Məhkəmə qərarları › İş №2-1(118)-5019/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-5019/2025

02.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-5019/2025 02.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mahmudlu-Abbaszadə Mehriban Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Şükürov Əfsun Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəasi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əsassız olaraq dayandırılmış əlilik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-osial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-cü il tarixdə Sumqayıt Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Döyüş zonasında hərbi xidmət keçərkən, xx.xx.1994-cü ildə yaralanaraq, xx.xx.1994-cü ilə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə almış və bunları təsdiqləyən Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı vardır. Həmin xəstəliklər ciddi fəsad verməsi nəticəsində ona Dövlət Tibbi-Sosial Ekxpertiza və Reabilitasi Agentliyi tərəfindən ikinci dərəcəli əlilik qrupu təyin edilmişdir, lakin heç bir əsas olmadan əlilik dayandırılıbdır. Bununla bağlı iddiaçı dəfələrlə Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etsə də, heç bir nəticə olmamışdır. İddiaçı qanunvericiliyin tələblərinə riayət edərək, imtina cavabı aldıqdan sonra öz hüquqlarının və maraqlarını qorumaq üçün məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır.

3. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının Sumqayıt şəhər sakini xx.xx.1965-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2023-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: 3-17-4/3-1-7531/2023). Daha sonra, əlillik vəziyyəti DTSERA-da xx.xx.2023-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: 3-17-4/3-1-97381/2023). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 979 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağalma ilə nəticələnmiş, somatogen mənşəli istero-nevrotik vəziyyət” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi və “Soltərəfli xroniki irinli otit, kəskinləşmənin olmaması ilə, tam epidermizasiya ilə sol qulağın radikal əməliyyatından (1981) sonrakı vəziyyət” diaqnozlu xəstəliyin səbəb əlaqəsi isə “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı ağlamış, yuxusuzluqdan, əsəbilikdən, əllərində və ayaqlarında qıcolmadan, təngnəfəslikdən, başında səsdən şikayətlənmişdir. Psixi statusunda əlillik təyinatına əsas verən dəyişikliklər aşkar edilməmişdir. Daha öncəki əlillik təyinatı Xroniki böyrək xəstəliyi ilə bağlı olsa da, buna dair heç bir şikayət bildirməmişdir. Təqdim etdiyi müayinə sənədləri 2022-ci ili əhatə etmiş və əvvəlki illərə dair müayinə və müalicə sənədləri təqdim etməmişdir. Dərmanlarını ailə üzvlərinin aldığını qeyd etmiş, adlarını sadalaya bilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına daxil olduğu andan həyəcanlı, narahat olduğunu bildirmiş, yuxusuzluq, qarışıq yuxular, əllərində qıcolma hissi, soltərəfli keyimə hissi, görməsində qaralmaların olmasından şikayətlənmişdir. Anamnestik məlumatlarında qarışıq yuxular gördükdən sonra, gecələr qəfildən harasa durub getdiyini bildirmişdir. Təqdim edilmiş baş-beynin instrumental müayinə nəticəsinin (General MRT) doğruluğuna şübhə yaranmışdır. Psixi statusunda əsəbilik, kövrəlmə, özünə qarşı qəsd fikirlərindən şikayətlənmişdir. Əyani müayinə zamanı vətəndaş simulyativ davranış nümayiş etdirmiş, bəsit sualları cavablandırmamışdır (ad günü tarixini). Anamnestik, klinik olaraq psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir.” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına daxil olduğu andan özünü həyəcanlı göstərmiş, ağlamağa başlamışdır. Xəstəliklə bağlı heç bir şikayət bildirməmiş, "Mənə kömək edin" deyərək ağlamağa davam etmişdir. Hərbi biletində hərbi hissəni özbaşına tərk etməsi haqqında qeyd mövcuddur. Müayinə zamanı kobud simulyativ davranış sərgiləmişdir. Sumqayıt şəhər sakini olduğu halda Bakı şəhərində yerləşən Psixiatrik xəstəxanalarda müalicə alması şübhə yaratmışdır. Psixi statusu: müayinə otağına polisin əlindən tutaraq daxil olmuşdur. Əyani müayinədə kobud simulyasiya etmiş, ağlamsınmağa çalışmış, suallara cavab verməmişdir. Aparılan müalicələr barədə heç bir məlumat verə bilməmişdir. General Hospitalın xx.xx.2024-cü il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsi “Ensefalopatiya fonunda sağ yarımkürə aksenti ilə “iti+yavaş” dalğaların qalınlığı epiaktivlik qeyd olunur. Qıcolma həddi enib. Antikonvulsiv müayinələr etməsi məsləhətdir. Generalizə olunmuş qıcolma hazırlığı” kimi qeyd olunmuş, təsdiqləyici dalğalar təqdim edilməmiş, hiperdiaqnostikaya yol verilmiş, sənədin doğruluğuna şübhə yaranmışdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 3686 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində demensiya MMSE= (Atrofiya xx.xx.2022- ci il tarixli Kranial MRT ilə təsdiqlənib). Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir.” kimi qeyd olunmuş, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli Çıxarışında diaqnoz “Üzvi İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində demensiya MMSE= (Atrofiya xx.xx.2022-ci il tarixli Kranial MRT ilə təsdiqlənib)” kimi qeyd olunmuş, klinik olaraq öz təsdiqini tapmamışdır. General Hospitalın xx.xx.2024-cü il tarixli Kranial MRT müayinəsinin nəticəsi “Sağ temporalpay ön polusunda yerləşən, içərisində septasiyası və ətraf beyin parenximasında gliotik dəyişikliklər izlənən, ölçüsü 30x24x31 mm olan ensefalomalyasiya lehinə ksitoz görüntü qeyd edilir. Bundan başqa, sol hemisferin orta frontal grius səviyyəsində, periventrikulyar ağ maddəsində və sol insulanın subkortikal zonada yerləşən fokal qliotik sahələr izlənilir. kimi qeyd olunmuş, müxtəlif tarixlərdə müxtəlif vətəndaşlar tərəfindən təqdim edilmiş müayinə nəticələri ilə eynilik təşkil etmiş, sənədin doğruluğuna şübhə yaratmışdır. Hazırda klinik və anamnestik məlumatlarda əlillik təyinatına əsas verə biləcək nevroloji, psixi defisit aşkar edilməmişdir. Nəticədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli göndəriş əsasında qəbul edilmiş qərar barədə məlumat vətəndaşın ********** nömrəli mobil telefonuna xx.xx.2024-cü il tarixində SMS bildiriş vasitəsilə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, iddiaçı əlillik vəziyyətinə baxıldıqdan sonra verilən qərarı mübahisələndirməmişdir. Həmin qərarı mübahisələndirməklə əlaqədar iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o iddia müddətini ötürməklə məhkəməyə şikayət etmişdir. AR İPM-nin 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsində əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır.

4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir.

6. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

II. İddianın mümkünlüyü

7. İddiaçının ilkin əlilliyinin qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. İddiaya cavab verməli olan şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.

9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3); İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5); İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9).

10. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

11. Hazırki iddia məcburetməyə dair iddiadır. İPM-in 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.

13. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə, təbii fəlakət və digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.

14. “E.Həkimovun şikayəti ilə əlaqədar” 03 noyabr 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.”.

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.

17. Məhkəmə qeyd edir ki, Tibbi-Sosial Ekspert Komissiyasının 3-17-4/3-3-5428/2024 saylı, 24 iyul 2024-cü il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, “Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına daxil olduğu andan özünü həyəcanlı göstərmiş, ağlamağa başlamışdır. Xəstəliklə bağlı heç bir şikayət bildirməmiş, “Mənə kömək edin.” deyərək ağlamağa davam etmişdir. Hərbi biletində hərbi hissəni özbaşına tərk etməsi haqqında qeyd mövcuddur. Müayinə zamanı kobud simulyativ davranış sərgiləmişdir. Sumqayıt şəhər sakini olduğu halda Bakı şəhərində yerləşən Psixiatrik xəstəxanalarda müalicə alması şübhə yaratmışdır. Psixi statusu: müayinə otağına polisin əlindən tutaraq daxil olmuşdur. Əyani müayinədə kobud simulyasiya etmiş, ağlamsınmağa çalışmış, suallara cavab verməmişdir. Aparılan müalicələr barədə heç bir məlumat verə bilməmişdir. General Hospitalın xx.xx.2024-cü il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsi “Ensefalopatiya fonunda sağ yarımkürə aksenti ilə “iti+vavaş” dalğaların qalınlığı epiaktivlik qeyd olunur. Qıcolma həddi enib. Antikonvulsiv müayinələr etməsi məsləhətdir. Generalizə olunmuş qıcolma hazırlığı” kimi qeyd olunmuş, təsdiqləyici dalğalar təqdim edilməmiş, hiperdiaqnostikaya yol verilmiş, sənədin doğruluğuna şübhə yaranmışdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 3686 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində demensiya MMSE= (Atrofiya xx.xx.2022-ci il tarixli Kranial MRT ilə təsdiqlənib). Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir.” kimi qeyd olunmuş, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli Çıxarışında diaqnoz “Üzvi İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində demensiya MMSE= (Atrofiya xx.xx.2022-ci il tarixli Kranial MRT ilə təsdiqlənib)” kimi qeyd olunmuş, klinik olaraq öz təsdiqini tapmamışdır. General Hospitalın xx.xx.2024-cü il tarixli Kranial MRT müayinəsinin nəticəsi “Sağ temporalpay ön polusunda yerləşən, içərisində septasiyası və ətraf beyin parenximasında gliotik dəyişikliklər izlənən, ölçüsü 30x24x31 mm olan ensefalomalyasiya lehinə ksitoz görüntü qeyd edilir. Bundan başqa, sol hemisferin orta frontal grius səviyyəsində, periventrikulyar ağ maddəsində və sol insulanın subkortikal zonada yerləşən fokal qliotik sahələr izlənilir. kimi qeyd olunmuş, müxtəlif tarixlərdə müxtəlif vətəndaşlar tərəfindən təqdim edilmiş müayinə nəticələri ilə eynilik təşkil etmiş, sənədin doğruluğuna şübhə yaratmışdır. Hazırda klinik və anamnestik məlumatlarda əlillik təyinatına əsas verə biləcək nevroloji, psixi defisit aşkar edilməmişdir. Nəticədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.”.

18. Lakin iddiaçı sonrakı dövrdə iddia müddəti çərçivəsində nə inzibati orqanın əlilliyin qiymətləndirilməsinə dair qərarını, nə də əyani müayinəsi barədə Komissiyanın qərarını mübahisələndirmişdir.

19. Göründüyü kimi, iddiaçı 7 ay 23 gün müddət keçəndən sonra məhkəməyə müraciət (iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir) etmişdir. Bununla da, qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür.

20. İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, prosessual hərəkətlə bağlı buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir.

21. İddiaçı hazırki iddia ilə qanunla müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Buna baxmayaraq, iddiaçı iddia müddətinin üzrlü səbəbdən ötürülməsini əsaslandırmamaqla yanaşı, bu müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən hər hansı mötəbər sübutu da məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, buraxılmış müddətin üzrlü hesab edilməsi barədə əsaslar mövcud deyildir və buraxılmış müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməlidir. Qeyd olunmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. “İnzibati icraat haqqında” Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki “İnzibati icraat haqqında” Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. “İnzibati icraat haqqında” Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır (“İnzibati icraat haqqında” Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri).

22. Məhkəmə qeyd edilən müddətdə iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət hüququnu məhdudlaşdıran hər hansı hal müəyyən etmir. Məhkəməyə müraciət hüququ mütləq hüquq olmadığından iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, iddiaçı ona əlillik təyin olunması üçün təkrar olaraq səhiyyə müəssisəsi tərəfindən tərtib olunmuş göndəriş əsasında tibbi sosial ekspert komissiyasına müraciət edə bilər.

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ: İddia mümkün sayılmır. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

X2-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar