Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5004/2025 11.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 28 yanvar 2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, 28 yanvar 2025-ci il tarixdən yaşa görə pensiyaya çıxarılması və həmin tarixdən ona qanunla müəyyən edilmiş qaydada pensiyanın hesablanaraq ödənilməsini tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, iddiaçı xx xxxxxx 1960-cı il tarixdə anadan olmuşdur. 28 yanvar 2025-ci il tarixdə 65 yaşım tamam olmuşdur. Yaşa görə pensiyaya çıxmaq məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan soma cavabdeh adlandırılacaq) müraciət edərək pensiyaya çıxarılmağı xahiş etmişdir. Cavabdeh imtina etmişdir. Cavabdehin 19 fevral 2025-ci il tarixli 3-17-1/2-Y-39147/2025 saylı cavab məktubunda göstərilir ki, ...təqdim etdiyiniz sənədlərin surətlərində qeyd olunmuş məlumatlara və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən 01.09- 1977-ci il tarixindən xx.xx-1978-ci il tarixinədək əyani təhsil aldığınız illər və xx.xx- 1979-cu il tarixindən xx.xx-1981-ci il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla cəmi söğorta stajınız 9 il 13 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx-2006-cı il tarixnədək 3 il 8 ay 13 gün sığorta stajınıza uyğun olaraq 3906, 46 manat xx.xx-2019-cu il tarixindən xx.xx-2024-cü il tarixnədək 8054,14 manat olmaqla ümumilikdə 11960, 60 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ pensiya yaşınız tamam olan tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən 9280 manat az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx-2006-cı il tarixindən xx.xx-2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx-1981 -ci il tarixdən xx.xx.2001-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma zamanı Əmək Məcəlləsinə istinad olunub yazılmalı olduğu halda, xx.xx-1999-cu il tarixədək qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinə istinad olunaraq yazılmışdır. Həmçinin işdən azadolma tarixi qeyri iş gününə təsadüf edir) həmin dövrün sığorta stajınıza daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildiririk ki, sözügedən dövr üzrə əmək fəaliyyətinizi təsdiq edən zəruri sənədləri (əmkhaqqı cədvəlləri və əmr kitabl rından çıxarış) DOST mərkəzinə təqdim etməklə təkrar müraciətiniz əsasında həmin dövrün sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır.” Cavab məktubunda göstərilənləri qanunsuz və əsassız hesab edir. Belə ki, cavabdehin gətirdiyi əsas arqument ondan ibarətdir ki, əmək kitabçasının surətində qeyd edilmiş xx.xx-1981-ci il tarixdən xx.xx.2001-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Cavabdehin mövqeyini əsassız hesab edir. Belə ki, əmək kitabçasının doldurulması işçinin səlahiyyətinə aid deyil. Digər tərəfdən əmək kitabçasının necə doldurulmasından asılı olmayaraq qeyd edilən dövrdə işləmişdir. Onun işləməyini onunla işləyən şəxslər təsdiq edə bilər. Əmək kitabçasını şübhə altına almırsa cavabdeh əmək kitabçasının qanunsuz doldurulması ilə bağlı məhkəməyə müraciət edə bilərdi. Nə qədər ki, əmək kitabçası qüvvədədir orada yazılanlar həqiqi hesab edilməlidir. Əmək kitabçasında qeyd edilmiş xx.xx-1981-ci il tarixdən xx.xx.2001-ci il tarixinədək olan dövrü nəzərə alınmasa sığorta stajı 19 il 7 ay 2 gün olacaq. Cavabdehin cavab məktubundan da göründüyü kimi, xx.xx-1977-ci il tarixindən xx.xx-1978-ci il tarixinədək əyani təhsil aldığı illər və xx.xx-1979-cu il tarixindən xx.xx-1981-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət cəmi sığorta stajı 9 il 13 gün təşkil edir. Əmək kitabçasında göstərilən xx.xx-1981-ci il tarixdən xx.xx.2001-ci il tarixinədək olan dövrü nəzərə almaqsa 19 il 7 ay 2 gün, xx.xx-1977-ci il tarixindən xx.xx-1978-ci il tarixinədək təhsil aldığı illər və xx.xx-1979-cu il tarixindən xx.xx-1981-ci il tarixədək hərbi xidmətdə olduğu müddət 9 il 13 gün təşkil edir. Göründüyü kimi 2006-cı ilin yanvar ayının 1-dək sığorta stajı 28 il 7 ay 15 gün təşkil edir ki, bu da yaşa görə pensiya almağı üçün əsas verir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı təqdim etdiyi sənədlərin surətlərində qeyd olunmuş məlumatlara və Nazirliyin elektron informasiya ehtiyyatlarında olan məlumatlara əsasən xx.xx.1977-ci il tarixindən 01 07.1978-cı il tarıxinədək əyani təhsil aldığı illər və xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla cəmi sığorta stajı 9 il 7 ay 13 gün təşkil edir. İddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 3 il 8 ay 13 gün sığorta stajına uyğun olaraq 3906 46 manat. xx.xx.2019-cu il tarixindən xx.xx.2024-cü il tarixinədək 8054.14 manat olmaqla ümumilikdə 11960.60 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) təşkil etmişdir ki, bu məbləğ iddiaçının pensiya yaşı tamam olan tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan verməmişdir. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq İddiaçı “işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən təqdim etdiyi əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1981-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma zamanı Əmək Məcəlləsinə istinad olunub yazılmalı olduğu halda, xx.xx.1999cu il tarixinədək qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinə istinad olunaraq yazılmışdır, həmçinin işdən azadolma tarixi qeyri-iş gününə təsadüf etmişdir) həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçının ümumi iş sığortası stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbi baxımından mümkün hesab edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: İddiaçının əmək kitabçasının surəti iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 may 2025 -ci il tarixli 3-21-3/2-6368/2025 saylı məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, ləğv edilmiş “Azərmebelsənaye” Dövlət Konserninin Bakı Mebel hissələri kombinatının bazasında keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 1002 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və cəmiyyətin səhmləri xx.xx.2005-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 05 may 2025-ci il tarixli, 3-21-2-1/2-7291/2025 saylı məktubunda qeyd edilmişdir ki, dövlət reyestrində "xxxx" X4 Cəmiyyətinin (VÖEN: **********) xx.xx.1997-ci il tarixdə D-2325 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. xx.xx.1997-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinin 2.4-cü bəndinə əsasən "xxxx" X4 Cəmiyyəti Bakı Mebel Hissələri Kombinatının bazasında yaradılır və onun hüquqi varisidir. Mövcud məlumat bazasına əsasən qurumun xx.xx.1997-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr ərzində fəaliyyətinin olması barədə məlumat mövcuddur. Sahibkarlıq fəaliyyətinin dayandırılması və vergi tutulan əməliyyatının olmaması barədə təqdim etdiyi arayışa əsasən uçot məlumat bazasında həmin Cəmiyyətin fəaliyyətinin xx.xx.2025-ci il tarixdən xx.xx.2035-ci il tarixədək dayandırılması barədə qeyd aparılmışdır. Muzdlu işçilərin əmək haqqı və ondan hesablanmış vergi məbləğləri barədə məlumatın vergi orqanı tərəfindən yalnız xx.xx.2019-cu il tarixdən sonrakı dövrlər üzrə təqdim edilməsi mümkündür. "xxxx" X4 Cəmiyyətinin 07 may 2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrdə "xxxx" Açıq Səhmdar Cəmiyyətində işləmiş və əmək haqqı almışdır. Onun əmək kitabçasında işdən çıxan anda qüvvədə olan Əmək Məcəlləsinə deyil, xx.xx-1999-cu il tarixədək qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinə istinad edilməsi və işdən azadolma tarixi qeyri -iş günü kimi qeyd edilməsi kadrlar şöbəsinin əməkdaşının səhvidir. Kadrlar şöbəsinin əməkdaşı hüquqşünas olmadığı üçün Əmək kitabçasında “Əmək Məcəlləsi” əvəzinə “Əmək qanunları Məcəlləsi” kimi qeyd etmişdir. Hər bir halda İddiaçı qeyd edilən müddət ərzində "xxxx" Açıq Səhmdar cəmiyyətində işləmiş və öz ərizəsi ilə işdən azad olunmuşdur. Əmək kitabçasının şübhə altına alınmasının heç bir əsası yoxdur. Əmək kitabçasının doldurulmasında İddiaçı heç bir rolu olmamışdır. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsini istəyir. Cavabdeh qeyd edir ki, iddiaçının ümumi iş sığortası stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbi baxımından mümkün hesab edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. İddiaçının hazırda mübahisələndirilən iş stajı (xx.xx.1981-ci il tarixdən xx.xx.2001-ci il tarixinədək olan dövr) “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı həmin illərdə işləməsi barədə əmək kitabçasını təqdim etmişdir. Məhkəmə qeyd edir ki, şəxsin xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Həmçinin, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Həmçinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 05 may 2025-ci il tarixli, 3-21-2-1/2-7291/2025 saylı məktubu ilə müəyyən olunmuşdur ki, dövlət reyestrində "xxxx" X4 Cəmiyyətinin (VÖEN: **********) xx.xx.1997-ci il tarixdə D-2325 nömrə ilə dövlət qeydiyyatından keçməsi, xx.xx.1997-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinin 2.4-cü bəndinə əsasən "xxxx" X4 Cəmiyyəti Bakı Mebel Hissələri Kombinatının bazasında yaradılması, onun hüquqi varisi olması, xx.xx.1997-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr ərzində fəaliyyətinin olması barədə məlumat mövcuddur. Həmçinin, sahibkarlıq fəaliyyətinin dayandırılması və vergi tutulan əməliyyatının olmaması barədə təqdim etdiyi arayışa əsasən uçot məlumat bazasında həmin Cəmiyyətin fəaliyyətinin xx.xx.2025-ci il tarixdən xx.xx.2035-ci il tarixədək dayandırılması barədə qeyd aparılmışdır. Bundan əlavə iddiaçı tərəfindən “Bakı Mebel Hissələri Kombinatı” tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli qərarın, xx.xx.1993-cü il tarixli, 018856 saylı orderin, xx.xx.2009-cu il tarixli depo hesabından çıxarış təqdim edilmiş, surəti iş materiallarına əlavə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. Cavabdehin etirazında əsaslandırdığı hallar - işdən çıxma zamanı Əmək Məcəlləsinə istinad olunub yazılmalı olduğu halda, xx.xx.1999-cu il tarixinədək qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinə istinad olunaraq yazılması və işdən azadolma tarixinin qeyri-iş gününə təsadüf etməsi iddiaçının təqsiri kimi qiymətləndirilib, onun məsuliyyətinə səbəb ola bilməz. Mübahisəli dövrlər iddiaçının sosial sığorta stajına daxil edildiyi zaman onun 25 il ümumi iş stajı yaranmış olur. “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə, iddiaçının 65 yaşdan yaşa görə əmək pensiyası hüququ yaranmış olur. Qeyd edilənlər iddianın təmin edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 65 yaşının tamam olduğu 28 yanvar 2025-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-5004/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5004/2025
11.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver