Məhkəmə qərarları › İş №2-1(118)-498/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-498/2021

21.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-498/2021 21.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt İnzibati Məhkəməsinin hakimi Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi ilə, X2 Mehralı qızının katibliyi ilə İddiaçı, cavabdehin nümayəndəsi X1 ştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X6 Şəxs 2 saylı regional ərazi filialına qarşı “mərhum həyat yoldaşı İsayev Eyvaz Oruc oğlunun xx xxxx 1976-cı il tarixdən xx xxxxxx 1997-ci il tarixə kimi işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və xx.xx.2016-cı ildən ona ailə başçısını itirməsinə görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçının iddia tələbi Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2- 1(118)-136 /2020 saylı qərarı ilə təçmin edilmişdir. Həmin qərardadn narazı qalan cavabdeh təşkilat apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2- 1(105)-297/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilmişdir. Qeyd olunan qərarın ləğv edilməsinə səbəb kimi birinci instansiya məhkəməsi tərəfindən iddia tələbindən kənara çıxması göstərilmiş və iddia tələbinə yenidən baxılması məqsədi ilə inzibati iş məhkəməyə geri qaytarılmışdır. Məhkəmədə iddia tələbinə yenidən baxılarkən iddiaçıdan iddia tələbinə dəqiqləşdirmə alınmış və iddia tələbinin yekun tələbinin “iddiaçının mərhum həyat yoldaşı İsayev Eyvaz Oruc oğlunun xx xxxx 1976-cı il tarixdən xx xxxxxx 1997-ci il tarixə kimi işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və xx.xx.2016-cı ildən ailə başçısını itirməsinə görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”ndan ibarət olması müəyyən olunmuşdur. İddiaçı məhkəmədə izahat verərək, bildirmişdir ki, ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Həmin orqanın **********1 saylı, xx xxxx 2019-cu il tarixli məktubu ilə müraciətinin təmin edilməsindən imtina edilmişdir. Buna səbəb kimi mərhum İsayev Eyvaz Oruc oğlunun iş stajının əmək kitabçasında öz əksini tapmaması göstərilmişdir. İsayev Eyvaz Oruc oğlu ilə xx xxxxx 1978-ci il tarixdə rəsmi qaydada evlənmiş və xx xxxxx 2011-ci il tarixdə Eyvaz İsayev vəfat etmişdir. Hal hazırda yaş həddi imkan verdiyi üçün pensiyaya çıxmağa hazırlaşır. Lakin mərhum həyat yoldaşının işlədiyi dövürlər əmək kitabçasında qeyd olunmadığına görə bunu etmək mümkün olmur. Ona görə də öz pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh təşkilatın məhkəmədə iştrak edən nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddiaçının mərhum həyat yoldaşının Quba sovxozunda işlədiyi dövrlər onun əmək kitabçasında öz əksini tapmayıb. Quba arxivindən tədim edilən arayışlar əsasında aparılmış hesablar əsasında mərhumun əmək stajı 23 il təşkil edir, lakin həmin müddət əmək kitabçasnda qeyd olunmadığından iddiaçıya ailə başçısının itirməsinə görə pensiya təyin edilməsi mümkün deyil. Qanunvericiliyin tələbləri baxımından İddiaçı ailə başçısını itirməsinə görə pensiya təyin edilməsi üçün mərhum ərinin 13 il 4 ay əmək stajının olması tələb olunur. Qeyd olunanlara əsasən cavabdeh təşkilatın nümayəndəsi iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilən sənədlər: Azərbaycan Respublikası Dövlət X4 xx.xx.2021-ci il tarixli, 385 saylı Arxiv Çıxarışından və xx.xx.2021-ci il tarixli, 386 saylı Arxiv Arayışından görünür ki, İsayev Eyvaz Oruc oğlu 1976-cı ilin iyun ayından 1997-ci ilin dekabr ayına kimi Quba sovxoz– texnikumunda və Quba İxtisaslaşdırılmış 2 nömrəli avtomobil müəssisəsində işləmiş və əmək haqqı almışdır. Məhkəməyə yuxarıda adı qeyd olunan sənədlər təqdim edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümükünlüyü ilə bağlı qeyd edir ki, iddiaçı ona ailə başçısını itirməyə görə pensiya təyinatı aparılmasını istəyir. Bununla bağlı cavabdeh nzibati orqanın imtinası vardır. İmtinanaın səbəbini İddiaçı mərhum həyat yoldaşı İsayev Eyvaz Oruc oğlunun iş stajının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında öz əksini tapmaması əsası təşkil edir. İddiaçı iradəsi mərhum ərinin arxiv arayışları ilə təsdiq edilən işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması və ona ailə başçısını itirməyə görə pensiya təyin edilməsinə yönəlmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilmir. Belə ki, qüvvədə olan qanunvericilik müəyyən hallarda vətəndaşların əmək pensiyası təminatı hüququnu tanımaqla bu hüququn gerçəkləşdirilməsi üçün həmin şəxslərə müxtəlif növ əmək pensiyası, o cümlədən yaşa, əlilliyə, ailə başçısının itirildiyinə görə əmək pensiyasının verilməsinin şərtlərini müəyyənləşdirir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iş stajının əmək kitabçasına əsasən hesablanmalı olmasını səbəb gətirərək Azərbaycan Respublikası Dövlət X4 xx.xx.2021-ci il tarixli, 385 saylı Arxiv Çıxarışında və xx.xx.2021-ci il tarixli, 386 saylı Arxiv Arayında qeyd olunan dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmasından imtinası qanuna uyğun deyildir. Belə ki, həmin arxiv arayışında iddiaçının mərhum həyat yoldaşının qeyd olunan dövrlərdə işləməsi öz təsdiqini tapmışdır. Vətəndaşın iş stajının müəyyən olunmasında müvafiq arayışın nəzərə alınmamasını məhkəmə yuxarıda qeyd olunan konstitusion hüququn pozulması kimi qiymətləndirir və bu qənaətə gəlir ki, həmin arayışda qeyd olunan dövrlər iddiaçıya ailə başçısını itirməyə görə pensiyanın hesablanması zamanı sosial sığorta stajı kimi nəzərə alınmalıdır. İş materiallarından görsənir ki, iddiaçıya ailə başçısının itirilməsinə görə pensiya təyinatının aparılmasından imtinanaın səbəbi, onun mərhum ərinin arxiv arayışları ilə təsdiq edilən iş stajının əmək kitabçasında qeyd edilməməsi əsası olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, arxiv arayışında və əmək haqqə cədvəlində göstərilən müəssisələrdə işlədiyinə görə İsayev Eyvaz Oruc oğlunun əmək stajı 22 ildən çox təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının ümumilikdə sığorta stajı 13 il 4 aydan az olmamaq şərtilə sığorta stajı olduğu üçün, hesab olunur ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlü İddiaçı ailə başçısının itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur. Nəzərə alınmalıdır ki, mərhum İsayev Eyvaz Oruc oğlu vəfat etdiyi vaxt, yəni xx.xx.2011-ci ildə “Əmək Pensiyaları haqqında” Qanunun qüvvədə olan 17-ci maddəsinin redaksiyasına əsasən tələb olunan sığorta stajı 13 il 04 ay təşkil edirdi. Hal-hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 14.1.2-ci maddəsinə əsasən ata,ana,ər,arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa onun pensiya hüququ yaranır. Yaş həddinə gəlincə isə məhkəmə qeyd etməyi zəruri bilir ki, İsayev Eyvaz Oruc oğlunun xx.xx.2011-ci ildə vəfat etməsinin nəzərə alaraq, hazır ki, iddia tələbi üzrə “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci ilin iyul ayınadək qüvvədə olan 7-ci maddənin tələblərinə görə qadınlar üçün yaş həddi 57 yaş müəyyən edildiyinə görə xx.xx.1958-ci ildə təvəllüdlü İddiaçı pensiyaya çıxma hüququ 2016-cı ilin 09 fevral tarixindən etibarən yaranmış olur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 03 saylı xx xxxxxxx 2020-ci il tarixli Qərardadında qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1- 1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Ali Məhkəmənin İnizbati Kolleqiyasının 03 saylı xx xxxxxxx 2020-cil il tarixli qərardadında göstərdiyi tövsiyyələrini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçının ailə başçısını itirdiyinə görə pensiya hüququnun xx.xx.2016-cı ildən yaranmasına baxmayaraq, pensiya təyin edilməsi üçün cavabdeh təşkilata xx xxxx 2019-cu idə müraciət etməsi səbəbindən ona qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən pensiya təyin edilməsi üçün cavabdehə müraciət etdiyi tarixdən son üç il üçün pensiya təyin edilməlidir. Belə ki, iddiaçı ona pensiya təyin edilməsi üçün müraciət etdiyi xx.xx.2019-cu il tarixdə qüvvədə olan “Əmək Pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu səbəbdən də iddiaçıya onun pensiya təyin edilməsi üçün müraciət etdiyi xx.xx.2019-cu il tarixdən 3 il əvvəlki tarixdən, yəni xx.xx.2016-cı il tarixdən ailə başçısının itirdiyinə görə pensiyası təyin edilərək ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx xxxx 1976-cı il tarixdən xx xxxxxx 1997-ci il tarixə kimi işlədiyi dövrlər İsayev Eyvaz Oruc oğlunun sosial sığorta stajına daxil edilməsi və xx.xx.2016-cı ildən etibarən İddiaçı ailə başçısının itirməsinə görə pensiya təyin edilməsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X6 Şəxs 2 saylı regional ərazi filialının üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx xxxx 1976-cı il tarixdən xx xxxxxx 1997-ci il tarixə kimi işlədiyi dövrləri İsayev Eyvaz Oruc oğlunun sosial sığorta stajına daxil edilməsi və xx.xx.2016-cı ildən İddiaçı ailə başçısının itirməsinə görə pensiya təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X6 Şəxsin 2 saylı regional ərazi filialının üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar