Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-502/2021 16.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı “Siyəzən şəhəri,B.Səfəroğlu küçəsində yerləşən 10 saylı fərdi yaşayış evinə mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyesterindən çıxarış rəsmiləşdirib ona verilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbinə” dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Siyəzən rayon İcra Hakimiyyəti başçısının 87 saylı, xx.xx.2011-ci il tarixli Sərəncamı ilə iddiaçı 1982-ci ildən bu günə kimi ailə üzvlərilə birlikdə yaşadıqları Siyəzən şəhəri, B.Səfəroğlu küçəsi, 10 saylı fərdi yaşayış evinin öz adına rəsmiləşdirilməsi və DƏDRX-in 2 saylı X5 Siyəzən rayon Şöbəsinə həmin yaşayış evinə mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla rəsmiləşdirib Çıxarışın ona verilməsinin təmin edilməsi tapşırılmışdır. Bu məqsədlə cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı X6 ərizə ilə müraciət edib Siyəzən rayon İHB-nın 87 saylı, xx.xx.2011ci il tarixli Sərəncamına və Azərbaycan Respublikası Prezidentinin 534 saylı, xx.xx.1997-ci il tarixli Fərmanına əsasən, həmin fərdi yaşayış evinə mülkiyyət hüququmun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla rəsmiləşdirib ona verilməsini xahiş etmişdir. **********56 saylı, xx.xx.2020-ci il tarixli cavab məktubu ilə iddiaçıya bildirilmişdir ki, xx.xx.2009-cu il tarixdə AR-ın Mənzil Məcəlləsi qüvvəyə mindiyinə görə, ərizəyə əlavə edilmiş Siyəzən rayon İHB-nın 87 saylı, xx.xx.2011-ci il tarixli Sərəncamı mənzil üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas deyil (Maraqlıdır, Siyəzən rayon İcra Hakimiyyətinin Başçısı 2011-ci ildə sərəncam verəndə bunu bilmirdimi ? İcra olunmayan, kağız üzərində qalan sərəncam kimə və nəyə lazım idi ?). Beləliklə, iddiaçıya Çıxarışın verilməsindən imtina edilmişdir. Sözügedən imtina əsassız və qanunsuzdur, iddiaçı bu məqsədlə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə inzibati işə iddiaçının iştrakı olmadan baxılmasını mümükün hesab etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, iddiaçı Nadirov X2 şəhəri, B.Səfəroğlu küçəsində yerləşən 10 saylı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X6 müraciət etmişdir və onun müraciəti ********** nömrə ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, ərizəyə əlavə olunmuş Siyəzən rayon icra hakimiyyəti başçısının xx xxxx 2011-ci il tarixli 87 saylı sərəncamı mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas deyildir.Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11 -ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən Siyəzən şəhəri, B.Səfəroğlu küçəsində yerləşən 10 saylı fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilmiş və bu barədə ona xx xxxxxxxx 2020-ci il tarixli **********56 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Daha sonra iddiaçı Nadirov X2 şəhəri, B.Səfəroğlu küçəsində yerləşən 10 saylı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi ilə əlaqədar təkrar olaraq xx xxxxxxxx 2020-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X6 müraciət etmişdir və onun müraciəti ********** nömrə ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq İddiaçı daha əvvəl eyni məzmunlu müraciətinə xx xxxxxxxx 2020-ci il tarixli **********56 qeydiyyat nömrəli bildiriş göndərildiyi bildirilmiş və bu barədə ona **********69 qeydiyyat nömrəli cavab göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 sayiı X4rşı iddiası mümkün sayılmamalıdır. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə cavabdeh təşkilatın nümayəndəsi X3 etirazda yazılanlara uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Siyəzən rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 2011-ci il tarixli 87 saylı Sərəncamı, Siyəzən rayon İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsinin 497 saylı xx xxxxxx 2020-ci il tarixli arayışı, cavabdeh inzibati orqanın xx.xx.2020-ci il tarixli, **********56 nömrəli imtina məktubu, xx.xx.2020-ci il tarixli, **********79 nömrəli etirazı və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, əsassızdır. Bu səbəbdən də rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia tələbi mahiyyət etibarı ilə əsassızdır. Belə ki, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (İPM maddə - 14.2). Cavabdeh inzibati orqan mübahisə predmeti olan fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan imtina edərkən istinad etmişdir ki, iddiaçı tərəfindən hüquqmüəyyənedici sənədlərin olmaması və həmin torpaq sahəsinin təyinatının kənd təsərrüfatı torpaqlar kateqoriyasına aid olduğundan daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınması mümkün deyildir. İşin araşdırılan hallarına baxdıqda iddiaçı tərəfindən hüquqmüəyyənedici heç bir lazimi sənəd təqdim edə bilməmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 1982-ci ildən etibarən ailə üzvləri ilə birlikdə ünvan 1ənzil 2 ünvanında yaşayır. Qeyd olunan yaşayış sahəsi üzərində olan hüquqlar dövlət reyesterində qeydiyyatına alınmamışdır.Siyəzən rayon icra hakimiyyəti başçısı ünvan 1ənzil 2 ünvanında yerləşən yaşayış sahəsinin İddiaçı adına rəsmiləşdirilməsi, yaşayış evinə mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyesterindən çıxarışla rəsmiləşdirib həmin çıxarışın İddiaçı verilməsinin təmin edilməsi haqqında xx xxxx 2011-ci il tarixli 87 saylı Sərəncam vermişdir. Hal hazırda iddiaçı qeyd olunan sərəncamın əsasında yaşayış evinə mülkiyyət hüququnun yaranmasını iddia edir və həmin hüquqların dövlət qeydiyyatına alınmasını cavabdeh təşkilatdan tələb edir. Cavabdeh təşkilat isə Siyəzən rayon İcra Hakimiyyəti başçısının DƏDRX-nə yaşayış evinə mülkiyyət hüuqunun qeydiyyata alınmasına dair səlahiyyətinin olmamasını bildirərək, yaşayış evinə dair digər hüquq müəyyənedici sənədləri tələb edir. Məhkəmə hazır ki, mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir: Belə ki, “Daşınmaz əmlakın dövlət reyesteri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. xx xxx 2015-ci il tarixinədək qüvvədə olan və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 286 nömrəli Fərmanı ilə təstiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti” haqqında Əsasnaməsinin 12-ci bəndinə əsasən Xidmətin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis rəhbərlik edir. Rəis Xidmətə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.Həmin Əsasnamənin 14.1-ci bəndinə əsasən rəis Xidmətin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir. xx xxxx 2012-ci il tarixinədək qüvvədə olan və Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyəti” haqqında əsasnamənin 32-ci bəndinə əsasən mənzil-kommunal təsərrüfatı, ticarətin və əhali üçün digər xidmətlərin təşkil edilməsi sahələrində rayon, şəhər və şəhər rayonu icra hakimiyyəti başçıslarının- dövlət mülkiyyətində olan mənzil fondunun, kommunal və yol təsərrüfatının istisamarını və müvafiq surətdə idarə olunmasını təşkil etmək, müvafiq sahədə fəaliyyət göstərən müəssisələrin fəaliyyətinə nəzarəti həyata keçirmək, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotunu aparmaq və dövlət yaşayış fonduna daxil olan binalarda onlara mənzil vermək kimi səlahiyyətləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1–ci və 180.2-ci maddələrinə əsasən lazımi icazələr almadan və ya tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Göründüyü kimi, Siyəzən rayon İcra Hakiimiyyəti başçısının xx xxxx 2011-ci il tarixli 87 saylı Sərəncamı verilərkən, icra başçısının “Yerli İcra Hakimiyyəti” haqqında Əsasnamənin tələblərinə görə yalnız dövlət mənzil fonduna aid olan daşınmaz əmlak ilə əlaqədar sərəncam verilməsi hüququ var idi. Yuxarıda qeyd olunan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti”nin Əsasnaməsindən bəlli olur ki, Xidmət rəisinin tabeçiliyində olan şəxslərə müvafiq göstəriş vermək hüququ var və Xidmət rəisindən başqa digər təşkilatın rəhbəri tərəfindən DƏDRXnin əməkdaşlarına hər hansı göstərişin vermək səlahiyyəti mövcud deyil. Hər iki Əsanamə müqayisə edilərkən, müəyyən olunur ki, Siyəzən rayon İcra Hakimiyyəti başçısının Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti X5 üzərinə bu cür göstərişin göyulması “Yerli İcra Hakimiyyəti” haqqında Əsasnamənin tələblərinə ziddir. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyesteri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.11-ci maddəsinə əsasən dövlət mənzil fonduna aid mənzil üzərinə mülkiyyət hüququn qeydə alınması üçün dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi tələb olunur. Lakin Siyəzən rayon İcra Hakimiyyətinin başçısı dövlət mənzil fonduna daxil olmayan yaşayış evinə anoloji Sərəncam vermişdir. Bu isə Siyəzən rayon İcra Hakimiyyəti Başçısının verdiyi xx xxxx 2011-ci il tarixli 87 saylı Sərəncamının etibarsızlığına dəlalət edir.Nəzərə alınmalıdır ki, qeyd olunan Sərəncamın məhkəmə və subordinasiya baxımından yuxarı orqan tərəfindən etibarsız hesab edilməsinə zərurət yoxdur.Belə ki, “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 65.1.2-ci maddəsində - müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş “inzibati akt etibarsız sayılır” sözü əvəzinə “etibarsız hesab edilməlidir” sözü olsaydı, o halda qeyd olunan Sərəncamın məhkəmə və yuxarı orqan tərəfindən etibarsız hesab edilməsinə zəruri olardı. Göründüyü kimi bu cür əks göstəriş Qanunda öz əksini tapmamışdır. Qeyd olunan Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Bu səbəbdən də, cavabdehin imtina dəlilini əsaslı hesab edən məhkəmə bu nəticəyə gəlir ki, yaşayış evi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanuna uyğun olduğundan iddia tələbi rədd edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı “Siyəzən şəhəri,B.Səfəroğlu küçəsində yerləşən 10 saylı fərdi yaşayış evinə mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyesterindən çıxarış rəsmiləşdirməklə ona verilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması tələbinə” dair iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətindəziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-502/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-502/2021
16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver