Məhkəmə qərarları › İş №2-1(118)-5/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5/2024

29.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5/2024 29.01.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, onun nümayəndə və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısının 03 iyun 2020-ci il tarixli 43 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının əvvəllər tutduğu Cavabdeh başçısının Zərdabi qəsəbə İƏD üzrə nümayəndəsi vəzifəsi üzrə işə bərpa edilməsi və işburaxma dövrü üçün itirilmiş əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh başçısının 11 yanvar 2019-cu il tarixli, 03 nömrəli əmri ilə xx.xx.2019-cu il tarixdən RİHB-nin Zərdabi qəsəbə İƏD üzrə nümayəndəsi vəzifəsinə təyin edilmiş, həmin tarixdən etibarən öz vəzifəsinin öhdəsindən şərəflə gəlmiş, işə məsuliyyətlə yanaşaraq, heç bir pozuntuya yol verməmiş,xx.xx.2008-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Buna baxmayaraq Başçı ona qarşı qərəzli münasibət göstərərək onu əsassız və qanunsuz olaraq tutduğu vəzifədən azad etmişdir. Buna etirazını bildirdikdə, maddə ilə onu işdən çıxaracaqları barədə hədələyiblər. İcra Hakimiyyəti başçısı ilə bərabər Ərazi İdarəetmə və yeri özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri X7 da qərəzli münasibəti əsas rol oynamışdır. Belə ki, onun fəaliyyət göstərdiyi dövrdə İlham Quliyev dəfələrlə ondan qanunsuz tələblər irəli sürərək 2019-cu ilin oktyabr ayında “Alma bayramı” adı altında 1.000 manat, Yeni il bayramı münasibəti ilə 1.000 manat və sonuncu dəfə 2020-ci ilin aprel ayında 1.000 manat pul almışdır, bununla əlaqədar, tərəfindən Quba Rayon Prokurorluğuna xx.xx.2020-ci ildə müraciət olunmuş və hazırda araşdırma aparılır. Qərəzli münasibətin davamı olaraq DOST MMC xətti ilə işçilərin yoxlanılması proseduru həyata keçirildi və onun iştirakı olmadan birtərəfi qaydada akt tərtib olundu, bunulla bağlı, izahatı belə alınmadı. Halbuki, işçilərlə bağlı heç bir qanunsuz hal aşkar edilməmişdir. Əvvəla DOST İş Mərkəzi tərəfindən işə götürülən işçilərin ona heç bir tabeçiliyi yoxdur. Həmin şəxsləri iddiaçı işə götürməmiş, onlar DOST X26 ilə Cavabdeh tərəfindən işə götürülüb, bundan əlavə, onlar işlərini vicdanla yerinə yetiriblər və əmək haqlarını da əmək haqqı kartı ilə özləri alıblar, həmin aktda göstərilən işçilər onun işçiləri deyildirlər. Onların iddiaçıya heç bir tabeçiliyi belə olmamışdır. Aktda göstərilənlərin heç biri həqiqəti əks etdirmir. Əvvəla, akt birtərəfli qaydada tərtib edilmişdir, buna görə də əsaslı hesab edilə bilməz. Cavabdeh başçısının 03 iyun 2020-ci il tarixli, 43 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” AR Qanununun 25.2-cİ maddəsinə uyğun olaraq Rayon İcra Hakmiyyəti başçısının Zərdabi qəsəbə İƏD üzrə nümayəndəsi İddiaçı 03 iyun 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilməklə dövlət qulluğuna və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrin əsaslandırma hissəsində göstərilmişdir ki, guya, “Rayon İcra Hakmiyyəti başçısının Zərdabi qəsəbə İƏD üzrə nümayəndəsi İddiaçı tərəfindən cənab Prezidentin göstərişi ilə aztəminatlı şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün təşkil edimiş iş yerləri ilə bağlı DOST İş Mərkəzinin xətti ilə Zərdabi qəsəbəsində çalışan şəxslərin bir qisminin əməkhaqqı kartlarının mənimsənilməsi faktları aşkar edilmişdir”. Hesab edir ki, sözügedən əmr tamamilə əsassızdır və qanunsuzdur. Əmr ona təqdim olunarkən əmrə etirazının olduğunu imza atmaqla yazılı surətdə bildirmişdir. Cavabdeh tərəfindən bütün bu tələblər cavabdeh tərəfindən pozulmuşdur, pandemiya şəraitində yaşadığı dövrdə onu qanunsuz olaraq işdən azad etməklə ona külli miqdarda ziyan vurmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçı və onun nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı iddiasını onunla əsaslandırmağa çalışmışdır ki, guya o, qərəzli olaraq tutduğu vəzifəsindən azad edilmişdir. Belə ki, ona qarşı olan bu qərəzin səbəbi 2019-cu ildə, əvvəllər İcra Hakimiyyətində işləmiş məsul şəxsə müxtəlif vaxtlarda, müəyyən məbləğlərdə pul verməsi olubmuş. Bundan sonra “DOST İş Mərkəzi” tərəfindən təşkil edilmiş iş yerləri üzrə işçilərin yoxlanılması həyata keçirilmiş, akt tərtib olunmuş, lakin ona xəbər verilməmişdir. Halbuki həmin işçilərin ona heç bir tabeçiliyi olmamışdır. Buna görə də, əmrin əsassız olduğunu sübut etməyə çalışır. Məlumat üçün bildirili ki, İddiaçı Quba RİH başçısının 11 yanvar 2019-cu il tarixli, 03 nömrəli əmri ilə RİHB-nin Zərdabi qəsəbə İƏD üzrə nümayəndəsi vəzifəsinə təyin edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır. O, əmək fəaliyyətini dövlət qulluqçusu kimi Azərbaycan Respublikasının Konstitusiyasına, “Dövlət qulluğu haqqında” Qanuna, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə və digər qanunlara uyğun həyata keçirməli olsa da və Rayon İcra Hakimiyyətinin başçısının göstərişlərinə əməl etmək vəzifəsi daşısa da, bu öhdəliklərinə və vəzifələrinə riayət etməyərək, hazırki həssas dövrdə qulluq vəzifəsindən sui-istifadə edərək özü üçün müəyyən imtiyazlar əldə etmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin mərkəzində insan amilinin dayanması, vətəndaşlarımızın, sosial vəziyyətinin gündən-günə yaxşılaşması, ölkənin, iqtisadi potensialının gücləndirilməsi və vətəndaşların sosial rifahının yüksəldilməsi məqsədilə ölkə başçısının sosial təşəbbüsü əsasında əhalinin məşğulluğunun təmin .edilibəsi- üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İş Mərkəzi vasitəsi ilə işsiz və işaxtaran şəxslərin ictimai işlərə qəbulu, əməkhaqlarının ödənişi, yerlərdə ictimai işlərin təşkili ilə bağlı müvafiq proqram çərçivəsində “Təmiz Quba” Mənzil Kommunal Təsərrüfat' Birliyi tərəfindən bir sıra Quba rayonu Zərdabi qəsəbə sakinləri ilə əmək müqavilələri bağlanılmışdır. Qeyd olunari şəxslərin bu işlərə cəlb edilməsinin təşkilinə nəzarəti həmin vaxt Quba RİH başçısının Zərdabi qəsəbə İƏD üzrə nümayəndəsi işləmiş İddiaçı həyata keçirmişdir. Lakin, o vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, həmin prosesdən öz şəxsi maraqları naminə istifadə etmişdir. Belə ki, əmək müqaviləsi bağlanmış şəxslərdən X4, X5, X11, X14, X12, Nəsirov Ağa-Yusif Eyvaz oğlu. X9, X2. X6 və X8 ümumiyyətlə işə çıxmamış, faktiki olaraq öz əmək funksiyalarını yerinə yetirməmiş, bu barədə İddiaçı tərəfindən onlar haqqında hər-hansı bir tədbir görülməmiş və onların əməkhaqqı kartlarının İddiaçı tapşırığı ilə hansı məqsədlərlə istifadə edildiyi (onlarda olub-olmadığı) müəyyən edilməmişdir. Həmçinin, onlardan bəziləri ilə işə çıxmaları üçün əlaqo saxlandığı zaman, işə çıxmamaları ilə əlaqədar İddiaçıla razılıqlarının olduğu bildirilmişdir. Mirzəqışlaq kənd sakini Amid Məmmədov isə verdiyi izahatında İddiaçı yuxanda adı qeyd olunan bəzi şəxslərə himayədarlıq etdiyini (qohumluq münasibətləri ilə əlaqədar), onların işə çıxmayaraq maaş aldıqlarını bildirmişdir. Digər şəxslərin izahatları ilə müəyyən edilmişdir ki, onlarla əmək müqaviləsi bağlanmasına baxmayaraq, həmin işlərdə onların əvəzinə başqa şəxslər işləyir və əməkhaqqı kartları müqavilə bağlanmış qeyd olunan vətəndaşlara verilməmişdir. Bundan başqa, İddiaçı Quba rayonu, Bağbaniı kənd sakini Manafov Arif, Mustafa, oğlundan onu və həyat yoldaşını ictimai işlərə, cəlb etmək qarşılığında, işlə təmin olunduqdan sonra birinci ayın əməkhaqqısını tələb etmiş, lakin icra nümayəndəsi işdən azad edildiyi üçün həmin qanunsuz əməlini başa çatdıra bilməmişdir. Eyni zamanda, əmək müqaviləsi bağlanmış digər qəsəbə sakini X3 məxsus olan əmək haqqı kartından Quba RİH Başçısının birinci müavininin sürücüsü X13 istifadə etmişdir. Qeyd olunan hallar tərəfimizdən müvafiq qaydada araşdırılmış və icra nümayəndəsi İddiaçı baş verənlərlə bağlı məlumatı olduğu, eləcə də qeyd olunan qanunsuz əməllərin özünün icazəsi ilə həyata keçirilidiyi müəyyən edilmişdir. Bundan başqa, digər əmək müqaviləsi bağlanılmış vətəndaş X1 məxsus əmək haqqı kartının istifadəsi birbaşa icra nümayəndəsi İddiaçı olduğu müəyyən edilməsinə baxmayaraq, İddiaçı bu barədə izahat verməkdən imtina etmişdir. Ölkəmizin iqtisadi potensialının gücləndirilməsi və vətəndaşların sosial rifahının yüksəldilməsi məqsədilə ölkə başçısının sosial təşəbbüsü əsasında əhalinin məşğulluğunun təmin edilməsi üçün “DOST İş Mərkəzi” və digər qurumlar vasitəsilə həyata keçirilsə də, qeyd olunan işçilərin seçilməsi prosesi icra nümayəndələrinin səlahiyyətinə buraxılmışdır. Belə ki, ərazinin və orada yaşayan əhalinin sosial-iqtisadi kateqoriyası və vəziyyəti barədə icra nümayəndələri birbaşa məlumatlı şəxslərdir və bunanla əlaqədar icra başçısı tərəfindən onlara birbaşa göstəriş verilmişdir. Ona görə də, iddiaçının belə bir səlahiyyətinin olmaması barədə irəli sürdüyü fikir əsassızdır. Qeyd olunanlara əsasən İddiaçı Quba RİH başçısının 03 iyun 2020-ci il tarixli, 43 nömrəli əmri ilə vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Aşkar edilmiş nöqsanların ciddiliyi nəzərə alınaraq İddiaçı qanunsuz əməlləri barədə müvafiq məlumatlar Azərbaycan Respublikası Prezidentinin “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” 2009-cu il 22 iyun tarixli 103 nömrəli Fərmanının 1-ci bəndinin tələblərinə uyğun olaraq baxılması üçün rayon prokurorluğuna göndərilmişdir. Həmçinin sonradan, qeyd olunan nümayəndəlikdə, habelə həmin ərazidə fəaliyyət göstərən 15 və 16 saylı körpələr evi-uşaq bağçalarında aparılmış inventarizäsiya zamanı müxtəlif vaxtlarda təmir işlərinin həyata keçirilməsi, inventarın alınması məqsədilə vəsaitin ayrılmasına dair sənədlərdə reallığı əks etdirməyən müəyyən faktlar aşkarlanmışdır. Belə ki, mövcud qaimə fakturalarda və maliyyə vəsaitinin ayrılması ilə bağlı digər sənədlərdə müvafiq məbləğlərdə vəsaitlərin xərclənməsi qeyd olunsa da, aparılmış inventarizasiya nəticəsində həmin məlumatlar təsdiqini tapmamışdır. Bu səbəbdən sözügedən icraatları aparmış vəzifəli şəxs tərəfindən vəsaitlərin mənimsənilməsi ilə əlaqədar əsaslı şübhələr yaranmışdır. Həmin faktlar da nəzərə alıb, məsələ ilə əlaqədar qanunvericiliyin tələbləri baxımından müvafiq tədbir görülməsi üçün toplanılmış sənədlər rayon prokurorluğuna göndərilmişdir. Göstərilənlərə əsasən hesab edilir ki, iddiaçının əmrin ləğv edilməsilə əlaqədar irəli sürdüyü sübutlar formal xarakter daşıyır və heç bir hüquqi əsası yoxdur.Rayon icra Hakimiyyəti olaraq pandemiya dövründə əhalinin aztəminatlı, həssas təbəqəsinə dövlət tərəfindən ayrılmış yardımların təyinatı üzrə çatdırılması, açılmış iş yerlərinə həqiqətən ehtiyacı olan şəxslərin yerləşdirilməsi, əməkhaqqı kartlarının birbaşa əmək müqaviləsi bağlanmış şəxslərə verilməsi barədə icra nümayəndələri ilə aparılmış söhbətlərə, onlara verilmiş göstərişlərə böyük ölçüdə riayət edilsə də, bir neçə nümayəndəlikdə, habelə RİHB-nin Zərdabi qəsəbə İƏD üzrə nümayəndəliyində aşkar edilmiş yuxarıda qeyd olunan ciddi nöqsanlara dərhal reaksiya verilmiş və həmin mənfi halların ciddiliyi nəzərə alınaraq vəzifəli şəxs işindən azad edilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın etiraz ərizəsi, Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 03 nömrəli əmrin surəti, Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli, -43 nömrəli əmrin təsdiqlənmiş surəti, ******* nömrəli Əmək kitabçasının surəti, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, 2-2-02/03/2-028176/2023 nömrəli məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İddianın mümkünlüyü ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı inzibati orqanın imtinasını aldıqdan sonra qanunvericiliyin tələblərinə uyğun məhkəməyə müraciət etmişdir və iddianı mümkünsüz edən digər hər hansı bir əsas müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 03 nömrəli əmri ilə İddiaçı Cavabdeh başçısının Zərdabi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin edilmişdir. İşlədiyi müddət ərzində İddiaçı iş fəaliyyəti ilə bağlı hər hansı intizam məsuliyyətinə cəlb edilməyib. Cavabdehin qeyd etdiyinə görə Cavabdeh nümayəndələri tərəfindən Zərdabi qəsəbə İƏD-ni əhatə edən kəndlərdə “Dost” iş Mərkəzinin xətti ilə çalışan şəxslərin əmək intizamının müəyyən edilməsi ilə bağlı yoxlama keçirilmiş və həmin işçilərin bir qisminin işə çıxmadıqlarının, bir qisminin əməkhaqqı kartlarının İddiaçı verdiklərini və bir qisminin iddiaçı tərəfindən himayə edildiyi müəyyən olunmuşdur. Bu səbəbdən də Cavabdeh başçısının 03 iyun 2020-ci il tarixli 43 saylı əmri ilə İddiaçı tutduğu vəzifədən azad edilmişdir.Qeyd olunan əmrin əsaslandırma hissəsində İddiaçı vəzifədən azad edilməsinə səbəb kimi onun “Dost” iş Mərkəzinin xətti ilə Zərdabi qəsəbə İƏD üzrə nümayəndəliyinin ərazisində çalışan şəxslərin bir qisminin əmək haqqı kartlarının mənimsənilməsi göstərilmişdir. İddiaçı əməllərində cinayət əlamətlərinin olub-olmamasını müəyyən etmək məqsədi ilə Cavabdeh başçısı Quba rayon prokurorluğuna müraciət etmişdir. Quba rayon prokurorluğunda qeyd olunan məsələnin araşdırılması məqsədi ilə 90C-21 saylı material açılmış və xx.xx.2020-ci ildə İddiaçı barəsində CM-nin 179.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq iş üzrə ibtidai istintaq aparılmış və xx.xx.2021-ci il tarixdə cinayət işi ibtidai istintaqın davam etditrilməsi üçün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Məhkəmə icraatı ərəfəsində Quba rayon prokurorunun 30 sentyabr 2020-ci il tarixli qərarı ilə Cavabdehndən daxil olmuş məlumat əsasında toplanmış 90-c-20 №-li material üzrə fakta görə cinayət işi başlanılmışdır. Müvafiq cinayət işinin istintaqı başa çatana qədər Sumqayıt İnzibati Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixində İddiaçı Cavabdehnə qarşı “işə bərpa və işburaxma dövrü üçün itirilmiş əmək haqqının cavabdehdən tutulması” tələbinə dair 2-1(118)-206/2021 saylı inzibati iş üzrə icraat dayandırılmışdır. Sonradan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, ********* nömrəli məktubundan məlum olmuşdur ki, Cavabdeh vəzifəli şəxsləri, o cümlədən İddiaçı hərəkətləri ilə bağlı cinayət işi başlanılaraq Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunurlar. İş üzrə icraatın dayandırılmasına səbəb kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-cü maddəsinin “e” bəndinə göstərilmiş halların, yəni Ramil Nəcəfov tərəfindən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlərin, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi hallarının müəyyyən edilməsi olmuşdur. Belə ki, qeyd olunan Məcəllənin 70-ci maddənin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən əmək müqaviləsini ləğv edilə bilər. İddiaçının dövlət qulluğu hesab edilən vəzifədə işləməsi onun barəsində işəgötürənlə yaranmış mübahisələrin həlli zamanı Azərbaycan Respubikası Əmək Məcəlləsinin müddəalarının tətbiq edilməsi yolveriləndir. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu 2.4-cü bəndinə əsasən bu Qanun dövlət orqanlarının tabeliyində olan hüquqi şəxslərin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Nəzərə alınmalıdır ki, Ramil Nəcəfov dövlət qulluğu statusuna malik olmamış və dövlət qulluqçuları üçün nəzərdə tutulmuş vəzifədə işləmişdir. Başqa sözlə desək İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş dövlət qulluqçuların vəzifəyə təyin olunması qaydasına uyğun olmayaraq dövlət qulluğu statusuna yiyələnmişdir. Ona görə də onunla Cavabdeh arasında yaranmış münasibətlərə Əmək Məcəlləsinin müddəaları tətbiq edilməliydi. Məhz bu baxımdan Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndində sadalanan halların istintaq orqanı tərəfindən müəyyən edilməsi üçün məhkəmə tərəfindən iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə 19 may 2021-ci ildə, 01 iyul 2021-ci ildə, 10 noyabr 2021-ci ildə, 03 dekabr 2021-ci il tarixli, 25 oktyabr 2022-ci ildə,12 aprel 2023-cü ildə, 12 iyun 2023-cü ildə,11avqust 2023-cü ildə, 26 sentyabr 2023-cü ildə, 19 dekabr 2023-cü ildə, 11 yanvar 2024-cü ildə məhkəmə sorğuları əsasında istintaqın gedişatı barədə məlumatlar tələb edilmiş, lakin İddiaçı barəsində cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsi barədə qərarın qəbul edilmədiyi və təqsirləndirilən şəxslərin dairəsinin müəyyən edilməsi istiqamətində istintaqın davam etdirilməsi bildirilmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, 2-2-02/03/2-028176/2023 nömrəli məktubundan görünür ki, Cavabdeh vəzifəli şəxsləri, o cümlədən İddiaçı hərəkətləri ilə bağlı cinayət işi başlanılaraq Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunurlar. Həmin cinayət işinin istintaqı zamanı İddiaçı şahid qismində dindirilmiş, eyni zamanda onun barəsində cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsi barədə qərar qəbul edilməmiş, həmçinin, istintaqın hazırkı mərhələsində onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar da qəbul edilməmiş, hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin müəyyən edilməsi istiqamətində istintaq davam etdirilir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 179.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli az cinayət əməlinə aid olduğuna görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 218.2.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasından ən geci 3 (üç) ay keçdikdən sonra cinayət işi üzrə ibtidai istintaq başa çatdırılmalı idi. İbtidai istintaqın mürəkkəbliyi ilə bağlı müddətin uzadılması Cinayət Prosessual Məcəllənin tələbləri baxımından yolveriləndir. Həmin Məcəllənin 218.10.2-ci maddəsinə əsasən az ağır cinayətin törədilməsində ittiham üzrə cinayət işi üzrə ibtidai istintaq hər bir halda 10 (on) aydan çox olmayan müddət daxilində qurtarmalıdır. Göründüyü kimi İddiaçı barəsində göndərilən materiallar əsasında xx.xx.2020-ci il tarixdə başlanmış cinayət işinin üstündən 3 ildən artıq müddətin keçməsinə baxmayaraq cinayət işi üzrə ibtidai istintaq yekunlaşmamış və yaxın vaxtlarda yekunlaşması ilə bağlı hər hansı bir məlumat mövcud deyil. Bu səbəbdən də məhkəmə, inzibati işin icraatını təzələmiş və iddia tələbinə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasinin Qanunu 14.1-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən inzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri alan dövlət qulluqçusu dövlət vəzifəli şəxsdir. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 1) töhmət; 2) bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 3) həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 4) daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 5) ixtisas dərəcəsinin bir pillə aşağı salınması;6) dövlət qulluğundan azad edilməsi. Həmin Qanunun 25.6-cı maddəsinə əsasən bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. Həmin Qanunun 25.9-cu maddəsinə əsasən dövlət qulluqçusu qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilər. Həmin Qanunun 25.11-ci maddəsinə əsasən dövlət qulluqçusu “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. Həmin Qanunun 33.1.6-cı maddəsinə əsasən bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq şəxs dövlət qulluğundan azad edildikdə dövlət qulluğuna xitam verilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün əsas hesab edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Yuxarıda sadalanan maddi hüquq normalarından bəlli olur ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasinin Qanununun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş dövlət qulluğundan azad edilməsi anlayışı ilə həmin Qanunun 33.1.6-cı maddəsində nəzərdə tutulmuş dövlət qulluğuna xitam verilməsi anlayışı bir-birindən fərqlidir. Belə ki, Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş anlayış tənbeh tədbiri, 33.1.6-cı maddədə nəzərdə tutulmuş anlayış isə əmək münasibətlərinə xitam anlayışı kimi qəbul edilməlidir. Buna nümunə olaraq Qanunun 33.1.1-33.1.6-cı bəndlərini göstərmək olar. Belə ki, qeyd olunan bəndlərdə dövlət qulluğuna xitam verilmə işəgötürənlə əmək münasibətlərinə xitam verilmə kimi qəbul olunur.Hesab olunur ki, Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş dövlət qulluğundan azad edilmə şəxsin dövlət qulluğu vəzifəsində qalaraq işin davam etdirməsinə maneə yaratmır.Başqa sözlə desək Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş azad edilmə anlayışı dövlət qulluğu vəzifəsindən deyil dövlət qulluğu imtiyazından azad edilmə kimi qəbul edilməlidir. Ona görə də cavabdeh təşkilat olan Cavabdeh İddiaçı tutduğu vəzifədən azad edərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasinin Qanununun 25.2.6-cı maddəsi ilə deyil Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə azad etməli idi. Belə olduğu tədqirdə İddiaçı işdən azad olunması qanunsuz hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini, yəni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. (İPM-14.1). Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısının 03 iyun 2020-ci il tarixli 43 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının əvvəllər tutduğu Cavabdeh başçısının Zərdabi qəsəbə İƏD üzrə nümayəndəsi vəzifəsi üzrə işə bərpa edilməsi və işburaxma dövrü üçün itirilmiş əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası əsaslıdır və təmin olunmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı İddia tələbi təmin edilsin. Cavabdeh başçısının 03 iyun 2020-ci il tarixli 43 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının əvvəllər tutduğu Cavabdeh başçısının Zərdabi qəsəbə İƏD üzrə nümayəndəsi vəzifəsi üzrə işə bərpa edilməsi və işburaxma dövrü üçün itirilmiş əmək haqqının cavabdehdən tutularaq İddiaçı ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar