Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-50/2021 16.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, Hakim köməkçisi Kazımova İradə Səlim qızının katibliyi ilə, İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qarşı “Cavabdeh Şamaxı rayon İcra Hakimiyyəti başçısının 58 nömrəli xx xxxx 2019-cu il tarixli əmrinin ləğv olunması və xx xxxx 2019-cu il tarixdən başlayaraq Şamaxı rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə və dövlət qulluğuna bərpa olunana kimi əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə inzibati öhdəlik qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq “buraxılmış müddət məhkəmə qaydasında üzürlü hesab olunmaqla bərpa edilməsi, cavabdeh Şamaxı rayon İcra Hakimiyyəti başçısının 58 nömrəli xx xxxx 2019-cu il tarixli əmrinin ləğv olunması və xx xxxx 2019-cu il tarixdən başlayaraq tutduğu vəzifəyə işə qəbul olunana kimi əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə inzibat öhdəlik qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində qeyd edilir ki, iddiaçı cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısı Tahir Məmmədovun 58 nömrəli, xx xxxx 2019-cu il tarixli Əmri ilə tutduğu Şamaxı rayonu Birinci Çaylı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsindən azad edilmişdir. Hesab edir ki, cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısı Tahir Məmmədovun 58 nömrəli, xx xxxx 2019-cu il tarixli Əmri qanunsuz, əsassız, son dərəcə ədalətsiz və qərəzlidir. Belə ki, o, 2004-cü ilin may ayından 2012-ci ilin iyun ayına kimi və 2014-cü ildən xx xxxx 2019-cu il tarixinə kimi Şamaxı rayonu Birinci Çaylı kənd X12 üzrə icra nümayəndəsi vəzifəsində işləmişdir. 2-ci dərəcəli Dövlət qulluqçusudur. 1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür və həmin vaxtdan Birinci Çaylı kəndi üzrə Yeni Azərbaycan Partiyasının Sədri vəzifəsində çalışır. Həmişə Dövlətə və Dövlətçiliyə sadiq olmuşdur. 1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ulu Öndərimiz və Ümummilli Liderimiz Möhtərəm Heydər Əliyevin daxili və xarici siyasətini həmişə dəstəkləmişdir. Ulu Öndərimizin layiqli davamçısı X13 Sərəncam və Fərmanlarını layiqincə yerinə yetirməyə çalışmışdır. Lakin heç bir qanuni əsaslar olmadan, fəaliyyəti araşdırılmadan və Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının Şurasında baxılmadan, Şamaxı rayon prokurorunun ona heç bir aidiyyatı olmayan, xx xxxx 2019-cu il tarixli təqdimatına əsasən 58 nömrəli, xx xxxx 2019-cu il tarixli Əmri ilə işdən azad olunmuşdur. Qanunsuz işdən azad olunması ilə bağlı xx.xx.2019-cu il tarixli ərizə ilə cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısına müraciət etsə də, bu günə kimi ona heç bir cavab verilməmişdir. Bu ədalətsiz Əmrlə bağlı iki dəfə Azərbaycan Respublikasının Prezidentinə və iki dəfə də Azərbaycan Respublikasının Birinci Vitse- Prezidentə qəbul olunmağı ilə bağlı teleqramma göndərmişdir. Axırıncı dəfə xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Lakin bu günə kimi müraciətlərinə cavab almamışdır. Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Azərbaycan Respublikası Şamaxı Rayonu İcra Hakimiyyəti Başçısının 58 nömrəli, xx xxxx 2019-cu il tarixli Əmrində yazılmışdır ki, Şamaxı rayon Prokurorunun xx xxxx 2019-cu il tarixli ********* nömrəli təqdimatına əsasən Şamaxı rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı saxta olduğu sübuta yetirilmiş icarə müqaviləsindən istifadə etdiyi, iş vaxtlarında Şamaxı, Sumqayıt və Bakı şəhərlərində keçirilmiş məhkəmə proseslərində öz adından və digər şəxslərin etibarnamə üzrə nümayəndəsi qismində iştirak edərək xidməti vəzifələrini icra etməməklə yanaşı həmin günlər üçün əmək haqqı aldığı və bununla da qanunvericiliyin tələblərini dəfələrlə pozduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 25.2.6, 33.1.6-cı və "Yerli icra hakimiyyəti haqqında əsasnamə"nin 4.1.8-ci bəndinə əsasən Əmr edirəm: İddiaçı Şamaxı rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən və dövlət qulluğundan azad edilsin. Əsas: Şamaxı rayon Prokurorunun xx xxxx 2019-cu il tarixli ********* nömrəli təqdimatı. "Dövlət quluğu haqqında" Qanunun 25.1-ci maddəsinə əsasən dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20- ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: töhmət; bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; ixtisas dərəcəsinin bir pillə aşağı salınması; dövlət qulluğundan azad edilməsi. Həmin Qanunun 25.3-cü maddəsinə əsasən bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. Həmin Qanunun 25.4-cü maddəsinə əsasən xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 25.5-ci maddəsinə əsasən dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. Həmin Qanunun 25.6-cı maddəsinə əsasən bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. Həmin Qanunun 25.7-ci maddəsinə əsasən bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. Həmin Qanunun 25.8-ci maddəsinə əsasən intizam tənbeh tədbirinin tətbiq edilməsi barədə əmrdən, onun imzalandığı gündən 7 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına şikayət vermək olar. Bu zaman həmin orqan tərəfindən intizam tənbeh tədbiri 10 iş günü müddətində ləğv olunmalı və ya qüvvədə saxlanılmalıdır. Tətbiq olunmuş intizam tənbeh tədbirindən şikayət verilməsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir. Lakin o işlədiyi müddətdə yaxşı xidmətinə görə dövlət qulluqçusu və Şamaxı RİHB-nın Birinci Çaylı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi kimi dəfələrlə mükafatlanmışdır. Lakin hazırkı Əmrlə bağlı barəsində araşdırma aparılması barədə Əmr olmamış, heç bir araşdırma aparılmamış, dövlət qulluqçusu kimi ondan yazılı izahat alımamış, müvafiq dövlət orqanının rəhbəri tərəfindən barəsində xidməti yoxlama təyin edilməmiş və Şurada iddiaçının məsələsinə baxılmamışdır. Azərbaycan Respublikası İPM-nin 4.1-ci maddəsinə əsasən inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı hesab edir ki, Şamaxı payon Prokurorunun təqdimatı onun Şamaxı rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən və dövlət qulluğundan azad edilməsi üçün əsas ola bilməz. Şamaxı rayon Prokurorluğunda araşdırılan ********* nömrəli cinayət işinin istintaqının iddiaçıya heç bir adiyyatı yoxdur, həmin cinayət işi üzrə iddiaçı təqsirli bilinməmişdir və heç bir cəza almamışdır. Həmin araşdırma oğlu X16 oğlu ilə bağlı olmuşdur. Eyni zamanda, iddiaçı, Şamaxı Rayon Məhkəməsində və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində iştirak etməyi ilə bağlı əvvəlcədən Şamaxı RİHB-na məlumat vermiş, məhkəmə bildirişlərini və ya məhkəmə çağırışlarını Şamaxı RİHB-na təqdim etmişdir. Qanunun tələbinə görə onun məhkəmələrdə iştirakı üzürlü səbəb hesab olunmaqla iş gününün əmək haqqı tam ödənilir. Cavabdeh Şamaxı Rayonu İcra Hakimiyyətinin Başçısı iddiaçını əvvəlki iş yerinə və ya Şamaxı rayonunun başqa kəndinə inzibati ərazi dairəsi üzrə nümayəndə təyin etməsi barədə söz vermiş, vaxtı uzatmış, lakin onun qanuni və əsaslı müraciətinə bu günə kimi cavab verməmişdir. Cavabdeh bu yolla da onun məhkəməyə müraciət etmək hüququnu qanunsuz olaraq məhdudlaşdırmış və məhkəməyə müraciət etmək vaxtımı qanunsuz olaraq bilərəkdən uzatmağa çalışmışdır. Hesab edir ki, buraxılmış müddət məhkəmə qaydasında üzürlü hesab olunmaqla bərpa edilməli və cavabdeh Şamaxı Rayonu İcra Hakimiyyəti Başçısının 58 nömrəli, xx xxxx 2019-cu il tarixli qanunsuz və əsassız Əmrinin ləğv olunması və xx xxxx 2019-cu ildən başlayaraq tutduğum vəzifəyə işə qəbul olunana kimi əmək haqqının ödənilməsi vəzifəsi cavabdehin üzərinə inzibati öhdəlik qoyulmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddiasını dəqiqləşdirərək cavabdeh Şamaxı rayon İcra Hakimiyyəti başçısının 58 nömrəli xx xxxx 2019-cu il tarixli əmrinin ləğv olunması və xx xxxx 2019-cu il tarixdən başlayaraq Şamaxı rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə və dövlət qulluğuna bərpa olunana kimi əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə inzibati öhdəlik qoyulmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısı Tahir Məmmədovun 58 nömrəli, xx xxxx 2019-cu il tarixli əmri ilə dövlət qulluğuna xitam verilməklə Şamaxı rayonu Birinci Çaylı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən və dövlət qulluğundan azad edilmişdir. Cavabdehin 58 nömrəli, xx xxxx 2019-cu il tarixli İddiaçı dövlət qulluğuna xitam verilməsi haqqında əmrində qeyd olunur ki, Şamaxı Rayon Prokurorunun xx xxxx 2019-cu il tarixli ********* nömrəli təqdimatına əsasən Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının nümayəndəsi İddiaçı saxta olduğu sübuta yetirilmiş icarə müqaviləsindən istifadə etdiyi, iş vaxtlarında Şamaxı, Sumqayıt və Bakı şəhərlərində keçirilmiş məhkəmə proseslərində öz adından və digər şəxslərin etibarnamə üzrə nümayəndəsi qismində iştirak edərək xidməti vəzifələrini icra etməməklə yanaşı həmin günlər üçün əmək haqqı aldığı və bununla da qanunvericiliyin tələblərini dəfələrlə pozduğu müəyyən edilmiş, bununla da Şamaxı Rayon Prokurorunun xx xxxx 2019-cu il tarixli ********* nömrəli təqdimatı əsas götürülərək, Cavabdeh qeyd olunanları nəzərə alıb “Dövlət qulluğu haqqında” AR Qanununun 25.2.6, 33.1.6-cı və “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin 4.1.8-ci bəndlərini əsas tutaraq iddiaçını Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının Birinci Çaylı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən və dövlət qulluğundan azad etmişdir. Belə ki, 2000-ci il tarixdən heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə Şamaxı Rayon Birinci Çaylı kəndi bələdiyyəsindən 15 il müddətinə 150 hektar torpaq sahəsini icarəyə götürmüşdür. Daha sonra, 2004-cü ilin əvvəllərində Şamaxı Rayonu Birinci Çaylı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə və dövlət qulluğuna təyin olunduğu üçün həmin ilin mart ayının 30-da iddiaçı tərəfindən torpaq sahəsi bələdiyyəyə geri qaytarılmış və həmən torpaq sahəsi 150 hektar olmaqla oğlu X16 oğlu ilə müqavilə bağlandıqdan sonra 30 il müddətinə onun istifadə və sahibliyinə verilmişdir. Lakin o dövrü bələdiyyə sədri, sonradan bələdiyyə üzvü olmuş, X1 oğlunun icarə və sahibliyində olan 150 hektar torpaq sahəsinə daha imkanlı icarədar tapdığından, yersiz olaraq ziddiyyətlər, mübahisələr və qarşıdurmalar yaratmış, oğlu V.İddiaçı və iddiaçını qanunsuz olaraq məhkəmə çəkişmələrinə məruz qoymuş, ilkin olaraq iddiaçını cavabdeh qismində, sonrakı məhkəmə çəkişmələrində isə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində, Ali Məhkəməyə qədər məhkəmə proseslərində iştirak etməyinə rəvac yaratmışdır. Bundan başqa, bütün məhkəmə çəkişmələrini uduzan sabiq bələdiyyə sədri Ə.A.Fətullayev Şamaxı Rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmiş, Şamaxı Rayon Prokurorluğunda araşdırma aparılmış, oğlu V.İddiaçı və iddiaçının əməlində AR. CM-nin 320-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə barələrində cinayət təqibinin başlanması rədd edilmişdir. Daha sonra, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(105)-1795/2020 saylı qətnaməsi ilə Şamaxı Rayonu Birinci Çaylı Bələdiyyəsi və oğlu X16 oğlu arasında bağlanmış xx xxxx 2004-cü il tarixli torpaq icarəsi müqaviləsinin etibarsız hesab edilməsi, həmən müqavilədə nəzərdə tutulan 150 ha torpaq sahəsinin boşaldılaraq X4 faktiki sahibliyinə verilməsi barədə X4 iddiası rədd edilmiş, tələb təmin edilməmiş, həmən torpaq sahəsinə dair icarə müqaviləsinin bağlandığı gündən qanuni olması, saxta olmaması sübuta yetirilmişdir. Buradan da, məlum olur ki, Şamaxı Rayon Prokurorluğun xx.xx.2019-cu il tarixi Cinayət işi üzrə icraata xitam verilməsi haqqında, Şamaxı Rayon İcra Hakimiyyətinə göndərdiyi xx.xx.2019-cu il tarixli ********* nömrəli təqdimatı, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)- 1795/200 saylı qətnaməsi və Şamaxı Rayon İcra Hakimiyyətinin 58 nömrəli, xx.xx.2019-cu il tarixli əmri arasında ziddiyyətin olması məlum olmuşdur. Mərhum Ə.A.Fətullayev oğlunu və iddiaçını cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində birinci instansiya Apelyasiya və Ali məhkəmələrində məhkəmə çəkişmələrinə məruz qoymuş, Məhkəmə hakimiyyətinə hörmətlə yanaşdığı üçün məhkəmədə iştirak etməyi ilə bağlı bildirişlərdəki vaxt və tarixlərdə həm birinci instansiya, Apelyasiya və Ali məhkəmələrinin proseslərində rəsmi qaydada iştirak etmiş və bununla bağlı Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının yazılı surətdə məlumatlandırmışdır. İddiaçı xüsusilə qeyd edir ki, 2004-cü ilin may ayından 2012-ci ilin iyun ayına kimi və 2014cü ildən xx xxxx 2019-cu il tarixə kimi Şamaxı Rayonu Birinci Çaylı kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmişdir. Bundan başqa 2-ci dərəcəli Dövlət Qulluqçusu olmaqla yanaşı, 1992-ci ildən YAP-nın üzvüdür və həmin vaxtdan Birinci Çaylı kəndi üzrə YAP X10 sədri vəzifəsində fəaliyyət göstərir. Daima Dövlət qulluğunda fərqləndiyi üçün Fəxri Fərman və Diplomlara, layiq görülmüşdür. Daha sonra, qanunsuz olaraq dövlət qulluğundan azad olunmağı ilə bağlı xx.xx.2019-cu il tarixli ərizə ilə cavabdehə müraciət etsə də, müsbət nəticə əldə etməmişdir. Cavabdeh Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 58 nömrəli, xx xxxx 2019-cu il tarixli ziddiyyətli, əsassız, qanunsuz, araşdırma aparılmadan Şamaxı Rayon Prokurorluğun maraqlar çərçivəsində, digər şəxsin xeyrinə cavab verən, təqdimata istinad etmişdi. İddiaçı cavabdehin verdiyi əmri son dərəcə ədalətsiz və qərəzli hesab edib aşağıda sadalanan bir sıra sübut növlərinə istinad etmişdir. X9 xx xxxx 2019-cu il tarixli ********* nömrəli ziddiyyətli, qərəzli təqdimatı Şamaxı Rayon İcra Hakimiyyətinə daxil olduqdan sonra Şamaxı Ravon İcra Hakimiyyəti tərəfindən dövlət qulluğundakı fəaliyyəti, xidməti yoxlaması şura iclasında araşdırılmamış, prokurorluqdan daxil olmuş təqdimatla bağlı izahatı alınmadan birtərəfli qaydada icra nümayəndəsi vəzifəsindən və dövlət qulluğundan azad edilmişdir. Bələdiyyə sədri, sonradan bələdiyyə üzvü olmuş, mərhum X2 xx xxxx 2004-cü il tarixli torpaq icarə müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı əsassız olaraq iddiaçını və oğlu Vüsal Gülüyevi məhkəmə çəkişmələrinə məruz qoymuş, ilkin olaraq iddiaçını cavabdeh, növbəti məhkəmə çəkişmələrində isə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə proseslərinə cəlb etmişdir. İş materiallarına əlavə etdiyi, məhkəmə bildirişləri, məhkəmə qətnamələri bir daha sübut edir ki, məhkəmə iclaslarında iddiaçının iştirakı ilə bağlı Şamaxı Ravon İcra Hakimiyyətinə yazılı surətdə müvafiq rəsmi qaydada məlumatlandırmağı ilə bağlı xidməti arayış və ərizələr təqdim etmişdir. Şamaxı Rayon Prokurorluğunun xx xxxxxxxx 2019-cu il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, saxta olduğu sübuta yetirilmiş icarə müqaviləsinin saxtalaşdırılmasında İddiaçı və X16 oğlunun hər hansı bir formada iştiraklarının olmadığı müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş Şamaxı Rayon Prokurorluğunun xx xxxxxxxx 2019-cu il tarixli cinayət isi üzrə icraata xitam verilməsi haqqında qərar; Şamaxı Rayon Prokurorluğu tərəfindən cavabdehə göndərdiyi xx xxxx 2019-cu il tarixli ********* nömrəli təqdimat; Şamaxı Rayonu İcra Hakimiyyəti Başçısının 58 nömrəli, xx xxxx 2019-cu il tarixli əmrinə qarşı Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1795/2020 saylı, xx.xx.2020-ci il tarixli mötəbər Qətnaməsi ilə ziddiyyətin olması bir daha təsdiq olunur. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 1795/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Şamaxı Rayonu X4 iddiaçıya və X16 oğlu arasında bağlandığı qeyd edilən xx xxxx 2004-cü il tarixli torpaq icarəsi müqaviləsinin saxta olmağı və etibarsız hesab edilməsi, həmin müqavilədə nəzərdə tutulan 150 ha torpaq sahəsinin boşaldılaraq X4 faktiki sahibliyinə verilməsi barədə Şamaxı Rayonu X4 iddiası rədd edilmiş, Hazırki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(074)-55/2020 saylı qətnaməsi ləğv edilərək icarə müqaviləsinin qanuni olması, saxta olmaması barədə yeni qətnamə qəbul edilmişdir. Şamaxı Rayon Prokurorluğunun və Şamaxı Rayon İcra Hakimiyyətinin təqdimat və əmri nəticəsində və bu dövlət hakimiyyət orqanlarının işində səhvlər yə çatışmazlıqlar iddiaçının xeyrinə işlənməlidir. Başqa sözlə Dövlət hakimiyyət orqanının səhvi riskini dövlət daşımalı və bu səhvlər maraqlı şəxsin hesabına düzəldilməməlidir. Bu isə o anlama gətirir ki, iddiaçı saxta icarə müqaviləsindən istifadə etməmiş, iş vaxtlarında yalnız üzürlü səbəb olaraq məhkəmə iclaslarında iştirak etmiş, digər şəxslərin etibarnamə üzrə nümayəndəsi qismində məhkəmə çəkişmələrində iştirak etməmişdir, Şamaxı Rayon İcra Hakimiyyəti Başçısını bu barədə xidməti arayış və ərizələrlə məlumatlandırmış və qanunvericiliyin tələblərini pozmamışdır. Beləliklə hesab edir ki, Şamaxı pavon Prokurorunun təqdimatı iddiaçının Şamaxı rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən və dövlət qulluğundan azad edilməyi ücün əsas ola bilməz. Şamaxı rayon Prokurorluğunda araşdırılan ********* nömrəli cinayət isinin istintaqının iddiaçıya heç bir adiyyatı yoxdur, həmin cinayət işi üzrə iddiaçı təqsirli bilinməmiş və heç bir cəza almamışdır. Həmin araşdırma oğlu-X17 oglu ilə bağlı olmuşdur. Eyni zamanda, iddiaçı Şamaxı Rayon Məhkəməsində və Sumqayıt İnzibati- İqtisadi Məhkəməsində iştirak etməyi ilə bağlı əvvəlcədən Şamaxı RİHB-na məlumat vermiş, məhkəmə bildirişlərini və ya məhkəmə çağırışlarını Şamaxı RİHB-na təqdim etmişdir. Qanunun tələbinə görə iddiaçının məhkəmələrdə iştirakı üzürlü səbəb hesab olunmaqla iş gününün əmək haqqı tam ödənilir. Lakin hazırkı Əmrlə bağlı barəsində araşdırma aparılması barədə qərar olmamış, heç bir araşdırma aparılmamış, dövlət qulluqçusu kimi ondan yazılı izahat alınmamış, müvafiq dövlət orqanının rəhbəri tərəfindən barəsində xidməti yoxlama təyin edilməmiş və Şurada iddiaçının məsələsinə baxılmamışdır. Məhkəmə iclasında İddiaçı və onun vəkili X5 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı Sumqayıt inzibati Məhkəməsinə müraciət edərək Şamaxı rayonu İcra Hakimiyyəti Başçısının xx xxxx 2019-cu il tarixli, 58 saylı əmrinin ləğv olunmasını tələb etmişdir. Cavabdeh bildirmişdir ki, Şamaxı rayon Prokurorunun xx xxxx 2019-cu il tarixli ********* №li təqdimatına əsasən Şamaxı rayon icra Hakimiyyəti başçısının Birinci Çaylı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı saxta olduğu sübuta yetirilmiş icarə müqaviləsindən istifadə etdiyi, iş vaxtlarında Şamaxı, Sumqayıt və Bakı şəhərlərində keçirilmiş məhkəmə proseslərində öz adından və digər şəxslərin etibarnamə nümayəndəsi qismində iştirak edərək xidməti vəzifələrini icra etməməklə yanaşı günlər üçün əmək haqqı aldığı və bununla da qanunvericiliyin tələblərini dəfələrlə pozduğu müəyyən edilmişdir. Buna görə də İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25,2.6, 33.1.6-cı və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.1.8-ci zərinə əsasən Şamaxı Rayonu İcra Hakimiyyəti Başçısının xx xxxx 2019-cu il tarixli, 58 əmri ilə Şamaxı rayon icra Hakimiyyəti başçısının Birinci Çaylı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən və dövlət qulluğundan azad edilmişdir. Məhkəmə iclasında cavabdeh Şamaxı rayonu İcra Hakimiyyətinin nümayəndəsi X6 iştirak etmiş, iddiaya etirazı müdafiə etmiş və iddianın rəd edilməsini məhkəmədən xahiş etmişdir. Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 58 №li, xx xxxx 2019-cu il tarixli Əmrində qeyd edilir ki, Şamaxı rayon Prokurorunun xx xxxx 2019-cu il tarixli ********* nömrəli təqdimatına əsasən Şamaxı rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı saxta olduğu sübuta yetirilmiş icarə müqaviləsindən istifadə etdiyi, iş vaxtlarında Şamaxı, Sumqayıt və Bakı şəhərlərində keçirilmiş məhkəmə proseslərində öz adından və digər şəxslərin etibarnamə üzrə nümayəndəsi qismində iştirak edərək xidməti vəzifələrini icra etməməklə yanaşı həmin günlər üçün əmək haqqı aldığı və bununla da qanunvericiliyin tələblərini dəfələrlə pozduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 25.2.6, 33.1.6-cı və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.1.8-ci bəndlərinə əsasən İddiaçı Şamaxı rayon icra Hakimiyyəti başçısının Birinci Çaylı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən və dövlət qulluğundan azad edilmişdir. Əsas: Şamaxı rayon Prokurorunun xx xxxx 2019-cu il tarixli ********* nömrəli təqdimatı Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilmir. Beləki İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qarşı tələbi cavabdehin 58 nömrəli xx xxxx 2019-cu il tarixli əmrinin ləğv olunması və xx xxxx 2019-cu il tarixdən başlayaraq Şamaxı rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə və dövlət qulluğuna bərpa olunana kimi əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə inzibati öhdəlik qoyulmasından ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət qulluqçusu olduğu üçün onun bu iddianı qaldlrmaqda subyektiv hüuqu vardır, cavabdeh cavab verməli olan inzibati orqandır və iddia müddəti ötürülməmişdir. Beləki, X3 73-cü maddəsinə əsasən: 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Məhkəmə hesab edir ki, iddiaçı 6 aylıq müddəti ötürmədiyinə görə iddianı mümkünsüz edən digər bir əsas müəyyən olunmur. Məhkəmə iddianın əsaslılığı ilə bağlı aşağıdakıları qeyd etməyi vacib sayır. İddiaçının tələbinin ilk hissəsi Şamaxı rayon İcra Hakimiyyətinə qarşı cavabdehin 58 nömrəli xx xxxx 2019-cu il tarixli əmrinin ləğv olunmasından ibarətdir. Həmin əmr ilə cavabdeh inzibati orqan Şamaxı rayon Prokurorunun xx xxxx 2019cu il tarixli ********* nömrəli təqdimatına əsasən “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 25.2.6, 33.1.6-cı və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.1.8-ci bəndlərinə istinad etməklə İddiaçı Şamaxı rayon icra Hakimiyyəti başçısının Birinci Çaylı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən və dövlət qulluğundan azad etmişdir. Dövlət qulluğu haqqında qanunun 25.2-ci maddəsinə əsasən Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. Cavabdeh inzibati orqan mübahisələndirilən inzibati aktı qəbul edərkən, ancaq Şamaxı rayon Prokurorluğunun təqdimatına istinad etmiş, tərəfin izahatının alınması, inzibati icraatın başladılması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbu ki, İnzibati İcraat haqqında Qanunun 14.1-ci maddəsinə əsasən, İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Qanunun 14.2-ci maddəsinə əsasən, Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Qanunun 24.1-ci maddəsinə əsasən, İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunun 24.2-ci maddəsinə əsasən, İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Qanunun 24.3-cü maddəsinə əsasən, İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Qanunun 24.4-cü maddəsinə əsasənTəqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Eyni zamanda Dövlət Qulluğu haqqında Qanunun 25.3-cü maddəsinə əsasən həmin qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 2019–cu il 56 nömrəli əmri ilə Şamaxı rayon Prokurorunun xx xxxx 2019-cu il tarixli ********* nömrəli təqdimatına əsasən Şamaxı rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı saxta olduğu sübuta yetirilmiş icarə müqaviləsindən istifadə etdiyi, iş vaxtlarında Şamaxı, Sumqayıt və Bakı şəhərlərində keçirilmiş məhkəmə proseslərində öz adından və digər şəxslərin etibarnamə üzrə nümayəndəsi qismində iştirak edərək xidməti vəzifələrini icra etməməklə yanaşı həmin günlər üçün əmək haqqı aldığı əsası ilə “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 25.2.6, 33.1.6-cı və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.1.8-ci bəndlərinə əsasən İddiaçı Şamaxı rayon icra Hakimiyyəti başçısının Birinci Çaylı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsindən və dövlət qulluğundan azad edilmişdir. Lakin, Şamaxı rayon Prokurorluğunun cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə İddiaçı əməlində cinayət tərkibi olmadığı müəyyən edilmiş, cinayət işi üzrə icraata xitam verilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı iddiaçının üçüncü şəxs kimi cəlb edildiyi davam edən məhkəmə mübahisəsinin olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, bu qeyd edilən hallar inzibati icraat zamanı araşdırılmalıdır. İddiaçının tələbi Şamaxı rayon İcra Hakimiyyəti başçısının 58 nömrəli xx xxxx 2019cu il tarixli əmrinin ləğv olunması və xx xxxx 2019-cu il tarixdən başlayaraq Şamaxı rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə və dövlət qulluğuna bərpa olunana kimi əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə inzibati öhdəlik qoyulmasından ibarətdir. Cavabdeh inzibati orqan isə Şamaxı rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinin artıq boş olmadığını, cinayət işi üzrə icraata xitam verilsədə, iddiaçının müvafiq icazələr almadan məhkəmə proseslərində iştirak edərək, qanunvericiliyin tələbini pozduğunu bildirir. İnzibati Prosessual Məcəllənin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmənin hüquqi mövqeyi ondan ibarətdir ki, iddiaçı barəsində yeni inzibati icraat başladılmalı, Şamaxı rayon Prokurorluğunun təqdimatı və Cinayət işi üzrə icraata xitam veriməsi barədə müvafiq qərarı və inzibati icraat haqqında qanunvericiliyin və dövlət qulluğu haqqında qanunun yuxarıda qeyd edilən və digər tələbləri nəzərə alınaraq, həmin inzibati icraatın nəticəsinə uyğun müvafiq yeni inzibati akt qəbul edilməlidir. Qeyd edilənlərə əsasən məhkmə hesab edir ki, Şamaxı rayon İcra Hakimiyyəti başçısının 58 nömrəli xx xxxx 2019-cu il tarixli əmri ləğv olunmalı və məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq, Şamaxı rayon Prokurorluğunun təqdimatı və Cinayət işi üzrə icraata xitam veriməsi barədə müvafiq qərarı, inzibati icraat haqqında qanunvericiliyin və dövlət qulluğu haqqında qanunun tələbləri nəzərə alınaraq, iddiaçı barəsində yeni inzibati akt qəbul edilməsi cavabdeh inzibati orqana həvalə edilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə Q Ə R A R A A L D İ: İddia qismən təmin edilsin. Şamaxı rayon İcra Hakimiyyəti başçısının 58 nömrəli xx xxxx 2019-cu il tarixli əmrinin ləğv olunsun və məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq, Şamaxı rayon Prokurorluğunun təqdimatı və Cinayət işi üzrə icraata xitam veriməsi barədə müvafiq qərarı, inzibati icraat haqqında qanunvericiliyin və dövlət qulluğu haqqında qanunun tələbləri nəzərə alınaraq, İddiaçı barəsində yeni inzibati akt qəbul edilməsi cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərar təqdim olunan gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-50/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-50/2021
16.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver