Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-497/2022 02.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh ƏƏSMN tabeliyində DSMF-nin X1 qarşı təhsil müddətinin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddianın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh ƏƏSMN tabeliyində DSMF-nin X1 qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1970-xx.xx.1974-cü illərdə təhsil aldığı müddətinin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 12 aprel 2014-cü il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin sonradan ona məum olmuşdur ki, 1970-1974-cü illər təhsil dövrü onun sosial sığorta stajına daxil edilməmişdir. Daha sonra qanunvericilikdə edilən dəyişiklikdən sonra o bir daha cavabdehə müraciət edərək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. cavabdeh tərəfindən ona imtina cavabş verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələıbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, iddiaçının təhsil dövrü onun sosiaı sığorta stajına daxil edilmişdir. Bununla bağlı iddiaçıya imtina cavabı verilməmişdir. İçtina cavabında iddiaçının işlədiyi bəzi müəssisələr, o cümlədən xx.xx.1995xx.xx.1995-ci illərdə Sumqayıt İxtisaslaşdırılmış Quraşdırma İdarəsində, xx.xx.1996— xx.xx.2022-ci illərdə Bakı şəhəri Rayonlararası İstehsalat Təmir-Tikinti Birliyində, xx.xx.2002xx.xx.2005-ci illərdə “Rəşid-93” firmasında işlədiyi dövrün sığorta stajına daxil edilməsindən imtina edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, cavabdeh tərəfindən təqdim edilən sənədlərdən də müəyyən edilir ki, iddiaçının 1970-1974-cü illərdə təhsil aldığı müddət cavabdeh tərəfindən mübahiəsləndirilmir. Həmin dövr iddiaçının sosial sığorta stajına daxil edilmişdir. İddiaçıya verilmiş imtina bəzi müəssisələrlə bağlı olmuşdur. Bununla bağlı iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13cü maddəsinin tələblərinə uyğun olaraq hüquqi yardım göstərilərək tələbi dəqiqləşdirmək təkilif edilmişdir. Lakin iddiaçı imtina cavabında göstərilən dövrün stajına daxil edildiyini yalnız təhsil dövrünün sosial sığorta stajına daxil edilməsini və pensiyasının yenidən hesablanmasını tələb etdiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, təhsil dövrünün sosial sığorta stajına daxil edilməsi ilə bağlı iddiaçıya imtina cavabı verilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməkdən imtina etməsi və ya iddiaçının müraciəti ilə bağlı hərəkətsizliyi öhdəliyin icrası növündə baxılan iddialarda da mümkünlük şərtlərindən biridir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən bu şərt yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 N-li Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh ƏƏSMN tabeliyində DSMFnin X1 qarşı təhsil müddətinin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh ƏƏSMN tabeliyində DSMF-nin X1 qarşı təhsil müddətinin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-497/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-497/2022
02.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver