Məhkəmə qərarları › İş №2-1(118)-50/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-50/2020

29.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-50/2020 29.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası AR Fövqəladə Hallar Nazirliyinə qarşı AR Fövqəladə Hallar Nazirliyində hərbi xidməti dövrü sərəncamda olduğu xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddətin qanunsuz hesab edilməsi və göstərilən dövr üçün aylıq əmək haqqının, 2017-ci ilin yekunlarına görə birdəfəlik pul mükafatının, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üçün birdəfəlik pul mükafatının, 2017-ci ildə istifadə etmədiyi 45 gün növbəti məzuniyyətə görə və 2018-ci ildə iddiaçıya verilməli olan 45 günlük növbəti məzuniyyətin ona verilməmiş 34 gününə görə müvafiq kompensasiyanın, 2017-ci ilin hesabına maddi yardımın, AR Fövqəladə Hallar Nazirliyində hərbi xidmət dövrü istifadə etmədiyi əşya əmlakı əvəzinə pul kompensasiyasının və 2017-ci ildə kirayədə yaşadığına görə mənzil kirayəsi üçün 1 illik kompensasiyanın hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh AR FHN-nə həvalə edilməsi tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası AR Fövqəladə Hallar Nazirliyinə qarşı idddia qaldırmış və AR Fövqəladə Hallar Nazirliyində hərbi xidməti dövrü sərəncamda olduğu xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddətin qanunsuz hesab edilməsi və göstərilən dövr üçün aylıq əmək haqqının, 2017-ci ilin yekunlarına görə birdəfəlik pul mükafatının, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üçün birdəfəlik pul mükafatının, 2017-ci ildə istifadə etmədiyi 45 gün növbəti məzuniyyətə görə və 2018-ci ildə iddiaçıya verilməli olan 45 günlük növbəti məzuniyyətin ona verilməmiş 34 gününə görə müvafiq kompensasiyanın, 2017-ci ilin hesabına maddi yardımın, AR Fövqəladə Hallar Nazirliyində hərbi xidmət dövrü istifadə etmədiyi əşya əmlakı əvəzinə pul kompensasiyasının və 2017-ci ildə kirayədə yaşadığına görə mənzil kirayəsi üçün 1 illik kompensasiyanın hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh AR FHN-nə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 2007-ci ildən xx.xx.2018-ci il tarixədək AR Fövqəladə Hallar Nazirliyində (2007-ci ildən xx.xx.2017-ci il tarixədək N №-li hərbi hissədə, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci i tarixədək N №-li hərbi hissədə ) zabit kimi, cəmi N təqvim ili həqiqi hərbi xidmət keçmiş və AR Fövqəladə Hallar Nazirinin xx.xx.2018ci il tarixli 1731/ş №li əmri ilə "Hərbi Xidmətkeçmə Haqqında" Əsasnamənin "J" bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmışdır. Tələbinin hüquqi əsasları AR Fövqəladə Hallar Nazirliyində hərbi xidmət keçərkən və 2018-ci ilin dekabr ayında hərbi xidmətdən ehtiyata buraxılarkən bir çox aşağıda sadalanan maddi təminat və istirahət hüquqlarım hərbi hissə komandanlığı tərəfindən pozulmuşdur. Belə ki: 1.“Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" AR Qanununda yazılıb: Maddə 15. Fövqəladə hallar orqanları əməkdaşının sərəncamda olması və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılması. 15.1. Fövqəladə hallar orqanları əməkdaşı təşkilatı-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar,habelə intizam tənbehi qaydasında vəzifədən azad edildikdə 3 ayadək müddətdə müvafiq icra hakimiyyəti orqanının sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən 6 ayadək uzadıla bilər. (“Fövqəladə Hallar Orqanlarında Xidmətkeçmə haqqında" AR Qanununun 15-ci maddəsindən çıxarışın surəti əlavə olunur, qoşma No 2) İddiaçı isə xx.xx.2017-ci il tarixdə AR Fövqəladə Hallar Nazirinin müvafiq əmri ilə heç bir əsas gətirilmədən xidmət etdiyi N №-li hərbi hissədə "şöbə rəisinin baş köməkçisi" vəzifəsindən sərəncama çıxarılmış və xx.xx.2018-ci il tarixədək AR Fövqəladə Hallar Nazirinin sərəncamında olmuşdur. xx.xx.2018-ci il tarixdə isə N №li hərbi hissədə tabor komandirinin müavini vəzifəsinə təyin edilmiş və həmin vəzifədən xx.xx.2018-ci ildə ehtiyata buraxılmışdır. Sərəncamda olduğu müddət ərzində cəmi 4 ay xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək aylıq pul təminatı ilə təmin edilmişdir. xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün ona heç bir növ pul təminatı (aylıq maaş) ödənilməmişdir. İddiaçı hesab edir ki, onun xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində (12 ay 23 gün) sərəncamda olmağı qanunsuz olub və bu müddət üçün aylıq pul təminatı tam həcmdə hesablanaraq iddiaçıya ödənilməlidir. “AR Silahlı Qüvvələrində Hərbi Qulluqçuların pul təminatı Haqqında" Əsasnamənin 190-ci maddəsinə asasən zabit heyətinə, gizirlərə, miçmanlara, müddətdən artıq xidmət hərbi qulluqçularına yanvarda ötən ilin iş yekunlarına görə qoşunların yüksək döyüş hazırlığının saxlanılmasına, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsinə və nöqsansız intizama görə 2 aylıq maaş həcmində birdəfəlik pul mükafatı verilir. Həmin Əsasnamənin 192-ci maddəsinə əsasən hərbi hissə komandirləri hərbi qulluqçuları yalnız xidməti xətalar törətdikdə, hərbi intizamı pozduqda və əxlaq qaydalarına zidd hərəkətlər etdikdə onları birdəfəlik pul mükafatından məhrum edə və ya mükafat miqdarını azalda bilərlər. (“AR Silahlı Qüvvələrində Hərbi Qulluqçuların pul təminatı Haqqında" Əsasnamənin 190-cı və 192-ci maddələrindən çıxarışların surətləri əlavə olunur, qoşma No 3) 2017-ci ilin yekunlarına görə o birdəfəlik pul mükafatından əsassız olaraq məhrum edilmişdir. Həmçinin 2018-ci ilin yekunlarına görə iddiaçıya 2018-ci ilin xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixədək olan dövr üçün də (sərəncamda olduğu müddət) birdəfəlik pul mükafatından məhrum edilmişdir. Hesab edir ki, 2017-ci ilin yekunlarına görə və 2018-ci ilin xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək olan dövr üçün hesablanaraq iddiaçıya ödənilməlidir. Belə ki, sərəncamda olduğu müddət ərzində iddiaçı hərbi xidmətdə olmuş və birdəfəlik pul mükafatından məhrum edilməsi üçün heç bir əsas olmamışdır.

3. "Hərbi Qulluqçuların Statusu Haqqında" AR Qanununun N-ci maddəsinin 1-ci bəndinə əsasən ildə bir dəfə zabitlərə 45 günlük növbəti məzuniyyət verilir. "Hərbi qulluqçuların statusu haqqında" AR Qanununun N-ci maddəsinin 1-ci bəndinə və "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsinə əsasən hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. (“Hərbi qulluqçuların statusu haqqında" AR Qanununun Nci maddəsindən Əsasnamənin 120-ci maddəsinin 5-ci bəndindən və 121-ci maddəsindən çıxarışların surəti əlavə olunur, qoşma № 4) İddiaçıya isə 2017-ci ildə 45 günlük növbəti məzuniyyət verilməmişdir. Həmçinin 2018- ci ilin növbəti məzuniyyəti iddiaçıya 45 gün verilməli olduğu halda cəmi N gün verilmişdir. Hesab edir ki, 2017-ci ildə istifadə etmədiyi 45 və 2018-ci ildə ona verilməli olan 45 günlük növbəti məzuniyyətin iddiaçıya verilməmiş 34 günü üçün müvafiq kompensasiya hesablanaraq ona ödənilməlidir.

4. "Fövqəladə Hallar Orqanlarında Xidmətkeçmə haqqında" AR Qanununun 25-ci maddəsinin 9-cu bəndinə əsasən Fövqəladə Hallar Qoşunlarının əməkdaşlarına ildə 1 dəfə bir aylıq vəzifə və xüsusi rütbəyə görə maaşı həcmində maddi yardım göstərilir. ("Fövqəladə Hallar Orqanlarında Xidmətkeçmə haqqında" AR Qanununun 25-ci maddəsinin 9-cu bəndindən çıxarışın surəti əlavə olunur, qoşma № 5) 2017-ci ilin hesabına ona maddi yardım edilməmişdir. İddiaçı hesab edir ki, 2017-ci ilin hesabına iddiaçıya maddi yardım hesablanaraq ödənilməlidir.

5. "Hərbi Qulluqçuların Statusu Haqqında" AR Qanununun 10-cu maddəsinin 5-ci bəndinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrə dövlət hesabına ərzaq və əşya əmlakı alır, ərzaq və əşya əmlakı üçün pul kompensasiyası hüququna malikdirlər. (“Hərbi Qulluqçuların Statusu Haqqında" AR Qanununun 10-cu maddəsinin 5-ci bəndindən çıxarışın surəti əlavə olunur, qoşma No 6) İddiaçıya isə AR Fövqəladə Hallar Nazirliyində hərbi xidmət dövrü istifadə etmədiyi əşya əmlakı əvəzinə nə pul kompensasiyası, nə də ki, bu kompensasiyanı almaq üçün müvafiq arayış verilməmişdir. Hesab edir ki, hərbi xidmət dövrü istifadə etmədiyi əşya əmlakı əvəzinə pul kompensasiyası hesablanaraq ona ödənilməlidir.

6. " Hərbi qulluqçulara müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında" AR Nazirlər Kabinetinin xx xxxx 2006-cı il tarixli 171 №-li qərarının 1-ci bəndinə əsasən yaşayış yeri olmayan və bu səbəbdən kirayədə yaşamağa məcbur olan zabitlərə kirayədə yaşadıqları dövr ərzində mənzilin kirayəsi üçün hər ay kompensasiya ödənilir. (“ Hərbi qulluqçulara müvəqqəti mənzilin kirayasi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında" AR Nazirlər Kabinetinin xx xxxx 2006-cı il tarixli 171 No-li qərarının surəti-1 vərəq) 2017-ci ildə hərbi xidmət dövrü kirayədə qalmağına və tələb olunan bütün sənədləri hərbi hissəyə təqdim etməsinə baxmayaraq müvəqqəti mənzilin kirayəsi üçün iddiaçıya müvafiq kompensasiya ödənilməmişdir. Barəsində baş vermiş maddi təminat və məzuniyyət hüquqlarının pozulması faktlarının araşdırılması və müvafiq kompensasiyaların (sərəncamda olduğu müddətin xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək olan dövrü üçün üçün aylıq əmək haqqının-9077 manat, 2017-ci ilin yekunlarına görə birdəfəlik pul mükafatının-1004 manat, xx.xx.2018-ci ii tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üçün birdəfəlik pul mükafatının-670 manat, 2017-ci ildə istifadə etmədiyi 45 gün növbəti məzuniyyətə görə- 928 manat və 2018-ci ildə iddiaçıya verilməli olan 45 günlük növbəti məzuniyyətin iddiaçıya verilməmiş 34 gününə görə-710 manat, 2017-ci ilin hesabına maddi yardımın- 502 manat, AR Fövqəladə Hallar Nazirliyində hərbi xidmət dövrü istifadə etmədiyi əşya əmlakı əvəzinə-3200 manat, kompensasiyasının və 2017-ci ildə kirayədə yaşadığına görə mənzil kirayəsi üçün 1 illik kompensasiyanın-834 manat pulun nesablanaraq ona ödənilməsi üçün göstəriş verilməsi xahişi ilə iddiaçı xx.xx.2019-cu tarixdə ərizə ilə cavabdehə müraciət etmişdir. Lakin müraciəti cavabsız və nəticəsiz qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(085)-808/2019 saylı qərardadı ilə Azərbaycan Respublikası FHN-nin X3 Xidməti məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi X2 tərəfibdən məhkəməyə göndərilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X3 Xidmətinin Maliyyə şöbəsinin rəisi tərəfindən hazırlanmış Arayışda aşağıdakılar qeyd edilmişdir : İddiaçı Nazirliyin xx xxxxx 2017-ci il tarixli 0334/ş saylı əmri ilə X3 Xidmətinin (9970 saylı hərbi hissə) Döyüş və xüsusi hazırlıq idarasinin Pirotexnik və istehkam hazırlığı şöbəsinin rəisinin baş köməkçisi vəzifəsindən Nazirliyin sərancamına götürülmüşdür. Nazirliyin xx xxxxxxxx 2018-ci il tarixli 1243/ş saylı əmri ilə X3 Xidmətinin X3 va mühafizə alayının (9971 saylı hərbi hissə) Mühafizə taborunun mühafizə bölüyünün komandiri vəzifəsinə təyin edilmişdir. Hərbi hissə komandirinin xx xxxxxx 2018-ci il tarixli 0525/ş saylı əmri ilə (öz arzusu ilə) xx xxxxxx 2018-cil tarixdan ehtiyata buraxılmışdır. Xidmət müddətində əmək haqqı, məzuniyyət pulu, təxris əmrinə uyğun olaraq 2018-ci il oktyabrdekabr aylardakı xidmətə görə 90% həcmində pul mükafatı, ehtiyata buraxılması ilə əlaqədar 2 aylıq maaş miqdarında bir dəfəlik pul müavinatı və 2018-ci il üçün nəzərdə tutulmuş maddi yardım ona tam ödənmişdir. Məzuniyyət günləri işlədiyi dövrə müvafiq olaraq N gün verimişdir. (Məzuniyyət kompensasiyası 34 gün üçün 573 manat 78 qapik təşkil edir). Əşya əmlakı əvəzinə pul kompensasiya alınması üçün arayışın verilməsi ilə bağlı Xidmətə müraciət etməmişdir. Kirə pulu 2017-ci ilin yanvar-mart aylarına müvafiq olaraq toplanmış sənədlərə əsasən 158.40 manat ödənmişdir. xx xxxxx 2017-ci il tarixdən 10 sentyabr tarixinədək Nazirliyin sərəncamında olduğu üçün ödənişlərlə bağlı heç bir məlumatı yoxdur. Nazirliyin şifahi sorğusuna əsasən bildirir ki, İddiaçı sərancam dövründə pul təminatı aşağıdakı kimi olmalıdır. 1) Əmək haqqı xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxxxx 2018-ci il tarixədək tutqularsız 8680.85 manat təşkil edir. (17 aprel-2018 mart vazifə maaşı -320.00, rütbə maaşı-127.00,xidmət ili-44.70, dərəcəsi 80.00) və (aprel 2018- sentyabr 2018 vəzifə maaşı 350.00, rütbə maaşı-127.00, xidmət ili-47.70, dərəcəsi 87.50. 2) Maddi yardım 2017-ci il üçün 447.00 manat təşkil edir. 3) Mükafat 2017-ci ilin müvafiq dövrü üçün 894.00 manat, 2018-ci ilin yanvaravqust ayları üçün 636.00 manat təşkil edir. 5) Məzuniyyət əvəzinə pul kompensasiyası 2017-ci ilin müvafiq dövrü üçün 727.85 manat,2018-ci ilin 34 gün istifadə edilməmiş məzuniyyət günləri üçün 573.78 manat təşkil edir. Məhkəməyə yuxarıda adı qeyd olunan sənədlər təqdim edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

Əsaslandırma hissəsi:

Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia qismən əsaslıdır. Belə ki, Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsinə əsasən Fövqəladə hallar orqanlarının əməkdaşı təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında vəzifədən azad edildikdə üç ayadək müddətdə müvafiq icra hakimiyyəti orqanının sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən altı ayadək uzadıla bilər. Fövqəladə hallar orqanları əməkdaşının məzuniyyətdə olduğu dövr bu müddətə daxil edilmir. Fövqəladə hallar orqanları əməkdaşının sərəncamda olduğu müddətdə əvvəlki vəzifədə aldığı aylıq əmək haqqı üç ay müddətində saxlanılır. Qanunvericiyilin göstərişindən göründüyü kimi Fövqəladə hallar orqanları əməkdaşının sərəncamda olduğu müddətdə əvvəlki vəzifədə aldığı aylıq əmək haqqı üç ay müddətində saxlanılır. Cavabdeh inzibati orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X3 Xidmətinin Maliyyə şöbəsinin rəisi tərəfindən hazırlanmış Arayışda qeyd edilmişdirki, İddiaçı Nazirliyin xx xxxxx 2017-ci il tarixli 0334/ş saylı əmri ilə X3 Xidmətinin (9970 saylı hərbi hissə) Döyüş və xüsusi hazırlıq idarasinin Pirotexnik və istehkam hazırlığı şöbəsinin rəisinin baş köməkçisi vəzifəsindən Nazirliyin sərancamına götürülmüşdür. Nazirliyin xx xxxxxxxx 2018-ci il tarixli 1243/ş saylı əmri ilə X3 Xidmətinin X3 va mühafizə alayının (9971 saylı hərbi hissə) Mühafizə taborunun mühafizə bölüyünün komandiri vəzifəsinə təyin edilmişdir. Hərbi hissə komandirinin xx xxxxxx 2018-ci il tarixli 0525/ş saylı əmri ilə (öz arzusu ilə) xx xxxxxx 2018-cil tarixdan ehtiyata buraxılmışdır. Xidmət müddətində əmək haqqı, məzuniyyət pulu, təxris əmrinə uyğun olaraq 2018-ci il oktyabr-dekabr aylardakı xidmətə görə 90% həcmində pul mükafatı, ehtiyata buraxılması ilə əlaqədar 2 aylıq maaş miqdarında bir dəfəlik pul müavinatı və 2018-ci il üçün nəzərdə tutulmuş maddi yardım ona tam ödənmişdir. Məzuniyyət günləri işlədiyi dövrə müvafiq olaraq N gün verimişdir. (Məzuniyyət kompensasiyası 34 gün üçün 573 manat 78 qapik təşkil edir). Əşya əmlakı əvəzinə pul kompensasiya alınması üçün arayışın verilməsi ilə bağlı Xidmətə müraciət etməmişdir. Kirə pulu 2017-ci ilin yanvar-mart aylarına müvafiq olaraq toplanmış sənədlərə əsasən 158.40 manat ödənmişdir. xx xxxxx 2017-ci il tarixdən 10 sentyabr tarixinədək Nazirliyin sərəncamında olduğu üçün ödənişlərlə bağlı heç bir məlumatı yoxdur. Məhkəmə hesab edir ki, qanunvericiliyə əsasən idiaçıya sərəncamda olduğu müddətdə əvvəlki vəzifədə aldığı aylıq əmək haqqı üç ay müddətində saxlanıldığı üçün ona həmin məbləğ cavabdeh tərəfindən ödənilməlidir. İddia tələbinin 2017-ci ilin yekunlarına görə birdəfəlik pul mükafatının, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üçün birdəfəlik pul mükafatının, 2017-ci ildə istifadə etmədiyi 45 gün növbəti məzuniyyətə görə və 2018-ci ildə iddiaçıya verilməli olan 45 günlük növbəti məzuniyyətin ona verilməmiş 34 gününə görə müvafiq kompensasiyanın, 2017-ci ilin hesabına maddi yardımın, AR Fövqəladə Hallar Nazirliyində hərbi xidmət dövrü istifadə etmədiyi əşya əmlakı əvəzinə pul kompensasiyasının və 2017ci ildə kirayədə yaşadığına görə mənzil kirayəsi üçün 1 illik kompensasiyanın hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh AR FHN-nə həvalə edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının sərəncamda olduğu müddət ərzində faktiki olaraq işləmədiyi üçün iddia tələbi qeyd olunan hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı ilə inzibati orqanın xidməti hüquq münasibətlərini müəyyən edən normativ tənzimləmələrdə, iddiaçının sərəncamda olduğu, faktiki olaraq xidmətdə olmadığı dövrlərdə ona hər hansı bir pul təminatının ödənilməli olması ilə bağlı yuxarıda qeyd edilən üç aylıq əmək haqqının saxlanmasınından başqa hüquqi tənzimləmə mövcud deyil. Bu isə iddianın həmin hissələrdə təmin edilməsini istisna edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı AR Fövqəladə Hallar Nazirliyində sərəncama götürüldüyü xx.xx.2017-ci il tarixdən əvvəlki vəzifədə aldığı aylıq əmək haqqı üç ay müddətinə hesablanaraq iddiaçıya ödənilməsi AR Fövqəladə Hallar Nazirliyinə həvalə edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və N0-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia qismən təmin edilsin. İddiaçı AR Fövqəladə Hallar Nazirliyində sərəncama götürüldüyü xx.xx.2017-ci il tarixdən əvvəlki vəzifədə aldığı aylıq əmək haqqı üç ay müddətinə hesablanaraq iddiaçıya ödənilməsi AR Fövqəladə Hallar Nazirliyinə həvalə edilsin. İddia qalan hissədə rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar