Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-5/2022 01.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxs X1, onun nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdehin 217 nömrəli, 29.12.2017-ci il tarixli sərəncamının etibarsız hesab edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “cavabdehin 217 nömrəli, 29.12.2017-ci il tarixli sərəncamının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək cavabdehin 255 nömrəli, 29.12.2017-ci il tarixli sərəncamının etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cəbrayıl rayonundan məcburi köçkün düşərək Bakı şəhərinə köçmüş, uzun müddət ayrı-ayrı ünvanda yaşamış və 03.03.2014-cü il tarixdə iş üzrə maraqlı tərəf onu ailəsilə birgə yuxarıda ünvanı göstərilən ünvan 2ilə köçürərək məskunlaşdırmışdır .Həmin ilin may-iyun aylarından başlayaraq yaşayış massivinin girişində ümumi sahəsi 30 kv.m olan torpaq sahəsində dəmir konstruksiyadan uşaqların əyləncəsi üçün xırda obyekt quraşdırıb istifadə edir. İstifadə etdiyi ərazi “Qarant’’y/m-nin inzibati torpaq sahəsidir və iş üzrə maraqlı tərəf- Dövlətqaçqınkom onun ərzidən istifadə etməyinə etiraz etməmişdir. Dövlətqaçqmkomun Mənzil İstismar Departamenti 20.08.2019-cu il tarixdə onunla torpaq sahəsinin 5 illik icarə müqaviləsini bağlamışdır. Bununla belə Abşeron RİH 29.12.2017-ci il tarixdə X4 217 saylı – sərəncamla Mehdiabad qəsəbəsi ərazisində 79,50kv.m. torpaq sahəsi ayırmışdır. Lakin torpaq sahəsinin heç bir koordinatı(döngə nöqtələri) göstərilmədiyinə, plan və ölçüsü sərəncama əlavə edilmədiyinə görə Ə.İmranova əvvəlcə “Qarant’’y/m-vi ilə “Gənclər” şəhərciyi arasında, olan yüksək təzyiqli qaz xəttlərinin arasında vətəndaşların gediş-gəliş yolunu hasarlamışdır. Piyada yolu tam bağlandığına və ərazidən istifadə edənlər etirazlar etdiyinə görə yol İcra başçısının şəxsi müdaxiləsi ilə açılmış və tikili sökülmüşdür. Bundan sonra, Ə.İmranova “sərəcam”a heç bir cizgi planı və ölçüsü əlavə edilməyinə görə onun istifadəsində olan torpaq sahəsinə soxulmağa cəhd etmiş, onun istifadəsində olan torpaq sahəsindən çıxarmaq üçün bir neçə dəfə dava-dalaş salmış, polis orqanlarına əsassız şikayətlər vermişdir. Abşeron RİH-nin sərəncamı və icazəsi saxtadır, çünki tarix qrafasında düzəliş edilmişdir. Sərəncamda və icazədə “imza” sözündən əvvəlki imzalar qətiyyən birbirinə uyğun deyildir və eyni şəxs tərəfindən icra edilməmişdir. Ona görə də 11.07.2019-cu il tarixdə cavabdehə rəsmi sorğu verərək 29.12.2017-ci il tarixli sərəncam və icazənin , eləcədə sərəncamın verilməsinə əsas olmuş sənədlərin surətinin ona verilməsini xahiş etmiş, lakin Rİ-nin memarlıq və tikinti şöbəsinin müdiri A.Əliyevin sorğuya cavab olaraq göndərdiyi məkutbla cavab verməkdən imtina etmiş, cavabı hüquq mühafizə orqanının sorğusu əsasında verilə biləcəyini göstərmişdir. Məhkəmə hüquq-mühafizə orqanıdır, ona görə də bu məsələnin, eləcədə sərəncam və icazənin verilməsinin qanunlara üyğun olubolmaması araşdırılmalı və hüquqi qiymət verilməlidir. Hesab edir ki, RİH-nin sərəncamicazə iki əsasa və səbəbə görə etibarsız hesab olunmalıdır 29.12.2017-ci il tarixli, 217 saylı sərəcamm verilmə tarixində düzəliş edilmişdir. 29.12.2107-ci il tarixli 217 saylı sərəncam və 15.03.2018 saylı, 038 saylı icazə və sərəcamda eyni şəxsin adı və soyadı göstərilsə də, açıq-aydın görünür ki, eyni şəxs tərəfindən icra edilməmişdir, yəni saxtadır. 29.12.2017-ci il tarixli, 217 saylı sərəcama torpaq sahəsinin ölçü-planı qoşulmadığma və döngə nöqdələri göstərilmədiyinə görə həmin torpaq sahəsi hesab oluna bilməz. Abşeron RİB-nm Dövlətqaçqmkomunun balansında olan torpaq sahəsinə dair sərəcam vermək səlahiyyəti yoxdur və həmin torpaq sahəsinə dair Dövlətqaçmkom onunla 20.08.2019-cu il tarixli icarə müqaviləsi bağlamışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının qeyd etdiyi sərəncam qanunauyğun şəkildə verilmiş və iddiaçının nəzərdə tutduğu Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin sözügedən 20.08.2019-cu il tarixli icarə müqaviləsi Cavabdeh başçısının 255 nömrəli, 29.12.2017-ci il tarixli sərəncamından sonra verilmişdir. Hal-hazırda da Dövlət Komitəsinin 20.08.2019-cu il tarixli icarə müqaviləsi də qüvvədən düşmüşdür. Belə olan halda rayon icra hakimiyyəti başçısının 255 nömrəli, 29.12.2017-ci il tarixli sərəncamın etibarsız hesab edilməsi tələbinə görə iddiaçının heç bir subyektiv hüququ və əsası yoxdur. Ona görə də iddia tələbi mümkün sayılmaması barədə qərardad qəbul edilməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmənin sonuncu iclası barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin iclasında iştirak edən digər 3-cü şəxs X6 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, ailəsi ilə birlikdə işğal olunmuş ərazilərdən qaçqın düşmüşlər və ailəsində əlillik dərəcəsi olan şəxslər var. Qeyd olunan sahə dövlət tərəfindən ona qeyd olunan hallar üçün ayrılmışdır. Hesab edir ki, hazır ki, iddia tələbi üzrə iddiaçının tələbi əsassızdır. Ona görədə X6 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən digər üçüncü şəxs X1 nümayəndəsi X7 izahat verərək bildirmişdir ki, Cavabdeh onlara qeyri-yaşayış sahəsinin inşa edilməsinə dair verdiyi sərəncam qanunun tələblərinə uyğundur. İddiaçı ilə Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi arasında torpaq sahəsinin icraə verilməsi ilə bağlı müqaviləsi ləğv edilmişdir. Hazırkı iddia tələbini qaldırmaqda iddiaçının subyektiv hüququ yoxdur. Qeyd olunanlara əsasən X7 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırkı iş ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, iddiaçının vəsatəti əsasında Sumqayıt İnzibati Məhkəmənin 2-1(118)- 139/2020 nömrəli, 23 noyabr 2020-ci il tarixli qərardadı ilə inzibati işin icraatı dayandırılmışdır. İnzibati iş üzrə icraatın dayandırılmasına səbəb İddiaçı Mustafa oğlunun subyektiv hüququnun olub-olmamasını müəyyən etmək məqsədi ilə Sumqayıt İnizbati Məhkəməsinə verdiyi digər iddia tələbinin (yəni iddiaçı ilə Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi arasında mövcud olmuş 20.08.2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi ilə bağlı inizbati orqanın hərəkətlərinin qanunsuz hesab edilməsi) nəticəsinin aydınlaşdırlmasından ibarət olmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-530/2021 nömrəli, 25.11.2021-ci il tarixli qərardadı ilə iddiaçının iddia tələbi mümkün sayılmamış və həmin qərar qanuni qüvvəsini almışdır. İddiaçının müraciətinə əsasən Sumqayıt İnzibati Məhkəməsinin 25.01.2022-ci il tarixli qərardadı ilə hazır ki, inzibati işin icraatı təzələnmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-530/2021 nömrəli, 25.11.2021-ci il tarixli qərardadında iddia tələbinin mümükünsüz hesab edilməsinə səbəb kimi iddiaçının müqavilənin bir tərəfli qaydada ləğv edilməsi haqqında Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin müvafiq qərarının mövcud olmaması göstərilmişdir. Hazır ki, iddia tələbi üzrə məhkəmə qeyd etməyi zəruri bilir ki, icarə müqaviləsinin bir tərəfli qaydada məhkəmədən kənar və ya məhkəmə yolu ilə ləğvi və ya dəyişdirilməsi qaydası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-423-cü maddələrində öz əksini tapmışdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-530/2021 nömrəli iddia tələbinin araışdırlması zamanı Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin icarə müqaviləsinin ləğv edilməsi haqqında qərarı mövcud deyil, lakin həmin icra müqaviləsi Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən ləğv edilmişdir. Başqa sözlə desək müqavilən bir tərəfi olan Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi 20 avqust 2019-cu il tarixli icarə müqaviləsində olan öhdəliklərindən və hüquqlarından imtina etmişdir. Hesab edilir ki, qeyd olunan normaların tələblərinə riayət edilmədən müqavilənin bir tərəfli qaydada ləğv edilməsi hüquqları pozulmuş tərəfin mülki mühakimə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququnu yaradır. Məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçıya hazır ki, iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ 20 avqust 2019-cu il tarixli icarə müqaviləsi əsasında yaranmışdır, lakin sonradan həmin müqavilənin balansaxlayıcı tərəfindən birtərəfli qaydada ləğv edilməsi iddiaçının subyektiv hüququnu istisna edir. Belə ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin sözügedən 20.08.2019-cu il tarixli icarə müqaviləsinin qüvvədə olubolmaması ilə bağlı Komitəyə 24.01.2022-ci ildə yenidən sorğu göndərilmiş və Sumqayıt İnzibati Məhkəməsinin həmin sorğusuna 17.03.2022-ci il tarixində cavab verilərək icarə müqaviləsinin qüvvədən düşməsi bildirlmişdir. Ona görədə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Mövcud mübahisənin düzgün həllini araşdırmaq məqsədilə, məhkəmə tərəfindən Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə sorğu göndərilmiş və məlum olmuşdur ki, iddiaçı ilə Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi arasında bağlanmış 20.08.2019-cu il tarixli icarə müqaviləsi qüvvədən düşmüş, İddiaçı həmin torpaq sahəsinin Qaradağ-Digah yüksək təziqli qaz xəttinin və yüksək gərginlikli elektrik xəttinin (220.0 kvt) mühafizə zolağında yerləşdiyi barədə yazılı və şifahi xəbərdarlıq edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı mübahisə predmeti olan Cavabdeh başçısının 255 nömrəli, 29.12.2017-ci il tarixli sərəncamının etibarsız hesab olunmasına dair iddia qaldırmağa subyektiv hüququ yoxdur. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Eyni zamanda müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “cavabdehin 255 nömrəli, 29.12.2017-ci il tarixli sərəncamının etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-5/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-5/2022
01.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver