”sinin 189-cu maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Yuxarıda göstərilənlərə əsasən, X2 “Pirəliyeva”dan “Pəhlivanlı”ya, X3 “Pirəliyev”dən “Pəhlivanlı”ya dəyişdirilməsi ilə bağlı müraciətinizin qeydiyyat orqanında təmin edilməsi qanunvericiliyə əsasən mümkün deyildir.
23. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi üzrə məhkəmənin mövqeyi Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-2026/2024 nömrəli qərarında qeyd edilmiş mövqeyi ilə uyğundur. Belə ki: -“Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”ndan fərqli olaraq, ondan daha yüksək hüquqi qüvvəyə malik olan Ailə Məcəlləsinin 53.3-cü maddəsində uşağın soyadının, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edildiyi qeyd edilmişdir. -“Bir qayda olaraq” birləşməsinin leksik mənası o deməkdir ki, adətən qəbul edilmiş hallar mövcuddur, lakin bunlardan kənara çıxılması istisna deyil. Başqa sözlə, uşağın soyadı adətən valideynlərin soyadı ilə müəyyən edilir, lakin bu qaydadan istisna mümkündür. -Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə mövcud olan hallar iddiaçının atasının (uşaqların ata xətti tərəfdən olan babası) adının övladlarına soyad kimi seçməsi qəbul edilə bilən sayılmalıdır. -Qanunvericilikdə müəyyən əsaslar olduqda uşağın soyadının valideynlərin soyadı ilə deyil, uşağın babasının soyadı ilə müəyyən edilməsi barədə birbaşa qadağa olmadığından işin hazırki vəziyyətində iddia əsaslı hesab edilməlidir. -Yuxarıda qeyd edilənlərdən əlavə məhkəmə kollegiyası öz mövqeyini əsaslandırmaq üçün həm də “L.Ramazanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 01 iyun 2022-ci il tarixli Qərarına istinad etməyi məqsədə müvafiq hesab edir. -Həmin qərarda qeyd edilmişdir ki, “Şəxsi ad fərdin özünümüəyyənetməsinin fundamental amillərindən biridir, onun başqalarından fərqləndirilməsi məqsədlərinə xidmət edir. Ad, şəxsiyyətin fərdiləşdirilməsinin əsas təzahürlərindən biri olaraq şəxsi həyat sahəsinə daxildir. Ad hüququ həm də ona görə əhəmiyyətlidir ki, insan öz adı ilə ictimai münasibətlərdə iştirak edir və onun olmaması şəxsiyyəti hüquq və vəzifələri əldə etmək və həyata keçirmək imkanından məhrum edə bilər. Belə ki, Mülki Məcəllənin 26.2-ci maddəsinə əsasən, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Digər tərəfdən ad hüququnun təzahürü kimi ad almaq hüququ mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur (Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsi). Belə ki, hüquqların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Ad almaq hüququnun məhdudlaşdırılması üçün məqbul sayılan əsas kimi uşağın mənafeyinin qorunması çıxış edə bilər. Bu mənada qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə müvafiq olaraq, uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir Eyni zamanda, ad almaq hüququ dövlət dilinin işlənməsinə və qorunmasına dair ümumi maraqların təmin olunması üçün də məhdudlaşdırıla bilər.”.
24. Məhkəmə qeyd edir ki, iddiaçıların uşaqlarına “Pəhlivanlı” qoymaq istədiyi soyadında uşaqların mənafeyinə xələl gətirən, onların cinsinə uyğun olmayan və ya gülünc yaradan hal müəyyən edilmir. Soyadın dəyişdirilməsi ilə bağlı valideynlər arasında fikir ayrılığı olmamışdır. Belə olan halda uşaqların “Pirəliyev” soyadının dəyişdirilərək “Pəhlivanlı” soyadı verilməsindən imtina üçün faktiki və hüquqi əsas olmadığından iddia əsaslı hesab edilməli, bununla bağlı doğum akt qeydində düzəliş ediliməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.
25. Məhkəmə həmçinin onu da qeyd edir ki, soyadların Azərbaycan dilinə uyğunlaşdırılması ilə bağlı 1993-cü ildə Milli Məclisin qəbul etdiyi qərara əsasən, "-ov" "-yev", sonluqlu soyadlar "-lı" (sözün kökündən asılı olaraq, "-li", "-lu", "-lü"), "-zadə", "-oğlu", "-qızı" sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edilə bilərlər.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
27. İPM-in 68-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
28. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. 12 avqust 2022-ci il təvəllüdlü X4 və 10 oktyabr 2024-cü il təvəllüdlü X6 doğum haqqında akt qeydlərində düzəliş edilərək uşaqların soyadının dəyişdirilərək “Pəhlivanlı” müəyyən edilməsi və bu barədə yeni doğum haqqında şəhadətnamələrin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X11-Abbaszadə