Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-497/2021 01.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayonu, Gödəkli kəndində ona məxsus 0.25 ha ölçüdə torpaq sahəsinə dair mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq, bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Xaçmaz rayonu, Gödəkli kəndində ona məxsus 0.25 ha ölçüdə torpaq sahəsinə dair mülkiyyət hüquqlarının onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə çıxarışın verilməsini cavabdeh inzibati orqandan xahiş etmişdir. Cavabdeh inzibati orqanın xx.xx.2020-ci il tarixli, **********44 saylı məktubu ilə iddiaçının müraciətindən imtina edilmişdir. İmtinanın əsası kimi qeyd edilmişdir ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə 5 saylı Xaçmaz Ərazi İdarəsinin kadastr məlumat bazasına əsasən digər şəxsin adına JN-255A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” işlənilmişdir. İddiaçı narazı qalaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı adına Xaçmaz rayonu, Gödəkli kəndində 0,25 ha ölçüdə torpaq sahəsi vardır. Hal-hazırda həmin torpaq sahəsində inşa etdiyi evdə yaşayır. Torpağa dair mülkiyyət hüquqlarının qeydə alınaraq müvafiq çıxarışın verilməsi ilə əlaqədar iddiaçı cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin, cavabdeh xx xxxxxxx 2020-ci il tarixli, **********44 saylı məktubla iddiaçının xahişini təmin etməkdən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikasının qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsaslan nəzərdə tutulmuşdur. Yalnız bu əsaslardan biri mövcud olarsa hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtinası barədə məktubu isə qeyri-qanunidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 2.2.3-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibatı aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə iclasında İddiaçı Babayerdi qızı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı, Xaçmaz rayonu, Gödəkli kəndi ərazisində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqların dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı müraciət edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə 5 saylı Xaçmaz Ərazi İdarəsinin kadastr məlumat bazasına əsasən digər şəxslərin adlarına JN-255 A (KOD 30204028) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” işlənilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3.bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövləi qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmamasının müəyyən edilməsi. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Cavabdeh bildirir ki, vətəndaş İddiaçı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evi ilə birlikdə vahid əmlak kimi hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı müraciət edəcəyi təqdirdə, ərizəsinin icrası məsələsinə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxılacağı bildirilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixli **********44 nömrəli imtina məktubu ilə ərizəsinin icrasından imtina edilmişdir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən inzibati orqandan tələb edilərək, iş materiallarına əlavə edilmiş, JN-255A, KOD 30204028 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli 08 saylı qərarı ilə verilmiş 0.32 ha torpaq sahəsi X1 mülkiyyətindədir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. İddianın mümkünlüyü ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı inzibati orqanın imtinasını aldıqdan sonra qanunvericiliyin tələblərinə uyğun məhkəməyə müraciət etmişdir və iddianı mümkünsüz edən digər hər hansı bir əsas müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı deyil və təmin edilməməlidir. Beləki inzibati orqan sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar etmişdir ki, mülkiyyət hüquqların dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı müraciət edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə 5 saylı Xaçmaz Ərazi İdarəsinin kadastr məlumat bazasına əsasən digər şəxslərin adlarına JN-255 A (KOD 30204028) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” işlənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, JN-255A, KOD 30204028 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1998-ci il tarixli 08 saylı qərarı ilə verilmiş 0.32 ha torpaq sahəsi X1 mülkiyyətindədir. Göründüyü kimi iddiaçının mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmasını istədiyi torpaq sahəsinə digər şəxsin hüquqları qeydiyyata alınmışdır. Bu isə inzibati orqanın imtinası üçün əsas təşkil edir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatla dövlət reyestrində saxlanılan məlumat arasında uyğunsuzluq müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası qanunsuz olmamışdır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayonu, Gödəkli kəndində ona məxsus 0.25 ha ölçüdə torpaq sahəsinə dair mülkiyyət hüquqlarının onun, yəni İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək, bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə” dair iddiası əsassızdır və rədd edilməlidir. İddiaçıya izah edisin ki, mübahisəli əmlaka dair digər şəxsin adına verilmiş mülkiyyət sənədlərini mübahisələndirmək hüququ istisna edilmir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-497/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-497/2021
01.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver