Məhkəmə qərarları › İş №2-1(118)-4975/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4975/2025

08.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4975/2025 08.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı “X3, xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X4 ona məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon ünvanda yerləşən 54 saylı evin, 21 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon ünvanında yerləşən 54 saylı evin 21-ci mənzili mülkiyyət hüququ ilə ona məxsusdur. X6 qardaşı X2 həyat yoldaşı, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 isə övladlarıdır.Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-82/2025 saylı qətnaməsinə əsasən qardaşı X12 ilə X6 arasında bağlanmış nikahlarına xitam verilmişdir. X3 və azyaşlı övladları xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 mülkiyyətçisi olduğu mənzildə qeydiyyatda olsalar da orada yaşamırlar. Bunu xx.xx.2025-ci il tarixli Akt və xx.xx.2025-ci il tarixli arayış təsdiq edir. X3 və azyaşlı övladları xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X4 mülkiyyətçisi olduğu mənzildə qeydiyyatda olmaları onun mənzil üzərində hüququnun həyata keçirilməsinə mane olur, əlavə xərclər çəkilməsinə səbəb olur. Onların qeydiyyatları formal xarakter daşıyır. Onların qeydiyyatdan çıxarılması üçün o cavabdehə ərizə ilə müraciət etmiş, lakin ərizəsi təmin olunmamış və ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eynuməzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli imtina məktubu, DƏDKR tərəfindən verilmiş **********86-05101-093028 reyestr nömrəli çıxarışın surəti, yaşayış yeri üzrə qeydiyyat haqqında arayış, MKS tərəfindən verilmiş akt, arayış, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-82/2025 saylı qətnaməsinin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İş materiallarından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 13-cü mikrorayon ünvanda yerləşən 54 saylı evin, 21 nömrəli mənzilin mülkiyyətçisidir. Hazırkı iddia tələbi üzrə 3-cü şəxs – X6 onun qardaşının keçmiş həyat yoldaşı, xx.xx.2010-cu il təvəllüdlü X10, xx.xx.2015-ci il təvəllüdlü X8 da onun qardaşı uşaqlarıdır və onlar qeyd olunan mənzildə formal olaraq pasport qeydiyyatındadır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-82/2025 saylı qətnaməsinə əsasən qardaşı X12 ilə X6 arasında bağlanmış nikahlarına xitam verilmiş və uşaqların ananın yanında qalmaları qət edilmişdir.Həmin şəxslər hal-hazıda qeyd edilən ünvanda yaşamırlar.Belə ki, mübahisəli mənzilə dair X3 istifadə hüququnun olması müəyyən olunmur.Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 228.1-ci maddənin tələbləri baxımından X3 mənzildə istifadə hüququnun yaranması üçün Həsən Hümbətov tərəfindən verilmiş qeydiyyata razılıq barədə ərizə daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınmalıdır. İddiaçının gəlini onun mülkiyyətinə pasport qeydiyyatına salınmasına baxmayaraq, xeyli müddətdir ki, həmin mənzildə yaşamamışdır. Belə olduğu tədqirdə üçüncü şəxsin onun mənzildə pasport qeydiyyatında qalması üçün əsas yoxdur. Məhkəmə hesab edir ki, X3 mübahisəli evdə pasport qeydiyyatda qalması iddiaçının mənzil hüquqlarının pozulmasına səbəb olur. Hazırkı iddia tələbi üzrə X1 mənzilə pasport qeydiyyatına düşməsi onun həmin mənzildə istifadə hüququnun yaranmasına əsas ola bilməz.Qeyd olunan mənzil 3-cü şəxs ilə yaxın qohum münasibətlərində olan şəxsin, yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində qeyd olunan şəxslərin (Mülki Məcəllənin 228.5-ci maddəsinin şərh edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenum qərarında həmin şəxslərin dairəsi müəyyən edilib) dairəsinə daxil olsaydı onun həmin mənzildə istifadə hüquqları yaranmış olardı. Lakin həmin şəxsin pasport qeydiyyatına düşdüyü mənzil yaxın qohumu olmayan iddiaçının mülkiyyətində olduğuna görə həmin mənzilə 3-cü şəxlərin istifadə hüququ Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaranmalı idi. Qeyd olunan Məcəllənin 228.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçinin notarial qaydada verdiyi razılıq ərizəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı vaxtdan şəxsin məzildə istifadə hüququ yaranır. İddiaçının bildirdiyinə görə qeyd olunan ərizə DƏDKR-də qeydiyyata alınmayıb. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Hazırkı iddia tələbi üzrə 14 yaşına çatmayan övladların valideynlərin daimi yaşayış yeri mübahisə predmeti olan mənzil olmadığı tədqirdə onların mənzildən pasport qeydiyyatından çıxarılması təmin edilməlidir. Ona görə də məhkəmə hesab edir ki, X6 və övladlarının mübahisəli mənzildə istifadə hüququnun olmaması səbəbindən mülkiyyətçinin iradəsinə zidd olaraq mənzildə pasport qeydiyyatında qalması yolverilməzdir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X3, xx.xx.2010-cu il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X4 İddiaçı məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon ünvanda yerləşən 54 saylı evin, 21 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X14

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar