Məhkəmə qərarları › İş №2-1(118)-5/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-5/2021

15.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-5/2021 15.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiəsi Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialına qarşı “əmək qabiliyyətli olmamaq vərəqlərinə əsasən ödənilməmiş, 8 ay üçün hesablanmış 2392 manat məbləğində müavinətin, eləcə də cavabdehin öhdəliyini pozması nəticəsində dəymiş zərərin əvəzi kimi 2000 manat pulun, ümumilikdə, 4392 manat pulun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiəsi Fondunun Sumqayıt şəhər Şöbəsinə qarşı “əmək qabiliyyətli olmamaq vərəqlərinə əsasən ödənilməmiş, 8 ay üçün hesablanmış 2392 manat məbləğində müavinətin, eləcə də cavabdehin öhdəliyini pozması nəticəsində dəymiş zərərin əvəzi kimi 2000 manat pulun, ümumilikdə, 4392 manat pulun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə cavabdeh Dövlət Sosial Müdafiəsi Fondunun Sumqayıt şəhər Şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2014-cü il tarixdə “xxxx” Birgə Müəssiəsinin 6-cı dərəcəli konstruksiya quraşdırıcı peşəsinə qəbul edilmiş, uzun müddət “xxxx” Birgə Müəssisəsində quraşdırıcı peşəsində çalışmışdır. xx xxxxxxx 2014-cü ildə müəyyən fasilədən sonra yenidən bu şirkətdə işləməyə başlamış, bu vaxta qədər 2013-cü ilin avqust ayından başlayaraq fevral ayına qədər “xxxx”xxxx“Hidro- Lotus MMCdə aylıq 346 manat əmək haqqı ilə çalışmışdır. Şahdəniz-2 yatağında 087 saylı layihənin icrasının gerçəkləşdirilməsi üçün metal konstruksiya quraşdırılarkən xx.xx.2014-cü il tarixində saat 16:00 radələrində iş yerində çay fasiləsinə çıxmış, həmin vaxt digər işçilərlə birlikdə layihənin icrası üzrə cavabdeh şəxslər tərəfindən texniki təhlükəsizlik qaydalarının kobud şəkildə pozularaq işçilərin hər gün çay fasiləsi zamanı getdiyi yerə metal konstruksiya yerləşdirildiyini görmüşlər.Həmin vaxt metal konstruksiyanın çəkisi 1600 kq olan bir qolu aşıb və həmin metal konstruksiyanın bir qolunun altında qalmışdır. Bundan sonra onu “xxxx” Birgə Müəssiəsinin balansında olan təcili yardım avtomobilinə qoyub Mərkəzi Neftçilər xəstəxanasına aparmışlar və sol bud sümüyünün qəlpəli yerdəyişən açıq sınığı, sol 5-ci və 6-cı qabırğalarının sınığı, sağ 5-ci və 6-cı qabırğaların sınığı, sağ almacıq burun sümüklərinin sınığı, bud nahiyəsinin sıyrığı diaqnozu ilə xəstəxananın cərrahiyyə şöbəsinə qəbul etmişlər. Aldığı zədələrə görə 8 (səkkiz) gün stasionar, 8 (səkkiz) ay isə ambulator şəraitdə müalicə olunmuşdur. Bu müddət (8 ay 16 günlük müalicə dövründə) ərzində ona əmək qabiliyyətli olmamaq vərəqələrinə əsasən ayda 130 manatdan başlamaqla müxtəlif məbləğlərdə olmaqla müavinət ödənilmişdir. Halbuki, əmək qabiliyyətli olmamaq vərəqələrinə əsasən ona xəsarət almamışdan öncəki 12 aylıq qazancının 100 faizi həcmində müavinət ödənilməli idi. Göründüyü kimi cavabdeh üzərinə düşən öhdəlikləri icra etməmiş, normativ aktların tələblərini pozmuşdur. Cavabdehə qalıq müavinətin ödənilməsi ilə bağlı sonuncu dəfə 2018-ci ilin iyun ayında rəsmi müraciət etmiş, cavabdeh tərəfindən müraciəti əsassız olaraq araşdırılması üçün DSMF-nin İri sığortaedənlərlə iş İdarəsinə göndərilmiş, buna dair məktubu xx xxxx 2018-ci ildə əldə etmişdir. Sonuncu tərəfindən də ona ödənilmiş müavinətlərin məbləğləri qeyd edilmişdir. Həmin cavabdan da görünür ki, ona çox cüzi məbləğdə müavinət ödənilmiş, həmin müavinət onun aylıq əmək haqqına ümumiyyətlə uyğun gəlmir. Ödənilmiş müavinət heç sonuncu iş yerindən öncə işlədiyi iş yerindəki əmək haqqına da uyğun gəlmir. AR-sı NKnin xx xxxxxxxx 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 28-ci maddəsində qeyd olunur ki, müavinətin hesablanması zamanı işçinin qazancı nəzərə alınmalıdır, qazanc isə işçinin əməkhaqqı kimi başa düşülür. Həmin müddəada qeyd olunur ki, müavinət hesablanarkən işçinin əmək qabiliyyətini itirdiyi gündən əvvəlki son 12 tam ay ərzindəki qazancı nəzərə alınmalıdır, bu eyni zamanda, İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında AR-sı NK-nin x xxxxxx 2003-cü il tarixli qərarında (3.3-cü bənddə) da qeyd olunmuşdur. Lakin, onun xəsarət almazdan qabaq 12 aylıq tam əmək stajı olmamışdır, buna görə də, hadisədən qabaqkı faktiki işlədiyi, son iş yerləri olan “xxxx MMC-ki 5 ay ərzindəki 346 manatlıq və “xxxx” MMC-ni 4 aylıq (oktyabr ayından hesablanmaqla) 600 manatlıq əmək haqqı əsas götürülməlidir. Eyni zamanda ona ikinci qrup əlillik dərəcəsi xx.xx.2015-ci il tarixdə verilmişdir. Hadisənin baş verdiyi xx.xx.2014-cü il tarixdən əlillik dərəcəsinin verildiyi xx.xx.2015-ci il tarixə kimi ona ödəniləcək aylıq müavinətin məbləği ən az halda aşağıdakı kimi hesablanmalı idi. (4*600)+(5*346)=4130/9=459 manat. Hesablamadan göründüyü kimi xəsarət almamışdan qabaq qazancı 459 manat olmuşdur. Buna uyğun olaraq da 8 ay ərzində ona əmək qabiliyyətli olmamaq vərəqlərinə əsasən ən az 459 manat müavinət ödənilməli idi (14 gün üçün müavinət işəgötürənin vəsaiti hesabına ödənildiyinə görə 16 gün üçün ödənilməli olan müavinət iddia tələbinə daxil edilmir). Halbuki, ona aylıq olaraq ödənilmiş müavinətlər ən başda 25 manat olmuş, bundan sonra isə arda-arda getmişdir. Ortalama bu məbləğ 160 manat olmuşdur. Buna görə də cavabdeh tərəfindən aylıq ödənilməli olan 459 manat müavinət məbləğindən 160 manat çıxılmaqla, 8 ay üçün 299 manat, cəmi 2392 manat müavinət hesablanmaqla iddianı qaldırır. Odur ki, cavabdeh tərəfindən ona ödənilməmiş 2392 manat müavinətin ödənilməsi pozulmuş hüquqlarının bərpası baxımından olduqca zəruridir. Cavabdeh tərəfindən öhdəliklərin tam şəkildə icra olunmamasına 8 aylıq müddət ərzində öz vəsaiti hesabına müalicə olunmuş, çünki cavabdehin ödədiyi müavinət müalicə xərclərinə kifayət edə bilməzdi. Buna görə də cavabdeh tərəfindən öhdəliyin pozulması nəticəsində xeyli ziyana uğramışdır. Bu ziyanın da cavabdeh tərəfindən kompensasiya edilməsi pozulmuş hüquqlarımın bərpası üçün vacibdir. Cavabdehin öhdəliyini kobud şəkildə pozması nəticəsində dəymiş ziyanın məbləğini 2000 manat məbləğində qiymətləndirir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaçının iddia tələbinə etiraz olaraq bildirmişdir ki, aşağıda qeyd olunanlara əsasən İddiaçı iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İddiaçı iddia ərizəsində cavabdeh qismində Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının qoyulmasını əsassız hesab edirik. Belə ki, “xxxx” Birgə Müəssisəsi (VÖEN: **********, SUN: **********4) tərəfindən sığortaolunan İddiaçı aid əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlləri aşağıda göstərilən cədvələ əsasən “X1 Sistemi”nin “Sığortaedənlər tərəfindən göndərilmiş haqq-hesab cədvəllərinin emalı” alt-sisteminə daxil edilmiş və haqq-hesab cədvəllərində qeyd edilən rekvizitlər üzrə ödənişə göndərilmişdir: Sıra Əmək qabiliyyətinin olmaması Əmək qabiliyyətinin olmaması Ödənilən Gəlir vergisi (manatla) Nssi vərəqəsinin seriya və nömrəsi vərəqəsinin əhatə etdiyi dövr məbləğ (manatla)

1. SN 00004 N-485903 xx.xx.2014-xx.xx.2014 25,35 —

2. SN 00004 N-486501 xx.xx.2014-xx.xx.2014 131,75 —

3. SN 00004 N-486608 xx.xx.2014-xx.xx.2015 195.80 —

4. SN 00004 N-486785 xx.xx.2015-xx.xx.2015 244,89 —

5. SN 00004 N-486959 xx.xx.2015-xx.xx.2015 204,50 —

6. SN 00004 N-776071 xx.xx.2015-xx.xx.2015 263,26 42,86

7. SN 00004 N-776226 xx.xx.2015-xx.xx.2015 239,37 92,26

8. SN 00004 N-776359 xx.xx.2015-xx.xx.2015 470,54 53,81 Cəmi 1775,46 188,93

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq olunmuş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”də göstərilən qaydada həyata keçirilir. Əsasnamənin 28ci bəndinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin qazancından hesablanır. Əməyin vaxtamuzd və işəmuzd ödənilməsi sistemində qazanc dedikdə, əmək haqqı (aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar) başa düşülür. Müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır. Sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayında əmək fəaliyyəti olmamışdırsa, onda bir iş gününə düşən orta gündəlik qazancı müavinətin hesablanması əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə qanunvericiliklə müəyyən edilmiş minimum aylıq əmək haqqının qüvvədə olan məbləğinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır. Əgər qazancın götürüldüyü müddətdə işçi öz cədvəli üzrə bütün günləri işləməmişdirsə, bu zaman mükafatın orta aylıq məbləği işçinin hər ayda işlədiyi günlərin sayına mütənasib olaraq müəyyən edilir. Orta gündəlik qazancın hesablanması zamanı iş günlərinin sayından aşağıdakı dövrə düşən iş günləri çıxılmalıdır: əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr; hamiləliyə və doğuma görə verilən məzuniyyət dövrü; uşaq 3 yaşına çatanadək ona qulluq edilməsinə görə verilən məzuniyyət dövrü; məcburi dövlət sosial sığorta haqqı hesablanmayan digər dövrlər. Gündəlik müavinətin məbləği orta gündəlik qazanc və bu Əsasnamə ilə müəyyən edilən miqdarlar (faiz nisbətləri) nəzərə alınmaqla müəyyən edilir və onun maksimal həddi bu Əsasnamənin 3cü hissəsinin dördüncü abzasında müəyyən edilmiş aylıq maksimal həddin həmin aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır. Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində buraxılmış iş günlərinin sayına vurulması ilə tapılır. Eyni zamanda sığortaolunanın sistemdə göstərilən gəlirləri ilə iddiasında göstərdiyi gəliri arasındakı uyğunsuzluqla əlaqədar bildiririk ki, “xxxx” Birgə Müəssisəsi tərəfindən sığortaolunan İddiaçı əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancı sistemə daxil edilərkən onun iddiasında qeyd etdiyi əvvəlki iş yerləri, yəni “xxxx” MMC-dəki və "xxxx” MMC-dəki gəlirləri barədə məlumatlar sistemə daxil edilməmişdir. Əsasnamənin 119 və 123-cü bəndlərinə əsasən “müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləlik və doğuma, uşaq doğumuna və dəfn üçün müavinətlərin düzgün təyin edilməsi və hesablanmasına həmkarlar ittifaqları da nəzarət edir və məsuliyyət daşıyırlar. Əgər müavinət təyin edilərkən, yaxud da işçinin sosial sığorta stajı müəyyən edilərkən qüvvədə olan qanunvericilik pozulmuşdursa və ya ödənilmə üçün təqdim edilmiş sənədlər düzgün rəsmiləşdirilməmişdirsə, belə hallarda baş (böyük) mühasib yol verilmiş nöqsanları yazılı surətdə göstərilməklə sənədləri müdiriyyətin müavinət təyin edən komissiyasına qaytarmalıdır.” Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqqhesab cədvəlləri üzrə ödənilmiş 1775,46 manat məbləğində müavinət və 188,93 manat məbləğində gəlir vergisi Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xəzinə hesabına geri qaytarılmalıdır. Məbləğ geri qaytarıldıqdan və haqq-hesab cədvəli X1 Sistemi”nin “Sığorta” (Sığortaedənlər tərəfindən göndərilmiş haqqhesab cədvəllərinin emalı) altsisteminə müvafiq düzəlişlər edilib yenidən daxil edildikdən sonra müavinətlə bağlı sənədlərə baxılacaqdır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, tərəfləri dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq olunmuş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 28-ci bəndinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət işçinin qazancından hesablanır. Əməyin vaxtamuzd və işəmuzd ödənilməsi sistemində qazanc dedikdə, əmək haqqı (aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar) başa düşülür. Müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır. Sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayında əmək fəaliyyəti olmamışdırsa, onda bir iş gününə düşən orta gündəlik qazancı müavinətin hesablanması əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə qanunvericiliklə müəyyən edilmiş minimum aylıq əmək haqqının qüvvədə olan məbləğinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydakı iş günlərinin sayına bölünməsi ilə tapılır. Əgər qazancın götürüldüyü müddətdə işçi öz cədvəli üzrə bütün günləri işləməmişdirsə, bu zaman mükafatın orta aylıq məbləği işçinin hər ayda işlədiyi günlərin sayına mütənasib olaraq müəyyən edilir. Göründüyü kimi, Azərbaycan Respublikası Nazirlət Kabinetinin xx xxxxxxxx 1998-ci il tarixli 189 saylı qərarı ilə təstiq edilmiş Əsasnaməsinin tələbləri baxımından əmək qabiliyyətini müvəqqəti itirmiş şəxslərin aylıq qazancının hesablanması sığortaolunanın işlədiyi müəssisə tərəfindən həyata keçirilməlidir. Lakin hazır ki, məhkəmə araşdırmasından məlum olmuşdur ki, İddiaçı sonuncu işlədiyi “xxxx” Birgə Müəssisəsi onun qazancını hesablayarkən, İddiaçı yalnız “xxxx” Birgə Müəssisəsində işlədiyi müddətə uyğun hesablamalar aparaq, məlumatları Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına təqdim etmişdir. Halbu ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1998-ci il tarixli 189 saylı qərarı ilə təstiq edilmiş Əsasnamənin tələbləri baxımından “xxxx” Birgə Müəssisəsi İddiaçı qazancını hesablayarkən, onun son 12 ay ərzində işlədiyi müəssisənin, yəni onun “xxxx” MMC və “xxxx” MMC-dəki gəlirləri barədə məlumatları Mərkəzi Filialına təqdim etməli idi. İddiaçı gəlirləri bardə məlumatalar hesablanarkən, əmək qabiliyyətini itirdiyi gündən əvvəlki 12 aylıq müddətə münasibətdə gəlirlər barədə məlumatlar Mərkəzi Filiala təqdim edilsə idi, İddiaçı ödənilməli olan müavinətin məbləği ədalətli olardı. Məhkəmə onuda qeyd etməyi zəruri bilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət X5 X4in Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı bu Əsasnamə ilə müəyyən edilmiş hüquq və vəzifələr daxilində ölkə üzrə sığortaedənlərin və sığortaolunanların uçotunun həyata keçirilməsi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin üçotunun aparılması, məcburi dövlət sosial sığorta haqqı hesabına ödənilən sosial sığorta ödəmələrinin düzgün hesablanıb ödənilməsini və dövlət sosial sığorta sistemində fərdi üçotu mərkəzləşdirilmiş qaydada həyat keçirən ixttisaslaşdırlmış struktur qurumudur. Həmin Əsasnamənin 2.1.1-ci bəndinə əsasən Mərkəzi Filial sığortaedənlər tərəfindən təqdim edilən məlumatlar əsasında sığortaolunanların uçotunu həyata keçirir. Qeyd olunan Əsasnamənin tələblərindən bəlli olur ki, Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filial sığortaedənlər tərəfindən təqdim edilmiş məlumatlar əsasında söğortaolunanların uçotunu aparır və təqdim edilmiş məlumatlar əsasında söğortaolunana sığorta ödənişi həyata keçirir. Ona görədə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət X5 X4in Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı hazır ki, iddia tələbi üzrə cavabdeh olmadığına görə ona qarşı qaldırılmış iddia mümkün hesab edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçıya hüquqi yardım göstərilərək, hazır ki, iddia tələbi üzrə cavabdeh qismində “xxxx” BM-ni cavabdeh qismində iş üzrə cəlb edilməsini məhkəmə məqsədəmüvafiq hesab etmədi. Belə ki, “xxxx” BM-si inzibati orqan deyil və ona qarşı qazancın hesablanması ilə bağlı İddiaçı tərəfindən pretenziya qaydasında müraciət olunmayıb. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Eyni zamanda müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı “əmək qabiliyyətli olmamaq vərəqlərinə əsasən ödənilməmiş, 8 ay üçün hesablanmış 2392 manat məbləğində müavinətin, eləcə də cavabdehin öhdəliyini pozması nəticəsində dəymiş zərərin əvəzi kimi 2000 manat pulun, ümumilikdə, 4392 manat pulun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər.

Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar