Məhkəmə qərarları › İş №2-1(118)-5010/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5010/2024

07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5010/2024 07.11.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə (Açar sözlər: kompensasiyanın ödənilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “ona dəyən maddi ziyan olaraq on min manat və mənəvi ziyan olaraq on min manat ödəniş edilməsi öhdəliyinin iş üzrə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, ona dəyən maddi ziyan olaraq on min manat və mənəvi ziyan olaraq on min manat ödəniş edilməsini istəyir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, 28.10.22-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon şöbəsindən hərbi xidmətə göndərilmişəm .Hərbi xidmətə göndərilməzdən əvvəl tibbi komisiyadan keçərkən müəyyən olundu ki,məndə anadangəlmə inkişaf qüsuru .Döş qəfəsinin “toyuq döşü” tipli deformasiyası (23mm)xarici tənəfuss funksiyasının qarışıq tipli mülayim dərəcədə ventilyasiya pozulması var. Bunlara baxmayaraq məni hərbi xidmətə yararlı hesab edib xidmət çəkmək üçün Kəlbəcər rayonuna göndərdilər.Xidmət çəkdiyim zaman xəstəliyim dahada kəskinləşdi iki dəfə Gəncədə otuz gün və iyirmi gün olmaqla bir dəfə otuz gün olmaqla Müdafiə Nazirliyinin Bakı hospitalında müalicə olunduqdan sonra hərbi xidmətə yarasız olaraq şəhadətləndirildim. 08.09.23 -cü ildə hərbi xidmətdən azad edildim. Bu dövrdə on bir ay hərbi xidmətdə olmuşam .Bir halı qeyd edim ki,hərbi həkim komisiyyasının səhvi nəticəsində mənə maddi və mənəvi ziyan dəymişdir. Sonradan mənə dəymiş maddi və mənəvi ziyana görə ərizə ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı Rayon Bölməsinə müraciət etdim Müraciətimə cavab olaraq bildirdilər ki, müraciət etdiyiniz maddi və mənəvi ziyanın ödənilməsi barədə qərar həmin qurumun səlahiyyətində olmadığı üçün aidiyyatı üzrə müraciət etməyiniz tövsiyyə olunur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşlar çağırılır. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən lətbiqi təcrübəsi haqqında 3 noyabr 2008-ci ilAzərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun Qərarın 2ci bəndinə əsasən - “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşıhr.Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarım və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.Mən yaşayış yerimdən, sağlamlığına uyun iş yeri seçmək, əmək haqqı almaqdan məhrum edilmiş, alçamağa , aşağılanmağa , intihara , sarsıntılara məcbur edimişəm. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli xx.xx.2015-ci il tarixli Qərarına əsasən - İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, izahatında bildirmişdir ki, 28 oktyabr 2022ci il tarixdə hərbi xidmətə getmişəm. Yararsız olduğu halda əsgər aparmışdırlar. Döş qəfəsində deformasiya var. Yararsız olduğu halda aparılmış və səhhəti daha da pisləşmişdir. 08 sentyabr 2023-cü il tarixdə hərbi xidmətdən azad edilmişdir. 3 dəfə sətəlcəm olmuşdur. 2-si qeydə alınmışdır. 11 ay hərbi xidmətdə olmuşdur. Kəlbəcərdə xidmətdə olmuşdur. Daha əvvəldə də sağlamlıqla bağlı şikayətləri olub. Azərbaycan Rsepublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş Hərbi Həkim Ekspertizası haqqında X1 N ç bəndi ilə hərbi hissəyə göndərilib, N ç bəndi ilə də tərxis edilmişdir. Cavabdeh etirazında qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - Məcəllə) 48.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. İddiaçının hazırki iddiası Məcəllənin 2.2.7-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara aiddir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, “Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır”. Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.4cü maddəsinə əsasən, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına (burada - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri nəzərdə tutulur) gəlməlidirlər. Qeyd olunan normanın məzmunundan aydındır ki, vətəndaşların müddətli həqiqi hərbi xidmətə göndərilməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nın 4-1.1 və 4-1.1.1-ci yarımbəndlərinə əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri ayrı-ayrı inzibati orqanlardır. İddiaçı haqqında qərar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon bölməsi tərəfindən qəbul olunduğundan cavabdeh qismində məhkəmə icraatına həmin bölmə cəlb edilməlidir. inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir, iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddiaçı iddianı düzgün cavabdehə qarşı qaldırmadığından (inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən) iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Əlavə olaraq “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 13.1-ci maddəsinə əsasən, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda aşağıdakı tərkibdə çağırış komissiyaları yaradılır: 13.1.1 . komissiyanın sədri - müvafiq icra hakimiyyəti orqanının rəhbəri (burada - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri nəzərdə tutulur); 13.1.2 . komissiya sədrinin müavini - müvafiq icra hakimiyyəti orqanının nümayəndəsi (burada - yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları nəzərdə tutulur)] 13.1.3 . komissiyanın üzvləri - müvafiq icra hakimiyyəti orqanının (burada - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi nəzərdə tutulur) nümayəndələri, hərbi həkim komissiyasının sədri. 13.2. Çağırış komissiyasının işində həkim mütəxəssislər (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermatoveneroloq, psixoloq) iştirak etməlidirlər. 13.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının və çağırış komissiyasının işinə cəlb edilmiş həkim mütəxəssislərin fərdi tərkibini müvafiq icra hakimiyyəti orqanı (burada - yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları nəzərdə tutulur) müvafiq icra hakimiyyəti orqanı (burada - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) ilə razılaşdırmaqla təsdiq edir. Qanunun 15.2-ci maddəsinə əsasən, tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarları ilə razılaşmadıqda çağırışçının Mərkəzi çağırış komissiyasına və (və ya) məhkəməyə müraciət etmək hüququ vardır. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq, ümumi tibbi müayinədən keçirilmiş, sağlamlığından şikayəti olmadığı, həmçinin dispanser və ya tibb müəssisələrində qeydiyyatda olmadığı üçün hərbi xidmətə yararlı sayılaraq müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Hansı ki, Qubadlı rayon bölməsi tərəfindən vətəndaş göndəriş əsasında bu sahə üzrə ən yüksək ixtisaslaşmış həkim kollektivi olan dövlət tibb müəssisəsi olan Akademik C.M.Abdullayev adına X4 və Ortopediya İnstitutuna göndərilmiş və oradan daxil olmuş akta əsasən İddiaçı həqiqi hərbi xidmətə yararlı hesab edilmiş və bunun əsasında müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Qeyd edilməsi zəruridir ki, İddiaçı tibbi şəhadətləndirmə zamanı əvvəllər hər hansı xəstəlik keçirməsi və hazırda səhhəti ilə əlaqədar heç bir şikayət bildirməmiş, həmçinin sözügedən xəstəliklə bağlı əvvəllər müalicə alması, müalicə almasına dair hər hansı sənəd təqdim etməmişdir. Həmçinin, Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar hərbi hissələrə təhvil verilərkən müvafiq olaraq xidmət etdikləri hərbi hissələrin tərkibində olan hərbi-həkim komissiyaları tərəfindən hərbi xidmətə yararlılıqlarının yoxlanılması üçün təkrar tibbi müayinədən keçirilirlər. Səhhətlərində hər hansı nasazlıq aşkar olunan çağırışçı dərhal çağırıldığı Xidmətin yerli baş idarə, idarə, şöbə və ya bölməsinə geri qaytarılır. İddiaçı Xidmətin Qubadlı rayon bölməsi tərəfindən hərbi hissəyə təhvil verilərkən geri qaytarılmaması, hərbi hissənin həkim mütəxəssislərinə təqdim olunan (döş qəfəsi orqanlarının flüoroqrafiya (rentgenoloji) müayinəsi, qanın ümumi analizi (EÇS-nin, hemoqlobinin, leykositlərin təyini), sidiyin ümumi analizi (xüsusi çəkisi, zülal)) zəruri müayinələrə həkim mütəxəssislər tərəfindən baxılması, həmçinin İddiaçı və yaxınlarının Qubadlı rayon çağırış komissiyası tərəfindən barəsində hərbi xidmətə yararlı olması ilə əlaqədar qəbul edilən qərara etiraz bildirməməsi, hərbi hissənin hərbi həkim komissiyasında yoxlanarkən geri qaytarılmaması onun hərbi hissəyə sağlam olaraq təhvil verilməsi faktını təsdiqləyir. Qanunvericiliyin tələbinə əsasən mülki hüquq pozuntusu ilə bağlı məsuliyyətin yaranması üçün zərərçəkən şəxsə ziyan vurulması, həmin ziyanın üzərinə məsuliyyət qoyulan şəxs tərəfindən yetirilməsi, yetirilmiş ziyanla üzərinə məsuliyyət qoyulan şəxsin hərəkəti arasında səbəbli əlaqənin olması və vurulmuş ziyanla bağlı şəxsin təqsirinin olması zəruridir. Bu baxımdan hazırkı iş üzrə qeyd olunan xüsusatların heç biri təsdiq olunmur, bu isə mülki hüquq pozuntusu ilə bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon bölməsinin məsuliyyətinin yaranmamasını göstərir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 30 noyabr tarixli 7 nömrəli Qərarın 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097- ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmələr mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasını nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmalıdır. İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq, ümumi tibbi müayinədən keçirilmiş, sağlamlığından şikayəti olmadığı, həmçinin dispanser və ya tibb müəssisələrində qeydiyyatda olmadığı üçün hərbi xidmətə yararlı sayılaraq müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Bununla da belə nəticəyə gəlinir ki, Xidmətin Qubadlı rayon bölməsi çağırış zamanı öz üzərinə düşən vəzifələri lazımi həcmdə icra etmişdir. Odur ki, iddiaçıya maddi zərərə və yaxud mənəvi iztiraba görə cavabdeh kompensasiya ödəmək öhdəliyi daşımır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən, ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərinin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi dövlət tibb müəssisələrinə həvalə olunmuşdur. Göründüyü kimi, İddiaçı çağırışçı kimi bütün zəruri tibbi müayinələrdən keçirilmiş, hərbi xidmətə yararlı hesab edilərək müddətli həqiqi hərbi xidmətə göndərilmiş və müəyyən müddət xidmət keçdikdən sonra hərbi vəzifəli kimi ehtiyata buraxılmışdır. Xidmətin Qubadlı rayon bölməsi çağırış zamanı iddiaçıya qarşı öz üzərinə düşən vəzifələrini lazımi həcmdə icra etmiş və bu səbəbdən maddi və mənəvi ziyana görə kompensasiya ödəmək öhdəliyi daşımır. Xidmətin isə bu işlə bağlı əlaqəsi müəyyən edilmir. Əlavə olaraq bildirirlər ki, müddətli həqiqi hərbi xidmətə qəbul edilmiş əsgərlərə tibbi dəftərçə (tibbi karta) açılır və əsgərin sağlamlığı ilə bağlı bütün məlumatlar həmin tibbi sənəddə öz əksini tapır. Odur ki, məhkəmə işinin ətraflı araşdırılması məqsədilə İddiaçı müddətli həqiqi hərbi xidmət keçdiyi hərbi hissəyə sorğu verilərək həmin tibbi sənədin alınması zəruridir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Hazırlıq icraatı ilə bağlı məhkəmə iclaslarında cavabdehin nümayəndəsi Nümayəndə1 iştirak etmiş, izahatında bildirmişdir ki, sətəlcəmin iddiaçının hazırki xəstəliyinə aidiyyəti yoxdur. Aktda tənəffüs pozuntusu olmadığı qeyd edilmişdir. Xəstəlik hərbi xidmət dövründə arta bilər. Rayonların icra başçısının sərəncamı ilə sağlıq komissiyası yaradılır. Həkimlər cəlb olunur. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunun 15-ci maddəsinə əsasən çağırışcılar məcburi diaqnostik müayinələrdən keçirilir. Zərurət yarandıqda digər tibb müəssisələrinə göndərilir. İddiaçı zərurətlə əlaqəli travmatologiya institutuna göndərilmişdir. İddiaçının döş qəfəsinin deformasiyası olsa da ventilyasiya problemi olmadığı üçün hərbi xidmətə yararlı qeyd edilmişdir. Onlar üzərinə düşən vəzifəni icra edib. Səfərbərlik xidmətinin səlahiyyəti bununla yekunlaşıb. İddiaçı qərardan narazı olsa idi Mərkəzi Çağırış Komissiyasında əlavə müayinədən keçə bilərdi. Şikayət etmədiyi üçün ümumi əsaslarla hərbi xidmətə göndərilib. Kəlbəcər dağlıq ərazidir. İddiaçının problemini biz qeyd etmişik. Onu nəzərə alaraq Kəlbəcərə hava sıxlığı olan yerə qaldırmamalı idilər. Lakin biz ona müdaxilə edə bilmirik. Bizim işimiz müayinənin təşkili, sağlamlığın qeyd edilməsi ilə yekunlaşır. Nə müayinədən keçirilibsə hərbi hissəyə təqdim edilir. Müayinələrdən hərbi hissə narazı olduğu halda əlavə müayinə üçün geri qaytarır. Sənədlərdə problem olmadığı üçün hərbi hissə qəbul edib. Məhkəmə suallarına cavabında bildirmişdir ki, onurğanın ikinci dərəcə kifozu. Deformasiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 59 saylı qərarına istinadən əsas deyil. Ventilyasiya pozuntusu olmalı idi. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə3 iştirak etmiş, izahatında bildirmişdir ki, Səfərbərlik Xidməti hərbi xidmətə yararlı şəxsinlərin müddətli hərbi xidmətə göndərilməsini təmin edir. Bununla bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 59 saylı qərarı mövcuddur. Şəxsin yararlılığı 3 cür sıradankənar, tam, məhdud yararlı olaraq müəyyən edilir. İddiaçı travmatologiya institutunda tibbi müayinədən keçirilmiş, döş qəfəsində ikinci dərəcəli xəstəlik müəyyən edilmişdir. Akt mövcuddur. Hərbi xidmətə məhdud yararlı hesab edilib. Şəxsin hansı hərbi hissələrdə xidmətdə olması ona əsasən müəyyən edilir. Buna baxmayaraq Kəlbəcərə göndərilib. Xidmət öz üzərinə düşəni edib. Məhdud yararlı hesab edilib. Hesab edirəm ki, iddia mümkün hesab edilməməlidir. Aidiyyəti üzrə müvafiq hərbi hissəyə qarşı qaldırılmalıdır. Şəxs 11 ay hərbi xidmətdə olub, ağırlaşma olub. Məhdud yararlı şəxsin dağlıq ərazidə ağırlaşması normal haldır. Məhkəmə suallarına cavabında bildirmişdir ki, ventilyasiya pozuntusu aşkar edilmədiyi üçün məhdud yararlı hesab edilib. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı Rayon Bölməsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iştirak etmiş, izahatında bildirmişdir ki, iddiaçı 2022-ci ildə oktyabr çağırışına cəlb olunub. HHK-da səhhəti müəyyən edilib. Respublika Travmatologiya İnstituna göndərilib. Respublika Travmatologiya İnstitunun aktı əsasında hərbi xidmətə yararlı hesab edilib. Problem olsa idi hərbi xidmətə yararsız hesab olunardı. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Azərbaycan Respublikası Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarı ilə təsdiq edilmiş 23 avqust 2023-cü il tarixli 793 saylı xəstəlik haqqında şəhadətnamədən görünür ki, diaqnoz Q 67.7 anadangəlmə inkişaf qüsuru, Döş qəfəsinin toyuq döşü tipli deformasiyası (23 mm) xarici tənəffüs funksiyasının qarışıq tipli müaliyim dərəcədə ventilyasiya pozulması ilə. İrsi hemoqlobinopatiya, heteroqizot beta talassemiya geninin daşıyıcısı-Ümumi xəstəlikdir; Sağ gözün hipermetropik astiqmatizmi, refraksiya Em və Hm 0.75 D. Sol gözün sadə miopik astiqmatizmi refraksiyası Em və M 0.75 D nəticəsində görmə itiliyinin hər iki gözdə 0.7-yə qədər azalması, korreksiya ilə 0.9 olmaqla-Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. HHK-nın hərbi xidmətə, hərbi uçot ixtisa üzrə xidmətə və s. yararlılıq haqqında Qərarına əsasən iddiaçı Xəstəliklər Cədvəlinin 80 b madddəsinin İİ qrafasına və ƏTC-yə əsasən Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan X4 və Ortopediya İnstitutu PHŞ-in 29 avqust 2024-cü il tarixli məktubu ilə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon bölməsinin xx.xx.2034-cü il tarixli məktubları ilə Azərbaycan X4 və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli, 6141 saylı “sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”nın surəti məhkəməyə təqdim edilmişdir. Aktda diaqnoz olaraq onurğanın ikinci dərəcəli döş kifozu, döş sümüyü cisminin yastılaşması, xəncərvari çıxıntının ön tərəfə qabarmış deformasiyası göstərilmiş, ventilyasiya pozuntusunun qeyd olunmadığı müəyyən edilmişdir. Məhkəmə prosesində iddiaçının ******* saylı hərbi biletinin surəti iş materiallarına əlavə edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Odur ki, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Azərbaycan X4 və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli, 6141 saylı “sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”na əsasən İddiaçı diaqnoz olaraq onurğanın ikinci dərəcəli döş kifozu, döş sümüyü cisminin yastılaşması, xəncərvari çıxıntının ön tərəfə qabarmış deformasiyası göstərilmiş, ventilyasiya pozuntusunun qeyd olunmadığı müəyyən edilmişdir. İddiaçı SHXÇDX Qubadlı rayon çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.2022-ci ildə hərbi hissəyə göndərilmişdir. Azərbaycan Respublikası Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarı ilə təsdiq edilmiş 23 avqust 2023-cü il tarixli 793 saylı xəstəlik haqqında şəhadətnamədən görünür ki, diaqnoz Q 67.7 anadangəlmə inkişaf qüsuru, Döş qəfəsinin toyuq döşü tipli deformasiyası (23 mm) xarici tənəffüs funksiyasının qarışıq tipli müaliyim dərəcədə ventilyasiya pozulması ilə. İrsi hemoqlobinopatiya, heteroqizot beta talassemiya geninin daşıyıcısı-xəstəliyin səbəb əlaqəsi “ümumi xəstəlik”; Sağ gözün hipermetropik astiqmatizmi, refraksiya Em və Hm 0.75 D. Sol gözün sadə miopik astiqmatizmi refraksiyası Em və M 0.75 D nəticəsində görmə itiliyinin hər iki gözdə 0.7-yə qədər azalması, korreksiya ilə 0.9 olmaqla- xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” olaraq müəyyən edilmişdir. . HHK-nın hərbi xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında Qərarına əsasən iddiaçı Xəstəliklər Cədvəlinin 80 b madddəsinin İİ qrafasına və ƏTC-yə əsasən Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. İddiaçı xx.xx.2023-cü ildə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı ona dəyən maddi və mənəvi zərərin əvəzinin ödənilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq, ümumi tibbi müayinədən keçirilmiş, sağlamlığından şikayəti olmadığı, həmçinin dispanser və ya tibb müəssisələrində qeydiyyatda olmadığı üçün hərbi xidmətə yararlı sayılaraq müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Hansı ki, Qubadlı rayon bölməsi tərəfindən vətəndaş göndəriş əsasında bu sahə üzrə ən yüksək ixtisaslaşmış həkim kollektivi olan dövlət tibb müəssisəsi olan Akademik C.M.Abdullayev adına X4 və Ortopediya İnstitutuna göndərilmiş və oradan daxil olmuş akta əsasən İddiaçı həqiqi hərbi xidmətə yararlı hesab edilmiş və bunun əsasında müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. İddiaçı tibbi şəhadətləndirmə zamanı əvvəllər hər hansı xəstəlik keçirməsi və hazırda səhhəti ilə əlaqədar heç bir şikayət bildirməmiş, həmçinin sözügedən xəstəliklə bağlı əvvəllər müalicə alması, müalicə almasına dair hər hansı sənəd təqdim etməmişdir. Məhkəmə hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanununun 89.2-ci maddəsin əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş Hərbi-həkim ekspertizası haqqında Əsasnaməyə əsasən: 1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. 1.3. Hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni (bundan sonra — şəhadətləndirilmə) keçirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda ştatlı və ştatdankənar hərbi-həkim komissiyaları (həkimuçuş komissiyaları) yaradılır. 1.5. Tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. 2.1. İlkin hərbi qeydiyyata alınan, müddətli həqiqi xidmətə çağırılan və ehtiyatda olan vətəndaşların şəhadətləndirilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir. 2.2. İlkin hərbi qeydiyyata alınarkən şəhadətləndirilməyə qədər vətəndaşlara dövlət tibb müəssisələrində (bundan sonra – tibb müəssisələri) hər il tibbi baxışlar, müayinələr (müşahidələr), habelə müalicə-sağlamlıq tədbirləri keçirilir və profilaktik peyvəndlər edilir. Tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərinin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi tibb müəssisələrinə həvalə olunur. Tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərinin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi, qeydiyyat və hesabat aparılması, bu iş üzərində nəzarətin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə birlikdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. 2.4. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin göndərişinə əsasən vətəndaşlar şəhadətləndirilmə prosesində tələb olunan müayinələrdən keçirlər. 2.10. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən yaradılmış ilkin hərbi qeydiyyata alma komissiyası və hərbi həkim komissiyaları tərəfindən bu Əsasnamənin 2.9-cu bəndində qeyd olunan tibbi müayinə nəticələri təhlil edilir və müvafiq olaraq azı 9 (doqquz) nəfərdən ibarət həkim və mütəxəssis (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermatoveneroloq, psixoloq və zərurət olduqda digər ixtisaslardan olan həkim-mütəxəssislər cəlb edilməklə) tərəfindən çağırışaqədər yaş həddində olanların və çağırışçıların əyani tibbi müayinəsi aparılır. Əyani tibbi müayinəyə dair VEİS-də elektron sənəd formasında rəy formalaşdırılaraq, həkim və mütəxəssislərin elektron imzası ilə təsdiqlənir. Rəy barədə vətəndaşların məlumatlandırılması bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş qaydada onların elektron kabinetləri vasitəsilə həyata keçirilir, məlumatlar həmçinin çağırışçının uçot kartına əlavə edilir. Çağırışçılar bu Əsasnamənin 2.10-cu bəndində qeyd olunan tibbi müayinə nəticələrinə əsasən şəhadətləndirilərkən Hərbi həkim komissiyaları tərəfindən VEİS-də elektron sənəd formasında çağırışçı barəsində bu Əsasnamənin 2.15-ci bəndində qeyd olunan müvafiq kateqoriyalar üzrə rəy formalaşdırılır və komissiya üzvlərinin elektron imzası ilə təsdiqlənməklə məlumatlar hər bir çağırışçının uçot kartına daxil edilir. Həmin rəy əsasında rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən VEİSdə elektron imza ilə təsdiqlənməklə, elektron sənəd formasında çağırışçının şəhadətləndirilməsi üzrə yekun qərar formalaşdırılır. 2.15. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A - hərbi xidmətə yararlıdır; B - sıradankənar hərbi xidmətə yararlıdır; C - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç - hərbi xidmətə müvəqqəti yararsızdır; D - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün “Xəstəliklər cədvəli”nə və ƏTC-yə uyğun olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir. 2.23. Sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırılmalı olmayan vətəndaşların hərbi xidmətə çağırılması hallarını istisna etmək məqsədi ilə, hərbi xidmətə çağırılmış vətəndaşlar bilavasitə xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışdan keçirlər. Hərbi xidmətə çağırılmış vətəndaşların xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışının təşkili, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan azad edilmiş və ya möhlət almış vətəndaşların, habelə şəhadətləndirilmənin nəticələrinə görə onların barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında çıxarılmış qərarlarla razı olmadıqlarını bildirən vətəndaşların nəzarət qaydasında şəhadətləndirilmələrinin təşkili Mərkəzi Çağırış Komissiyasına həvalə olunur. 2.24. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan azad edilmiş və ya möhlət almış vətəndaşların nəzarət qaydasında şəhadətləndirilməsi onların Mərkəzi Çağırış Komissiyasına təqdim edilmiş şəxsi işləri və tibbi sənədlərinin öyrənilməsi əsasında qiyabi keçirilir. Sonra isə Mərkəzi Çağırış Komissiyasının əsaslandırılmış qərarı ilə nəzarət qaydasında şəhadətləndirilmə əyani keçirilir. 2.25. Tibbi baxış və nəzarət qaydasında şəhadətləndirilmə Mərkəzi Çağırış Komissiyasının qərarı ilə bu Əsasnamənin 2.10-cu bəndində nəzərdə tutulmuş ixtisaslardan olan həkim-mütəxəssislər tərəfindən həyata keçirilir. 2.26. Xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxış və ya nəzarət qaydasında şəhadətləndirilmə zamanı vətəndaşın sağlamlıq vəziyyətində onun hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişə biləcək faktlar aşkar edildikdə, Mərkəzi Çağırış Komissiyası rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının müvafiq qərarını ləğv edir, bu barədə vətəndaşı bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş qaydada elektron kabineti vasitəsilə məlumatlandırır, həmçinin qərarı ləğv edilmiş komissiyaya məlumat verir. 2.27. Nəzarət qaydasında şəhadətləndirilmənin təşkili və keçirilməsi qaydalarını Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müəyyən edir. 8.3. “Xəstəliklər cədvəli”ndə hərbi xidmətə yararlılığın aşağıdakı kateqoriyaları nəzərdə tutulmuşdur: “A” — hərbi xidmətə yararlıdır; “B” — sıradankənar hərbi xidmətə yararlıdır; “C” — sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; “Ç” — hərbi xidmətə müvəqqəti yararsızdır; “D” — həm dinc dövrdə, həm də müharibə dövründə, hərbi xidmətə yararsızdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanununa əsasən: 13.1. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda aşağıdakı tərkibdə çağırış komissiyaları yaradılır: 13.1.1. komissiyanın sədri – müvafiq icra hakimiyyəti orqanının rəhbəri; 13.1.2. komissiya sədrinin müavini – müvafiq icra hakimiyyəti orqanının nümayəndəsi; 13.1.3. komissiyanın üzvləri – müvafiq icra hakimiyyəti orqanının nümayəndələri, hərbi həkim komissiyasının sədri. 13.2. Çağırış komissiyasının işində həkim mütəxəssislər (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq) iştirak etməlidirlər. 13.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının və çağırış komissiyasının işinə cəlb edilmiş həkim mütəxəssislərin fərdi tərkibini müvafiq icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla təsdiq edir. 5.1. Müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. 15.1-1. Narkomanlığın erkən müəyyən edilməsi və profilaktikası məqsədilə müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçirilməsi təmin edilir. 15.2. Tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. 15.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən bu Qanunun 15.2.2 – 15.2.5-ci maddələrində nəzərdə tutulmuş qərarların verilməsi üçün yekun tibbi müayinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Yekun tibbi müayinənin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 16. Mərkəzi çağırış komissiyası 16.1. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarına rəhbərlik və onların fəaliyyətinə nəzarət etmək üçün aşağıdakı tərkibdə Mərkəzi çağırış komissiyası yaradılır: 16.1.1. komissiyanın sədri – müvafiq icra hakimiyyəti orqanının rəhbəri; 16.1.2. komissiya sədrinin müavini – müvafiq icra hakimiyyəti orqanı rəhbərinin müavini; 16.1.3. komissiyanın üzvləri. 16.2. Mərkəzi çağırış komissiyasının fərdi tərkibini müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 17. Mərkəzi çağırış komissiyasının vəzifələri 17.1. Mərkəzi çağırış komissiyasının vəzifələri aşağıdakılardır: 17.1.1. rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının qərarları ilə razı olmayan şəxslərin təkrar tibbi müayinəsini təşkil etmək; 17.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması, çağırışına möhlət verilməsi və çağırışdan azad edilməsi barədə mübahisələri həll etmək; 17.1.3. rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının işinə nəzarət etmək, onların qərarları barədə verilmiş şikayətlərə baxmaq. 17.2. Mərkəzi çağırış komissiyası mübahisəli məsələlər barədə xüsusi yoxlama keçirərkən 20 gün, digər hallarda isə 10 gün müddətində qərar qəbul etməlidir. 17.3. Mərkəzi çağırış komissiyasının qərarlarından məhkəməyə şikayət verilə bilər. İşin hallarından görünür ki, iddiaçı Akademik C.M.Abdullayev adına X4 və Ortopediya İnstitutuna göndərilmiş və oradan daxil olmuş akta əsasən İddiaçı həqiqi hərbi xidmətə yararlı hesab edilmiş, xx.xx.2022-ci il tarixdə SHXÇDX Qubadlı rayon Bölməsi tərəfindən şəhadətləndirilmiş, “hərbi xidmətə yararlıdır” qərarı verilmişdir. Bunun əsasında müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Qanunvericiliyin tələbinə görə hərbi xidmətə çağırılmış vətəndaşların xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışının təşkili, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan azad edilmiş və ya möhlət almış vətəndaşların, habelə şəhadətləndirilmənin nəticələrinə görə onların barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında çıxarılmış qərarlarla razı olmadıqlarını bildirən vətəndaşların nəzarət qaydasında şəhadətləndirilmələrinin təşkili Mərkəzi Çağırış Komissiyasına həvalə olunur. Lakin iddiaçı tərəfindən hərbi xidmətə yararlılıq kateqoriyası haqqında çıxarılmış qərar mübahisələndirilməmişdir. Hərbi xidmət zamanı şikayətləri artdığı üçün tibb məntəqəsinə müraciət etmiş, N nömrəli hərbi hissə komandiri tərəfindən hərbi xidmətə yararlılığının təyini üçün MN MHPnın hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilərək, “Stasionar müayinədən sonra şəhadətləndirilməlidir” qərarı verilmişdir. Stasionar şəraitdə şəhadətləndərilməsi üçün xx.xx.2023-cü il tarixdə Torako-abdominal cərrahiyyə bölməsinə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixdən MN BKH-da müayinə və müalicə olunmuş, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının rəisinin xx.xx.2023-cü il tarixli sərəncamı ilə hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. İddiaçı Akademik C.M.Abdullayev adına X4 və Ortopediya İnstitutunun verdiyi akt əsasında hərbi xidmətə yararlı hesab edilmişdir ki, bu da İX. Xəstəliklər cədvəli (13 may 2024-cü il tarixli 256 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də İX hissə yeni redaksiyada verilmişdir.) yoluxucu və parazitar xəstəliklər cədvəlində 80ç, 66ç, 13d maddələrinə əsasən müəyyən edilmişdir: Maddə Xəstəliklərin adı, funksiyaların pozulma Hərbi xidmətə yararlılıq dərəcəsi kateqoriyası İ qrafa İİ qrafa İİİ qrafa 13 Endokrin sistemin digər xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları: a) funksiyaların mühüm dərəcədə pozulması D D D ilə b) funksiyaların mülayim dərəcədə C C C və ya B pozulması ilə FƏRDİ c) funksiyaların cüzi dərəcədə pozulması ilə C C B ç) kəskin xəstəliklərdən və ya xroniki Ç Ç Ç xəstəliklərin kəskinləşməsindən, yaxud cərrahi müalicədən sonrakı hal, müvəqqəti funksional pozulmalarla d) zəif qidalanma, İİ dərəcəli alimentar A-3 A A piylənmə HDQ, ÜH, DP, XQdə FƏRDİ e) İ dərəcəli alimentar piylənmə A-2 A A Anadangəlmə anomaliyalar, deformasiyalar və xromosom pozulmaları Maddə Xəstəliklərin adı, funksiyaların pozulma Hərbi xidmətə yararlılıq dərəcəsi kateqoriyası İ qrafa İİ qrafa İİİ qrafa 80 Orqanların və sistemlərin anadəngəlmə inkişaf anomaliyaları: a) funksiyaların mühüm dərəcədə pozulması D D D ilə b) funksiyaların mülayim dərəcədə C C C pozulması ilə c) funksiyaların cüzi dərəcədə pozulması ilə C C B ç) funksiyaların pozulması olmayan A-3 A A obyektiv əlamətlər olduqda Maddə Xəstəliklərin adı, funksiyaların pozulma Hərbi xidmətə yararlılıq dərəcəsi kateqoriyası İ qrafa İİ qrafa İİİ qrafa 66 Onurğanın xəstəlikləri və onların nəticələri (anadangəlmə deformasiyalar və inkişaf qüsurlarından başqa): a) funksiyaların mühüm dərəcədə D D D pozulması ilə b) funksiyaların mülayim dərəcədə C C C pozulması ilə c) funksiyaların cüzi dərəcədə pozulması C C B ilə ç) funksiyaların pozulması olmayan A- 3 A A obyektiv əlamətlər olduqda ÜH, DP, XQ-də FƏRDİ; HDQdə YS Bundan sonra isə iddiaçının Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının rəisinin xx.xx.2023-cü il tarixli sərəncamı ilə hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilməsi nəticəsində Xəstəliklər Cədvəlinin 80 b madddəsinin İİ qrafasına və ƏTC-yə əsasən Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir.

80. b) funksiyaların mülayim dərəcədə C C C pozulması ilə

İddiaçı Xəstəliklər Cədvəlinin 80ç maddəsi ilə hərbi xidmətə yararlı hesab edildiyini, həmçinin eyni maddə ilə tərxis edildiyini qeyd edir. Lakin iş materiallarından görünür ki, iddiaçı İX. Xəstəliklər Cədvəli üzrə 80ç, 66ç, 13d maddələrinə əsasən hərbi xidmətə yararlı hesab edilsə də Xəstəliklər Cədvəlinin 80 b maddəsinin İİ qrafasına və ƏTC-yə əsasən Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Məhkəmə qeyd edir ki, hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, qanunvericiliyin normalarını pozan əməl hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən hüquq pozuntusu sayıla bilər:

1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması;

2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması;

3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, “Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən şəxslərin qeyriəmlak hüquqlarının pozulması nəticəsində yaranır. Mənəvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçı hərbi xidmətə aparılarkən qanunvericiliyin tələbləri gözlənilmiş və hər-hansı pozuntuya yol verilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ona on min manat maddi və on min manat mənəvi zərərin ödənilməsini tələb etmiş, lakin bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iddiaçı şikayətinin əsası kimi istinad etdiyi halları həmin məbləğə münasibətdə əsaslandırmamışdır. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçı hərbi xidmətə çağırılarkən və hərbi xidmətdə olarkən cavabdeh inzibati orqanın qanunvericliyin hər hansı tələblərinin pozulması müəyyən edilmədiyindən, yəni hüquqa zidd hərəkətləri mövcud olmadığından, həmçinin iddiaçıya hər hansı ziyanın (zərərin) dəyməsi müəyyən olunmadığından iddia tələbi təmin edilə bilməz. İddiaçı maddi zərərlə bağlı tələblərini sübuta yetirə bilmədiyindən, mənəvi zərərin ödənilməsi ilə bağlı tələb də həmin tələblə bağlı olduğundan iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar