Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-501/2025 14.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X27 Təşəkkül oğlunun sədrliyi, X9 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin qəbul etdiyi xx.xx.2023-cü il tarixli, **********6245, **********6245, **********6257 və **********6283 nömrəli qərarlarının ləğv edilməsinə dair qərar qəbul edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********6245 nömrəli Qərar qəbul edərək, Cəmiyyət Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydadaəmək müqaviləsi hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergiməsuliyyətinə cəlb edilmişdir. Bundan başqa, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********6253 nömrəli Qərar qəbul edərək, Cəmiyyət Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1 maddəsinə əsasənəhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Bundan başqa, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********6257 nömrəli Qərar qəbul edərək, Cəmiyyət Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1 maddəsinə əsasənəhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Bundan başqa, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********6283 nömrəli Qərar qəbul edərək, Cəmiyyət Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 23 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 46000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergiməsuliyyətinə cəlb edilmişdir. Cavabdehin qəbul etdiyi xx.xx.2023-cü il tarixli, № **********6245, №**********6245, №**********6257 və №**********6283 nömrəli Qərarları əsassız olduğundan ləğv edilməlidir....Bus səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmənin ötən prosesində iştirak edən iddiaçının nümayəndəsi X18 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsini əsassız hesab edir. Belə ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin əhatə dairəsinə aid ərazidə İddiaçınə (VÖEN: **********) məxsus ünvan 1i ünvanında “icarə obyekti” adlı və ünvan 2dlı obyektlərdə xx.xx.2023-cü il tarixli **********5838 və **********5840 nömrəli Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarları əsasında xx.xx.2023-cü il tarixdə Operativ vergi nəzarəti tədbiri keçirilmişdir.Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarlarda İddiaçınə (VÖEN: **********) məxsus obyektlərdə “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması” və “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” hallarının araşdırılması nəzərdə tutulmuşdur.6 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə yoxlayıcılar şöbə rəisi X11, baş dövlət vergi müfəttişi X7, baş dövlət vergi müfəttişi X15, böyük dövlət vergi müfəttişi X8, böyük dövlət vergi müfəttişi X19, böyük dövlət vergi müfəttişi X20 və böyük dövlət vergi müfəttişi X3 iştirakı Operativ vergi nəzarəti tədbiri keçirilmişdir.İddiaçının Astara rayonu, Qamışovka adlanan ərazində yerləşən icarə obyektində mehmanxana və restoran xidmətləri həyata keçirildiyi müəyyən edilmişdir. Qeyd olunan obyektdə OVN tədbiri keçirilən zaman 1 dəst samovar çay dəzgahına görə xidmət göstərildikdən sonra 27 manat ödəniş edildiyi, ancaq ödənişin həyata keçirilməsini təsdiq edən nəzarət-kassa apartının çeki təqdim olunmadığı müəyyən edilmişdir. Operativ vergi nəzarəti tədbiri xx.xx.2023-cü il tarixində saat 16:00 da başlanıldı. Cəmiyyətə məxsus restoran və mehmanxananın idarə olunmasına rəhbərliyi X1 həyata keçirdiyini müəyyən edilmişdir. Baza məlumatlarına əsasən onun MMC-nin rəsmi işçisi olduğu müəyyən edilmişdir. OVN tədbiri başlanan zaman MMC-nin direktoru X5 obyektdə olmadığı üçün OVN-nin keçirilməsi barədə Qərarlar Cəmiyyətin rəsmi işçisi və idarəetməni həyata keçiriən şəxs X2 təqdim olundu və o, yazılı qaydada Qərarla tanış oldu. Onun iştirakı ilə əvvəlcə NKA-ya vurulmayan 27 manat bərpa edildi və NKA-dan bərpa çeki çıxarıldı. Səbuhi Ruhullayevin iştirakı ilə obyektdə işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb olunmuş işçilərin adları götürüldü və həmin şəxslərin şəxsiyyətlərinin dəqiqləşdirilməsi məqsədi ilə onlardan siyahı olaraq əlavə məlumat alındı. Mehmanxana və restoranda 23 nəfərin əmək müqaviləsi bağlamadan işçilərin işə cəlb edildiyi müəyyən olundu. Beləliklə Cəmiyyətə məxsus restoran və mehmanxanada 29 faktiki işçidən 23-nün əmək müqaviləsi olamdan işlərə cəlb edilmişdir. Cəmiyyətə məxsus mağazadan müştəri tərəfindən 1 ədəd su alınmış və 1 (bir) manat ödəniş edilmişdir. Ödəniş müqabilində nəzarət kassa aparatının çeki təqdim olunmadı və mağazada 2 nəfər şəxsin əmək müqaviləsi bağlamadan işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edildiyi aşkar olunmuşdur.Tərəfindən yoxlamada iştirak edən cəmiyyətin nümayəndəsi, direktor müavini Səbuhi Ruhullayevə əmək müqaviləsi olmadan işlərə cəlb edilmiş işçilər barədə (kim tərəfindən işlərə cəlb olunmaları, ödənilən əmək haqqları, vəzifələri və s.) izahat verməsi bildirildi. O, mobil telefon vasitəsilə cəmiyyətin direktoru X4 izhatların verilməsi barədə məlumat versədə, sonda izahat verməkdən və bunun səbəbi barədə məlumat verməkdən (o cümlədən aşkar olunmuş işçilərdən müvafiq izahatların verilməsinə şərait yaradılmasından) imtina etmişdir. Ona aşkar edilmiş işçilərin bir-bir dəvət edilməsi izahat verilmələri üçün şərait yaratması bildirilsədə o konkret olaraq heç kəsin izahat verməyəcəklərini bildirdi. Bundan sonra adları siyahıda göstərilən və əmək müqaviləsi bağlamadan işlərə cəlb edilmiş işçilərə ayrı-ayrılıqda izahata verilmələri bildirilsədə onlarda “rəhbərlik icazə verməsə biz izahat verə bilmərik” deyə müraciətimizi cavablandırmışdırlar.Yoxlama gedişi zamanı tərəfimizdən cəmiyyətin direktoru müavini Səbuhi Ruhullayevə onun səlahiyyətli nümayəndə olması barədə etibarnamə təqdim etməli olduğu bildirilsədə o yenidən telefon əlaqəsi saxladıqdan sonra etibarnamənidə təqdim edə bilməyəcəyini, lakin xx.xx.2023-cü il tarixdə etibarnamə təqdim edəcəyini bildirmişdir. Yoxlamanın sonunda təqribən saat 18:00 radələrində cəmiyyətin direktoru X5 obyektdə Akt yazılan masaya yaxınlaşmış və yoxlayıcılar tərəfindən cəmiyyətin direktoru müavini Ruhullayev Səbuhi bizim yanımızda yoxlamanın gedişatı və yoxlama nəticəsində aşkar edilmiş nöqsanlar barədə direktor kimi ona məlumat vermişdir. Yoxlamanı həyata keçirən yoxlayıcılar tərəfindən cəmiyyətin direktoru müavini X6 vergi nəzarəti tədbirinə aid sənədlərlə tanış olması, imzalaması və müvafiq izahatların verilməsi üçün məlumatın (əməkdaşlardan 2-3 metrə kənarda dayanmış) cəmiyyətin direktoru Tofiq Heydərova bildirməsini xahiş etdikdə o Tofiq Heydərova yaxınlaşdıqdan sonra cavabında Tofiq müəllimin cəmiyyətin səlahiyyətli nümayəndəsi və yaxud baş mühasibinin xx.xx.2023-cü il tarixdə 6 saylı Ərazi Vergilər Baş İdarəsinin İnzibati binasına gələcəyini bildirmişdir. Tərəfimizdən DVX seryalı 001643, 027721, 001644 və 027722 nömrəli müvafiq Aktlar tərtib edilmişdir.Cəmiyyətin direktoru Tofiq Heydərov cəmiyyətə məxsus hər iki obyektdə 25 nəfər şəxsin əmək müqaviləsi bağlamadan muzdlu işlərə cəlb edilməsi və hər iki obyekdə NKA çekinin verilməməsi barədə məlumatlandırılsada o laqeyd şəkildə özünə məxsus ** TH *** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşib yoxlama yerindən uzaqlaşmışdır.Bundan sonra yoxlayıcılar tərəfindən müşahidəçilərin iştirakı ilə (Astara rayon sakinləri X21 və X16) Aktların tərtib olunması, cəmiyyətin rəhbər heyətinin aktlara imza etməkdən imtina etmələri və bunun səbəbləri barədə müvafiq izahatların verilməsindən imtina etmələri barədə sərbəst aktlar tərtib etmişlər.OVN tədbiri zamanı tərtib materiallar üzrə vergi ödəyicisi “X10 Clubs” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) 2 saylı Ərazi Vergilər Baş idarəsinin xx.xx.2023-cü il tarixli **********6245 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı əsasında 4000 manat, **********6257 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı əsasında 1000 manat, **********6253 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı əsasında 1000 manat və **********6283 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı əsasında 46000 manat, ümumilikdə 52000 manat maliyyə sanksiyası tətbiq edilmişdir.Habelə cəmiyyət tərəfindən əmək müqaviləsi olmadan 10 nəfərdən artıq şəxsin əmək müqaviləsi olmadan muzdlu işlərə cəlb edilməsi halı müəyyən edildiyi üçün Cinayət Məcəlləsinin 162-1 -ci maddəsinin tərkibi yarandığından materiallar baxılması üçün Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmişdir.Qəbul edilmiş qərarlar qanunvericiliyə uyğun şəkildə tərtib edilmişdir.Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən proseslərində iştirak edən cavabdehin nümayəndəsi X14 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Ötən məhkəmə iclasının iştirakçılarına məhkəmə qərarının elanının vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə qərarın elanında iştirak etməmişlər. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: MMC-nin təsis sənədləri, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********6245, **********6245, **********6257 və **********6283 nömrəli qərarlarının surəti, mühasibatlıq sənədlərinin surəti, cavabdehin etirazı və digər sənədlər. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən İddiaçı MMC-nin fəaliyyət göstərdiyi təsərrüfat subyektində (obyektində) operativ vergi nəzarətinin həyata keçirilməsi nəticəsində xx.xx.2023-cü il tarixli, **********6245, **********6245, **********6257 və **********6283 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarlar qəbul edilmişdir. Operativ vergi nəzarəti tədbirləri nəticəsində barəsində qəbul edilmiş qərarlardan narazı qalan iddiaçı qərarların qanunsuz olduğu qənaətinə gələrək ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən cavabdehin qəbul etdiyi xx.xx.2023-cü il tarixli, **********6245, **********6245, **********6257 və **********6283 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət cəlb edilməsi haqqında” qərarları qanunvericiliyə uyğun şəkildə qəbul edildiyindən iddia tələbi təmin edilməməlidir. Belə ki, Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1 bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2- ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.2 aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyriqanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 50.1.6.xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 50.1.7 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi;istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.9. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara əməl olunmasına nəzarət edilməsi; bu Məcəllənin 50-2.1 -ci və 194.1 -ci maddələrində nəzərdə tutulan qaydaların aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı tələblərinə əməl edilməsinə nəzarət edilməsi. 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.11.nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi;- malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71- 1,5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi; 50.1.13-1. bu Məcəllənin 16.1.11-11-ci maddəsinə əsasən vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi; 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. Veri Məcəlləsinin 58.7-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 57.7.1.təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində;təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 1200 manat, bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslərə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müvafiq əmək müqaviləsi bağlanılmadan şəxs işlərə cəlb edimişdir. Yuxarıda qeyd edilən normativ hüquqi aktların tələbinə uyğun olaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində xx.xx.2023-cü il tarixli, **********6245, **********6245, **********6257 və **********6283 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarlar qanuni qəbul edilişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin qəbul etdiyi xx.xx.2023-cü il tarixli, **********6245, **********6245, **********6257 və **********6283 nömrəli qərarlarının ləğv edilməsinə dair qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X30
Məhkəmə qərarları › İş №2-1(118)-501/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-501/2025
14.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver