Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-500/2022 18.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Sumqayıt şəhər “Lift-Servis” Birliyinin cavabdeh Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı Sumqayıt şəhəri üzrə İcra İdarəsinin Anar Hacıyevin iş üzrə icraata xitam verilməsi öhdəliyinin icra edilməsi və həmin qətnamənin yenidən icra olunmasının tələb etməsi ilə bağlı hərəkətlərdən çəkinməsi tələbinə dair iddianın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Sumqayıt şəhər “Lift-Servis” Birliyi cavabdeh Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Sumqayıt şəhəri üzrə İcra İdarəsinin Anar Hacıyevin iş üzrə icraata xitam verilməsi öhdəliyinin icra edilməsi və həmin qətnamənin yenidən icra olunmasının tələb etməsi ilə bağlı hərəkətlərdən çəkinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2 (105)- 3233/2019 saylı 16 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Rzayeva Zivər Babacan qızının cavabdeh Sumqayıt şəhər “Lift- Servis” Birliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və ödənilməmiş aylıq əmək haqqının tutulması tələbinə dair iddiası təmin edilmişdir. Borclu Sumqayıt şəhər “Lift-Servis” Birliyi tərəfindən Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-3233/2019 saylı, 16 sentyabr 2019-cu il tarixli icra sənədinin tam həcmdə icra olunmasına baxmayaraq, Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən həmin icra sənədinin icra olunması ilə bağlı təkrar Sumqayıt şəhər “Lift-Servis" Birliyinə 17 avqust 2021-ci il tarixli 35468/21/38 saylı xəbərdarlıq məktubu ünvanlanmışdır. Belə ki, ünvan 1a Zivər Babacan qızı Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-3233/2019 saylı16 sentyabr 2019-cu il tarixli qətnaməsinə əsasən işinə bərpa edilməsi, 01 aprel 2019-cu il tarixdən-03 iyun 2020-ci il tarixədək əmək haqqısının ödənilməsi əmr edilmişdir. Sumqayıt şəhər “Lift-Servis” Birliyinin 25 iyun 2020-ci il tarixli, 60 saylı Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanlanan məktubunda Rzayeva Zivər Babacan qızının 01 aprel 2019-cu il tarixdən 03 iyun 2020-ci il tarixədək əmək haqqısı əmək haqqı kartına vurularaq tam ödənilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2 (105)-3233/2019 saylı, 25 fevral 2019-cu il tarixli icra sənədi üzrə icra işi yerinə yetirilmiş və Sumqayıt şəhər “Liift-Servis" Birliyinin 25 iyun 2020-ci il tarixli 60 saylı Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanlanan məktubunda göstərilmiş və ödənişlə bağlı çıxarış məktuba əlavə olunmuşdur. 06 sentyabr 2021-ci il tarixdə Sumqayıt şəhər “Lift-Servis” Birliyi tərəfindən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)- 3233/2019 saylı 25 fevral 2019-cu il tarixli icra sənədi üzrə icra işi yerinə yetirilməsi, işin araşdırılması ilə bağlı təkrar məktub ünvanlanmışdır. Həmin məktuba cavab olaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən həmin İcra sənədinin icra olunması ilə bağlı təkrar Sumqayıt şəhər “Lift-Servis" Birliyinə xəbərdarlıq məktubu ünvanlanmışdır. Sumqayıt şəhər “Lift-Servis" Birliyi tərəfindən Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-3233/2019 saylı, 16 sentyabr 2019-cu il tarixli icra sənədinin tam həcmdə icra edilməsinə baxmayaraq icra məmuru icra sənədi üzrə xitam vermir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qərar çıcarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, hazırki iddia məhkəmə aidiyyəti pozulmaqla inzibati məhkəməyə verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Mə hkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mulki Prosessual Məcəlləsinin (bundan sonra - Mulki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə cıxarıldıqdan sonra həmin qətnaməni cıxaran hakimin uzərinə qoyulan bir sıra vəzifələr (məsələn. qətnamədəki yanlışlıqların və ya acıq hesab səhvlərinin duzəldilməsi (maddə 228), əlavə qətnamənin cıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına mohlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra usulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), odənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata kecirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və duzgun icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən oz səlahiyyətləri daxilində həyata kecirilir. Mulki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu movqedən cıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və duzgun icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə muraciət etməsi muəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mulki Prosessual Məcəlləsinin bəzi muddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında da bu movqedən cıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı uzrə bir necə borclu olduqda, eləcə də onların yaşadığı ərazi muxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer uzrə muvafıq icra qurumuna gondərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və duzgun icra edilməsinə nəzarət etmək funksiyası, həmcinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsinə gorə, tərəflər icra məmurunun icra sənədi uzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər, icra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer uzrə məhkəməyə şikayət verilə bilər. “İcra haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Bura da inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəməyə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, “İcra haqqında” Qanun məcəlləşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təstiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəməyə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiacının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən cəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nomrəli Qərarında gostəlir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması ucun zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti uzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona gorə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər uzrə icraat qaydasında baxılmalı olan mubahisələrə dair iddialar mumkun sayılmamalı, iddiacıya aidiyyəti uzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər uzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.” Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Sumqayıt şəhər “Lift-Servis” Birliyinin cavabdeh Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı Sumqayıt şəhəri üzrə İcra İdarəsinin Anar Hacıyevin iş üzrə icraata xitam verilməsi öhdəliyinin icra edilməsi və həmin qətnamənin yenidən icra olunmasının tələb etməsi ilə bağlı hərəkətlərdən çəkinməsi tələbinə dair iddiası mümkün sayılmamalı və iddiaçıya müvafiq iddia ilə icra məmurunun yerləşdiyi yer üzrə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Sumqayıt şəhər “Lift-Servis” Birliyinin cavabdeh Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı Sumqayıt şəhəri üzrə İcra İdarəsinin Anar Hacıyevin iş üzrə icraata xitam verilməsi öhdəliyinin icra edilməsi və həmin qətnamənin yenidən icra olunmasının tələb etməsi ilə bağlı hərəkətlərdən çəkinməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-500/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-500/2022
18.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver