Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-500/2021 30.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X7 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X5, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin **********6116 saylı, 25 oktyabr 2018-ci il tarixli Qərarının ləğvinə” dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin İnzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin **********6116 saylı, 25 oktyabr 2018-ci il tarixli Qərarının ləğvinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X23 üzrə Baş İdarəsinin iş üzrə icraata üçüncü şəxs kimi cəlb edilmişlər. İddia onunla əsaslandırılmışdır ki, iş üzrə üçüncü şəxs Dövlət Vergi Xidmətinin Bakı şəhəri X23 üzrə Baş İdarəsinin 14.10.2020-ci il tarixli **********2003 nömrəli qərarına əsasən təsərrüfat subyektində operativ vergi nəzarəti həyata keçirilmiş və tədbirin nəticəsi 14.10.2020-ci il tarixli DVX seriyalı seriyalı 000615 nömrəli Akt ilə rəsmiləşdirilmişdir. Aktda qeyd edilənlərə əsasən vergi nəzarəti tədbiri nəticəsində 8 (səkkiz) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi aşkar edilmişdir. Qeyd olunan aktın əsasında cavabdeh vergi orqanı tərəfindən 20.10.2020 ci il tarixli **********9831 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul edilmiş və həmin qərar əsasında ona 16000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Aşağıda qeyd olunanlara əsasən cavabdeh tərəfindən qəbul edilmiş 20.10.2020-ci il tarixli **********9831 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarı qanunsuz və əsassız hesab edirlər: İddiaçı məhkəmənin nəzərinə çatdırır ki, operativ vergi nəzarəti həyata keçirilən obyekt mebel sexi kimi fəaliyyət göstərir və operativ vergi nəzarəti həyata keçirilən zaman həmin obyekt ilə bağlı rəsmiləşdirmələr, o cümlədən işçilərin əmək müqaviləsinin elektron hökümət portalında qeydə alınması vergi orqanlarında digər vergi ödəyicisi - X9 adı və VÖEN-i üzərindən həyata keçirilmişdir. İddiaçı isə VÖEN açdıqdan sonra həmin təsərrüfat subyektini vergi orqanında öz adına uçota aldırmaqdan ötrü obyektin mülkiyyətçisi ilə icarə müqaviləsi bağlayaraq, uçota alınması məqsədilə vergi orqanına müraciət edəcəkdi. Həmin müraciətləri müsbət həll olunduqdan sonra X20 ilə işçilər arasında bağlanmış əmək müqavilələrinə xitam verib, öz adına qeydə aldıracaqdı. Lakin vergi orqanı operativ vergi nəzarəti zamanı bu halı, yəni işçilərin həmin vaxt X20 ilə əmək müqaviləsi bağladıqlarını, həmin müqavilələrin elektron hökümət portalına daxil edildiyini və həmin işçilər ilə bağlı müvafiq icbari ödənişlərin və hesabatların təqdim edildiyini nəzərə almamışdır. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, 'Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Qeyd olunan hüquq normasının məzmunundan aydın olur ki, vergi ödəyicisinə maliyyə sanksiyası o halda tətbiq edilir ki, həmin vergi ödəyicisi fiziki şəxsləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə vetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaratmış olsun. Göründüyü kimi, bu maddə üzrə maliyyə sanksiyasının tətbiq edilməsi üçün 2 şərt mövcuddur: fiziki şəxslər əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilsin. həmin fiziki şəxslərin gəlirləri gizlədilsin (azaldılsın) Hazırkı işin hallarından göründüyü kimi, vergi orqanı tərəfindən tərtib edilmiş 14.10.2020-ci il tarixli akta əlavə edilmiş siyahıda adları qeyd olunan şəxslərlə - X21, X12, X13, X2, X14, X15, X1 ilə əmək müqaviləsi bağlanmış, həmin müqavilələr ilə bağlı məlumatlar elektron hökümət portalına daxil edilmiş və həmin işçilər ilə bağlı icbari ödənişlər (məcburi dövlət sosial sığorta haqları, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi) tam həcmdə ödənilmişdir. Bu isə o deməkdir ki, iddiaçıya Vergi Məcəlləsinin 58.10-cu maddəsi üzrə maliyyə sanksiyasının tətbiq edilməsi üçün hüquqi əsas mövcud olmamışdır. Belə ki, aktda adları qeyd olunan şəxslər ilə iddiaçı arasında əmək müqaviləsi mövcud olmasada, həmin şəxslərin gəlirləri gizlədilməmiş və qanunla müəyyən edilmiş vergi və digər icbari ödənişlər dövlət büdcəsinə ödənilmişdir. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəvicisinin xeyrinə şərh edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X16 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdirki, vergi orqanı İddiaçı məxsus obyektdə operativ vergi nəzarəti tədbiri həyata keçirən zaman iddiaçıya 14.10.2020-ci il tarixli **********9007 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə təqdim etmiş və həmin sənədlərin təqdim edilməsi üçün 1 iş günü müəyyən edilmişdir. Belə ki, VM-nin 42.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Lakin vergi orqanı tələbnamə verildikdən sonra 1 iş günü müddətini gözləmədən 15:00-da sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında protokol, daha sonra isə 14.10.2021-ci il tarixli yoxlamanın nəticısinə dair akt tərtib etmişdir. 7 işçi – X17, X14, X12, X3, X1, X13 və X21 ilə işəgötürən X20 (VÖEN **********) arasında qanuni qüvvəyə minmiş əmək müqaviləsi olmuş və həmin əmək müqavilələrinə sonuncu tərəfindən 26.02.2021-ci il tarixdə xitam verilmişdir. Göründüyü kimi, operativ vergi nəzarəti zamanı İddiaçı məxsus obyektdə əsas iş yeri kimi işə cəlb edilən şəxslərin başqa vergi ödəyicisi ilə aktiv əmək müqaviləsi (əsas iş yeri kimi) olduğundan, İddiaçı həmin şəxslər ilə yenidən əmək müqaviləsi bağlamaq və elektron hökümət portalına daxil etmək imkanına malik olmamışdır. Bu isə o deməkdir ki, vergi qanunvericiliyinin pozulmasında iddiaçının təqsiri olmamışdır. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Məcəllənin 53.4-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulması halları nəzərdən keçirildikdə, onun bilərəkdən və ya ehtiyatsızlıq nəticəsində törədilməsi, inzibati məsuliyyətin tətbiq edilməsi üçün təqsirkar şəxsin müəyyən yaşa çatması, yüngülləşdirici və ya ağırlaşdırıcı hallar və bu Məcəllə, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müddəaları müəyyən edilməlidir. Məcəllənin 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsiri olmadıqda şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Göründüyü kimi, iddiaçı işə cəlb etdiyi şəxsləri ondan asılı olmayan səbəblərdən sistemə daxil edə bilməmiş və qeyd olunan pozuntu hadisəsində iddiaçının təqsiri olmadığından ona münasibətdə maliyyə sanksiyası tətbiq edilə bilməzdi. Sonda İddiaçı nümayəndəsi və vəkili X16 iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etiraz edərək qeyd edir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X23 üzrə Baş idarənin 14.10.2020-ci il tarixli **********9003 nömrəli qərarına əsasən iddiaçının fəaliyyət göstərdiyi Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 54 2-ci Alatava ünvanında yerləşən taxta sexində nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməsi və Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə 14.10.2020-ci il tarixdə operativ vergi nəzarətinin həyata keçirilmişdir. Nəzarət tədbiri zamanı taxta sexində əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 8 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar edilmiş və qanun pozuntusu faktı İddiaçı iştirakı ilə akt tərtib edilməklə rəsmiləşdirilmişdir. Aşkar edilmiş qanun pozuntusu ilə əlaqədar olaraq İddiaçı yoxlamaya təqdim etdiyi izahatında 01.10.2020-ci il tarixdən taxta sexini icarəyə götürdüyünü, işə cəlb edilmiş 8 nəfər fiziki şəxslə əvvəlki sahibkar Elvin Paşayev tərəfindən fərdi əmək müqavilələrinin bağlanıldığını, həmin şəxslərlə öz adından fərdi əmək müqavilələrinin bağlanmasını təmin edəcəyini bildirmişdir. Eyni zamanda işə cəlb edilmiş 8 nəfər fiziki şəxslər yoxlamaya təqdim etdikləri izahatlarında müvafiq əmək haqqı müqabilində 01.10.2020-ci il tarixdən taxta sexində işlədiklərini, onlarla yazılı fərdi əmək müqaviləsi bağlanmadığını qeyd etmişlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Göründüyü kimi, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İddiaçı əmək qanunvericiliyinin qeyd edilən tələblərini pozaraq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 8 fiziki şəxsi işə cəlb etmişdir. Həmin fiziki şəxslərin əvvəlki fərdi sahibkar X20 ilə fərdi əmək müqaviləsi bağlamalarına və müvafiq hökümət portalında qeydiyyatda olmalarına gəldikdə isə bildirirlər ki, X20 taxta sexində fəaliyyət göstərmədiyinə və həmin işçiləri ona məxsus digər obyektdə işə cəlb etmədiyinə görə fərdi əmək müqavilələrinə xitam verilmiş hesab edilir, yeni sahibkarla fərdi əmək müqaviləsi bağlanıldıqdan və həmin müqavilələr elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edildikdən, əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Göründüyü kimi, iddiaçı tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 8 fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi həyata keçirilmiş və qanun pozuntusuna yol verildiyinə görə barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 22.10.2020-ci il tarixli **********9831 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar qanunvericiliyin tələblərinə müvafiq olaraq qəbul edildiyindən qanuni və əsaslıdır. Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X18 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Dövlət Vergi Xidmətinin Bakı şəhəri X23 üzrə Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X23 üzrə Baş idarənin 14.10.2020-ci il tarixli **********9003 nömrəli qərarına əsasən iddiaçının fəaliyyət göstərdiyi Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 54 2-ci Alatava ünvanında yerləşən taxta sexində nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməsi və Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə 14.10.2020-ci il tarixdə operativ vergi nəzarətinin həyata keçirilmişdir. Yoxlama zamanı iddiaçıdan və 8 nəfər işçidən fərdi qaydada izahat alınmışdır. Yoxlama zamanı sistem üzrə uyğunsuzluqlar müəyyən edilmişdir. İddiaçı bildirmişdir ki, işçilərlə əmək müqaviləsi bağlayacaq. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 bildirmişdir ki, 7 nəfər işçi başqa yerdə qeydiyyatları olmuşdur. İşçilərin əsas yoxsa əlavə iş yerləri olması barədə məlumatı yoxdur. İzahatda qeydiyyat aparılmışdır. İzahatdan əlavə heçnə deyilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 izahatında bildirmişdir ki, yoxlama zamanı 8 nəfərin hər birindən fərdi qaydada izahat alınmış, iş və xidmətlərə cəlb edilmiş şəxslərin şəxsiyyətləri müəyyən edilmişdir. 8 nəfər işçinin başqa yerdə qeydiyyatda olmasına dair məlumatı olmamışdır. Operativ nəzarət zamanı bunun heç bir əhəmiyyəti yoxdur. 7 işçi üzrə bu hal müəyyən edilsəbelə, yenə də akt tərtib ediləcəkdi. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia mümkün iddia olsada mahiyyəti baxımından əsaslı deyil. Beləki iş materialları ilə müəyyən olunur ki, iş üzrə üçüncü şəxs Dövlət Vergi Xidmətinin Bakı şəhəri X23 üzrə Baş İdarəsinin 14.10.2020-ci il tarixli **********2003 nömrəli qərarına əsasən təsərrüfat subyektində operativ vergi nəzarəti həyata keçirilmiş və tədbirin nəticəsi 14.10.2020-ci il tarixli DVX seriyalı seriyalı 000615 nömrəli Akt ilə rəsmiləşdirilmişdir. Aktda qeyd edilənlərə əsasən vergi nəzarəti tədbiri nəticəsində 8 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi aşkar edilmişdir. Qeyd olunan aktın əsasında cavabdeh vergi orqanı tərəfindən 20.10.2020-ci il tarixli **********9831 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul edilmiş və həmin qərar əsasında iddiaçıya 16000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və həmin qərarı mübahisələndirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Əmək Məcəlləsinin 12.1-ci maddəsinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; h) əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla); x) bu Məcəllə ilə işçiyə ödənilən bütün ödənişlərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilməsini təmin etmək və s. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Qanunvericiyilin qeyd edilən tələblərinə zidd olaraq iddiaçı əmək qanunvericiliyinin qeyd edilən tələblərini pozaraq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 8 fiziki şəxsi işə cəlb etmişdir. Məhkəmə idiaçı tərəfin göstərdiyi dəlilləri iddianın təmini üçün əsas hesab etmir. İddiaçı tərəf qeyd edir ki, vergi orqanı İddiaçı məxsus obyektdə operativ vergi nəzarəti tədbiri həyata keçirən zaman iddiaçıya 14.10.2020-ci il tarixli **********9007 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə təqdim etmiş və həmin sənədlərin təqdim edilməsi üçün 1 iş günü müəyyən edilmişdir. Belə ki, VM-nin 42.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Lakin vergi orqanı tələbnamə verildikdən sonra 1 iş günü müddətini gözləmədən 15:00-da sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında protokol, daha sonra isə 14.10.2021-ci il tarixli yoxlamanın nəticısinə dair akt tərtib etmişdir. Məhkəmə iddiaçının bu dəlilini əsaslı hesab etmir. Qeyd edilən hal zəruri sənədlərin təqdim edilməsinə imkan verilmədən yoxlamanın başa çatdırılması halında əsaslı ola bilər. Vergi ödəyicisi yoxlama zamanı izahat vermiş, əmək müqaviləsi qüvvəyə minmədən işcilərə nağd qaydada əmək haqqı ödədiyini etiraf etmişdir. Məhkəmə prosesi gedişindədə iddiaçı tərəf yoxlama dövründə bir gün ərzində təqdim edə biləcəkləri sənədlərin mövcudluğunu bildirməmiş, bu barədə sübut təqdim etməmişdir. Bu halda iddiaçının bu dəlili əsaslı hesab edilə bilməz. İddiaçı tərəfin əsas dəlili isə ondan ibarətdir ki, operativ vergi nəzarəti həyata keçirilən obyekt mebel sexi kimi fəaliyyət göstərir və operativ vergi nəzarəti həyata keçirilən zaman həmin obyekt ilə bağlı rəsmiləşdirmələr, o cümlədən işçilərin əmək müqaviləsinin elektron hökümət portalında qeydə alınması vergi orqanlarında digər vergi ödəyicisi - X9 adı və VÖEN-i üzərindən həyata keçirilmişdir. İddiaçı isə VÖEN açdıqdan sonra həmin təsərrüfat subyektini vergi orqanında öz adına uçota aldırmaqdan ötrü obyektin mülkiyyətçisi ilə icarə müqaviləsi bağlayaraq, uçota alınması məqsədilə vergi orqanına müraciət edəcəkdi. Həmin müraciətləri müsbət həll olunduqdan sonra X20 ilə işçilər arasında bağlanmış əmək müqavilələrinə xitam verib, öz adına qeydə aldıracaqdı. Lakin vergi orqanı operativ vergi nəzarəti zamanı bu halı, yəni işçilərin həmin vaxt X20 ilə əmək müqaviləsi bağladıqlarını, həmin müqavilələrin elektron hökümət portalına daxil edildiyini və həmin işçilər ilə bağlı müvafiq icbari ödənişlərin və hesabatların təqdim edildiyini nəzərə almamışdır. Göründüyü kimi, iddiaçı işə cəlb etdiyi şəxsləri ondan asılı olmayan səbəblərdən sistemə daxil edə bilməmiş və qeyd olunan pozuntu hadisəsində iddiaçının təqsiri olmadığından ona münasibətdə maliyyə sanksiyası tətbiq edilə bilməzdi. Məhkəmə iddiaçının bu dəlilinidə iddianın təmini üçün əsas hesab etmir. Vergi ödəyicisi qeyd etdiyi halları həyata keçirdikdən sonra fəalyyətə başlaya bilər vəya digər formada fəaliyyətini formalaşdıra bilərdi. Vergi ödəyicisi yoxlama zamanı izahat vermiş, əmək müqaviləsi qüvvəyə minmədən işcilərə nağd qaydada əmək haqqı ödədiyini etiraf etmiş, işçilər isə öz izahatları ilə bu halı təsdiq etmişlər. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə hesab edir ki, qeyd olunan işçilərin digər əmək müqavilələri olubolmalarından asılı olmayaraq Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tətbiqi əsası yaranır. Beləki işçilərə faktiki olaraq işə cəlb edilmiş və iddiaçı olan vergi ödəyicisi tərəfindən onlara əmək haqqı ödənilmiş, konkret olaraq bu əmək haqqıları ilə bağlı məlumat müvafiq dövlət qurumlarından gizlədilmiş, yalnız yoxlama zamanı müəyyən olunmuşdur. Beləliklə iddiaçı tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 8 fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi həyata keçirilmiş və qanun pozuntusuna yol verilmişdir. Bu səbəbdəndən iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 22.10.2020-ci il tarixli **********9831 nömrəli qərar qəbul edilmişdir. Göründüyü kimi, həmin qərar qanunvericiliyin tələblərinə müvafiq olaraq qəbul edildiyindən qanuni və əsaslıdır. Beləliklə iddianın təmin olunması üçün hər hansı bir əsas müəyyən olunmadığına görə iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-500/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-500/2021
30.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver