Məhkəmə qərarları › İş №2-1(118)-4979/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4979/2025

09.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4979/2025 09.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə (X10 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: üçüncü şəxsin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının hissəvi ləğv edilməsi) GİRİŞ HİSSƏ X11-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Məhərrəmova Türkan Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə (X10 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “üçüncü şəxsin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının hissəvi ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 09 yanvar 2026-cı il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş DT və XK Qusar rayon şöbəsi tərəfindən X7 adına 8,23 ha torpaq sahpsinə dair JN-260 KOD 30101018 olan Torpağa mülkiyyət huququna dair Dövlət Aktının hissəvi, yəni onlara aid (0,4597 ha) hissədə ləğv edilməsinə barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi qəbul edilmişdir.

3. Daha sonra, iddiaçının nümayəndəsi vəv vəkili iddia tələbinə dəqiqləşmə verərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ilə əvəz olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar Rayon AİK-nin 1998-ci il 17 mart tarixli, 05/2 saylı qərarına əsasən iddiaçıya və mərhum atası X1 mülkiyyətinə Qusar rayonunun Qayakənd kəndi ərazisindən 1,20 ha pay torpaq sahəsi verilmişdir və bu barədə ləğv edilmiş DT və XK Qusar rayon şöbəsi tərəfindən verilmiş JN-0095 KOD 30101018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı işlənmişdir. Qeyd olunan dövlət aktı üzrə 1,20 ha torpaq sahəsinin hər hansı hissəsinə digər şəxsin adına dövlət aktının və ya daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilib-verilməməsi, verildiyi təqdirdə hansı əsasa görə (alqı-satqı, bağışlama, məhkəmə qətnaməsi və s.) işlənməsi barədə məlumatların (dövlət aktı, çıxarış) verilməsi barədə xx.xx.2023-cü il tarixli vəkil sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, qeyd olunan dövlət aktının 95K (0,4597 ha) hissəsinə Qusar Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2-376A saylı qətnaməsinə əsasən, ləğv edilmiş DT və XK Qusar rayon şöbəsi tərəfindən X7 adına 8,23 ha torpaq sahəsinə dair JN-260 KOD 30101018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı işlənmiş və həmin torpaq sahəsi Qusar rayon DNK-nun xx.xx.2011-ci il tarixli, 4Ə/01-86 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC-nin adına özgəninkiləşdirilmiş, xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli çıxarışa əsasən (1,6088 ha) sonuncunun mülkiyyət hüququ tanınmışdır. Sonradan yuxarıda qeyd olunan torpaq sahəsinə Azərbaycan Respublikası 2 nömrəli Bakı İqtisadi-İnzibati Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-2(82)-1179/2016 saylı icra vərəqəsinə əsasən, dövlət reyestrindən "xxxx" QSC BOKT-nın adına xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış işlənmişdir. Sonradan "xxxx" QSC BOKT-nın adına olan 1,6088 ha torpaq sahəsi X9 haqqında xx.xx.2018-ci il tarixli, 01/01 saylı protokolaq əsasən "xxxx" MMC-nin adına özgəninkiləşdirilmiş, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla "xxxx" MMC-nin mülkiyyət hüququ tanınmışdır. Qusar Rayon Məhkəməsi tərəfindən vəkil sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan isə görünür ki, Qusar Rayon Məhkəməsinin 2006-cı il üzrə arxivində mövcud olan 2- 376a/2006 saylı mülki iş mövcud deyildir. Göründüyü kimi, ləğv edilmiş DT və XK Qusar rayon şöbəsi tərəfindən iddiaçıya və ailə üzvlərinə verilmiş JN-0095 KOD 30101018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə 95K (0,4597 ha) hissəsinə digər şəxsin adma dövlət aktının işlənməsi mövcud olmayan məhkəmə qətnaməsi əsasında baş vermişdir. Ona görə də, iddiaçı ləğv edilmiş DT və XK Qusar rayon şöbəsi tərəfindən X7 adına verilmiş 8,23 ha torpaq sahəsinə dair JN-260 KOD 30101018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının bizə aid (0,4597 ha) hissədə ləğv edilməsinə dair xx.xx.2024cü il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. 5 saylı Xaçmaz Ərazi idarəsi ərizəyə verdiyi 23 aprel 2024-cü il tarixli cavab məktubu ilə göstərilmişdir ki, hüquqların dövlət qeydiyyatı ilə əlaqədar mübahisələr məhkəmə qaydasında həll edilir və həmin səbəbdən də qeyd olunan mübahisənin həlli yalnız məhkəmə qərarı əsasında mümkündür.

5. Məhkəmənin 30 may 2025-ci il tarixli, 2-1(118)-4979/2025 nömrəli qərardadı ilə iş üzrə X7 üçüncü şəxs qismində (zəruri cəlb etmə) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.

6. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, iddia ərizəsində göstərilənlərlə əlaqədar bildiririk ki, Mirzəbalayeva (Mahmudova) Gülnarə Mirzəbala qızının səlahiyyətli nümayəndəsi Vəkil Qusar rayonu Üzdənoba kəndində yerləşən 2.32 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixində daxil olmuş ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2024-cü il tarixli, 3-21-3-34/2-M-0147-8/2024 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Müraciətinizə cavab olaraq bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 2.4 maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Qusar rayonu, Qayakənd kəndində yerləşən 8.23 ha torpaq sahələrinə dair vətəndaş X7 adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən hazırlanmış JN-260 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın sizə məxsus 0.4597 ha hissəsində ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. Məlumat üçün bildiririk ki, ərizənizdə qeyd olunan torpaq sahəsi notariat qaydada təsdiqlənmiş müqavilələr əsasında digər şəxsə satılmış və sonuncunun mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Bununla da mülkiyyət hüququ hüquq sahibi tərəfindən itirilmişdir.

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasında iştirakını təmin etməmişdir.

9. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir.

II. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar:

10. JN-0095 KOD 30101018 seriyalı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Qusar rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 05/2 saylı qərarına əsasən, 1,20 ha torpaq sahəsi X2 və X3 ayrılmışdır.

11. AZ-İİ 082666 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir.

12. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-3950/2023 saylı məktubda qeyd olunur ki, “Sizin 1.20 ha torpaq sahəsinə verilmiş JN-0095 KOD 30101018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın 95K (0.4597 ha) hissəsinə dövlət reyestrindən çıxarışın hansı əsasa görə və kimin adına işlənməsi barədə ətraflı məlumatların təqdim edilməsi ilə bağlı sorğunuza Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələrinin Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsində baxılmışdır. Bildiririk ki, 1.20 ha torpaq sahəsinə verilmiş JN-0095 KOD 30101018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın 95K (0.4597 ha) hissəsinə Qusar rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2-376a/2006 saylı qətnaməsinə əsasən, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X7 adına 8.23 ha torpaq sahəsinə dair JN-260 KOD 30101018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” işlənmişdir. Qeyd edirik ki, X10 adına olan 8.23 ha torpaq sahəsini Qusar rayon dövlət notariat kontorunun xx.xx.2011-ci il tarixli, 4Ə/01-86 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin adına özgəninkiləşdirmiş, xx.xx.2011 -ci il tarixli, ********** qeydiyyat nömrəli, **********92 reeystr nömrəli çıxarışla (1.6088 ha) "xxxx" MMC-nin mülkiyyət hüququ tanınmışdır. Sonradan yuxarıda qeyd olunan torpaq sahəsinə Azərbaycan Respublikası 2 nömrəli Bakı İqtisadi-İnzibati Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-2(82)-1179/2016 saylı icra vərəqəsinə əsasən dövlət reyestrindən "xxxx" QSC BOKT-nın adına xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış işlənmişdir. Əlavə olaraq bildiriik ki, "xxxx" QSC BOKT-nın adına olan 1.6088 ha torpaq sahəsi X9 haqqında xx.xx.2018-ci il tarixli, 01/01 saylı protokoluna əsasən "xxxx" MMC-nin adına özgəninkiləşdirilmiş, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla "xxxx" MMC-nin mülkiyyət hüququ tanınmışdır.”.

13. Məhkəmənin sorğusuna əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21- 3-34/2-7582/2025 nömrəli məktubdan görünür ki, X7 adına verilmiş JN-260 saylı, Kod 30101018 nömrəli “Torpağın mülkiyyət hüququna dair dövlət aktı” nın surəti məhkəməyə təqdim edilmişdir: JN-0260 KOD 30101018 seriyalı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Qusar Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2-376a/2006 saylı qətnaməsinə əsasən, Qusar rayonu, Qayakənd kəndi ərazisindən 8,23 ha torpaq sahəsi X8 ayrılmışdır.

14. Məhkəmənin sorğusuna əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21- 3-34/2-12369/2025 və 3-21-3-34/2-12264/2025 nömrəli məktublardan görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin şöbələri tərəfindən verilmiş Dövlət aktlarının, şəhadətnamələrin, Torpaq sahəsinin planı ölçüsünün verilməsinə əsas olan sənədlər 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilməmişdir. JN-0095 nömrəli dövlət aktının surəti məhkəməyə təqdim edilmişdir.

15. Məhkəmənin sorğusuna əsasən, Qusar Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2025-ci il tarixdə Qusar Rayon Məhkəməsinə daxil olmuş xx.xx.2025-ci il tarixli №2-1(118)-4979/2025 nömrəli sorğunuza əsasən, araşdırılma aparılmış və müəyyən edilmişdir ki, Qusar Rayon Məhkəməsinin 2006-cı il üzrə arxivinin, həmçinin statistik kartoçkalarının qeydiyyatında 2-376a/2006 saylı iş mövcud deyildir. Bu səbəbdən, həmin iş üzrə hər hansı bir sənədin verilməsi qeyri-mümkündür.

ƏSASLANDİRMA HİSSƏSİ

III. İddianın növü və mümkünlüyü

16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

18. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

19. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur.

20. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

21. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur.

IV. Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Konstitusiyasının: 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

23. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. İlk öncə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınmasının məqsədi həmin əmlak üzərində olan hüquqların dövlət tərəfindən tanınmasıdır. Qeydiyyat orqanının vəzifəli şəxsləri Qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qeydə alınacaq hüquqlarının dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmasının müəyyən edilməsi məqsədi ilə qeydiyyat orqanın vəzifəli şəxsləri tərəfindən daxili təlimatın tələblərinə əsasən müvafiq araşdırmalar aparmaq səlahiyətləri var. Təqdim edilmiş sənədlərin həqiqiliyində şübhələr olduğu tədqirdə hüquqların qeydə alınması proseduru dayandırılaraq həmin şübhəli halın aradan qaldırılması üşün tədbirlər görülür, şübhələr aradan qaldırılmadığı tədqirdə hüquqların dövlət reyesterində qeydiyyata alınmasından imtina olunur.

25. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 67-ci maddəsinin 1-ci bəndinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 7.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 7.2-ci maddəsinə əsasən, “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına təqdim olunmalıdır. 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 11.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. 14.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat bir ay müddətinə dayandırıla bilər. 14.4-cü maddəsinə əsasən, qeydiyyata təqdim olunmuş sənədlərin saxta olması təsdiqlənərsə, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə ərizəçiyə bildirməli və ərizə jurnalında müvafiq qeydlər etməlidir. 15.1.6-cı maddəsinə əsasən, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. 16.3-cü maddəsinə əsasən, əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.

27. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalar”ın 1-ci bəndinə əsasən, dövlət reyestrinin aparılması dedikdə, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqları, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsi, onlara xitam verilməsi barədə məlumatların dövlət reyestrinə daxil edilməsi başa düşülür. 19-cu bəndinə əsasən, daşınmaz əmlak obyektinin ünvanı barədə məlumatlar İ fəslin “Ünvan (olduğu yer)” qrafasına daxil edilir. Bu məqsədlə daşınmaz əmlak obyektinin poçt ünvanı və həmin əmlakın harada olduğunu dəqiq müəyyən etmək üçün istifadə oluna biləcək digər məlumatlar qeyd edilir. 45-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə uyğun olaraq, qeydiyyat orqanına təqdim edilmiş əvvəl yaranmış hüquqlar barədə məlumatlar bu Qaydalarla nəzərdə tutulmuş qaydada dövlət reyestrinə daxil edilir.

28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

V. Məhkəmənin mövqeyi

29. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

30. Məhkəmə tərəfindən müəyyən edildi ki, Qusar Rayon AİK-nin 1998-ci il 17 mart tarixli, 05/2 saylı qərarına əsasən, iddiaçıya və mərhum atası X1 mülkiyyətinə Qusar rayonunun Qayakənd kəndi ərazisindən 1,20 ha pay torpaq sahəsi verilmişdir və bu barədə ləğv edilmiş DT və XK Qusar rayon şöbəsi tərəfindən verilmiş JN-0095 KOD 30101018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı işlənmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, qeyd olunan dövlət aktının 95K (0,4597 ha) hissəsinə Qusar Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2-376A saylı qətnaməsinə əsasən ləğv edilmiş DT və XK Qusar rayon şöbəsi tərəfindən X7 adına 8,23 ha torpaq sahəsinə dair JN-260 KOD 30101018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı işlənmiş və həmin torpaq sahəsi Qusar rayon DNK-nun xx.xx.2011-ci il tarixli, 4Ə/01-86 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin adına özgəninkiləşdirilmiş, xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli çıxarışa əsasən (1,6088 ha), sonuncunun mülkiyyət hüququ tanınmışdır. Sonradan yuxarıda qeyd olunan torpaq sahəsinə Azərbaycan Respublikası 2 nömrəli Bakı İqtisadi- İnzibati Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-2(82)-1179/2016 saylı icra vərəqəsinə əsasən, dövlət reyestrindən "xxxx" QSC BOKT-nın adına xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış işlənmişdir. Sonradan "xxxx" QSC BOKT-nın adına olan 1,6088 ha torpaq sahəsi X9 haqqında xx.xx.2018-ci il tarixli, 01/01 saylı protokolaq əsasən, "xxxx" MMC-nin adına özgəninkiləşdirilmiş, xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla "xxxx" MMC-nin mülkiyyət hüququ tanınmışdır. Qusar Rayon Məhkəməsi tərəfindən vəkil sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan isə görünür ki, Qusar Rayon Məhkəməsinin 2006-cı il üzrə arxivində mövcud olan 2-376a/2006 saylı mülki iş mövcud deyildir.

31. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-34/2-7582/2025 nömrəli məktuba əsasən, X7 adına verilmiş JN-260 saylı,Kod 30101018 nömrəli “Torpağın mülkiyyət hüququna dair dövlət aktı”nın surəti məhkəməyə təqdim edilmişdir: JN-0260 KOD 30101018 seriyalı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Qusar Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2-376a/2006 saylı qətnaməsinə əsasən, Qusar rayonu, Qayakənd kəndi ərazisindən 8,23 ha torpaq sahəsi X8 ayrılmışdır.

32. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-34/2-12369/2025 və 3-21-3-34/2- 12264/2025 nömrəli məktublara əsasən, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin şöbələri tərəfindən verilmiş Dövlət aktlarının, şəhadətnamələrin, Torpaq sahəsinin planı ölçüsünün verilməsinə əsas olan sənədlər 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilməmişdir. JN-0095 nömrəli dövlət aktının surəti məhkəməyə təqdim edilmişdir. JN-0095 KOD 30101018 seriyalı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Qusar rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 05/2 saylı qərarına əsasən, 1,20 ha torpaq sahəsi X2 və X3 ayrılmışdır.

33. Məhkəmə sorğusuna cavab olaraq, Qusar Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktuba əsasən, sorğuya əsasən araşdırılma aparılmış və müəyyən edilmişdir ki, Qusar Rayon Məhkəməsinin 2006-cı il üzrə arxivinin, həmçinin statistik kartoçkalarının qeydiyyatında 2-376a/2006 saylı iş mövcud deyildir. Bu səbəbdən həmin iş üzrə hər hansı bir sənədin verilməsi qeyri-mümkündür.

34. Beləliklə, məhkəmə araşdırması zamanı sözügedən dövlət aktının verilməsinə əsas olmuş məhkəmə qətnaməsinin mövcudluğu müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisələndirilən dövlət aktının verilməsinə əsas olmuş qətnamənin mövcud olmaması, ümumiyyətlə həmin dövlət aktının hər hansı bir hüquqmüəyyənedici sənəd olmadan verilməsi qənaətinə gəlməyə əsas verir. Bu hal da qeyd olunan dövlət aktının ləğv edilməsi üçün əsasdır.

35. Məhkəmə hesab edir ki, hüquqların dövlət qeydiyyatını aparan orqan əsassız qeydiyyat apararaq, iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.

36. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən isə hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

37. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006cı il 29 mart tarixli Qərarı, § 93).

38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

NƏTİCƏVİ HİSSƏ

39. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 52, 58.7, 68, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. 28 aprel 2006-cı il tarixli “Torpağa mülkiyyət hüququna dair” JN-260 KOD 30101018 nömrəli X7 adına verilmiş dövlət aktının JN-0095 KOD ********* nömrəli dövlət aktına əsasən, iddiaçıya məxsus 0,4597 ha hissəsində ləğv edilməsi və həmin dövlət aktı əsasında X7 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X11-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar