Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4983/2025 22.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı ASC "xxxx" MMC-nin cavabdeh X8 Xidmətinin Abşeron-Xızı regional şöbəsinə qarşı “Sumqayıt Abşeron Xızı X8 Xidmətinin 22 yanvar 2025-ci il tarixli ******* saylı Qərardad və 22 yanvar 2025-ci il tarixli ******* saylı Qərarının ləğv edilməsi və ödənilmiş məbləğin geri qaytarılması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC "xxxx" MMC yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Əmək X2 tərəfindən "xxxx" MMC-nin 22 yanvar 2025-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə İnzibati Xəta törətməyə görə M№ ******* saylı Protokol tərtib etmişlər. Həmin tarixdə İnzibati Xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə M№ ******* saylı Qərardad qəbul etmişlər. Digər ikinci 22 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə "xxxx" MMC-nin direktoru X4 İnzibati Xəta törətməyə görə M№ ******* saylı Protokol tərtib etmişlər. 31 yanvar 2025-ci il tarixdə M№ ******* saylı Qərar qəbul etmişlər. Həmin materiallar 05 fevral 2025-ci il tarixdə icrata qəbul edilmişdir. Mübahisələndirilən iddia ilə bağlı Sumqayıt şəhər Məhkəməsində iddia qaldırılmış şəhər məhkəməsi xx.xx.2025-ci il tarixdə MPM-nin 152.1.3-cü maddəsi ilə geri qaytarma haqqında Qərardad qəbul etmişlər. Onun üçün də İnzibati Məhkəməyə müraciət etməli olmuşdur. Hər iki İnzibati Xətalar haqqında Protokol qanunsuz və əsassızdır. Belə ki, X3 və X6 hər ikisi “Dost (Dayanıqlı Operativ Sosial Agentliyi) İş Mərkəzi” MMC tərəfindən işə qəbul edilmişlər. Qarşılıqlı öhdəliklər əsasında onlarla əmək müqaviləsi bağlanmışdır. Əmək Məcəlləsinin 48-ci maddəsinin 1-ci bəndində deyilir ki, Əmək Müqaviləsi bağlanarkən işçi Əmək Kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi və Dövlət Sosial Sığorta Şəhadətnaməsini təqdim edir. Həmin şəxslər işə qəbul olunan zaman “X16” MMC-yə təqdim etmişlər. İşçi qüvvəsinin təmin edilməsinə dair İddiaçı ASC-nin Sumqayıt YGEŞ” MMC ilə “X16” MMC arasında 12 dekabr ,020-ci il tarixdə saziş imzalanmışdır. Həmin sazişdə “X16” MMC-nin təhkim etdiyi işçilərin "xxxx" MMC tərəfindən işə davamiyyətlərinə nəzarət və Təhlükəsizlik Qaydalarına riayət olunması, vaxtlı-vaxtında işə gəlmələrinə nəzarət olunması sazişdə öz əksini tapmışdır. İşə götürülmə, işdən azad edilmə, məzuniyyətin verilməsi, əmək haqqının ödənilməsi, əmək müqaviləsinə xitam verilməsi bir mənalı şəkildə “X16” MMC tərəfindən icra edilir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 2-ci bəndinə əsasən Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir (1) iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndində İşəgötürən əmək şəraitinin şərtlərini dəyişməzdən azı bir (1) ay əvvəl işçini yazılı məlumat və ya əmr ilə xəbərdar etməlidir. X1 və X5 və eyni zamanda "xxxx" MMC-yə məlumat verilməyib. “X16” MMC tərəfindən 05 noyabr 2024-cü il tarixdə işdən azad etmişlər. 30 noyabr 2024-cü il tarixdə həmin işçilərin iş tabelini “X16” MMC-yə təqdim edəndə bildirildi ki, həmin şəxslər işdən kənarlaşdırılıb. İşlədikləri günləri ödəməkdən imtina etmişlər. Əmək Məcəlləsinin 87-ci maddəsinin 3-cü bəndində göstərilir ki, işdən çıxan işçilərə əmək kitabçası, əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Əgər 05 noyabr 2024-cü il tarixində işdən çıxarmısınızsa Əmək Kitabçası nəyə görə təqdim edilməyib. İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinin 9.1 bəndində İnzibati Xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni İnzibati Xətaların xarakterinə, onun törədilməsi hallarına və İnzibati Xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. X3 və X6 işlədikləri müddətin əmək haqlarını tələb etdikdə “X16” MMC ödəməkdən imtina etmişlər. Öz təqsirlərini "xxxx" MMC-də görürlər. Öz təşkilatları tərəfindən əmək müfəttişliyinə göstəriş verərək İnzibati Xətalar Məcəlləsinin 192.1 bəndi ilə Qərar qəbul etmişlər. Bir daha təkrarən bildirirəm ki, həmin protokol “X16” MMC-yə tətbiq edilsə daha obyektiv olardı. İnzibati aktın qəbul edilməsinin qanuna müvafiq olmadığına və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğuna görə "xxxx" MMC-nin direktoru tərəfindən səhvən ödənilmiş üç min (3000) AZN məbləğin geri qaytarılması təmin edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddiaçının etirazı inzibati xəta haqqında iş üzrə icraatın aparılması ilə bağlıdır. Hüquq münasibətinin xarakteri ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı yuxarıda qeyd olunan tələbi cavabdeh inzibati orqana qarşı irəli sürsə də, cavabdeh orqan ilə hazırkı iddiaçı arasında hər hansı inzibati münasibət yaranmamışdır. Belə olanda halda tərəflər arasında hər hansı inzibati mübahisə də mövcud deyildir. Belə ki, iddia ərizəsində göstərilən hallar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində təsbit edilmiş inzibati xəta haqqında iş üzrə icraatın aparılması ilə əlaqədardır. Qeyd edilən halların araşdırılması, inzibati xəta törətmiş şəxsin aşkar edilməsi və onun inzibati məsuliyyətə cəlb edilməsi inzibati icraatda səlahiyyətli orqanın (hazırkı iş üzrə cavabdehin) inzibati xətalara dair işlər üzrə icraat sahəsindəki fəaliyyət sferasına daxildir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarına əsasən: Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən qərarının sonuncu bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: Maddə 22. İnzibati tənbeh növləri 22.1. İnzibati tənbeh növləri aşağıdakılardır: .... 22.1.2. inzibati cərimə Azərbaycan Respublikasının İnzibati İcraat haqqında Qanununa əsasən: Maddə 3.2.2. Bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 7.2-ci bəndində qeyd edilmişdir ki, “Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun.” Qərarın 15-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalı və iddiaçının ümumi məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İddiaçıya izah olunsun ki, aidiyyəti üzrə səlahiyyətli ümumi (rayon (şəhər) məhkəməsi) məhkəməyə müraciət edə bilər. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-4983/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4983/2025
22.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver