Məhkəmə qərarları › İş №2-1(118)-496/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-496/2020

22.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-496/2020 22.07.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi, X8 Mövlətxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2, Üçüncü şəxs «xxxxx» Səhimdar Cəmiyyətinin nümayəndəsi X7 və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X10rşı “Sumqayıt şəhəri, Sumqayıt-Novxanı avtomobil yolunun kənarında, xxxxx dənizi sahilboyunca yerləşən sxemdə göstərilmiş (6530kv.m) torpaq sahəsinə daimi istifadə hüququnun qeydiyyata alınması çıxarışın, habelə texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X10rşı iddia qaldıraraq, “Sumqayıt şəhəri, Sumqayıt-Novxanı avtomobil yolunun kənarında, xxxxx dənizi sahilboyunca yerləşən sxemdə göstərilmiş (148.43x46) torpaq sahəsinə daimi istifadə hüququnun tanınması və onun üzərində inşa olunmuş 183 kv.m tikilinin dövlət reyestrində onun adına qeydiyyat aparılmaqla çıxarışın, habelə texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”nı məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcmini azaldaraq, “Sumqayıt şəhəri, Sumqayıt- Novxanı avtomobil yolunun kənarında, xxxxx dənizi sahilboyunca yerləşən sxemdə göstərilmiş torpaq sahəsinə daimi istifadə hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli 2-1(118)-496/2020 saylı qərardadı ilə «xxxxx» Səhimdar Cəmiyyəti inzibatı məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilmiş 18 saylı protokoldan göründüyü kimi xx xxxx 1990-cı iİ tarixdə abadlıq işləri aparmaq üçün Sumqayıt şəhər X18 icraiyyə komitəsinə məxsus Corat qəsəbəsi ilə Sarı Qaya arasındakı dəniz kənarı torpaqdan 28 ha sahə mövcud qayda üzrə çıxarılıb «xxxxx» Cəmiyyətinin balansına verilmişdir. X25 Hakimiyyəti Başçısının xx xxxxxxxx 1997-ci il tarixli 558 saylı sərəncamı ilə cizgidə göstərilən sərhəd, daxilində 28,15 ha torpaq sahəsi çimərlik və istirahət guşəsi yaradılması üçün «xxxxx» Səhmdar Cəmiyyətinə dövlət aktı verilmişdir. 2003-cü ildən 2014-cü ilə qədər Azərbaycanda Regionların İnkişafı və Turizmin İnkişafı Dövlət Proqramlarının həyata keçirilməsini reallaşdırmaq məqsədilə X14 məxsus Dənizkənarı İstirahət zonasından 13400 kv.m səhəni (15 və 15 A saylı obyektlərin sahəsi ona məxsus tikililərlə birlikdə) icarəsinə, sonra isə xx xxxxxx 2014-cü il tarixdə balansına verilmişdir. X25 Hakimiyyətinin xx xxxxx 2014-cü il tarixli, 90 saylı sərəncamı ilə İddiaçı Sumqayıt Novxanı avtomobil yolunun kənarında, xxxxx dənizi boyunca 6530 kv.m torpaq sahəsində tikinti aparılmasına sərəcam verilmişdir. Sözügedən torpaq sahəsi üzərində yerləşən «Liman» ailəvi istirahət məkanı uzun illərdir ki, onun istifadəsində və sahibliyindədir. xx xxxxxx 2014-cü il tarixli müqavilənin 2.3-cü bəndində göstərilmişdir ki, tikinti başa çatdıqdan sonra torpaq sahəsinin özəlləşdirilməsi onun ixtiyarına verilmişdir. xx xxx 2015-ci il tarixli “xxxxx” Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi idarəsinin rəisi cənab Rövşən Əhmədova həmin torpaq sahəsinin onların balansından çıxarılaraq İddiaçı verilməsinə dair məktub ünvanlanmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi ona qarşı iddia qaldıraraq qeyd olunan məkanda olan tikililərin sökülməsi tələbi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Lakin həmin iddia tələbi Sumqayıt səhər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə əsassız olduğundan təmin olunmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə verilmiş kassasiya şikayəti qismən təmin olunaraq həmin qətnamə ləğv olunmuş və yenidən apellyasiya baxışına göndərilmişdir. Yekun olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamışdır və həmin qətnamədən kassasiya şikayəti verilməyərək qətnamə qüvvəyə minmişdir. Göstərilən məkanın yerləşdiyi torpaq sahəsinin üzərində istifadə hüququnun və qeyd olunan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi idarəsinə müraciət olunmuşdur. Həmin idarə qeyd olunan torpaqların dövlət torpaqları olması əsasını gətirərək imtina vermişdir. Bütün bu olanlara görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı X11 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etiraz etmiş və qeyd etmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmışdır və müəyyən edilmişdir ki, iddiaçı Əliyev X6 şəhəri, Sumqayıt-Novxanı avtomobil yolunun kənarında yerləşən, xxxxx dənizi sahili boyunca yerləşən inşa edilmiş qeyri-yaşayış binaları üzərində mülkiyyət hüququnun, həmin tikililərin yerləşdiyi 0,6530 ha torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi ilə əlaqədar xx xxxxxxx 2019-cu il tarixli ərizə ilə Cavabdehnə müraciət etmişdir və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar İddiaçı bildirilmişdir ki, müraciətə əlavə edilmiş sənədlərin ekspertizası və müayinəsi zamanı torpaq sahəsinin hüquqi rejiminə görə dövlət mülkiyyətində olduğu aşkar edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmçinin bildirilmişdir ki, “xxxxx” Səhmdar Cəmiyyətinin istifadəsinə verilmiş, dövlət mülkiyyətində olan torpaq sahəsinin həmin səhmdar cəmiyyət tərəfindən icarəyə və ya istifadəyə verilməsi qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülki Məcəllənin 144.1 və 144.2-ci maddələrinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmçinin, müayinə zamanı X25 Hakimiyyəti başçısının xx xxxxx 2014-cü il tarixli 90 nömrəli sərəncamı ilə “xxxxx” Səhmdar Cəmiyyətinin istifadəsində olan torpaq sahəsindən İddiaçı istifadəsinə 0,6530 ha torpaq sahəsi verilməsinə baxmayaraq, faktiki istifadə olunan torpaq sahəsinin 1,4315 ha olduğu aşkar edilmişdir."Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2.4-cü maddəsinə əsasən Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən İddiaçın hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmiş və bu barədə ona xx xxxxxxx 2019-cu il tarixli **********27 qeydiyyat nömrəli bildiriş göndərilmişdir.Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X10rşı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsinə etiraz edərək, iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş, etirazı müdafiə etmişdir. Üçüncü şəxs “xxxxx” Səhimdar Cəmiyyəti ilkin iddiaya etiraz etmiş, lakin iddia tələbinin həcmi iddiaçı tərəfindən azaldılandan sonra iddiaçı ilə aralarında torpaqla bağlı problemin olmadığını bildirmiş, iddiaya münasibətində qeyd etmişdir ki, “xxxxx” Səhimdar Cəmiyyəti olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X17 xx.xx.2015-ci il tarixdə 48 saylı məktubla müraciət edərək “xxxxx” Səhimdar Cəmiyyətinin istifadəsində olan torpaq sahəsindən 15 obyektə ayrı-ayrı vaxtlarda istifadə hüququ ilə ayrılmış torpaq sahələrinin “xxxxx” Səhimdar Cəmiyyətinin balansından çıxarılmasını xahiş etmişdirlər. Həmin siyahıda bu günkü məhkəmədə iddiaçı kimi çıxış edən İddiaçı da istifadəsinə 0,65 ha torpaq sahəsi ayrılıb və digər subyektlərlə birlikdə “xxxxx” Səhimdar Cəmiyyətinin balansından çıxarılıb. İddiaçı da adına 0,65 ha torpaq sahəsinə istifadə hüququ verilməklə, onların balansından silinməsi haqqındakı siyahı ilə tərəflərindən xx.xx.2015-ci ildə 48 saylı məktubla müraciət olunub. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X20 isə məhkəməyə təqdim etdiyi məktubda xx.xx.2016-cı ildən əvvəl olan əməliyyatlar haqqında məlumat vermir. Odur ki, İddiaçı haqqındakı təqdimat öz əksini tapmır. Bu da onların əslində məsələnin əsas predmetindən yayındığını sübut edir. Qeyd edirlərki, onların İddiaçıla aralarında həmin torpağın üzərindəki əmlakla bağlı müəyyən problemlər var. Ancaq onlar, İddiaçıla məsələni qarşılıqlı razılaşma yolu ilə həll etmək istəyirlər. Onlar istəyir ki, əvvəlcə torpaq məsələsini, sonra əmlakın alqı-satqısını həll edələr. Yaxud da əgər Forma-1 ala bilsələr, birdəfəlik notarial qaydada alqı-satqı edələr. Təssüflər olsun ki, bu işdə onlara Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X20 əngəl törədir. Belə ki, xx.xx.2019-cu il tarixdə İddiaçı ərizə ilə “xxxxx” X9 Heyətinə müraciət edərək obyektin alqı-satqısına sərəncam verməyi xahiş etmişdir. Onlarda onun müraciətini qiymətləndirərək bu məsələni birdəfəlik həll etmək üçün İdarə Heyətinin üzvlərinin də bəzilərinin etirazına baxmayaraq bu işə razılıq vermişlər. Birlikdə xx.xx.2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X17 məktubla müraciət etmişlər. “xxxxx” Səhimdar Cəmiyyəti xx.xx.2019-cu il tarixli 56 saylı məktubla, İddiaçı xx.xx.2019cu il tarixli məktubla. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X20 hər ikisinə imtina etmişlər. İddiaçı məhkəməyə yönəltmişlər, onlara isə çox çəkişmədən sonra xx.xx.2020-ci il tarixli **********64 saylı məktubla cavab veriblər ki, iş məhkəmə icraatında olduğuna görə müraciətinizin icrasını təmin etmək mümkün olmamışdır. Odur ki, aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur.Qeyd olunanları nəzərə alaraq, Cəmiyyət tərəfindən İddiaçı verilmiş 6500.0 kv.m. torpaq sahəsi üzrə “xxxxx” səhimdar cəmiyyəti ilə İddiaçı arasında müəyyən razılıq əldə edildiyini nəzərə alaraq, “xxxxx” səhimdar cəmiyyətinə məxsus əmlakın altında olmayan torpaq sahəsinin İddiaçı istifadəsinə daimi istifadə hüququ ilə vermək, yaxud “xxxxx” Səhmdar Cəmiyyətinə məxsus əmlakın altında olan torpaq sahəsinin onun üzərindəki Cəmiyyətə məxsus əmlaka mülkiyyət hüquqları qorunub, saxlanılmaqla həmin torpaq sahəsinin əmlakı ilə birlikdə yerinə bərpa edilməklə Forma-1 verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X12 üzərinə qoyulmasına dair qərar qəbul edəsiniz ki, biz notarial qaydada alqı-satqı edə bilək. Məhkəmə iclasında üçüncü şəxs «xxxxx» ASC-nin nümayəndəsi X15 və vəkil X4 iştirak etmiş və iddianın təmin edilməsinə etiraz etmədiklərini bildirmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümükünsüz edən hər hansı bir hal müəyyən edilmir. İddianın mahiyyəti ilə bağlı isə, məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt şəhər X18 İcrayyə Komitəsinin xx xxxx 1990-cı il tarixli 18 nömrəli qərarı ilə Sumqayıt şəhər X18 İcrayyə Komitəsinə məxsus Çorat qəsəbəsi ilə Sarı qaya arasındakı dəniz kənarı torpaqlardan 28 ha sahə mövcud qayda üzrə çıxarılıb “xxxxx” Cəmiyyətinin balansına verilmişdir. “xxxxx” Səhmdar Cəmiyyəti həmin torpaq sahəsinin müəyyən hissələrini müxtəlif vaxtlarda müvafiq razılıqlarla digər şəxslərin istifadəsinə vermişdir. O cümlədən xxxxx” Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında xx xxxxxx 2014-cü il tarixli 06 nömrəli müqavilə bağlanmış, Azərbaycanda Regionların İnkişafı və Turizmin İnkişafı Dövlət Proqramlarının həyata keçirilməsi səmərəli reallaşdırmaq üçün “xxxxx” Səhmdar Cəmiyyətinə məxsus Dənizkənarı İstirahət zonasından 13400m2 sahəsi (15 və 15A saylı obyektlərin sahəsini ona məxsus tikililərlə birlikdə) istifadəçinin balansına verilmiş, “xxxxx” Səhmdar Cəmiyyəti xx xxxxx 2014-cü il tarixdə 31 nömrəli məktubla X25 Hakimiyyəti başçısına müraciət edərək, “xxxxx” Səhmdar Cəmiyyətinə məxsus dəniz sahilindəki 15.37 ha torpaq sahəsindən 0.85 ha sahənin İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. X25 Hakimiyyəti başçısının xx xxxxx 2014-cü il tarixli 90 nömrəli sərəncamı ilə İddiaçı Sumqayıt şəhərinin inzibati ərazisində, Sumqayıt Novxanı avtomobil yolunun kənarında, xxxxx dənizi sahili boyunca 6530 kv.m sahədə istirahət mərkəzinin tikintisinin layihələndirilməsinə icazə verilmişdir. «xxxxx» Səhimdar Cəmiyyəti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə xx xxx 2015-ci il tarixli 48 nömrəli məktubla müraciət etmiş və qeyd etmişdir ki, Sumqayıt şəhər X18 İcrayyə Komitəsinin xx xxxx 1990-cı il tarixli 18 nömrəli qərarı ilə Sumqayıt şəhər X18 İcrayyə Komitəsinə məxsus Çorat qəsəbəsi ilə Sarı Qaya arasındakı dəniz kənarı torpaqdan 28 ha sahə Cəmiyyətinin balansına verilmiş, 1997-ci ildə Sumqayıt şəhər X3 tərəfindən 2 və 3 zonalar üzrə həmin torpaq sahəsinə və onun üzərində olan tikililərə qeydiyyat vəsiqələri, texniki pasportlar tərtib edilmişdir, məktubda adları qeyd olunun şəxslərə cəmiyyətin istifadəsində olan torpaq sahələrindən digər istifadəçilərə verilmiş torpaq sahələrinin “xxxxx” Səhmdar Cəmiyyətinin adına verilmiş texniki pasportlardan çıxarılmasına göstəriş verilməsi və özgənkinləşdirilməsi üçün F-1 arayışı verilərkən nəzərə alınması xahiş olunur. Ərizədə qeyd olunan 15 şəxsin siyahısının onuncu sırasında İddiaçı qeyd edilmiş və əsas olaraq, X25 Hakimiyyəti başçısının xx xxxxx 2014-cü il tarixli 90 nömrəli sərəncamı göstərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt səhər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə, iddiaçı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarə və Təşkili üzrə Dövlət Agentliyinin cavabdehlər İddiaçı, «xxxxx» ASC-yə, X22 və X25 Hakimiyyətinə qarşı icarə müqavilənin etibarsız hesab edilməsi və dövlətin müstəsna mülkiyyətində olan torpaq sahəsində aparılmış əsaslı təmir-tikinti, yenidənqurma və quraşdırma işlərinin cavabdehin hesabına sökülməsi, torpağın əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair iddiası təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə verilmiş kassasiya şikayəti qismən təmin olunaraq həmin qətnamə ləğv olunmuş və yenidən apellyasiya baxışına göndərilmişdir. Yekun olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, məhkəmənin qərarı qanuni qüvvəsini almışdır. Yuxarıda qeyd olunan məhkəmə qərarları ilə müəyyən olunmuşdur ki, İddiaçı istifadəsinə ayrılmış 0,85 ha torpaq sahəsi Sumqayıt şəhər X18 İcraiyyə Komitəsinin 18 nömrəli, xx xxxx 1990-cı il tarixli qərarı ilə “xxxxx” ASC-yə ayrılmış dəniz sahilindəki istirahət zonasından qalmış 15,37 ha torpaq sahəsinin hüdudları daxilindədir. İnşa edilmiş tikililər İddiaçı icarəsinə ayrılmış 0,85 ha torpaq sahəsinin şimal hissəsində, X25 Hakimiyyətinin xx xxxxx 2014-cü il tarixli, 90 saylı sərəncamı və sərəncama əlavə olunmuş inşaat pasportuna əsasən tikintiyə dair ayrılmış 0,65 ha torpaq sahəsinin daxilində yerləşir. “Liman” ailəvi istirahət mərkəzinə aid olan qeyri-yaşayış sahəsində ümumi sahəsi 701,2 kv.metr olan mətbəx, anbar, banket, yemək otaqları və yüngül konstruksiyadan çoxsaylı söhbətgahlar quraşdırılmış və tikililərin təyinatı ictimai iaşə təyinatlıdır. “Liman” ailəvi istirahət mərkəzinin faktiki istifadəsində 0,85 ha torpaq sahəsi vardır. “Liman” ailəvi istirahət mərkəzinin faktiki istifadəsində 0,85 torpaq sahəsinin 0,20 hektarı xxxxx dənizinin 30-50 metrlik zolağı altındakı torpaqlara düşür, həmin sahədə əsaslı tikinti olmayaraq, yüngül konstruksiyadan iaşə təyinatlı istirahət otaqları və çardaqlar quraşdırılıb. “Liman” ailəvi istirahət mərkəzinə aid olan tikililər dövlətin müstəsna mülkiyyətindəki torpaqlara düşmür. “Liman” ailəvi istirahət mərkəzinin istifadəsində olan torpaq sahəsi yol boyu 1,0 metr hündürlüyündə daşdan hasara alınıb, lakin həmin hasar sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsinə məhdudiyyət yaratmır. Hasarın uzunluğu boyu dövlət sərhədlərinin mühafizəsinin təmin olunması məqsədilə nəqliyyat vasitələrinin hərəkəti üçün sahilə birbaşa keçid yolu qoyulub və yolun eni təqribən 8,0 metrdir. Yuxarıda qeyd edilən məhkəmə qərarları ilə dövlət torpaqlarına nəzarət funksiyası verilmiş iddiaçı təşkilatın iddia əsasları təkzib edilmiş, istirahət mərkəzinin, torpaq sahəsinin qanuni əsaslar olmadan istifadə edilməsi, tikililərin dövlətin müstəsna mülkiyyətindəki torpaqların üzərində olması, həmin torpaqlarda torpağın təyinatına uyğun olmayan əsaslı tikinti işlərinin aparılması təkzib edilmişdir. Əksinə, inşa edilmiş tikililərin ictimai iaşə təyinatlı olması, çimərlik istirahəti üçün nəzərdə tutulmaqla, təyinatına uyğun tikilməsi, həmin tikililərin dövlətin müstəsna mülkiyyətindəki torpaqlara düşməməsi müəyyən edilmişdir. “Liman” ailəvi istirahət mərkəzinin faktiki istifadəsindəki 0,85 torpaq sahəsinin 0,20 hektar hissəsinin xxxxx dənizinin 30-50 metrlik zolağı altındakı torpaqlara düşməsi, həmin hissədə də əsaslı tikinti deyil, yüngül konstruksiyadan ibarət iaşə təyinatlı istirahət otaqları və çardaqlar quraşdırılması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın imtinasının və iddiaya etirazının əsasını torpaq sahəsinin dövlət mülkiyyətində olması, bu kateqoriyada olan torpaqların normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə biləcəyi əsası təşkil edir. Məhkəmə bununla bağlı qeyd edir ki, torpaq sahəsinin dövlət mülkiyyətində olması mübahisə olunmur. Lakin torpaq sahəsi dövlət mülkiyyəti olaraq qalsada, ondan istifadə hüququna səlahiyyətli dövlət orqanları icazə vermişdir. Beləki, mübahisəli torpaq sahəsi Sumqayıt şəhər X18 İcrayyə Komitəsinin xx xxxx 1990-cı il tarixli 18 nömrəli qərarı ilə “xxxxx” Səhimdar Cəmiyyətinin istifadəsinə verilmiş, xxxxx” Səhmdar Cəmiyyəti isə İddiaçı ilə xx xxxxxx 2014-cü il tarixli 06 nömrəli müqavilə bağlamış və müqavilə ilə öz hüququnu iddiaçıya vermiş, X25 Hakimiyyəti isə xx xxxxx 2014-cü il tarixli 90 nömrəli sərəncamı ilə tikintinin lahiyəndiriləsinə icazə verərək, bu hüququ təsdiq etmişdir. Nəticədə mübahisəli torpaq sahəsi ilə bağlı “xxxxx” Səhimdar Cəmiyyətinin istifadə hüququ İddiaçı keçmişdir. Yuxarıda qeyd olunan məhkəmə müahisəsi zamanıda məhkəmə iddiaçının torpaq sahəsindən istifadəsinin qanunsuz olmadığını müəyyən etmişdir. Mübahisə predmeti olan torpaq sahəsində iddiaçının faktiki sahibliyində “Liman” istirahət mərkəzinin uzun müddətdir ki fəalyyət göstərməsi işin mübahisə olunmayan hallarındandır.İddiaçının torpaq sahəsindəki fəaliyyəti manesiz uzun illər davam etmiş, dövlət torpaqlarına nəzarət funksiyası verilmiş təşkilat iddiaçıya qarşı yuxarıda qeyd olunan iddianı qaldırmış, iddiaçının torpaq sahəsindən qanunsuz istifadə etmədiyi müyyən olunmuş, iddiaçı bundan sonra natamam olan müvafiq sənədləşdirmə işlərini yekunlaşdırmaq istəmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının istifadə hüququnun dövlət qeydiyyatına alınmasını istədiyi torpaq sahəsi və onun üzərində mövcud olan tikililərlə bağlı gözlənilən hüququ vardır. İddiaçı onun istifadəsinə verilmiş 0,85 ha torpaq sahəsinin yox, dövlətin müstəsna mülkiyyətində olmayan 0.65 ha torpaq sahəsinin istifadə hüququnun dövlət qeydiyyatına alınmasını istəyir, hansıkı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə həmin torpaq sahəsinin dövlətin müsəsna mülkiyyətinə aid olan torpaq sahələrinə aid olmaması müəyyən edilmişdir. İddiaçının maddi imkanının əlverişli olduğu zaman isə müvafiq ödənişləri etməklə həmin torpaq sahəsini mülkiyyət hüququ ilə özəlləşdirmək hüququ onun gözlənilən hüququdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhəmə hesab edir ki, Sumqayıt şəhər X18 İcrayyə Komitəsinin xx xxxx 1990-cı il tarixli 18 nömrəli qərarı, “xxxxx” Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında xx xxxxxx 2014-cü il tarixli 06 nömrəli müqavilə, X25 Hakimiyyəti başçısının xx xxxxx 2014-cü il tarixli 90 nömrəli sərəncamı və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının torpaq sahəsindən istifadəsinin qanuni olmasının müəyyən olunması hazırkı iddianın təmini üçün əsas verir. Bunlardan başqa məhkəmə hazırki iş üzrə qərar qəbul edərkən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. «X19rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin müdafiə dairəsinə düşür. «Önər Yıldız Türkiyəyə qarşı» məhkəmə işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilkdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli maneələr üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə malik olduğuna dair tələblərini də əhatə edə bilər. Göründüyü kimi İnsan Hüquqları üzrə Avropa Məhkəməsi İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsində olan mülkiyyət hüququ anlayışını daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmayan, daha geniş qavram kimi başa düşülməli olduğunu vurğulamışdır. Məhkəmə bu mövqeyini digər işlərdədə inkişaf etdirmişdir. Hazırkı işdədə iddiçı torpaq sahəsindən və onun üzərindəki tikililərdən qanunsuz istifadə etməmiş, müvafiq orqanların razılığı ilə torpaq sahəsindən istifadə edilmişdir və bu hallar qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə öz təsdiqini tapmışdır. Bundan əlavə hazırda qüvvədə olan daxili qanunvericilk iddiaçının torpaq sahəsi üzərində istifadə hüququndan başqa, müvafiq ödəniş etməklə mülkiyyət hüququ əldə etməsinə imkan verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Hazırkı işdədə iddiaçının ona qarşı iddia qaldırılana qədər torpaq sahəsindən maneəsiz istifadə etməsi, torpaq sahəsindən istifadə ilə bağlı səlahiyyətli orqanın iddiasının təmin olunmamasının mövcudluğu, iddiaçının torpaq sahəsindən istifadə hüququnun dövlət qeydiyyatına alınmasını dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsininin reallaşmasının zərurəti kimi müəyyən edir. Məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsindən istifadə hüququnun dövlət qeydiyyatına alınmaması «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və “Sumqayıt şəhəri, Sumqayıt-Novxanı avtomobil yolunun kənarında, xxxxx dənizi sahil boyunca yerləşən sxemdə göstərilmiş 6530kv.m torpaq sahəsinin daimi istifadə hüququnun dövlət qeydiyyata alınması və müvafiq sənədlərin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmaldır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Sumqayıt şəhəri, Sumqayıt-Novxanı avtomobil yolunun kənarında, xxxxx dənizi sahil boyunca yerləşən sxemdə göstərilmiş 6530 kv.m torpaq sahəsinin daimi istifadə hüququnun dövlət qeydiyyata alınması və bununla bağlı müvafiq sənədlərin verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar