Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-500/2020 29.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə, Üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı “xxxx” Kiçik Müəssisəsinin cavabdeh Sumqayıt şəhər İcra İdarəsinə qarşı “icra məmuru S.Beydullayevin hazırki iş üzrə “xxxx” kiçik müəssisəsini sahədən çıxartmaq barədə hərəkətlərinin qanunsuz sayılması və ona bu hərəkətlərin qadağan edilməsi, cavabdehin üzərinə obyektin yenidən firmaya təhvil verilməsi vəzifəsinin qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı “xxxx” Kiçik Müəssisəsi cavabdeh Sumqayıt şəhər İcra İdarəsinə qarşı iddia qaldıraraq “icra məmuru S.Beydullayevin hazırki iş üzrə “xxxx” kiçik müəssisəsini sahədən çıxartmaq barədə hərəkətlərinin qanunsuz sayılması və ona bu hərəkətlərin qadağan edilməsi, cavabdehin üzərinə obyektin yenidən firmaya təhvil verilməsi vəzifəsinin qoyulmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X6 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən(hakim C.Məmmədov) X3 Sumqayıt şəhəri, 9 m\n, 51a saylı qeyri-yaşayış sahəsindən çıxarılması qət edilmişdir və qətnaməyə əsasən tərtib edilmiş icra vərəqəsi icraya yönəldilmişdir. Həmin icra vərəqəsinin icrası icra məmuru Səyavuş Beydullayevə həvalə edilmişdir. İcra məmuru icra vərəqəsinin icrası ilə əlaqədar olaraq M.Mehdiyevə xəbərdarlıq məktubu göndərmiş və qeyri-yaşayış sahəsini könüllü boşaltmağı təklif etmişdir.Bu barədə M.Mehdiyev iddiaçıya məlumat vermişdir. İddiaçı da icra idarəsinə gedərək M.Mehdiyevin həmin sahədən çıxdığını bildirmiş və göstərmişdir ki, bu sahədən M.Mehdiyev onların tapşırığına əsasən istifadə etmişdir və hazırda həmin sahəni iddiaçıya qaytarmışdır.İcra vərəqəsində və məhkəmə qətnaməsində yalnız M.Mehdiyevin çıxarılması göstərildiyi üçün icra məmurunun«xxxx» kiçik müəssiəsini oradan çıxarmaq hüququ yoxdur. Belə ki, «xxxx» kiçik müəssiəsi həmin sahədən 1997-ci ildən Sumqayıt şəhər İcra hakimiyyətinin sərəncamı, və icra müqaviləsi əsasında istifadə edir, bu barədə hətta Əmlak Komitəsi tərəfindən «xxxx» kiçik müəssiəsinin adına tərtib edilmiş texniki pasport da mövcuddur. Bu icra vərəqəsi üzrə tələbkar olan şəxslər də bilir ki, həmin sahə «xxxx» kiçik müəssisəsinin icarəsindədir. İddiaçı müəssisə olaraq həmin sahənin qanunsuz olaraq tələbkara satılması barədə olan hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırmışdır.1-ci instansiya məhkəməsi iddianı təmin etmiş,digər məhkəmələr onların ziyanına qərar qəbul etmişlər və hazırda şikayətləri Konstitusiya Məhkəməsinin icraatındadır və öyrənilir. Belə olan təqdirdə icra məmurunun icra vərəqəsində yalnız M.Mehdiyevin adının olduğu halda «xxxx» kiçik müəssiəsini də həmin sahədən çıxarması tam qanunsuzdur. Hazırda icra məmuru iddiaçının iştirakı olmadan həmin sahənin qapısını sındıraraq qıfılı dəyişmiş və sahəni digər vətəndaşa təhvil vermişdir. Hansı ki, iddiaçının firmasının həmin sahəyə icarə müqaviləsi bu gün də qüvvədədir və heç bir orqan tərəfindən ləğv edilməmişdir. Bu halda icra məmurunun icarə müqaviləsi qüvvədə ola-olan faktiki olaraq firmanı oradan çıxarması qanunsuz olmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı şifahi məhkəmə baxşı ilə bağlı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia aşağıda göstərilən səbəbdən tamamilə əsassız olduğundan rədd olunmalıdır. İddiaçı «xxxx» kiçik müəssisəsi ərizənin məzmununda icra məmurunun onun iştirakı olmadan həmin sahənin qapısını açıb başqa şəxsə təhvil verilməsini qanunsuz hesab etmiş və iddiasını ünvan 1 ünvanında yerləşən 25,6 kv.m sahədə olan qeyri-yaşayış sahasindən 1997-ci ildən Sumqayıt şəhər İcra Hakimiyyətinin Sərəncamı və icarə müqaviləsi əsasında istifadə etməsi və bu barədə Əmlak Komitəsi tərəfindən həmin müəssisənin adıma tərtib olunmuş texniki pasportun olması ilə əsaslandırmışdır. Cavabdeh bildirir ki, iddiaçının iddiasının məzmunu məhkəmə qərarının mahiyyətinə tamamilə ziddlir. Belə ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-8019/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu X1 şəhəri, 9-cu mikrorayon, 51A sayı qeyri-yaşayış sahəsindən çıxarılmalıdır. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-8019/2018 saylı xx.xx.2018-ci il tarixli qərarından verilmiş apellyasiya və kassasiya şikayətlərinə müvafiq instansiya məhkəmələrində baxılmış, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(105)-551/2019 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2 (102)- 3295/2019 saylı qərarı ilə həmin şikayətlər təmin edilməyərək birinci intansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* No-li çıxarışla ünvan 1 ünvanında yerləşən 25,6 kv.m sahədə qeyri-yaşayış sahəsi X2 adına qeydiyyata alınmış və həmin Xidmətin 2 saylı Ərazi İdarəsi tərəfindən N.Ə.Hüseynovun adına həmin qeyri-yaşayış sahəsinə texniki Pasport verilmişdir. Qanunla müəyyən edilmiş qaydada tərəflər məlumatlandırıldıqdan sonra xx.xx.2019-cu il tarixdə keçirilən icra tədbiri zamanı borclu M.K.Mehdiyev icra yerinə gəlməmiş, icra yerinə mütəxəssis dəvət edilərək qeyri-yaşayış sahəsinin qapısı açılmış, əmlaklar siyahiya alındıqdan sonra qeyri-yaşayış sahəsi siyahıya alınmış əmlaklarla birlikdə fotoşəkli çəkilərək tələbkar X4 təhvil verilmiş və bu barədə müvafiq akt tərtib olunmuşdur. xx.xx.2019-cu il tarixdə icra sənədi icra olunduğundan «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icraata xitam verilmiş və icra vərəqəsi məhkəməyə qaytarılmışdır. Cavabdeh hesab edir ki, "xxxx" kiçik müəssisəsini sahədən çıxarmaq barədə icra məmurunun hərəkətlərinin qanunsuz sayılması və ona bu hərəkətlərin qadağan edilməsi, cavabdehin üzərinə obyektin yenidən firmaya təhvil verilməsi vəzifəsinin qoyulmasına dair "xxxx" kiçik müəssisəsinin iddia ərizəsində göstərdikləri xüsusatlar əsassız olduğundan qəbul edilə bilməz. Belə ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-8019/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinin Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olduğu xx.xx.2019-cu il tarixdən sonra keçirilən icra tədbirlərində, eyni zamanda məhkəmə qərarından verilmiş apellyasiya və kassasiya şikayətlərində «xxxx» kiçik müəssisəsi maraqlı tərəf kimi prosesə qoşulmamışdır. Eyni zamanda Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həmin müəssisə tərəfindən Sumqayıt şəhəri, 9-cu mikrorayon, 51A saylı qeyri-yaşayış sahəsi ilə hüquqi bağlılığına və ona aid olmasına dair heç bir müraciət etməmiş, bununla bağlı müvafiq sənədləri təqdim etməmiş və yalnız məhkəmə qərarının icrasından sonra maraqlı tərəf olduğunu iddia etmişdir. Həm məhkəmə qərarından, həm də icra sənədinə əlavə edilən sənədlərdən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 51A saylı qeyri-yaşayış sahəsi X2 adına rəsmiləşdirilmiş və həmin sahənin «xxxx» kiçik müəssisəsinin mülkiyyətində olmamışdır. İddiaçının həmin qeyri-yaşayış sahəsində icarə müqaviləsi əsasinda fəaliyyət göstərməsi və qeyd olunan qeyri-yaşayış sahəsinə «xxxx» kiçik müəssisəsinin adına texniki pasport verilməsi ilə bağlı iddia ərizəsində göstərdiyi ziddiyyətli məlumatlar da, iddianın əsassız olduğunu bir daha təsdiq edir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X8 iştirak etmiş, izahatında bildirmişdir ki, sözügedən qeyri-yaşayış sahəsində iddiaçı firma ilə birlikdə məişət texnikalarının təmiri ilə məşğul olurdular. İcraçıların qanunsuz hərəkəti nəticəsində onlara aid əşyalar, təmir üçün digər şəxslərə aid əşyalar həmin yerdə qalmışdır. Əsaslandırma hissəsi: Məhkəməiş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyil. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, məhkəmə qərarının icrasına nəzarəti qərarı vermiş məhkəmə həyata keçirdiyindən həmin qərarın icrasının düzgün həyata keçirilib-keçirilməməsini yoxlamaq inzibati məhkəmə icraatnında baxıla bilməz. Lakin iddiaçı məhkəmədə tərəf olmasada cavabdeh inzibati orqanın məhkəmə qərarının icrası zamanı hüquqlarının pozulduğunu bildirir. Bu baxımdan məhkəmə hesb edir ki, cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz olubolmamasının müəyyən edilməsi, bu hərəkətlər nəticəsində cavabdehin üzərinə obyektin yenidən firmaya təhvil verilməsi vəzifəsinin qoyulması iddiasının əsaslı olub-olmamasının müəyyən edilməsi üçün işə mahiyyəti üzrə baxılmalıdır. İddiaçı qeyd edir ki, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən) X3 Sumqayıt şəhəri, 9 m\n, 51a saylı qeyri-yaşayış sahəsindən çıxarılması qət edilmişdir və qətnaməyə əsasən tərtib edilmiş icra vərəqəsi icraya yönəldilmişdir.Həmin icra vərəqəsinin icrası icra məmuru Səyavuş Beydullayevə həvalə edilmişdir. İcra məmuru icra vərəqəsinin icrası ilə əlaqədar olaraq M.Mehdiyevə xəbərdarlıq məktubu göndərmiş və qeyri-yaşayış sahəsini könüllü boşaltmağı təklif etmişdir.Bu barədə M.Mehdiyev iddiaçıya məlumat vermişdir. İddiaçı da icra idarəsinə gedərək M.Mehdiyevin həmin sahədən çıxdığını bildirmiş və göstərmişdir ki, bu sahədən M.Mehdiyev onların tapşırığına əsasən istifadə etmişdir və hazırda həmin sahəni iddiaçıya qaytarmışdır.İcra vərəqəsində və məhkəmə qətnaməsində yalnız M.Mehdiyevin çıxarılması göstərildiyi üçün icra məmurunun«xxxx» kiçik müəssiəsini oradan çıxarmaq hüququ yoxdur. Cavabdeh inzibati orqan isə qeyd edir ki, iddiaçı «xxxx» kiçik müəssisəsi ərizənin məzmununda icra məmurunun onun iştirakı olmadan həmin sahənin qapısını açıb başqa şəxsə təhvil verilməsini qanunsuz hesab etmiş və iddiasını ünvan 1 ünvanında yerləşən 25,6 kv.m sahədə olan qeyri-yaşayış sahasindən 1997-ci ildən Sumqayıt şəhər İcra Hakimiyyətinin Sərəncamı və icarə müqaviləsi əsasında istifadə etməsi və bu barədə Əmlak Komitəsi tərəfindən həmin müəssisənin adına tərtib olunmuş texniki pasportun olması ilə əsaslandırmışdır. Cavabdeh bildirir ki, iddiaçının iddiasının məzmunu məhkəmə qərarının mahiyyətinə tamamilə ziddlir. Belə ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-8019/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu X1 şəhəri, 9-cu mikrorayon, 51A sayı qeyri-yaşayış sahəsindən çıxarılmalıdır. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* No-li çıxarışla ünvan 1 ünvanında yerləşən 25,6 kv.m sahədə qeyri-yaşayış sahəsi X2 adına qeydiyyata alınmış və həmin Xidmətin 2 saylı Ərazi İdarəsi tərəfindən N.Ə.Hüseynovun adına həmin qeyri-yaşayış sahəsinə texniki Pasport verilmişdir. Qanunla müəyyən edilmiş qaydada tərəflər məlumatlandırıldıqdan sonra xx.xx.2019-cu il tarixdə keçirilən icra tədbiri zamanı borclu M.K.Mehdiyev icra yerinə gəlməmiş, icra yerinə mütəxəssis dəvət edilərək qeyri-yaşayış sahəsinin qapısı açılmış, əmlaklar siyahiya alındıqdan sonra qeyri-yaşayış sahəsi siyahıya alınmış əmlaklarla birlikdə fotoşəkli çəkilərək tələbkar X4 təhvil verilmiş və bu barədə müvafiq akt tərtib olunmuşdur. xx.xx.2019-cu il tarixdə icra sənədi icra olunduğundan «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icraata xitam verilmiş və icra vərəqəsi məhkəməyə qaytarılmışdır. Göründüyü kimi cavabdeh inzibati orqan onun vəzifəsi olan məhkəmə qərarının icrasını həyata keçirmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-8019/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinin Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olduqdan sonra keçirilən icra tədbirlərində, eyni zamanda məhkəmə proseslərində «xxxx» kiçik müəssisəsi maraqlı tərəf kimi prosesə olunmamışdır. Məhkəmə hesab edir ki, bu halda cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz sayılması iddiası əsaslı hesab edilə bilməz və cavabdehin üzərinə obyektin yenidən firmaya təhvil verilməsi vəzifəsinin qoyula bilməz. Çünki, cavabdeh inzibati orqanın belə bir səlahiyyətinin olması qanunvericiliyə əsasən müəyyən olunmur. Cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz olması baxımındanda iddiaçı qeyriyaşayış sahəsinin X3 yox firmanın faktiki istifadəsində olması ilə bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli qeyri yaşayış sahəsi üzərində hüquq iddia edir. Lakin, həmin qeyri yaşayış sahəsi ilə bağlı məhkəmə prosesinə cəlb edilməmişdir. Cavabdeh inzibati orqan isə məhkəmə qəraraının icrasını həyata keçirmişdir. Qeyd edilənlər inzibati məhkəmə icraatı qaydasında irəli sürülə biləcək tələblər baxımından iddianın əsaslı olmadığını göstərir. İddiaçıya izah edilsin ki, qeyri yaşayış sahəsi və orada olan əşyalarla bağlı hüquqlar mülki məhkəmə icraatı qaydasında tələb edilə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-500/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-500/2020
29.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver