Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-497/2023 06.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi ilə, İddiaçı (İxtisaslaşdıırlmış Yaşıllaşdırma Tikinti İdarəsində briqadir işləyən, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 3, mənzil 41-də yaşayan), Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 1982-1985-ci illlərdə Cəbrayıl rayonu K.Məmmədli adına kolxozda işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə ona 10 yanvar 2021-ci ildən sağlamlıq imkanı məhdud uşağa qulluq etdiyinə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1982-1985-ci illlərdə Cəbrayıl rayonu K.Məmmədli adına kolxozda işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə ona 10 yanvar 2021-ci ildən sağlamlıq imkanı məhdud uşağa qulluq etdiyinə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1964-cti ilda anadan olmuşdur. Əmək fəaliyyətinə 1982-ci ildə başlamışdır. Bunu Cəbrayıl rayon Dövlət Arxivinin 13 avqust 2021-ci il tarixli 46 saylı arayış təsdiq edir. Həmin arayışa görə o,1982-1985-ci illərdə Cəbrayıl rayonu. K Məmmədli adına kolxozda işləmişdir xx.xx.1985-xx.xx.1990-cı illərdə Gəncə (keçmiş Kirovabad) X3 təhsil alımışdır. xx.xx.1994-xx.xx.1999-cu illərdə İxtisaslaşdırılmış Yaşıllaşdırma Tikinti İdarəsində işləmişdir. Yenidən həmin idarədə xx.xx.2005- ci ildən hal-hazıradək işləyir. Ümumi iş stajı 31 il təşkil edir. Uşaqlarından biri 1994-cii il təvəllüdlü X8 xəstə olmuşdur.İddiaçının xx.xx.2017-ci ilə qədər ümumi 6 ildən artıq stajı olmuşdur. xx.xx.1964-cü ildə anadan olduğuna görə xx.xx.2021-cı ildən (pensiya yaşı 5 il azaldılmaqla) yaşa görə əmək pensiyası hüququ eldə etmişdir. Bu səbəbdən də o, əmək pensiyasının təyini üçün sənədlərini Sumqayıt "Asan Xidmət" Mərkəzinə təqdim etmişdir. DSMF-nin Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialı ona imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün müraciət etmişdir. İddiaçının 15 iyun 1999-cu il tarixli ******* nömrəli əmək kitabçasına və təhsil haqqında diplomun surətinə əsasən iddiaçının xx.xx.1985-xx.xx.1990-cı il tarixədək təhsil aldığı illər də nəzərə alınmaqla ümumi iş stajı 21 il 7 aydır ki, xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 5 il 7 ay sığorta stajına uyğun olaraq 4539,97 manat, xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək 9800,09 manat olmaqla, ümumilikdə 14340.06 manat təşkil edir. 15 iyun 1999-cu il tarixli ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı DSMF-nin 1 saylı Regional Ərazi Filialının xx.xx.2021-ci il tarixli aktına əsasən iddiaçının Sumqayıt “İxtisaslaşdırılmış Yaşıllaşdırma Tikinti” İdarəsindəki əmək fəaliyyəti zamanı xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövrlər zamanı öz hesabına məzuniyyətdə olduğu müəyyən olmuşdur. İddiaçının ümumi iş stajı 25 ildən az olduğu, 1982-ci il tarixdən 1985- ci il tarixədək olan əmək fəaliyyəti dövrləri əmək kitabçasında qeyd edilmədiyi üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi qeyd edilən qanunun tələblərinə uyğun deyildir. İş materiallarında olan : - İddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən görünür ki , o, xx.xx.1964-cü il təvəllüddür. -İddiaçının adına açılmış ******* seriyalı əmək kitabçasından görünür ki, o, xx.xx.1994xx.xx.1999-cu illərdə İxtisaslaşdıırlmış Yaşıllaşdırma Tikinti İdarəsində işləmiş, xx.xx.2005ci il tarixdən hazırki tarixədək həmin idarədə işləyir. -Cəbrayıl rayon Dövlət Arxivi tərəfindən verilmiş 46 saylı xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli 98 saylı arayışdan görünür ki, İddiaçı 1982-1985-ci illərdə Cəbrayıl rayon K.Məmmədli adına kolxozda işləmiş və əmək haqq almışdır. - Sumqayıt şəhər Məhkəməsinin 4652/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki,ərizəçi İddiaçı 1981-ci ilin iyun ayından 1985-ci ilin sentybar ayına qədər Cəbrayıl rayon Soltanlı kəndi Səməd Vurğun adına kolxozda kolxozçu və 1990-cı ilin aprel ayından 1993-cü ilin avqust ayındək Cəbrayıl rayonu Kavdar kəndi Qurbani adına kolxozda aqronom vəzfiələrində işləməsi faktının müəyyən olunması barədə ərizəsi rədd edilmişdir. - İddiaçının oğlu X6 məxsus AA 291758 seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1994-cü il təvəllüddür. -12 saylı TSEK-nin qərarlarından görünür ki, 2008, 2015-ci il və 2016-cı il tarixlərdə X6 üçüncü dərəcəli əlillik təyin edilmişdir. - 28 noyabr 2022-ci il tarixli aktdan görünür ki, həmin akt Sumqayıt şəhəri, 42-ci məhəllə, 11 saylı yataqxanın sakinləri tərəfindən ondan ötrü tərtib edilmişdir ki, İddiaçı həqiqətən 1995-ci ildən 2002-ci ilə qədər qeyd edilən ünvanda yaşamış və oğlu X8 xəstə olduğuna görə 8 yaşına qədər ona qulluq etmişdir. -Məhkəmənin sorğusuna əsasən Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Sumqayıt İxtisaslaşdırılmış Yaşıllaşdırma Tikinti İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. - Məhkəmənin sorğusuna əsasən Cəbrayıl rayon Dövlət Arxivi tərəfindən verilmiş tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Cəbrayıl rayon K.Məmmədli adına Kolxozun Kolxozçunun əmək stajı və qazancının uçot kitabında qeyd olunan X1 əmək haqqı alması sənədinin surəti məhkəməyə göndərilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Göstərilən Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göstərilən Qanunun 8.2-ci maddəsinə görə əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddia ərizəsindən göründüyü kimi iddiaçı qanunvericiliyin yuxarıda göstərilən normasına istinad edərək sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etiş ana kimi onun yaş həddi 5 il azaldılmaqla əmək pensiyasının təyin edilməsini tələb edir. Qanunvericiliyin normasından göründüyü kimi bu normaya əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün vətəndaşın əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etməsi, azı 25 il sığorta stajına malik olması və ya əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının mövcud olması tələb olunur. Məhkəmə araşdırması zamanı iddiaçının uşağının sağlamlıq imkanları məhdud olmasını təsdiq edən sübut kimi 2008-2010-cu illər, 2015-ci il və 2016-cı ildə oğlu X7 əlillik dərəcəsinin təyin edilməsi barədə arayışları təqdim etmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1 -ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə: 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bənd. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4-cü bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5-ci bənd. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluqunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyqun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur". Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.7-ci bəndinə əsasən, şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Yuxarıda sadalanan qanunvericilik aktlarına görə şəxsin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu aidiyyəti inzibati orqanın aktı ilə müəyyən oluna bilər. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçının oğlu X6 18 yaşına çatandan sonra, yəni 2008-ci ildə xəstəliyə görə əlillik təyin edilmiş, daha sonra iddiaçı onun əlilliyinin uşaqlıqdan olması əsası ilə onu 8 yaşınadək tərbiyə etməsi ilə əlaqədar pensiya yaşının 5 il azaldılmaqla əmək pensiyasının təyin olunması ilə bağlı müraciət etmişdir. Məlum olduğu kimi, iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin olunması üçün ilk növbədə "Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinin tələbləri ödənilməlidir. Mövcud qanunvericiliyə uyğun olaraq şəxsin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu aidiyyəti inzibati orqanın aktı ilə müəyyən oluna bilər. Belə ki, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. TSEK şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Məhkəmə qeyd edir ki, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. TSEK şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu yalnız bu barədə müvafiq qiymətləndirmə aparıldıqdan sonra müvafiq qərarın (inzibati aktın) çıxarılması ilə təyin edilə bilər. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu isə üç səbəbdən yaranan həyat fəaliyyətinin məhdudlaşması zamanı təyin oluna bilər - 1) anadangəlmə, 2) xəstəlikdən və ya 3) xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar. Sözügedən qiymətləndirmə də məhz klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda dəyərləndirilməsinə əsaslanmaqla anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurların həyat fəaliyyətinin məhdudlaşmasına gətirib çıxarıb-çıxarmadığını müəyyən etməyə yönəlir. Odur ki, şəxsdə hər hansı anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurların mövcudluğu özü-özlüyündə hələ həmin şəxsin dərhal əlil və ya sonradan sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş uşaq sayılması nəticəsini doğurmur. Belə bir nəticənin yaranması üçün əlavə olaraq həmin əqli və fiziki qüsurlar həm də şəxsin həyat fəaliyyətinin məhdudlaşmasına gətirib çıxarmalıdır. Buna görə də, bir sıra tibbi sənədlərdə şəxsin anadangəlmə inkişaf qüsurlu olduğunun göstərilməsi və ya tibbi sosial ekspert komissiyasının müayinə aktının çıxarışında əlilliyin səbəbinin "anadangəlmə", “uşaqlıqdan” sözləri ilə ifadə olunması avtomatik olaraq həmin şəxslərin sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxs hesab etməyə əsas vermir. Çünki bu halda, gəlinmiş belə nəticə yuxarıda qeyd olunmuş kompleks qiymətləndirmənin nəticələrinə əsaslanmamış olur. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının uşağının da əlilliyi 18 yaşı çatandan sonra müəyyən edildiyindən yuxarıda qeyd olunan normaların məzmunu ona da şamil edilməlidir. Hazırki iş üzrə iddia tələbinin qanuni əsası olan “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinin dispozisiya şərtlərindən biri olan əlilliyi müəyyən edilmiş uşağı 8 yaşınadək tərbiyə edilməsi sübuta yetmədiyindən məhkəmə hesab edir ki, digər şərtlərin yoxlanılması, yəni iddiaçının kifayət qədər sosial sığorta stajına və ya pensiya kapitalına malik olub-olmamasının yoxlanılmasına, yəni onun 1982-1985-ci illərdə işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməsinə dair tələbə qiymət verilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-497/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-497/2023
06.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver