Məhkəmə qərarları › İş №2-1(118)-5/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5/2023

22.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5/2023 22.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon Aqrar İslahat Komissiyasının 1998-ci İl 24 dekabr tarixli 3445 nömrəli qərarı ilə ayrılmış Abşeron rayonu Mehdiabad qəsəbədində yerləşən 0.197292 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, qarşı Abşeron rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 24 dekabr tarixli 3445 nömrəli qərarı ilə ayrılmış Abşeron rayonu Mehdiabad qəsəbədində yerləşən 0.197292 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq müvafiq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 1998ci il 24 dekabr tarixli 3445 nömrəli qərarı ilə Abşeron rayonu Mehdiabad qəsəbədində yerləşən 0.197292 ha torpaq sahəsi İddiaçı ayrılmışdır. Həmin torpaq sahəsinə çıxarışın və plan və ölçü sənədinin alınması məqsədi ilə cavabdeh idarəyə müraciət etmişdir, lakin ona həmin sənədləırin verilməsindən imtina etmişdir. Səbəb kimi isə həmin torpaq sahəsinin bir hissəsinin başqa şəxslərin mülkiyyətində olmasını göstərmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəai Nümayəndə iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən paylı mülkiyyətdə olan 0.197292 ha torpaq sahəsinə müayinə baxışı (inventarlaşdırma, çöl-ölçmə) keçirilmiş və idarənin elektron baza məlumatları araşdırılmışdır. Aparılan araşdırma zamanı, müraciət üzrə əlavə edilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən ləğv edilmiş DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən JN-554A nömrəli torpağın mülkiyyətə verilməsinə dair 'dövlət 'aktı əsasında verilmiş 0.197292 ha torpaq sahəsinin bir hissəsinin başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşdüyü aşkar edilmişdir. İddiaçı tərəfindən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması iddia olunan torpaq sahələri artıq başqa fiziki şəxsin xüsusi mülkiyyətində olduğundan, iddiaçıların faktiki istifadələrində olan torpaq sahələrinə dair sənədlərlə olan ölçülərlə, GPS mövqetəyinetmə cihazı vasitəsi ilə müəyyən edilmiş ölçülər arasında olan uyğunsuzluğun aradan qaldırılması üçün iddiaçı tərəfindən hər hansı mötəbər sübut işə əlavə edilməmişdir. İddiaçının hazırki tələbinin icrası, ilk növbədə başqa şəxsin torpağa olan hüquqları ləğv edilməklə təmin edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış müvafiq qeydlərə hər hansı əsassız müdaxilə həmin şəxslərin xüsusi mülkiyyət hüququnun pozulması ilə nəticələnir. İş materiallarında olan : -JN 554 KOD 30800027 seriyalı torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 1998-ci İl xx.xx.1998-ci il tarixli 21 nömrəli qərarı ilə İddiaçı və onun ailə üzvlərinə Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində 0.41 ha torpaq sahəsi verilmişdir. - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli cavab məktubundan görünür ki, Abşeron rayonu, Mehdıabad qəsəbəsi ərazisində yerləşən İddiaçı adında olan 0.197292 ha torpaq sahəsinə müayinə baxışı (inventarlaşdırma, çöl-ölçmə işləri) keçirilmişdir.Müayinə baxışı zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur. Sənəd üzrə torpaq sahəsinin 0.0063 ha hissəsi xx.xx.2017-ci il tarixli, **********31 reyestr nömrəli, 0.0079 ha hissəsi xx.xx.2017-ci il tarixli, **********33 reyestr nömrəli, 0.0081 ha hissəsi xx.xx.2016-cı il tarixli, **********63 reyestr nömrəli və 0.0071 ha hissəsi isə xx.xx.2016-cı il tarixli, **********62 reyestr nömrəli Mehdiabad bələdiyyəsinin mülkiyyətində olan və 0.0080 ha hissəsi xx.xx.2016-cı il tarixli, **********85 reyestr nömrəli X1 mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 0.10 ha hissəsi xx.xx.2011-ci il tarixli, **********79 reyestr nömrəli X3 mülkiyyətində olan sənəd üzrə torpaq sahəsi ilə üst-üstə düşür. - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı məxsus 0.197292 ha torpaq sahəsinin koordinatlarının üstüstə düşdüyü torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərinin və dövlət aktında 0,41 ha göstərildiyi halda imtina məktubunda 0.197292 ha göstərilməsinin səbəbləri barədə sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə göndərilmişdir. Sorğuda qeyd olunan JN-554 nömrəli Dövlət Aktı iki konturlu (0.197292 ha, 0.2102 ha) olduğu üçün imtina məktubunda torpaq sahəsi 0.197292 ha qeyd olunmuşdur. Məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinin naturada mövcud olubolmaması, həmin torpaq sahəsinin koordinatları daxilində başqa torpaq sahələrinin koordinatlarının qeydə alınıb-alınmaması və başqa şəxslərin mülkiyyətində olan torpaq sahələrinin koordinatları ilə üst-üstə düşüb-düşməməsinin araşdırılması məqsədi ilə iş üzrə məhkəmə-texniki-tikinti ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 10/2129 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 29 mart 2021-ci il tarixli, **********53 nömrəli mütəxəssis rəyinə əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş İddiaçı JN-554 kod 30800027 nömrəli Torpağa Mülkiyyət Hüququna dair X5-42 koordinat sistemində olduğundan torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alınmışdır. Vətəndaşlar həmin ərazidə torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər tikərək torpaqların hüquqi rejimini pozmuşlar. Pay torpağı kimi verilmiş torpaq sahələrində torpaq sahələrinin naturada (yer üzərində) mövcud olan sərhədlərinin tamamilə itməsinə səbəb olmuşdur. Bu səbəbdən İddiaçı məxsus 0,197292 ha torpaq sahəsinin naturada mövcud olub-olmamasının, həmin torpaq sahəsinin koordinatları daxilində başqa torpaq sahəsinin qeydə alınıb-alınmamasının və iddiaçıya satılmış torpaq sahəsinin koordinatları başqa şəxslərin mülkiyyətində olan torpaq sahələrinin koordinatları ilə üst-üstə düşüb-düşməməsinin araşdırılması mümkün olmamışdır. Daha sonra məhkəmə bir daha mütəxəssis rəyinin alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən iş üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Dövlət Aktına əsasən İddiaçı məxsus 0,197292 ha torpaq sahəsi koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu Mehdiabad qəsəbəsi Abşeron üzüm istehsalı və emalı müəssisəsinin ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Ərazidə aparılmı yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, məhkəmə tərəfindn qoyulmuş ualların cavablandırılması mümkün olacaqdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçınnı nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 21 saylı qərarı ilə 0.41 ha torpaq sahəsi üç nəfər ailə üzvü ilə birlikdə İddiaçı ayrılmışdır. xx.xx.1998-ci il tarixli 3445 nömrə ilə qeydə alınmış Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında həmin torpaq sahəsi iki planşetlə vurulmuş- 2102.98 kv m və 1972.92 kv m. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün müraciət etdikdə cavabdeh inzibati orqan tərəfindən ona imtina cavabı verilərək 1972.92 kv m torpaq sahəsinin bir hissəsiknin başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşdüyünü bildirmişdir. Məhkəmə dəfələrlə mütəxəssis rəyinin alınması və iş üzrə məhkəmə-texniki-tikinti ekspetizasının təyin edilməsi yolu ilə mübahisəli torpaq sahəsinin naturada mövcud olub-olmaması və həqiqətən də başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi istiqsmətində araşdırma aparmışdır. Lakin mütəxəssis və ekspert tərəfinfən bunun məyyən edilməsinin mümkün olmadması barədə rəy verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh inzibati orqan bildirmişdir ki, imtina cavabında göstərilən başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri Abşeron rayon Mehdiabad bələdiyyəsinin mülkiyyətinə qeydə alınmış, sonra bəlıdiyyə tərəfindən ayrı-ayrı şəxslərə özgəninkləşdirilmişir. Həmin sənədləşmənin başlanması üçün əsas Abşeron rayon Mehdiabad bələdiyyəsinin torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə qərarlar olmuşdur. Məhkəmə qeyd edir ki, mütəxəssis və ekspert rəyi ilə mübahisəsi gedən torpaq sahəsinin naturada mövcud olub-olmamasının müəyyən edilməsi barədə mümkün deyildir. Məhkəmə hesab edir ki, hazırda texniki və hüquqi cəhətdən yüklü olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması mümkün olmadığından iddiaçı cavabdehin istinad etdiyi hüquqmüəyyənediciu sənədləıri (bələdiyyə qərarları, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar, alqı-satqı müqavilələri və s.) mübahisələndirməlidir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, məcburetmə haqqında iddia növündə olduğu kimi, öhdəliyin icrası haqqında iddia üzrə də, daşınmaz əmlaka çıxarışın verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, üzərinə düşən sübutetmə vəzifəsini icra edə bilməmişdir. Buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu Aqrar İslahat Komissiyasının 1998-ci İl 24 dekabr tarixli 3445 nömrəli qərarı ilə ayrılmış Abşeron rayonu Mehdiabad qəsəbədində yerləşən 0.197292 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar