Məhkəmə qərarları › İş №2-1(118)-498/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-498/2020

20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-498/2020 20.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin HakimiQuliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “iddiaçının Qarabağ müharibəsi əlili imtiyazı əsasında yaşayış sahəsinə ehtiyacı olan qismində yaşayış yeri üzrə xx.xx.2014-cü ildən növbəyə alınması öhdəliyinin cavabdeh təşkilatın üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibatiMəhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Şükürov X4 müharibəsi əlili imtiyazı əsasında yaşayış sahəsinə ehtiyacı olan qismində yaşayış yeri üzrə xx.xx.2014-cü ildən növbəyə alınması üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki,iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Həmin döyüşlərdə aldığı zədənin nəticəsində İİ qrup Qarabağ əlili olmuşdur. Hal-hazırda iddiaçı İİ qrup Qarabağ əlili kimi Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Özünün heç bir yaşayış sahəsi yoxdur. Uzun illərdən bəridir ki, Sumqayıt şəhərində kirayəçi kimi yaşayır. Ancaq yaşayış hüququ olmayan yaşayışçı kimi yuxarıda qeyd etdiyi ünvanda qohumunun mənzilində qeydiyyatdadır. Onun Qarabağ müharibəsi əlili imtiyazı əsasında, yaşayış yeri üzrə mənzil növbəliyinə alınmağı barədə xx.xx.2014-cü ildə etdiyi müraciətə müsbət cavab ala bilmədiyi halda təkrarən 2017-ci ildə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh təşkilat iddiaçını 2017-ci ildən mənzil növbəliyinə qeydiyyata almışdır. İddiaçı isə onlardan yazılı və şifahi soranda ki, nə üçün onu 2014-cü ildən mənzil növbəsinə almaçışlar, bu halda Şəhər İcra Hakimiyyəti tərəfindən verilən xx.xx.2019-cu il tarixli cavab məktubunda göstərilmişdir ki, son 5 il Sumqayıt şəhərində daim qeydiyyatı olmadığı üçün, iddiaçını 2014-cü ildən Mənzil növbəsinə almayıblar. Halbuki iddiaçı 1990-91-ci illərdən Sumqayıt şəhərində qeydiyyatdadır. Bu haqda son 5 ildən artıq Sumqayıt şəhərində daim qeydiyyatda olmağı barədə cavabdeh təşkilata təqdim etdiyi xx.xx.2019-cu il tarixli 2698 nömrəli arayışda da öz əksini tapmışdır. Arayışda qeyd edilən mənzilin hər ikisi qohumunun olduğu üçün, orada yaşayış sahəsinə hüququ olmayan şəxs kimi qeydiyyatdadır. Qarşı tərəf müraciətinə mənfi cavab vermədiyini onunla əsaslandırır ki, Sumqayıt şəhərində 5 il daim qeydiyyat müddəti tamam olmadığı zamanda hüquqi əsasların müəyyən edilməsi üçün, müvafiq sənədlərin tam tərkibdə təqdim edilməməsini göstərmişdir. Halbuki, xx.xx.2014-cü ildə iddiaçıya deyilən bütün sənədləri qarşı tərəfə təqdim etmişdir. Beləliklə, iddiaçının Qarabağ müharibəsi əlili imtiyazı əsasında yaşayış sahəsinə ehtiyacı olan qismində xx.xx.2014-cü ildən uçota alınmadığı üçün hüquqi əsası Məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş və iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, izahatında bildirmişdir ki, İddiaçı ərizəsi və tərəfindən təqdim edilmiş sənədlər əsasında,“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlililərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə və Mənzil Məcəlləsinin 50, 51-ci maddələrinin tələblərinə uyğun olaraq şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 226 saylı sərəncamı ilə, 2-ci qrup Qarabağ müharibəsi əlili kimi yaşayış yeri üzrə mənzil uçotuna alınmışdır. İddiaçı 2014-cü ildə tələb olunan sənədləri ilə müraciət etsə idi növbəyə alına bilərdi. Həmin dövrlərdə müraciəti ilə bağlı sənədlər yoxdur. Lakin indi 2014 cü ildən qeydiyyata almaq səlahiyyətləri yoxdur. Sonda cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün iddia olsada, mahiyəti baxımından əsaslı deyil. Belə ki, Mənzil məcəlləsinin 48.1-ci maddəsinə əsasən, Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Həmin məcəllənin 51.2-ci maddəsinə əsasən, Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin məcəllənin 51.4-cü maddəsinə əsasən, Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Həmin məcəllənin 53-cü maddəsinə əsasən, bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya yol verilir. İddiaçı 2014-cü idən mənzil növbəsinə alınmasını istəyir. Həmin vaxtı inzibati orqana müraciət etdiyini bildirir. Lakin iddiaçı həmin vaxt cavabdehin hərəkətlərini mübahisələndirməmiş, sonradan iddiaçı tərəfindən 2017-ci ildə təqdim edilmiş sənədlər əsasında 2-ci qrup Qarabağ müharibəsi əlili kimi yaşayış yeri üzrə mənzil növbəsinə alınmışdır. İddiaçının təkrar 2014cü ildən mənzil növbəsinə alınması ilə bağlı müraciətinə isə cavabdeh inzibati orqan xx.xx.2019-cu il tarixli cavab məktubu ilə imtina vermişdir. Məhkəmə hesab edir ki, iddiaçının 2014-cü ildə mənzil növbəsinə alınması hüququ olsa belə, o həmin vaxt öz hüququndan qanunvericiliyin tələblərinə uyğun tələb etməmiş, məhkəm qaydasında hüquqi müdafiyə vasitələrindən istifadə etməmişdir. 2017-ci ildə mənzil növbəsinə alınmaqla razılaşsada, 2019-cu ildə təkrar inzibati orqana 2014-cü ildən mənzil növbəsinə alınmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı artıq mənzil növbəsində olduğuna görə hazırki tələbinin təmin edilməsi digər mənzil növbəsində olan şəxslərin hüquqlarının pozulmasına səbəb olacaqdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar